R. F. Sadiqov bunu hər bir azəRİ TÜRKÜ BİLMƏLİDİR (Azərbaycan tarixinin qısa şərhi) Bakı-2008 Elmi redaktor



Yüklə 223,5 Kb.
səhifə24/38
tarix02.01.2022
ölçüsü223,5 Kb.
#2416
1   ...   20   21   22   23   24   25   26   27   ...   38
Ağqoyunlu dövləti

1370-ci ildə Ağqoyunlu tayfa ittifaqının başçısı Oğuz türkü Bayandır tayfasından olan Pəhləvan bəy idi. Sonra Qara Yuluq Osman bəy 1394-cü ildə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoydu. 1453-cü ildə Uzun Həsən bəyliyə başçılıq etməyə başladı.

1467-ci ildə o, Qaraqoyunlu dövlətini məğlub edib, 1468-ci ildə Ağqoyunlu dövlətinin əsasını qoydu. Bunu eşidən Teymuri Əbu Səid Ağqoyunlular üzərinə yürüş etdi. 1468-1469-cu ilin qışında bu döyüşdə Uzun Həsən qələbə çaldı. Ağqoyunluların ərazisi Kürdən cənubda Azərbaycan torpaqlarını, Şərqi Gürcüstanı, Qərbi İranı, İraqı və s. əhatə edirdi.

1472-ci ildə Ağqoyunlular Venesiya Respublikası ilə ittifaqa girərək Osmanlıları məğlub etdilər. 1473-cü ildə isə Osmanlılar Ağqoyunluları məğlub etdilər.

1474-cü ildə Şirazda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd qiyam qaldırdı. Uzun Həsən qiyamı yatırtdı və oğlu Uğurlu Məhəmməd İstanbula qaçdı. Osmanlı imperatoru II Mehmet qızını ona ərə verdi və onu Sivaşa hakim təyin etdi. Uzun Həsən oğlunu ələ keçirib onu edam etdi. II Mehmet qızını və nəvəsi Əhmədi İstanbula apardı. 1497-ci ildə həmin Gödək Əhməd Ağqoyunlu hökmdarı Rüstəm padşahı taxtdan saldı və taxta sahib oldu.

Sonra isə Əhmədin siyasətindən narazı qalan əyanlar onu taxtdan saldırlar. Taxt uğrunda iki əmioğlu: Əlivənd və Murad mübarizə apardılar. Sonda saziş bağlandı və Ağqoyunlu ərazisi onların arasında bölüşdürüldü.



Yüklə 223,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin