Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə589/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   585   586   587   588   589   590   591   592   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

607 



13. (Bu Qur’an Allah dərgahında) çox möhtərəm (mö’təbər) səhifələrdə -  

14. (Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna 

bilməz).  

15. (O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan 

köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir).  

16. (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt’idirlər.  

17. Ölsün (kafir) insan! O nə nankordur!  

18. (Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?  

19. (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.  

20. Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.  

21. Sonra onu öldürüb qəbrə qoydu.  

22. Sonra da istədiyi vaxt onu dirildəcəkdir.  

23. Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.  

24. İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).  

25. Həqiqətən, Biz yağışı bol yağdırdıq.  

26. Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),  

27. Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;  

28. Üzüm və yonca;  

29. Zeytun və xurma (bağları);  

30. (Ağacları bir-birinə) sarmaşan bağçalar;  

31. (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.  

32. (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!  




Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   585   586   587   588   589   590   591   592   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin