Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
504
22. (Ona belə deyiləcəkdir: ) "Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından)
qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!"
23. Yoldaşı (ona təhkim olunmuş mələk) deyəcəkdir: "Bu yanımdakı (Cəhənnəm üçün)
hazırdır!"
24. (Allah o iki mələyə buyuracaqdır: ) "Atın Cəhənnəmə hər bir inadcıl kafiri;
25. Xeyrə mane olanı, (zülm etməklə, günah törətməklə) həddi aşanı, (Allahın birliyinə)
şəkk edəni!
26. O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli
əzabın içinə!"
27. Yoldaşı (Şeytan və ya öz nəfsi) deyəcəkdir: "Ey Rəbbimiz! Onu mən azdırmadım.
Fəqət o özü haqq yoldan çox azmışdı!"
28. (Allah) buyuracaqdır: "Mənim hüzurumda mübahisə etməyin. Mən sizə (dünyada
peyğəmbər vasitəsilə) bu əzabı bildirmişdim.
29. Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə (əbəs yerə) zülm edən
deyiləm!"
30. O gün Biz Cəhənnəmə: "Doldunmu?" - deyəcək, o isə: "Yenə varmı?" - deyə cavab
verəcəkdir.
31. Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir.
32. (Onlara deyiləcəkdir: ) "Bu, və’d olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib
Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan;
33. Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə
gələn bəndə üçündür!
34. Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!"
35. Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı
(mö’minlərin təsəvvür edə bilmədikləri ne’mətlər, Allahın rizasını və s.) mövcuddur!
|