arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
594
.
76
.
əl-İnsan və ya əd-Dəhr surəsi
(Məkkədə nazil olmuşdur, 31 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır!
(Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir şey
olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yə’ni ulu babamız
Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o,
həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də o
özü bilirdi. Tədriclə mələklər və o özü nə üçün yaradıldığını anladı).
2. Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir
nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha
itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.
3. Biz ona haqq yolu göstərdik. İstər (ne’mətlərimizə) minnətdar olsun, istər nankor (bu
onun öz işidir).
4. Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq.
5. Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu)
qədəhdən içəcəklər.
6. O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə)
asanlıqla axıdacaqlar.
7. Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri
nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən
(qiyamət günündən) qoxarlar.
|