Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
595
8. Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını
qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
9. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) "Biz sizi ancaq Allah rizasından
ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür
istəyirik.
10. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən
eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!"
11. Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş
edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).
12. Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə
mükafatlandıracaqdır.
13. Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də
sərt soyuq görəcəklər.
14. (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında
olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).
15. (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə
dolanacaqlar.
16. Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə billur
(qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər.
17. Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də
içirdiləcəkdir.
18. (Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün)
Səlsəbil adlanır.
19. Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə,
sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən.
20. (Orada) hara baxsan, ne’mət və böyük bir mülk görərsən.
|