R b a y c a n X z r d n z g m


Bakı formula-1 pilotlarının gözü ilə



Yüklə 24,14 Mb.
Pdf görüntüsü
səhifə54/55
tarix02.01.2022
ölçüsü24,14 Mb.
#2201
1   ...   47   48   49   50   51   52   53   54   55
Bakı formula-1 pilotlarının gözü ilə

Bu  mötəbər  yarışla  əlaqədar  ölkəmizə 

gələn  pilotlar,  komandaların  üzvləri,  habelə 

azarkeşlər  də  yarışın  yüksək  səviyyədə  ke-

çirilməsi  ilə  yanaşı,  Azərbaycanın  zəngin 

mədəniyyətinə,  qədim  tarixinə,  habelə  mil-

li mətbəximizə, xüsusən də paytaxt Bakının 

füsunkar gözəlliyinə valeh olduqlarını dönə-

dönə vurğulayırdılar.

Yarışdan əvvəl də Bakıya səfər etmiş is-

paniyalı  pilot,  Formula-1  Avropa  Qran-pri-

sinin  ulduz  elçisi  Fernando Alonso  Bakının 

Qərb ilə Şərqin ahəngdarlığını özündə yüksək 

səviyyədə təcəssüm etdirdiyini vurğulayaraq 

demişdi: “Azərbaycanın çox zəngin tarixi və 

mədəniyyəti  var.  Ölkənizə  səfərim  zamanı 

xalçalarınızla tanış oldum. Doğulduğum İspa-

niyada da xalçaçılıq ənənəsi var. Ancaq Azər-

baycan xalçaları özünəməxsusluğu ilə seçilir, 

naxışları isə çox gözəl və fərqlidir. Səfər etdi-

yim ölkələrdə hər zaman oranın mədəniyyəti 

ilə maraqlanıram. Deyə bilərəm ki, sizin ölkə-

niz zəngin adət-ənənəyə malikdir. Mətbəxiniz 

isə xüsusilə fərqlənir. Qonaqpərvərlik hər bir 

insanın üzündən hiss olunur”.

Formula-1  üzrə  üçqat  dünya  çempionu 

Luis Hamilton da özünün “İnstagram” səhifə-

sində  Azərbaycan  paytaxtını  ecazkar  şəhər 

adlandırıb.

Daha  bir  pilot,  “Force  İndia”  komanda-

sının meksikalı pilotu Serxio Peres isə Bakı 

şəhər halqasının özünəməxsusluğuna heyran-

lığını belə ifadə edib: “Bakı trası çox mürək-

kəbdir.  Əsl  yürüş  trasına  nail  olmaq  üçün 

Herman Tilke çox çalışıb. Burada səhvə yer 

yoxdur və mənim çox xoşuma gəlir. Axı For-

mula-1  məhz  belə  də  olmalıdır.  Bakıda  hər 

dövrə meydan oxuyur və mən çox şadam ki, 

belə bir tras ixtiyarımıza verilib”.


Yüklə 24,14 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin