Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
496
arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur" Onlar deyəcəklər: Xeyr,
siz bizə paxıllıq edirsiniz (istəmirsiniz ki, bizim də payımıza qənimət düşsün)". Xeyr,
onlar özləri çox az qanan kimsələrdir!
16. (Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblərə de: "Siz (bir müddətdən sonra)
çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da
onlar dönüb müsəlman olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır). Əgər itaət etsəniz,
Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi (döyüşdən) üz
çevirsəniz, (Allah) sizə ağrılı-acılı bir əzab verər".
17. (Cihada getməməyə görə) kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də
xəstəyə günah gəlməz. Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları)
altından çaylar axan cənnətlərə daxil edər. Kim (onlardan) üz döndərsə, (Allah) onu
şiddətli bir əzaba düçar edər!
18. (Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə bey’ət etdikləri
zaman Allah mö’minlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq
qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq
(rahatlıq, səbir, səbat, mə’nəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq
bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı.
19. Həm də (Xeybərdə) ələ keçirəcəkləri çoxlu qənimətlərə (nail etdi). Allah yenilməz
qüvvət sahibi, hikmət sahibidir!
20. Allah sizə çox-çox qənimətlər və’d buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu
(Xeybərdəki bu qəniməti) isə sizə tezliklə verdi. Mö’minlərə işarə olsun və sizi doğru
yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı uzanmış əllərini kəsdi (Xeybərdə
müttəfiqlərin, yaxud Məkkə müşriklərinin müqavimətini qırdı).
21. Hələ əldə edə bilmədiyiniz başqa qənimətlər də (Allahın sizə Məkkənin fəthini,
yaxud Hüneyn vuruşu, İranın fəthi və sonrakı neçə-neçə döyüşlər zamanı əldə ediləcək
qənimətlər və’d buyurmuşdur). Allah onları (öz elmi ilə) ehtiva etmişdir. Allah hər şeyə
qadirdir!
22. Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa
çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar.
23. (Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən
Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik görə bilməzsən! (Həmişə
peyğəmbərlər və mö’minlər qalib gəlmiş, kafirlər isə məğlub olmuşlar).
|