arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
503
9. Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi)
biçilən taxıl dənələri yetişdirdik.
10. Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma
ağacları (bitirdik) -
11. Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik.
(Qəbirlərdən dirilib) çıxmaq da belədir!
12. Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü
peyğəmbərləri) təkzib etmişdi.
13. Ad (qövmü), Fir’on (əhli), Lut qardaşları;
14. Əykə əhli və Tübbə’ qövmü - bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim
də onlara və’d etdiyim (əzab) gerçəkləşdi.
15. Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü ölüləri
diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-
şübhə içindədirlər!
16. And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik.
Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən
keçən ən gizli hisslər, duyğular belə Allaha mə’lumdur!)
17. Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə
alan) iki mələk oturmuşdur!
18. Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk)
vardır!
19. Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın
(cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!
20. (Öləndən sonra yenidən dirilmək üçün) sur çalınacaqdır. Bu və’d olunmuş gündür
(əzab günüdür)!
21. Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir də
şahidlə (iki mələklə) gələcəkdir.
|