Azərbaycan Cümhuriyyəti
Xüsusi Zaqafqaziya (Cənubi Qafqaz) Komitəsi Rusiyada 1917-ci il oktyabr çevrilişi nəticəsində yaranmış sovet rejimini tanımadığına görə devrildi. Cənubi Qafqazı idarə etmək üçün noyabrın15-də Cənubi Qafqazın hər üç millətinin iştirakı ilə TiflisdəY.P.eeçkorinin sədrlik etdiyi Zaqafqaziya Komissarlığı təşkil olundu. Həmin ilin noyabr ayının 26-28-də Ümumrusiya Müəssisələr Məclisinə keçirilən seçkilərdən sonra M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Milli Fraksiyası yaradıldı. Mart ayının 3-də Sovet Rusiyası Almaniya ilə Brest-Litovsk şəhərində sülh bağladı. Müqavilənin şərtlərinə görə:
1) 1877-1878-ci illər Rus-Türk müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli idi;
2) Qars, Ərdahan və Batun vilayətləri Türkiyəyə verilməli idi;
3) Rus əsgərləri türk ərazilərində və sərhədlərində yerləşən erməni silahlı birləşmələrini tərk-silah etməli idilər;
Bakı Sovetinin 1918-ci il martın 15-də keçirilən iclasında S.Şaumyan azərbaycanlılarının soyqrımına göstəriş verdi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin tərk-silah edilməsi milli qırğını başlamaq üçün bəhanə oldu. Müsəlmanlara ilk atəş 1918-ci il martın 30-da saat 16-00-da erməni kilsəsinin yanında açıldı. Müsəlmanların guya içərişəhərdə rusları qırması barədə ermənilərin fitvasına inanan rus matrosları da azərbaycanlılara qarşı çıxaraq onları atəşə tutdular. Martın 31-də “Kərpiçxana”, “Məmmədli” və s. azərbaycan məhəllələrinə bolşevik-erməni hərbi dəstələrinin hücumları başladı. Martın 31-də şəhərin dinc, silahsız, müsəlman əhalisinə divan tutdular. Mart soyqrımı nəticəsində Bakıda 12 min, Şamaxıda isə 7 mindən artıq adam qətlə yetirildi, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında azərbaycanlı əhaliyə divan tutuldu.
1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti (XKS) deyilən qurum yaradıldı. Qruma Stepan Şaumyan sədrlik edirdi. Bakı XKS Azərbaycanı Sovet Rusiyanısının tərkib hissəsi kimi hesab edirdi. Bakı XKS-nin əsgərlərinin sayı 18000 nəfərə çatırdı. Onların 13000 nəfəri ermənilərdən ibarət idi.
1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin son iclası oldu. Gürcüstan öz müstəqilliyini elan etdi, seym buraxıldı. Milli Şuranın 1918-ci il mayın 28-də Tiflisdə qəbul etdiyi “İstiqlaliyyət bəyannaməsi” ilə XIX əsrdə itirilmiş dövlətçiliyimiz Azərbaycan Xalq Cumhuriyyəti formasında bərpa edildi. Elə həmin gün müvəqqəti hökumət yarandı. F.Xoyski müvəqqəti hökumətin rəhbəri oldu. Türkiyə Azərbaycan Cumhuriyyətini müstəqil dövlət kimi tanıyan ilk xarici dövlət oldu. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədrin birinci müavini Həsən bəy Ağayev seçildi. F.Xoyskinin rəhbərliyi ilə yeni hökumətin tərkibi elan edildi.
Azərbaycan Cumhuriyyəti yarandıqdan və Gəncəyə köçürüldükdən sonra Azərbaycanda iki hakimiyyətlilik yarandı.
1) Gəncədə milli hökumət;
2) Bakıda bolşevik və daşnakların Xalq Komissarları Soveti (XKS).
Bakı XKS-ti milli hökumətə qarşı müharibə elan etdi. O, Gəncəyə hücum etmək üçün əvvəl 1918-ci ilin iyun ayının 6-da Kürdəmiri işğal etdi. İyun ayının 20-də Azərbaycan-Türk qüvvələri XKS-nin ordusunu geri çəkilməyə məcbur etdilər və Bakı ətrafınadək irəlilədilər. Sovet Rusiyasının köməyi onlara fayda vermədi və XKS süquta uğrayaraq iyulun 31-də səlahiyyətlərindən əl çəkdilər.
Sentyabrın 15-də Azərbaycan-Türk qüvvələri Bakıya daxil oldu və sentyabrın 17-də Milli hökumət Bakıya köçürüldü.
Türkiyə I Dünya müharibəsində məğlub olduğu üçün Naxçıvan ərazisini tərk etdi. Bundan sonra Naxçıvanda noyabr ayında Araz-Türk dövləti yarandı.
Dostları ilə paylaş: |