arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
499
.
49
.
əl-Hucurat
(Otaqlar) surəsi
(Mədinədə nazil olmuşdur, 18 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən
önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi)
biləndir!
2. Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə
ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən,
əməlləriniz puç olar.
3. Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta
çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir
(mö’minliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat
(Cənnət) gözləyir!
4. (Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı
kəsmir!
5. Əgər onlar sən qarşılarına çıxancaya qədər səbr etsəydilər, (bu, Allahın yanında)
onlar üçün, əlbəttə, daha yaxşı olardı. Allah (tövbə edənləri) bağışlayandır, rəhm
edəndir!
Bizim email:
Dostları ilə paylaş: |