Müstəqil Azərbaycan Respublikası
1991-ci il avqustun 30-da çağırılmış Ali Sovetin növbədənkənar sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə” qəbul etdi.
1991-ci il sentyabrın 14-də Azərbaycan KP-nın XXXIII fövqəlada qurultayında bu təşkilat özünü buraxdı. Ali Soveti 1991-ci il oktyabrın 18-də çağırılmış sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akt”nı qəbul etdi. Bununla da 1920-ci ilin aprel ayında itirilmiş Azərbaycan dövlətçiliyi bərpa olundu.
Bundan sonra yenə Rusiyanın köməyi ilə Ermənistan və Dağlıq Qarabağ erməniləri Azərbaycana qarşı açıq müharibəyə başladılar. Belə bir ağır şəraitdə respublikanın Ali Soveti 1991-ci il oktyabrın 9-da “Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etdi.
1992-ci il mayın 15-də Daşkənd müqaviləsinə əsasən SSRİ-nin hərbi əmlakı bölüşdürülərkən Azərbaycana müəyyən qədər silah və hərbi sursat verildi. Aviasiya polku yaradıldı. Xəzər donanmasının qüvvə vəsaitinin 25 faizi Azərbaycanın payına düşdü. Lakin respublikamıza verilən texnika qənaətbəxş vəziyyətdə deyildi.
Dostları ilə paylaş: |