Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə592/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   588   589   590   591   592   593   594   595   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

610 



15. And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;  

16. (Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, 

Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə);  

17. Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)  

18. Və sökülməkdə olan dan yerinə ki,  

19. Bu (Qur’an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi 

kəlamdır.  

20. (Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir 

(izzətlidir).  

21. (Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) 

e’tibarlı müvəkkildir.  

22. (Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə 

deyildir!  

23. And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.  

24. O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.  

25. O (Qur’an) da məl’un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir.  

26. Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz?  

27. O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.  

28. Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.  

29. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! 

(Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və 

iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona 

görə də hər işdə Allaha təvəkkül edin!)  

 

 




Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   588   589   590   591   592   593   594   595   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin