Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə472/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   468   469   470   471   472   473   474   475   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

486 



15. Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara 

yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə 

gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə 

müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə 

deyər: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin ne’mətə 

şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh 

et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! 

(Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)"  

16. Belələri (dünyadakı) yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz 

və onlara verilmiş doğru və’də görə cənnət əhli içərisində olacaq kimsələrdir!  

17. (Özünü Allaha, axirət gününə iman gətirməyə də’vət edən) ata-anasına: "Tfu sizə! 

Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz 

mənə (qiyamət günü dirildilib qəbirdən) çıxarılacağımımı və’d edirsiniz?! - deyən 

kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: "Vay halına! (Ay yazıq) inan, 

Allahın və’di haqdır!" - deyərlər. O isə: "Bu (dedikləriniz) qədimlərin əfsanələrindən 

(yalan sözlərdən) başqa bir şey deyildir!" - deyə cavab verər.  

18. Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət (kafir) ümmətlərlə 

birlikdə haqlarında əzab sözünün (hökmünün) gerçəkləşdiyi kimsələrdir. Onlar, 

doğrudan da, ziyana uğrayanlardır!  

19. Hamının (mö’minlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və 

Cəhənnəmdə) dərəcələri vardır ki, (qiyamət günü) Allah onlara (dünyadakı) 

əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla haqsızlıq edilməz.  

20. Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə 

götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün 

(onlara məzəmmətlə belə deyiləcəkdir): "Siz dünyada həyatınızda (bütün ne’mətləri 

görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi 

xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür 

göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla 

cəzalandırılacaqsınız!"  

21. (Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən 

əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda (yüksək qumsal təpələrdə) olan 

qövmünə belə demişdi: "Allahdan başqasına ibadət etməyin. Mən böyük günün 

(qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   468   469   470   471   472   473   474   475   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin