Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə578/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   574   575   576   577   578   579   580   581   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

596 



21. (Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl 

libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab 

içirdəcəkdir.  

22. (Onlara belə deyiləcəkdir: ) "Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə) 

mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!"  

23. (Ya Peyğəmbər!) Həqiqətən, Biz Qur’anı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil 

etdik.  

24. Elə isə Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və 

nankor olana boyun əymə!  

25. Səhər-axşam Rəbbinin adını zikr et! (Səhər, günorta və ikindi namazlarını qıl!)  

26. Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da 

Onu təqdis edib şə’ninə tə’riflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində 

keçir!)  

27. Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır 

günə (qiyamət gününə) dal çevirərlər.  

28. Onları yaradan da, güclü-qüvvətli edən də (oynaqlarını bir-birinə bağlayan da) 

Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik.  

29. Həqiqətən, bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar 

(ibadət və itaətlə Allaha yaxınlaşar).  

30. (Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq 

Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

31. (Allah) istədiyi kimsən Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, (Allah) 

onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır!  

 

 



 

 

 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   574   575   576   577   578   579   580   581   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin