arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
631
.
94
.
əl-İnşirah
(Açılma və ya Genişlənmə) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin
köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi
kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul
etməyə layiq olar!)
2. Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü
yüngülləşdirmədikmi?!)
3. (Elə bir yük ki) sənin belini bükürdü.
4. Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər;
xütbələrdə adın çəkilər!)
5. Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil
olar!)
6. Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə
dözmək lazımdır!)
7. (Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun,
qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)
8. Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla,
Ona tərəf yönəl !)
Bizim email:
Dostları ilə paylaş: |