arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
628
15. (Allah) bu işin aqibətindən qorxmaz! (Allah Səmud qövmünə cəza vermək istəmirdi.
Onlar öz cinayətkar əməlləri ilə bu cəzaya layiq oldular. Allah dünyadakı padşahlar,
hökmdarlar kimi bu və ya digər əməlinə görə qorxan deyildir. Çünki O etdiyi hər hansı
əməl barəsində sorğu-sual olunmaz. Allah mütləq ədalət sahibidir!)
.
92
.
əl-Leyl
(Gecə) surəsi
(Məkkədə nazil olmuşdur, 21 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;
2. And olsun işıqlanmaqda olan gündüzə;
3. And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,
4. Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə
Cəhənnəm üçün çalışırsınız).
5. Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
6. Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,
7. Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
8. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib
Allaha) möhtac olmadığını sansa,
9. Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,
Bizim email:
Dostları ilə paylaş: |