arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
616
13. O, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi.
14. Və elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna)
qayıtmayacaqdır.
15. Xeyr! (Onun düşündüyü kimi deyildir. O, qiyamət günü dirilib Allahın hüzuruna
qayıdacaqdır). Həqiqətən, Rəbbi onu görürdü.
16. And içirəm şəfəqə,
17. Gecəyə və (gecənin) qoynuna aldıqlarına,
18. Bədirlənməkdə olan aya ki,
19. Siz (ey kafirlər, qiyamət günü) haldan-hala düşəcəksiniz!
20. Onlara nə olub ki, iman gətirmirlər?
21. Özlərinə Qur’an oxunduqda səcdə etmirlər?
22. Əksinə, kafir olanlar (Allahın vəhdaniyyətini və ayələrini) təkzib edirlər.
23. Halbuki Allah onların (ürəklərində) gizlətdiklərini ən gözəl biləndir!
24. (Ya Peyğəmbər!) Onlara (qiyamət günü düçar olacaqları) şiddətli bir əzabla müjdə
ver!
25. İman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları (Cənnətdə) minnətsiz
(tükənmək bilməyən) mükafat gözləyir!
Bizim email:
Dostları ilə paylaş: |