arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
489
.
47
.
Muhəmməd surəsi
(Məkkədə nazil olmuşdur, 38 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Kafir olanların və (insanları) Allah yolundan döndərənlərin əməllərini (Allah) puç
edəcəkdir.
2. İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil
edilənə (Qur’ana) inanların isə günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada
və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır).
3. Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn
haqqa (Qur’ana) tabe olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir!
4. (Ey mö’minlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını
vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını)
kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət
qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb
pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal
müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür -
müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün
(vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.
5. (Allah) onları doğru yola müvəffəq edəcək, onların əhvalını (dünyada və axirətdə)
düzəldəcəkdir.
6. Və onları (dünyada) özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.
Bizim email:
Dostları ilə paylaş: |