Dənizdə birlikdə
patrul xidməti çəkəcəklər
İndoneziya, Ma-
layziya və Filippin
son vaxtlar dəniz qul-
durlarının gəmilərə
artan hücumu və
insanların girov gö-
türülməsi ilə bağlı
Sulu dənizində birgə
patrul xidmətinin təş-
kili barədə prinsipial razılığa gəliblər. Bu barədə üç ölkənin mü-
dafiə nazirlərinin Manilada keçirilmiş görüşünü ümumiləşdirən
“STAR” qəzeti məlumat yayıb.
Malayziyanın müdafiə naziri Hişamuddin Huseynin sözlərini
sitat gətirən qəzet yazır: “Üç ölkə arasında dənizdə, havada patrul
xidmətinin birlikdə təşkili və kəşfiyyat məlumatlarının mübadiləsi-
nin aparılması nəzərdə tutulur”. Nazirin sözlərinə görə, nümunə kimi
Malak körfəzində aparılan birgə patrul xidməti əsas götürüləcək.
Belə ki, həmin ərazidə xidmətin uğurlu təşkili nəticəsində burada
2004-cü ildə baş verən hadisələrin sayı 37-dən 2015-ci ildə cəmi 3-ə
enib.
Əməkdaşlığın son formatının üç ölkənin müdafiə nazirlərinin
gələn ay Cakartada keçiriləcək görüşü zamanı dəqiqləşdiriləcəyi bil-
dirilir.
Dostları ilə paylaş: |