Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə595/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   591   592   593   594   595   596   597   598   ...   630
83

.  

əl-Mutəffifin

  

(Çəkidə və ölçüdə aldadanlar) surəsi  

(Məkkədə nazil olmuşdur, 36 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Vay halına çəkidə və ölçüdə aldadanların!  

2. O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,  

3. Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.  

4. Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!  

5. Özü də dəhşətli bir gündə?!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

613 



6. O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda 

duracaqlar!  

7. Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların 

əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!  

8. Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)  

9. O, yazılı bir kitabdır!  

10. O gün vay halına yalan sayanların!  

11. O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.  

12. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.  

13. Ayələrimiz ona oxunduğu zaman: "(Bunlar) qədimlərin əfsanələridir 

(uydurmalarıdır!)" - deyər.  

14. Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.  

15. Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!  

16. Sonra Cəhənnəmə varid qalacaqlar.  

17. Sonra da onlara: "Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!" deyiləcəkdir.  

18. Xeyr! (Mö’minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət 

sahibi olan mö’minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı 

və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!  

19. Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!  

20. O, yazılı bir kitabdır.  

21. Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!  

22. Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö’minlər Nəim cənnətlərində olacaqlar.  

23. Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne’mətlərə) tamaşa edəcəklər.  

24. Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!  




Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   591   592   593   594   595   596   597   598   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin