Tahir DADAŞOV
60 mindən çox mühacir
həlak olub və ya itkin düşüb
Son 20 il ərzində
bütün dünyada dəniz
və ya quru yolla təh-
lükəsiz ərazilərə keç-
məyə cəhd edərkən 60
mindən çox mühacir
həlak olub və ya itkin
düşüb. Bu barədə mə-
lumatlar Miqrasiya
üzrə Beynəlxalq Təş-
kilatın məruzəsində yer alıb.
RİA Novosti informasiya agentliyinin verdiyi xəbərə görə,
“Ölüm səyahəti: həlak olmuş və ya itkin düşmüş mühacirlərin müəy-
yən olunması və izlənməsi” adlı məruzə 1996-cı ildən indiyədək
miqrasiya ilə bağlı vəziyyəti qiymətləndirir.
Təşkilatın məlumatına əsasən, 2015-ci ildə təhlükəsiz ərazilərə
keçməyə cəhd göstərən 5,4 min mühacir həlak olub və ya itkin dü-
şüb. Bu il isə Avropaya üz tutan hər 23 qaçqından biri həyatını itirir.
Ölümlə nəticələnən faciələrin 80 faizi mühacirlər Aralıq dənizindən
keçərkən baş verir.
Dostları ilə paylaş: |