R. F. Sadiqov bunu hər bir azəRİ TÜRKÜ BİLMƏLİDİR (Azərbaycan tarixinin qısa şərhi) Bakı-2008 Elmi redaktor


Azərbaycan Sovet hakimiyyəti dövründə



Yüklə 223,5 Kb.
səhifə35/38
tarix02.01.2022
ölçüsü223,5 Kb.
#2416
1   ...   30   31   32   33   34   35   36   37   38
Azərbaycan Sovet hakimiyyəti dövründə

1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti yarandı və Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu. Azərbaycan SSRİ-nin rəhbəri N.Nərimanov oldu.

1920-ci ilin avqustun 17-də M.Ə.Rəsulzadə Şamaxı qəzasında həbs edilib Bakıya gətirildi. O, noyabrda Stalin tərəfindən azad edilib Moskvaya aparıldı. M.Ə.Rəsulzadə 1922-ci ildə Finlandiyaya, sonra isə Türkiyəyə mühacirət etdi və orada vəfat etdi.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar vilayəti, 1924-cü ildə Naxçıvan Muxtar SSR yaradıldı. 1945-ci ildə Ermənistan Respublikası Dağlıq Qarabağı Azərbaycandan istədi. Mir Cəfər Bağırov bu şərtlə razı oldu ki, Ermənistana verilən bütün Azərbaycan torpaqları geri qaytarılsın. Ermənilər razı olmadılar.

1932-ci ildə 2000 hektar Azərbaycan torpağı Ermənistana verildi.

1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildi və Sovet Azərbaycanında quruculuq işləri başladı. Heydər Əliyev hakimiyyəti dövründə ermənilərin işğalçılıq siyasəti ürəklərində qaldı və Azərbaycanda quruculuq işləri başlandı.

Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə təyin edildi. Lakin 1987-ci ildə ermənipərəst M.Qarboçov tərəfindən vəzifəsindən kənarlaşdırıldı.

1988-ci ildə Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana pənah gətirdilər. 1988-ci ildə ermənilər Sumqayıtda təxribat törətdilər.

Bu hadisələrə ilk etiraz mitinqi 1988-ci ildə fevralın 19-u Bakıda keçirildi.

1989-cu ildə Ə.Elçibəyin sədrliyi ilə AXC yaradıldı.

1991-ci il avqustun 8-də Ermənistanda sonuncu Azərbaycan kəndi Nüvədi boşaldıldı. Beləliklə, 185 Azərbaycan kəndindən 230 min azərbaycanlı qovuldu, 255 nəfər öldürüldü, yandırıldı, diri-diri boruların içinə doldurulub qaynaqlandı.

1990-cı il yanvarın 20-si tarixində ruslar Bakıda qanlı faciə törətdilər. Bakı və ətraf rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı.



Yüklə 223,5 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin