R Kabinetinin 1999-cu il 15 mart tarixli 41 n



Yüklə 0,85 Mb.
səhifə5/5
tarix06.12.2016
ölçüsü0,85 Mb.
#948
1   2   3   4   5

Qeyd: BE", "CE" və "DE" kateqoriyalı nəqliyyat vasitəsində sürmə üzrə birinci mərhələdə təcrübi imtahanın qəbul edilməsi üçün ərazi müvafiq mürəkkəb elementlərlə ölçüsündən asılı olaraq təchiz edilir.56

2.2.3. Hər bir imtahan verən üçün marşrutun uzunluğunun, 2.2.1.1—2.2.1.6 bəndlərində göstərilmiş elementlər də daxil olmaqla, 1,5-dən 4 km-ə qədər olması məsləhət görülür.

2.2.4. Sınaq marşrutu, marşrut xəritəsi (marşrut sxemi) 200300 mm formatda tərtib edilir. Hər bir marşruta sıra nömrəsi verilir.

İmtahan verənləri vaxtlı-vaxtında dəyişmək və vaxta qənaət etmək məqsədi ilə hər bir marşrutda imtahanın bir yerdən başlayaraq həmin yerdə də qurtarması məqsədəuyğun sayılır (məsələn, imtahan məntəqəsində).

Əgər marşrutlar bir-birinin ardınca seçilibsə, onda birincinin başlanğıcı və axırıncının qurtaracağı eyni yer olmalıdır.

Vaxtaşırı dəyişilməsi üçün sınaq marşrutlarının ehtiyat variantlarının olması məqsədəuyğun hesab edilir.



2.2.5. İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan qəbul edən DYP əməkdaşı növbəlik üsulu ilə sürücülüyə namizədi imtahan qəbul ediləcək müvafiq sınaq marşrut xəritəsi ilə tanış edir.57

2.3. Sürücülüyə namizədin müraciət etdiyi sürücülük kateqoriyasına aid nəqliyyat vasitəsini idarə etmək bacarığının müəyyən edilməsi üçün imtahanın müddəti kifayət qədər olmalıdır.58



2.4. İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarət informasiya-kommunikasiya texnologiyaları vasitələrinin köməyi ilə həyata keçirilir.59

Bu halda imtahanı qəbul edən imtahan avtomobilində, yaxud ondan kənarda olur və yaxud da bağlı meydançanın ölçülərindən və onlarda olan nəzarət texniki vasitələrindən asılı olaraq müəyyən edilir.

3. İmtahanın məzmunu

Sürücülüyə namizədin hazırlığını müəyyən etmək üçün, onlar tərəfindən aşağıdakı elementlərin yerinə yetirilməsi nəzərə alınır:

3.1. Avtodromda:

3.1.1. yoxuşda yerindən tərpənmə — avtomobili yoxuşda saxlamalı, sonra hərəkəti davam etdirməli (bu halda avtomobil yerindən səlis tərpənməli, mühərrik sönməməli və avtomobil 20 sm-dən çox arxaya getməməlidir);

3.1.2. hərəkət hissəsinin eni məhdudlaşdırılmış yerdə geriyə dönmə (ölçüləri məhdudlaşdırılmış yol sahəsində sürətlər qutusunun arxa ötürücüsünü isə salmaqla birdəfədən geri gönmə).

Geriyə verilərkən avtomobil elə dayanmalıdır ki, onun xarici konturu işarə edilmiş boksun daxilində olsun.

Bu element yerinə yetirilərkən boksdan olan minimal məsafə imtahan—avtomobilinin dönmə radiusunun xarici qabaritindən 1,5 dəfə az olmalıdır.

3.2. Sınaq marşrutunda:

3.2.1. hərəkətin başlanılması:

3.2.1.1. hərəkətin başlanılmasına hazırlıq, digər hərəkət iştirakçılarına münasibətdə diqqətli olmaq;

3.2.1.2. xəbərdaredici siqnalların yandırılması və vaxtında verilməsi;

3.2.1.3. arxaya baxış güzgüsündən istifadə edilməsi;

3.2.1.4. nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi;

3.2.1.5. sürət artırılması və ötürücüyə keçirmə;

3.2.1.6. düzünə hərəkət;

3.2.1.7. yolun hərəkət hissəsində düzgün yerləşmə;

3.2.2. lazımi hərəkət sürətinə riayət olunması:

3.2.2.1. nəqliyyat vasitələrinin arasında ara və yan məsafələrin seçilməsi;

3.2.3. bir istiqamətdə iki və daha çox hərəkət zolağı olan yolda manevr etmə:

3.2.3.1. xəbərdaredici siqnalların vaxtında verilməsi;

3.2.3.2. dayanmış nəqliyyat vasitələrinin, o cümlədən ümumi istifadədə olan nəqliyyatın və digər maneələrin yanından düzgün ötmə;60

3.2.3.3. bir zolaqdan digərinə yerdəyişmənin düzgün icra edilməsi;

3.2.3.4. hərəkət iştirakçılarında siqnallara qarşı lazımi reaksiya;

3.2.4. nizamlanan yol ayrıcından keçilməsi:

3.2.4.1. yol ayrıcısına yaxınlaşarkən yol şəraitinə qiymət verilməsi. Lazım gəldikdə xəbərdaredici siqnalların verilməsi;

3.2.4.2. nəqliyyat vasitəsinin yol ayrıcının qarşısında düzgün dayandırılması;

3.2.4.3. dayandıqdan sonra nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi;

3.2.4.4. svetoforun siqnallarına və ya yol polisi əməkdaşının işarələrinə əməl olunması;

3.2.5. nizamlanmayan yol ayırıcısını keçmək:

3.2.5.1. yol ayırıcısına yaxınlaşarkən, yol nişanlanma xətlərinin tələbləri, digər hərəkət iştirakçılarının işarələrini nəzərə almaqla qiymət verilməsi;

3.2.5.2. hərəkətə üstünlük verilən hallarda onlara əməl edilməsi;

3.2.5.3. yol ayrıcısına yaxınlaşdıqda hərəkət sürəti və piyada keçidin keçilməsi;

3.2.6. dönmənin (geriyə dönmənin) icrası:

3.2.6.1. döngəyə düzgün daxil olunması;

3.2.6.2. mükəmməllik, sürət və hərəkət trayektoriyası nəzərə alınmaqla döngədən çıxma.

3.2.7. ötmə:

3.2.7.1. ötmədən əvvəl yol nişanlarının, nişanlanma xətlərinin tələblərini və hərəkətin digər iştirakçılarının davranışlarını nəzərə alaraq, yol şəraitinin qiymətlərdirilməsi;

3.2.7.2. xəbərdarlıq siqnallarının vaxtında verilməsi;

3.2.7.3. konkret şəraitdən asılı olaraq ötmə vaxtı sürət rejimi;

3.2.7.4. hərəkətin təhlükəsizliyini təmin etmək şərti ilə ötmə əməliyyatının başlanğıcı və qurtarması trayektoriyası;

3.2.8. dayanma:

3.2.8.1. xəbərdarlıq siqnalının vaxtında verilməsi və düzgün yerdəyişmə;

3.2.8.2. hərəkət sürətinin mükəmməl olaraq azaldılması;

3.2.8.3. yolun hərəkət hissəsində (kənarında) dayanarkən nəqliyyat vasitəsinin düzgün yerləşdirilməsi.



4. Sürücülüyə namİzədİn hazırlığının qİymətləndİrİlməsİ

4.1. İmtahanın yekunu üzrə imtahan qəbul edən, yol verilmiş səhvlər və qiymət barədə sürücülüyə namizədə məlumat verməlidir.

4.2. Sürücülüyə namizəd imtahan elementlərinin hər hansı birinin icrasından imtina edərsə və yaxud da qəza şəraiti yaratmaqla imtahan qəbul edəni imtahanın gedişinə qarışmağa vadar edərsə, o, “qeyri-məqbul” qiyməti alır.

5. Motosİkletdə İmtahan qəbul etmənİn təşkİlİ və tələblərİ

5.1. Bir qayda olaraq, idarəetmə vərdişi bir nəfərlik motosikletdə, motorollerdə yoxlanılır.

5.2. Sürmə vərdişinin yoxlanılması xüsusi meydançada aparılır.

5.3. Sürücülüyə namizəd aşağıda göstərilən manevrləri yerinə yetirməyə bacarmalıdır:

5.3.1. düzünə hərəkət etməklə sürətlər qutusunu aşağıdan yuxarı və yuxarıdan aşağı ötürməyə keçirmək;

5.3.2. ayaqları ayaq altlığından götürməməklə ən aşağı sürətlə idarə etmək;

5.3.3. kiçik radiuslu döngənin və geri dönmənin icrası (“qabarit dairə”, “ilanvari”, “səkkizvari”).

5.4. Əgər imtahan verən şəxs “dairə”, yaxud “ilanvari”, yaxud da “səkkizvari” hərəkəti yerinə yetirə bilmirsə, imtahan dayandırılır.

5.5. “Qeyri-məqbul” qiymət üçün iki səhv və aşağıdakıların olması kifayətdir:

5.5.1. “Dairə” və ya “İlanvari” və yaxud “Səkkizvari” hərəkəti yerinə yetirərkən yol örtüyünə toxunması;

5.5.2. dayanarkən və mühərrik işləyərkən ötürməni ayıra bilməmək.

* sonra mətndəƏsasnamə

* sonra mətndə — “Qanun”

* sonra mətndə — “QİM”

* sonra mətndə — “DYPİ”



* sonra mətndə — “metodika”

1



2



3



4



5



6



7



8



9



10



11



12



13



14



15



16



17



18



19



20



21



22



23



24



25



26



27



28



29



30



31



32



33



34



35



36



37



38



39



40



41



42.

43



44



45



46



47



48



49



50



51



52



53



54



55



56



57



58



59



60



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin