A
zərbaycan son illər iri miqyaslı
tədbirlərə, o cümlədən mötəbər
idman yarışlarına yüksək səviy-
yədə ev sahibliyi edir. Artıq dünyada idman
ölkəsi kimi tanınan Azərbaycan “Bakı-
2015” ilk Avropa Oyunlarının əla təşkili ilə
diqqəti bir daha özünə yönəltdi. Bütün bun-
lar dövlətimizin uğurlu idman siyasətindən
xəbər verir. Avropa və dünya çempionatları,
irimiqyaslı yarışlar mükəmməl təşkilatçı-
lıq, yerli idmançıların beynəlxalq arenada
uğurlu çıxışı ölkəmizdə idmana göstərilən
dövlət qayğısının bariz nümunəsidir.
formula-1 Avropa qran-prisi:
mükəmməl təşkilatçılıq səviyyəsi
Azərbaycan iyunun 17-19-da daha bir
mötəbər idman yarışına ev sahibliyi etdi. Ba-
kıda ilk dəfə Formula-1 Avropa Qran-prisi
təşkil olundu. Bu mövsümdə Formula-1 üzrə
dünya çempionatının səkkizinci mərhələ-
si olan Bakı yarışı çox maraqla gözlənilirdi.
Yeni mədəniyyət, incəsənət, adət-ənənə, ən
əsası tras sürət sevən azarkeşlərin və For-
mula-1 pilotlarının diqqətini çəkirdi. Hamı
dinamik inkişaf edən bu ölkəni canlı görmək
arzusunda idi.
Yarışın Azərbaycanda təşkil olunma-
sını yüksək qiymətləndirən “Formula One
Management”in prezidenti Berni Ekklstoun
bu barədə danışarkən deyib: “Bakı Şərq və
Qərb mədəniyyətini özündə birləşdirən uni-
kal şəhərdir. Formula-1 yarışlarında şəhərin
gözəlliyi, tarixi və coğrafiyası mühüm amil
hesab olunur. Biz də Bakının tarixini və
gözəlliyini bütün dünyadakı Formula-1 azar-
keşlərinə nümayiş etdirmək qərarına gəldik”.
Yüksək təşkilatçılığın arxasında təbii ki,
gərgin iş və hazırlıq dayanır. 6,006 kilometr-
lik trekin hazırlanması, təhlükəsizlik işlərinin
təşkili, pit binasının və Paddok ərazisinin ti-
kintisi peşəkar komandanının uğurlu işi kimi
qiymətləndirilə bilər.
Dostları ilə paylaş: |