arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
625
.
90
.
əl-Bələd
(Şəhər) surəsi
(Məkkədə nazil olmuşdur, 20 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. And içirəm bu şəhərə (Məkkəyə) -
2. Sənin yaşadığın (sənə halal olan) şəhərə;
3. And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu
İsmailə) ki,
4. Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər
əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı
bir hikmətdir, həyatın qanunudur!)
5. Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?
6. Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!" - deyir?
7. Məgər o heç kəsin onu görmədiyini güman edir?!
8. Məgər Biz ona iki göz vermədikmi?!
9. Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?!
10. Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!
Bizim email:
Dostları ilə paylaş: |