R Kabinetinin 1999-cu il 15 mart tarixli 41 n



Yüklə 0.85 Mb.
səhifə1/5
tarix06.12.2016
ölçüsü0.85 Mb.
  1   2   3   4   5






Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR


Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında
Əsasnamə
I. Ümumİ müddəalar
1.1. Bu Əsasnamə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır.

1.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması maddi-texniki baza və texniki metodiki tədris vasitələri ilə təmin olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin rəyi nəzərə alınmaqla Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alınmış tədris müəssisələrində və kurslarda həyata keçirilir. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının artırılması dövlət təhsil standartları əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış vahid tədris plan və proqramı ilə aparılır. 1

1.2-1. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A1”, “A” və “B” kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir 2

1.3. Ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin sürücüləri Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar.

Beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri beynəlxalq yük daşımalarına dair beynəlxalq konvensiyalar, sazişlər və digər sənədlər, habelə bu daşımaların xüsusiyyətləri barədə zəruri biliklərə malik olmaq üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən təsdiq olunmuş proqram üzrə xüsusi hazırlıq keçməlidirlər. 3

II. Nəqlİyyat vasİtələrİ sürücülərİnİn hazırlanması və onların İxtİsasının artırılmasının təşkİlİ

2.1. "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasının təlim sistemi aşağıdakıları özündə əks etdirir:

a) "C" və "D" kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə sürücülərin hazırlanması üçün kurslarda təhsil müddəti 3,5 aya qədər, "A" və "B" kateqoriyalı nəqliyyat vasitələrini, tramvay və trolleybusu idarə etməyə 2,5 aya qədər, A1 kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə isə 1,5 aya qədərdir, tədris müəssisələrində isə tədris planlarına, proqramlarına və təhsil müddətinə uyğun aparılır.

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı olan şəxslərdən təşkil olunmuş kurslarda həyata keçirilir;

b) "B", "C", "D", "BE", "CE" və "DE" kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması kursları üçün təhsil müddəti 1,5 aydır.

"C" kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması "B" kateqoriyalı avtomobil nəqliyyatı vasitələrini idarə etmək hüququ olan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir.

"BE" kateqoriyası "B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslərin, "CE" və ya "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini müvafiq olaraq "C" və ya "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslərin ixtisasının artırılması axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyən, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmayan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir.

c) Kurslara qəbul olunan dinləyicilərin yaş həddi nəqliyyat vasitəsi kateqoriyasından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

"Al" kateqoriyası üzrə - 16 yaşdan;

"A", "B" və "C" kateqoriyası üzrə - 18 yaşdan;

"BE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -19 yaşdan;

tramvayları, trolleybusları, "CE" və "D" kateqoriyaları üzrə - 21 yaşdan; "DE" kateqoriyası üzrə - 24 yaşdan.4

2.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması istehsalatdan ayrılmaqla və ayrılmamaqla həyata keçirilir.

2.3. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üzrə tədris müəssisələrinə və kurslara daxil olmaq istəyən şəxslər qəbul qaydalarına uyğun olaraq seçdiyi nəqliyyat vasitələrinin kateqoriyasını göstərməklə müəssisənin rəhbərinin adına ərizə yazırlar.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

a) “A”, “B”, “C” kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üçün:

ərizə və ya təhsil almağa göndərilən şəxslər üçün müəssisənin (birliyin, assosiasiyanın, təşkilatın) göndərişi;

müəyyən edilmiş formada tibbi arayış;

3,54,5 sm ölçüdə üç ədəd fotoşəkil;

təhsil haqqında sənədin əsli, əgər varsa (şəxsən təqdim edilir);

şəxsiyyət vəsiqəsinin surəti;5

təhsil haqqının ödənilməsi barədə qəbz (ödənişli qruplar üçün);

b) “B”, “C” kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin ixtisasının artırılması üçün “a” bəndində göstərilən sənədlərdən əlavə sürücülük vəsiqəsi, “D”, “DE” kateqoriyalarına aid olanlar üçün isə göstərilən sənədlərdən əlavə olaraq müvafiq avtomobil nəqliyyatı vasitələrində sürücülük iş stajını təsdiq edən əmək kitabçasından çıxarışı və Dövlət Yol Polisinin müvafiq arayışı təqdim olunur.

Müdavimlərin təhsilə qəbulu, eləcə də onların buraxılışı və yaxud xaric edilməsi tədris müəssisəsi (təşkilatı) rəhbərinin əmri ilə sənədləşdirilir. 6

2.4. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üçün tədris qruplarında müdavimlərin sayı 10—30 nəfər olmalıdır.

Tədris müəssisələrində məşğələlərin başlanmasından keçən 15 gün ərzində, hər bir tədris qrupu bu Əsasnaməyə 1 nömrəli əlavəyə uyğun formada təhsil alanların siyahısını və sifariş təqdim etməklə ərazi üzrə Qeydiyyat İmtahan Məntəqəsində (QİM) qeydiyyata alınmalıdır. QİM-ə daxil olan hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində DYPİ-yə göndərilməlidir.

2.5. Tədris müəssisələrində müdavimlərin tədris prosesinə nəzəri və laboratoriya-təcrübə məşğələləri, ilk tibbi yardım, avtomobil nəqliyyatı vasitələrinin idarə edilməsi üçün sürmə təlimi daxildir.

2.6. Nəzəri, laboratoriya-təcrübə məşğələləri və ilk tibbi yardım təchiz edilmiş kabinetlərdə (siniflərdə) və laboratoriyalarda keçirilir. Avtomobil nəqliyyatı vasitələrində sürmə təlimi avtomotorenajorlarda və təlim avtodromlarında (meydançada) keçirilir. Sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin istehsal tarixi beş ildən artıq olmamalıdır və onun qabağında və arxasında bərabər tərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş, qırmızı haşiyəyə alınmış və içərisində qara rəngdə “Təlim” sözü yazılmış üçbucaq şəklində (minik avtomobilin damında iki tərəfli nişan qoyulmasına yol verilir) nişan qoyulur. 7

Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyə öyrənən şəxsin, onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsinin sürmə təlimi vermək hüququna dair sənədi və vəsiqəsi olmalıdır.

2.7. Tədris planı və proqramları ilə müəyyən edilmiş bütün növ məşğələlər təsdiq olunmuş dərs cədvəli üzrə keçirilir, sürmə məşğələləri isə avtomobil nəqliyyatı vasitələrinin sürmə təliminin növbəlik qrafiki üzrə aparılır.

2.8. Bütün növ məşğələlərin uçotu müəyyən olunmuş forma üzrə təlimin uçotu jurnallarında, sürmə təlimi isə bundan əlavə yol vərəqələrində və fərdi sürmə təlimi kitabçalarında aparılır (2 nömrəli əlavə).

III. Nəqlİyyat vasİtələrİ sürücülərİnİn hazırlanmasına və onların İxtİsasının artırılmasına rəhbərlİk

3.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyivə Nəqliyyat Nazirliyi bu sahədə fəaliyyət göstərən tədris müəssisələrində və kurslarda Daxili İşlər Nazirliyinin DYP İdarəsi ilə birlikdə respublikada nəqliyyat vasitələrinə sürücü kadrların hazırlanması və onların ixtisasının artırılması prosesinə metodiki rəhbərlik edir və dövlət təhsil proqramları çərçivəsində bu sistemin tənzimlənməsi və inkişaf etdirilməsi üçün lazımi tədbirlər, sərəncamlar işləyib hayata keçirir. 8

3.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması prosesini həyata keçirən müəssisələr:

respublikada nəqliyyat vasitələri sürücülərinin hazırlanmasına və ixtisasartırmaya olan tələbatı Təhsil Nazirliyi ilə birgə öyrənərək təyin edirlər;

təhsil müəssisələrinin maddi-texniki təchizatının təmin olunması və genişləndirilməsində bilavasitə iştirak edirlər;

hazırlanma və ixtisas artırma prosesini həyata keçirərək təhsilin keyfiyyətinin yüksəldilməsində məsuliyyət daşıyırlar;

nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasının təkmilləşdirilməsi üçün elmi tədqiqat işlərində və araşdırmalarda iştirak edirlər;

mühəndis-pedaqoji kadrların seçilib yerləşdirilməsini həyata keçirirlər;

nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması ilə məşğul olan müəssisələrin qabaqcıl təcrübələrini öyrənir, ümumiləşdirib yayırlar.

3.3. Təhsil müəssisələrinin rəhbər işçilərinin, müəllimlərin və istehsalat təlim ustalarının (təlimatçı sürücülərin) əsas vəzifələri müəyyən olunmuş qayda üzrə təsdiq edilmiş rəhbər vəzifələr və mühəndis-pedaqoji işlər haqqındakı ixtisas xarakteristikaları, təlimatlar və əsasnamələrlə müəyyən edilir.

3.4. Təhsil müəssisəsinin (təşkilatın) bütün fəaliyyətinə rəhbərlik bu Əsasnaməyə uyğun olaraq tədris müəssisəsinin Nizamnaməsi əsasında həyata keçirilir.

3.5. Laborator-təcrübə məşğələlərinin aparılması üçün istehsalat təlimi ustaları ali və ya orta ixtisas təhsilli, avtomobil-traktor ixtisasına malik yüksək istehsalat ixtisaslı və iş təcrübəsi olan şəxslərdən təyin edilir.

3.6. Avtomobil nəqliyyatı vasitələrinin sürülməsi təliminin aparılması üçün istehsalat təlimi ustaları (sürücü təlimatçılar) orta təhsildən orta ixtisas təhsilindən aşağı olmayan, müvafiq kateqoriyalı nəqliyyat vasitələrində üçillik iş stajı və xüsusi proqram üzrə sürmə təliminin metodikası üzrə hazırlıq keçməsi barədə şəhadətnaməsi (3 nömrəli əlavə) olan şəxslərdən təyin edilir. 9

3.7. Avtonəqliyyat vasitələrinin quruluşu və istismarı fənninin müəllimləri adətən avtomobil-traktor ixtisasları üzrə ali təhsilli şəxslərdən təyin edilir. Yol hərəkəti qaydaları və hərəkətin təhlükəsizliyinin əsasları fənləri üzrə əlavə olaraq avtonəqliyyat vasitələrini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi tələb olunur.

3.8. Nəqliyyat vasitələri sürücülərini hazırlayan və onların ixtisasını artıran təhsil müəssisələrinin (təşkilatların) mühəndis-pedaqoji işçilərinin ixtisaslarının artırılması Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən mövcud qaydada həyata keçirilir.

IV. Tədrİs-maddİ baza

4.1. Avtomobil nəqliyyatı vasitələri sürücülərinin yüksək keyfiyyətli hazırlanmasını və onların ixtisasının artırılmasını təmin etmək üçün tədris müəssisələrində müasir əyani vasitələr, təlimin texniki vasitələri, avadanlıq, cihaz və alətlər, dərslik və dərs vəsaitləri ilə tam təchiz olunmuş tədris kabinetləri (sinifləri) və laboratoriyaları (4 nömrəli əlavə), təlim avtodromu (meydança) və təlim nəqliyyat maşınları olmalıdır.

Təlim avtodromu (meydança) olmadıqda və nəqliyyat maşınlarının çatışmadığı hallarda tədris müəssisələri fiziki və hüquqi şəxslərə məxsus sahələri və nəqliyyat vasitələrini icarəyə götürə bilərlər.

Tədris müəssisələrinin müasir avtomobil nəqliyyatı vasitələri, yanacaq-sürtgü materialları, avadanlıq, ehtiyat hissələri və alətləri ilə təmin edilməsi müəyyən edilmiş qaydada həyata keçirilir.

