Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
501
14. (Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: "Biz iman
gətirdik!" - dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq:
"Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!" - deyin. Hələ iman
sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə e’tiqadın vəhdəti, islamı qəbul
etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O
sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən,
Allah bağışlayandır, rəhm edəndir!
15. Mö’minlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra
heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır!
Məhz belələri (imanlarında) sadiq olanlardır!
16. (Ya Peyğəmbər! Bu bədəvilərə) de: "Siz dininizi (həqiqi müsəlman olduğunuzu)
Allahamı öyrədirsiniz?" Halbuki Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir.
Allah hər şeyi biləndir!
17. Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: "Müsəlman
olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru
deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza
minnət qoymuş olur!"
18. Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. Allah
sizin nə etdiklərinizi görəndir!
Bizim email:
Dostları ilə paylaş: |