Qəznəvi dövləti (962-1187)
Qəznəvi dövlətinin əsasını Alptəkin qoymuşdur. Dövlətin paytaxtı Qəznə şəhəri idi.
Sultan Mahmud Qəznəvinin dövründə ərazilər artdı. Qərbi İran Qəznəvi dövlətinin tərkibinə keçdi. Hindistanın şimalı və şimal-qərbi 1026-cı ildə işğal edildi. Dövlət Hindistandan Xəzərə qədər ərazini əhatə edirdi. Burada hökmdar sultan adlanırdı.
XI əsrin I yarısında Sultan Məsudun dövründə dövlət zəiflədi. Verginin çoxluğuna görə daxili çəkişmələr artdı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilən Qəznəvilərin əlində yalnız Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. 1187-ci ildə Qəznəvi hökmdarı Xosrov Məliki əsir alan qurlular bu dövlətin varlığına son qoydu.
Şəddadilər dövləti (971-1086). Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbil əmirliyini yaratdı və 971-ci ildə Gəncəni tutaraq Şəddadilər dövlətinin əsasını qoydu.
Paytaxtı Gəncə şəhəri idi. Fəzl İbn Məhəmməd 1027-ci ildə Xüdafərin körpüsünü saldı.
Bir sıra yürüşlər nəticəsində Şəddadilər səlcuqlardan asılı vəziyyətə düşdü. Bu dövrdə slavyanların da qarətçi yürüşləri olurdu. Kiyev knyazı İqorun dəstəsi bir sıra yürüşlər edirdi. Azərbaycanın vahid tam dövlət olmaması slavyanlara qarşı mübarizəni çətinləşdirirdi.
Atabəylər (Eldənizlər) dövləti. Böyük Səlcuq imperatorluğu parçalandıqdan sonra onun bir hissəsində İraq-Səlcuq Sultanlığı yarandı. Ərazilərində yeni yaranan dövlətlərdən biri də Atabəylər dövləti oldu.
Dövlətin banisi Şəmsəddin Eldəniz olmuşdur. O, II Toğrulun oğlu Arslan şahın “atabəyi” təyin edilmişdir. 1136-cı ildə aran hakimi təyin edilən Şəmsəddin Eldənizlər Atabəylər dövlətinin əsasını qoymuşlar. Şəmsəddin Eldəniz II Toğrulun ölümündən sonra onun dul qadını Möminə xatunla evlənmişdir. O, 1160-cı ildə oğulluğu Arslan şahı sultan elan etdirdi, özü də Səlcuq sarayında Böyük Atabəy titulunu aldı. Beləliklə, İraq Səlcuq sultanlığı Atabəylərin hakimiyyəti altına düşdü. Sonra Şirvanşahlar və Ermənistan da ondan asılı vəziyyətdə oldular.
XII əsrin axırlarında dövlətin daxilində çəkişmələr baş verməyə başladı. Hakimiyyətə gələn (1210-1225) Özbəyin vaxtında Atabəylər dövləti zəifləməyə başladı.
Dostları ilə paylaş: |