arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
633
.
96
.
əl-Ələq
(Laxtalanmış qan) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə
(bismillah deyərək) oxu!
2. O, insanı laxtalanmış qandan yaratdı.
3. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
5. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
6. Xeyr, insan azğınlıq edər,
7. Özünün dövlətli olduğunu gördüyü üçün!
8. Axı sənin axır dönüşün Rəbbinədir!
9. Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
10. Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
11. Bir de görək, əgər o doğru yoldadırsa,
12. Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz
qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil
iş olarmı)?!
13. (Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə
Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə,
Bizim email:
Dostları ilə paylaş: |