arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
629
10. Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün
hazırlayacağıq!)
11. (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.
12. Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq
isə hər kəsin öz işidir).
13. Axirət də Bizim, dünya da Bizimdir!
14. (Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.
15. Ora ancaq azğın (kafir) daxil olar.
16. O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!
17. Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).
18. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,
19. O şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin
(etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir
mükafat gözləməz).
20. O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.
21. And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı
olacaqdır!
Bizim email:
Dostları ilə paylaş: |