arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
490
7. Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım
göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli)
edər.
8. Kafirlərə gəldikdə isə - hamısı məhv olsun - onların əməllərini puça çıxardar!
9. Bu ona görədir ki, (kafirlər) Allahın nazil etdiyini (Qur’anı) bəyənmədilər, (Allah da)
onların əməllərini puç etdi.
10. Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu
görmürlərmi?! Allah onları yerlə yeksan etdi. Kafirləri də buna bənzərləri (belə şeylər)
gözləyir!
11. Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu
(himayədarı) yoxdur!
12. Allah iman gətirib yaxşı əməllər edənləri (ağacları) altından çaylar axan cənnətlərə
daxil edər. Kafirlər isə (dünyada) səfa sürər, heyvan kimi yeyib-içərlər. (Öləndən sonra)
cəhənnəm odu onların məskəni olacaqdır!
13. (Ya Peyğəmbər! Qövmünün) səni çıxartdığı şəhərdən (şəhər əhlindən) daha qüvvətli
neçə-neçə şəhərlər (şəhər əhli) var idi ki, Biz onları məhv etdik və özlərinə bir kömək
edən də tapılmadı!
14. Məgər Rəbbindən bir dəlilə olan (dəlilə istinad edən) kimsə pis əməli özünə yaxşı
göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslərinə uymuşlar.
15. Müttəqilərə və’d olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən
(qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən
şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi
tərəfindən (günahlardan) bağışlanma gözləyir. (Məgər bu cənnətdə olanlar) cəhənnəm
odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola
bilərlərmi?!
16. (Ya Peyğəmbər!) Onların (kafirlərin) içərisində elələri də vardır ki, səni dinləyər,
sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən (səhabədən istehza ilə):
"(Muhəmməd) bu saat nə dedi?!" - deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür
vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!
|