4.2. Tədris müəssisəsinin bütün avtomobil nəqliyyatı vasitələri ərazi üzrə QİM-də qeydiyyata alınır.

V. Buraxılış İmtahanları

5.1. Müdavimlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən etmək üçün, təlimin sonunda müstəqil sürücülük hazırlığını aşkar etmək məqsədi ilə əvvəlcə onlar tədris müəssisələrində məqbul (zaçot) və imtahanları verirlər, sonra ərazi üzrə QİM-də onlardan imtahanlar qəbul edilir. İmtahanların keçirilməsinə qədər əvvəlki ayın 25-nə kimi Qeydiyyat İmtahan Məntəqəsinə imtahanların qəbulu üçün sifariş verilir. Müdavimlərdən imtahanların qəbul edilməsi üçün tədris müəssisəsi rəhbərinin əmri ilə sədr və iki üzvdən ibarət imtahan komissiyası yaradılır. İmtahan komissiyasının tərkibinə əlavə olaraq, onlar üçün sürücü kadrları hazırlayan avtomobil nəqliyyatı müəssisələrinin nümayəndələri də daxil edilə bilər.

5.2. İmtahanlara təsdiq olunmuş tədris planı və proqramları üzrə tam təmin kursunu bitirmiş və bütün fənlərdən müsbət yekun qiymətləri alan müdavimlər buraxılır.

5.3. Tədris qruplarında nəzəri imtahanlar, qüvvədə olan tədris planı və proqramları əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanmış və təsdiq edilmiş imtahan biletləri üzrə keçirilir.

Nəqliyyat vasitələrinin təcrübi sürmə təlimi üzrə imtahanlar iki mərhələdə keçirilir: əvvəlcə avtodromda, sonra Dövlət Yol Polisi ilə razılaşdırılmış yol hərəkəti şəraitində nəzarət marşrutunda.

5.4. Müdavimlərin bilik, bacarıq və vərdişləri dörd bal sistemi ilə qiymətləndirilir: 5 (əla), 4 (yaxşı), 3 (kafi) və 2 (qeyri-kafi). “3” məqbul hesab edilir.

İmtahanlardan qeyri-kafi qiymət alan müdavimlər yalnız əlavə hazırlıqdan sonra təkrar imtahanlara buraxılır.

5.5. İmtahanların nəticələri protokolla (5 nömrəli əlavə) sənədləşdirilir, komissiyanın sədri və üzvləri, sonra isə tədris müəssisəsinin rəhbəri tərəfindən imzalanır və möhürlənir.

5.6. Tədris müəssisəsində məqbul (zaçot) və imtahanları müvəffəqiyyətlə verən müdavimlərə təlim kursunu bitirmələri barədə şəhadətnamə verilir (6 nömrəli əlavə).

Şəhadətnamə ciddi hesabat sayılır, mətbəə sıra nömrəsi olur və mərkəzləşmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanır.

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması proqramı üzrə təlim kursunu bitirməsi barədə müdavimlərə verilən şəhadətnamə həmin nəqliyyat vasitələrini idarəetmə hüququ verən sənəd sayılmır, müvafiq kateqoriyalı avtomobil nəqliyyatı vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsinin alınması üzrə imtahanlara buraxılması üçün Dövlət Yol Polisi idarəsinə təqdim edilir.

5.7. Tədris qrupunun tədris sənədləri və imtahan komissiyalarının protokolları 75 il ərzində müəssisələrdə saxlanılır.

Tədris müəssisələrinin bitirilməsi barədə şəhadətnamə itirildiyi halda məzunun ərizəsi və imtahan komissiyasının protokolu əsasında ona dublikat şəhadətnamə verilir.

n03_mar99_s0591n03_mar99_s0592n03_mar99_s0593n03_mar99_s0594n03_mar99_s0595n03_mar99_s0595

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 41 n
ömrəli qərarı ilə
t
əsdiq edilmiş Əsasnaməyə
4 nömrəƏlavə

Avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanmasını və onların ixtisaslarının artırılmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin (siniflərinin) və qurğularının
Sİyahısı

1. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti (sinfi).

2. Avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabineti (sinfi).

3. Yol hərəkəti qaydaları kabineti (sinfi).

4. Hərəkətin təhlükəsizliyi və ilk tibbi yardım kabineti (sinfi).

5. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu üzrə laboratoriya.

