BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ümumdünya
Qaçqınlar Günü münasibətilə yaydığı hesabata görə, 2015-ci ildə
dünyada qaçqın, məcburi köçkün və sığınacaq axtaran insanların
sayı 65,3 milyon nəfər olub.
Hələ 2011-ci ildə BMT dünyadakı qaçqınların sayının 42,5 mil-
yona çatdığını elan etmişdi. Cəmi beş il keçməsinə baxmayaraq bu
kədərli rekordu daha böyük rəqəmlə yeniləmək lazım gəlib. Hesa-
batda bildirilir ki, planetimizdə hər 113-cü insan qaçqınlıq həyatı
yaşamağa məcburdur və cəmi bir il ərzində qaçqınların sayı 12,4
milyon çoxalıb. Yeni qaçqın kütləsinin yarıdan çoxu cəmi üç ölkə-
nin payına düşür: Suriya (4,9 milyon nəfər), Əfqanıstan (2,7 milyon
nəfər) və Somali (1,1 milyon nəfər).
Türkiyə artıq ikinci ildir ki, ən çox qaçqın qəbul edən ölkələr
siyahısında ilk yerdə durur. Bu ölkəyə pənah gətirən qaçqınların sayı
2,5 milyondan artıqdır.
Ekspertlərin rəyincə, “soyuq müharibə” dövründən qalmış və
həllini gözləyən münaqişələr, eləcə də son illərdə alovlanan yeni mü-
naqişə ocaqları və vətəndaş müharibələri qaçqınların sayının sürətlə
artmasının əsas səbəbləridir.
Dostları ilə paylaş: |