Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
491
17. Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və
onlara təqvalarının (mö’minliklərinin, Allahdan qorxub pis əməllərdən çəkinmələrinin)
mükafatını verər!
18. Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü
almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib
yetişdiyi zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?!
19. (Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz
günahlarının, həm də mö’min kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-
dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin gündüzlər-gecələr
dünyada nə işlə məşğul olduğunuz, axirətdə harada olacağınız Allaha mə’lumdur.
Ondan heç nə gizli qalmaz!)
20. Mö’minlər: "Kaş (cihad barəsində) bir surə nazil olaydı!" - deyirdilər. Elə ki möhkəm
bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya Rəsulum!) qəlblərində mərəz
(şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə
baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı -
21. İtaət etmək və gözəl bir söz demək (sənin əmrini dinməz-söyləməz yerinə yetirmək).
İş qətiləşdiyi (onlara cihad vacib olduğu) zaman Allaha (verdikləri və’də) sadiq
olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı!
22. Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad
törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq
gözlənilməzmi?!
23. Onlar (münafiqlər, fitnə-fəsad törədənlər) Allahın lə’nət etdiyi (qulaqlarını) kar və
gözlərini kor etdiyi kimsələrdir!
24. Onlar Qur’an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?
(Yoxsa ürəklərinin öz kilidləri vardır?)
25. Doğru yol özlərinə bəlli olduqdan sonra (dindən) dönənlərə Şeytan (bu dönüklüyü)
xoş göstərdi və onları tovlayıb yoldan azdırdı (və ya: bu dönüklüyün müqabilində
Allah onları zəlalətə saldı).
26. Bu onların Allahın nazil etdiyini (cihad əmrini) bəyənməyənlərə (münafiqlərə): "Biz
bə’zi işlərdə (Allahın və Muhəmməd əleyhissəlamın əmrlərini yerinə yetirməməkdə)
sizə itaət edəcəyik!" - demələrinə görədir. Allah onların (bütün) sirlərini (gizli
danışıqlarını) bilir!
|