6. Avtomobil nəqliyyatı vasitələrinə texniki qulluq üzrə laboratoriya.

7. Avtomobil trenajorları kabineti (sinfi).

8. Təlim avtodromu.

Kabinetlərin (siniflərin) və laboratoriyaların miqdarı tədris müəssisəsi üçün müəyyən olunmuş avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanması və yenidən hazırlanması planına müvafiq olaraq orta illik kontingentə əsasən təyin edilir.

Kifayət qədər auditoriya fondu olduqda avtomobil nəqliyyatı vasitələrinin kateqoriyaları üzrə, eləcə də proqramın ayrı-ayrı bölmələri (mövzuları) üzrə ixtisaslaşdırılmış quruluş, avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabinetləri təşkil edilə bilər.

Kifayət qədər auditoriya fondu olmadıqda isə avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti, istismarın əsasları və əməyin mühafizəsi kabinetləri ilə, yol hərəkəti qaydaları kabineti isə hərəkət təhlükəsizliyinin əsasları kabineti ilə birləşdirilə bilər.



Fərdi avtomobil nəqliyyatı , "Al" və "A" kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin və qurğularının10
Sİyahısı

1. Quruluş və texniki qulluq kabineti (sinif).

2. Yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları kabineti (sinif).

3. Avtotrenajorlar kabineti (sinif).

4. Sürmə təlimi üçün meydança.

Kifayət qədər auditoriya fondu olmadıqda quruluş və texniki qulluq, yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları kabinetləri birləşdirilə bilər.



Avadanlığın təxmini
Sİyahısı


I. Avtomobİl nəqlİyyatı vasİtələrİnİn quruluşu kabİnetİ (sİnfİ)

Öyrənilən markalar üzrə avtomobillərin (avtobusların) əsas yığma vahidlərinin kəsilmiş halda dəstləri, ayrı-ayrı mexanizmləri, sistemləri və hissələri:



1.

İlişmə muftası ilə birlikdə birinci kompleksli mühərrik (yığılmış halda)

— 2 ədəd

2.

Ötürmələr qutusu (yığılmış halda)

— 2 ədəd

3.

Bölüşdürücü qutu (yığılmış halda)

— 2 ədəd

4.

Qabaq aparan körpülər və arxa körpülər

— 2 ədəd

5.

Hidravlik gücləndirici sükan mexanizmi (yığılmış halda)

— 1 ədəd

6.

Bucurğad (yığılmış halda)

— 1 ədəd

7.

Çarxqolu-sürgüqolu mexanizminin hissələri

— 2 kom.

8.

Qazpaylama mexanizmin hissələri

— 2 kom.

9.

Soyutma sisteminin cihazları

— 2 kom.

10.

Yağlama sisteminin cihazları

— 2 kom.

11.

Qida sisteminin cihazları

— 2 kom.

12.

Alışdırma sisteminin cihazları

— 2 kom.

13.

Akkumulyatorlar batareyaları

— 2 ədəd

14.

Generator və rele-nizamlayıcılar

— 2 kom.

15.

Starterlər

— 2 ədəd

16.

İşıq və səs siqnalizasiyasının cihazları

— 1 kom.

17.

Tormoz sistemlərinin qovşaqları və cihazları

— 2 kom.

18.

İşəsalıcı qızdırıcıların qovşaqları və cihazları

— 1 kom.

19.

Şinlərdə təzyiqi nizamlayan sistemin cihazları

— 1 kom.

Nümayİş stendlərİ

1. Mühərrikin iş sikli

2. Çarxqolu-sürgüqolu və qazpaylama mexanizmləri

3. Qida, soyutma, yağlama sistemləri

4. Qazbalonlu qurğulu mühərrikin qida sistemi

5. Elektrik avadanlığı

6. Sükanlı idarəetmə

7. Tormoz sistemləri

Öyrənilən avtomobillərin (avtobusların) quruluşuna aid plakatlar dəsti.

Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:

proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;

kinoproyektor, diaproyektor, ekran;

avtomobil nəqliyyatı vasitələrinin quruluşuna aid kinofilmlər və daifilmlər.

  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə