LABORATOR METODLAR
Xəstələrin klinik-rentgenoloji metodların vasitəsilə müa yi nəsi,
parodontdakı patoloji prosesləri xarakterizə etməyə imkan yaradır.
Bununla yanaşı, həkim sonrakı müalicə işlərin səmə rəliliyi üçün
bir sıra yardımçı müayinə metodlarından, laborator müayinələrdən
istifadə edilir. Laborator müayinələrin vasitəsilə xəs tələri tam
şəkildə müayinə etmək, etiotrop faktoru aşkar etmək, dəqiq diaq-
noz qoymaq və adekvat müalicə tədbirləri aparmaq olar.
Parodontun iltihabi xəstəlikləri zamanı tətbiq olunan laborator
müayinələri aşağıdakı formada sistemləşdirmək olar:
• Mikrobioloji
• İmmunoloji
• Biokimyəvi
• Sitoloji
Parodontdakı iltihabi dəyişikliklərin inkişafı diş ərpi və bak-
terial floranın bilavasitə təsiri nəticəsində yaranır. Ağız boşluğu
mikroflorasını öyrənmək üçün müasir dövrdə bir çox klassik me-
toddan istifadə edilir. Belə ki, mikrofloranın keyfiyyət baxımın-
dan öyrənilməsi üçün mikroskop vasitəsilə mikrokoloniyanın
identifikasiyası aparılır.
Mikrofloranın kəmiyyət baxımından öyrənilməsi üçün selek-
tiv və qeyri-selektiv qidalı mühitlərə əkilmiş koloniyaların he-
sablanması lazımdır.
Müalicə metodları seçilən zaman mikrofloranın dərman pre-
paratlarına qarşı həssaslığı da öyrənilir. Müasir dövrdə parodont
xəstəliklərinin müayinəsində müvəffəqiyyətlə tətbiq olunan kontrast
faza mikroskopiyası beş növ morfoloji formalı mik roorqanizmləri
(kokklar, hərəkətsiz çöplər, hərəkətli çöplər, dəyişkən formalılar və
filamentlər) faiz hesabı ilə müəyyən etməyə imkan verir.
Bütün bunlarla yanaşı, son dövrlərdə laboratoriya prakti-
kasına mikrofloranın öyrənilməsi üçün mikroskopiya, əkmə,
biokimyəvi identifikasiya, axar sitometriya, kapillyar elektrofrez,
immunoloji müayinə, hibridləşdirmə, zəncirvarı polimerizasiya
reaksiyası və s. də daxil edilmişdir.
49
III FƏSİL
PARODONT XƏSTƏLİKLƏRİNİN KLİNİKA VƏ
DİAQNOSTİKASI
Ümumi məlumatlar. Dişi əhatə edən toxumaların xəstəlikləri
hələ qədim dövrlərdən aşkar edilib. İntibah dövründən başlaya-
raq, sivilizasiyanın inkişafı ilə əlaqədar olaraq kariyes kimi paro-
dont xəstəlikləri də sürətlə çoxalmağa başlamışdır.
Müasir dövrdə aparılmış epidemioloji müayinələr parodont
xəstəliklərinin uşaqlar və böyüklər arasında geniş yayılması-
nı təsdiq etməklə yanaşı, həmçinin bu xəstəliklərin daha erkən
yaşlarda da müşahidə edildiyini söyləməyə imkan verir. Paro-
dont xəstəliklərinin yaranmasına səbəb olan çoxlu faktorları, o
cümlədən ağız boşluğunun gigiyenasının qənaətbəxş vəziyyətdə
olmaması, yumşaq və bərk diş çöküntülərinin varlığı, diş-
çənə anomaliyaları, okklüziya travmaları, ağız dəhlizi toxu-
malarının struktur pozğunluqları, ağız tənəffüsü, qəbul edilən
dərman maddələrinin əlavə təsirləri, keçirilmiş və müşayiətedici
xəstəliklər və s. göstərmək mümkündür.
A.İ.Qrudyanov və Q.M.Barer (1994) öz tədqiqat işlərində bu
qənaətə gəlmişlər ki, müayinə olunanlar arasında yalnız 12%
halda sağlam parodonta rast gəlmək mümkündür. İltihabın ilkin
əlamətləri 53%, erkən destruktiv dəyişikliklər 23%, orta və ağır
dərəcəli patologiyalar isə 12% hallarda müşahidə edilir. İlkin il-
tihabi və destruktiv dəyişikliklər əksərən (23-38%) 25-34 yaşlı
şəxslər arasında müəyyən edilmişdir. 35-44, 45-54, 55 və daha
yuxarı yaş qrupuna aid şəxslərdə parodont xəstəliklərinin erkən
simptomlarının kəskin azalması (15-26%), eyni zamanda orta və
ağır formalı patologiyaların çoxalması (75%-ə qədər) müşahidə
edilmişdir.
Aparılmış çoxsaylı epidemioloji tədqiqat işlərinin sayəsində
məlum olmuşdur ki, cavan yaşlı şəxslərdə parodont xəstəlikləri
50
içərisində ən çox gingivitə, 30 yaşdan yuxarı şəxslərdə isə paro-
dontun daha ağır patologiyalarına rast gəlmək olar.
ÜST-in elmi qrupunun verdiyi məlumata görə, 53 ölkə ara-
sında aparılmış müayinələr həm 15-19 yaş qrupunda (55-99%),
həm də 35-44 yaş qrupunda (65-98%) parodont xəstəliklərinin
səviyyəsinin yüksək olduğunu göstərir.
ÜST-in parodont xəstəliklərinin epidemiologiyasına aid olan
təlimatlarında bu xəstəliklərin yaranmasında aşağıdakı faktorlar
həlledici hesab edilir: sosial faktorlar – o cümlədən yaş, cins, irq,
sosial-iqtisadi vəziyyət; yerli amillər – diş ərpi, okklüzion trav-
malar, plomblamanın yatrogen qüsurları, protezləmə və ortodon-
tik əməliyyatların düzgün aparılmaması; zərərli vərdişlər – ağız
boşluğunun gigiyena qaydalarına düzgün əməl edilməməsi, si-
qaret çəkmə, sistem xəstəlikləri, cinsi yetkinlik zamanı yaranan
dəyişikliklər, hamiləlik, menopauza, dərman preparatlarının təsiri
(qidantoin, steroidlər), immunodepressantlar, ağır metalların duz-
ları, mayalanma əleyhinə olan preparatların peroral yolla qəbulu
(tsiklosporin) və s.
PARODONT XƏSTƏLİKLƏRİNİN TƏSNİFATI
Müasir stomatologiyada parodont xəstəliklərinin onlarca
təsnifatını sadalamaq olar. Həmin xəstəliklərin təsnifatının bu
qədər zəngin olması bir tərəfdən parodont toxuması patologiyala-
rının çox olması ilə, digər tərəfdən isə zədələnmənin xarakterinə
fərqli yanaşma tərzinin müxtəlifliyi ilə əlaqədardır.
Təsnifatın əsasında klinik simptomlar, patomorfologiya, etio-
logiya, patogenez və prosesin yayılma xarakteri dayanır və vahid
sistemləşdirmə prinsiplərinin olmaması səbəbindən bu cür çox-
saylı təsnifat növləri meydana çıxır. Bundan başqa, bu səbəblər
içərisində parodont toxumasında baş verən ilkin dəyişikliklərin
lokalizasiyasının müəyyən edilməməsi, habelə müxtəlif orqan
və sistem xəstəliklərinin parodonta təsirinin aşkar edilməməsini
51
də göstərmək olar. Stomatoloqlar parodont xəstəliklərini sis tem-
ləşdirmək üçün istifadə etdikləri əsas kateqoriyaları müəy yən-
ləşdirməlidirlər. Belə kateqoriyalar patoloji prosesin xarakterini
göstərməklə, parodont xəstəliklərinin klinik formalarını və ağırlıq
dərəcəsini (gedişini) təyin etməkdən ibarətdir.
Ədəbiyyat mənbələrinin araşdırılması zamanı məlum olur ki,
parodont xəstəliklərinin klinik formaları əsasən gingivit, parodon-
tit, parodontoz və parodontomalar formasında təzahür edir.
Rus alimlərinə məxsus ədəbiyyat mənbələrində əvvəllər “pa-
rodontoz” termininə üstünlük verilirdi və bu onunla izah edilir-
di ki, parodont zədələnmələrinin müxtəlif klinik əlamətlərinin
əsasında vahid patoloji proses olan distrofiya dayanır ki, bunun
sayəsində də alveol sümüyünün rezorbsiyası, parodontal ciblərin
yaranması, alveolyar piarreya və s. kimi simptomlar əmələ gəlir.
Bu deyilənlər A.E.Yevdakimov, İ.Q.Lukomski, Q.S.Pekker,
İ.O.Novik, İ.M.Starobinsk, A.İ.Beqelman və digər müəlliflərin
təsnifatında öz əksini tapmışdır. Sonrakı dövrlərdə isə paro-
dontda iltihabi, distrofik və şiş törəmələri ilə müşayiət olunan
müxtəlif xarakterli proseslər əsasında formalaşan təsnifatlar
yaranmağa başladı. Bu təsnifatlardan aşağıdakıları sadalamaq
olar: ARPA, ÜST, E.E.Platonov, D.Svrakova, N.F.Danilevski,
N.Q.Vişnyak, İ.F.Vinoqradova, V.İ.Lukyanenko, B.D.Kabakova,
N.M.Abramova.
PARODONT XƏSTƏLİKLƏRİNİN
A.A.P. TƏSNİFATI (1999)
I. Tip – Diş əti xəstəlikləri
A. Diş yastıqcığı mənşəli diş əti xəstəlikləri
1. Gingivit – diş yastıqcığı mənşəli
a) lokal, yanaşı gedən xəstəliklərlə birgə
b) qeyri-lokal, yanaşı gedən xəstəliklərlə birgə
2. Gingivit – sistem xəstəlikləri mənşəli
52
a) endokrin sistemlə əlaqəli
1. Yeniyetmələrin gingiviti
2. Menstrual dövrün gingiviti
3. Hamiləlik gingiviti
a) gingivit
b) piogen qranuloma
4. Diabetik gingivit
a) qan xəstəlikləri ilə əlaqəli
1. Leykemiya zamanı rast gəlinən gingivit
2. Digər qan xəstəlikləri zamanı rast gəlinən gingivit
3. Dərman qəbulu ilə bağlı diş əti xəstəlikləri
a) dərman qəbulu zamanı diş ətində olan dəyişikliklər
b) diş ətinin böyüməsi
c) gingivit
ç) hormonal preparatların qəbulu zamanı yaranan
d) digər preparatların qəbulu zamanı yaranan
4. Qidalanma rejiminin pozulması ilə bağlı diş əti xəstəlikləri
a) VİT C c defisitli gingivit
b) digər qida pozğunluğu ilə bağlı gingivit
B. Diş yastıqcığı ilə bağlı olmayan diş əti xəstəlikləri
1. Xüsusi bakterial zədələnmələr
a) neisseria qonorrhea ilə yoluxma
b) treponema pallidum ilə yoluxma
c) streptokokk infeksiyası
d) digərləri
2. Virus xəstəlikləri
a) herpes virusu
1. Birincili herpetik gingivostomatit
2. Residivləşən herpes
3. Kəmərləyici herpes
b) digərləri
53
3. Göbələk xəstəlikləri
a) candida infeksiyası
1. Diş ətinin generalizə olmuş kandidozu
b) diş ətinin xətti eriteması
c) histoplazmoz
d) digərləri
4. İrsi xarakterli zədələnmələr
a) irsi diş əti fibromatozu
b) digərləri
5. Sistem xarakterli zədələnmələr
a) dermatoloji xəstəliklər
1. Yastı dəmrov
2. Pemfiqoid
3. Vulqar pemfiqus
4. Çoxformalı ekssudativ eritema
5. Qırmızı qurdeşənəyi
6. Dərman preparatları ilə zədələnmələr
7. Digərləri
b) allergik reaksiyalar
1. Stomatoloji materiallardan
a) civə
b) nikel
c) akril plastması
d) digərləri
2. Digər materiallardan
a) diş məcunu komponentləri
b) ağız boşluğu eleksirləri
c) saqqız komponentləri
d) digərləri
6. Travmatik zədələnmələr
a) kimyəvi travma
54
b) fiziki travma
c) temperatur (yanıq) travması
7. Yad cismə qarşı reaksiya
8. Digərləri
II. Tip. Xroniki parodontit
A. Lokal
B. Generalizə olunmuş
III. Tip. Aqressiv parodontit
A. Lokal
B. Generalizə olunmuş
IV. Tip. Sistem xəstəliklərindən asılı
A. Qan xəstəliklərindən asılı parodontit
1. Qazanılmış neytropeniya
2. Leykemiya
3. Digərləri
B. Genetik faktorlardan asılı parodontit
1. Ailəvi və tsiklik neytropeniya
2. Daun sindromu
3. Leykositlərin adgeziyasının pozulması sindromu
4. Papiyon-Lefevr sindromu
5. Gediak-Xikasi sindromu
6. Histiositozlar
7. Qlikogenoz
8. İrsi uşaq aqranulositozu
9. Koen sindromu
10. Hipofosfataziya
11. Digərləri
c. Naməlum etiologiyalı
V. Tip. Parodontun nekrotik xəstəlikləri
A. Xoralı-nekrotik gingivit
55
B. Xoralı-nekrotik parodontit
VI. Tip. Abseslər
A. Diş əti absesi
B. Parodontal abses
C. Diş tacı ətrafı abses
VII. Tip. Endodontik patologiya ilə müştərək parodontit
A. Parodont toxumaları və pulpanın müştərək patologiyaları
VIII. Tip. Anadangəlmə və qazanılmış anomaliya və qüsurlar
A. Diş ərpinin əmələ gəlməsinə səbəb olan lokal faktorlar
1. Dişlərin quruluş xüsusiyyətləri
2. Diş qövsünün quruluş xüsusiyyətləri
3. Diş kökünün sınıqları
4. Diş kökünün rezorbsiyası və sementin dəyişilməsi
B. Mukogingival deformasiya və vəziyyətlər
1. Diş əti resessiyası
a) vestibulyar və ya oral tərəfdən
b) dişlərarası arakəsmədən
2. Keratinləşmiş diş ətinin çatışmazlığı
3. Ağız dəhlizinin dayaz olması
4. Yüyənin və əzələlərin birləşmə xüsusiyyətləri
5. Diş ətinin çoxluğu
a) yalançı cib
b) nahamar diş əti kənarı
c) diş ətinin həddən artıq görünməsi
d) diş ətinin böyüməsi
6. Rəngin dəyişilməsi
C. Dişsiz çənənin mukogingival problemləri
1. Alveol çıxıntısının üfüqi və ya şaquli qüsuru
2. Diş ətinin çatışmazlığı
56
3. Diş ətinin böyüməsi
4. Yüyən və əzələlərin birləşmə xüsusiyyətləri
5. Ağız dəhlizinin dayaz olması
6. Rəngin dəyişilməsi
D. Okklüzion travma
1. Birincili okklüzion travma
2. İkincili okklüzion travma
1983-cü ildə keçmiş Ümumittifaq Stomatoloji Cəmiyyətin
plenumunda parodont xəstəliklərinin təsnifatı təsdiq edilmişdir.
Bu təsnifata görə parodont xəstəlikləri aşağıdakı kimidir:
I. Gingivitlər – bağ aparatı zədələnmədən, bir sıra zərərli yerli
və ümumi faktorların təsiri nəticəsində diş ətində yaranan iltihabi
prosesdir.
Forması – kataral, hipertrofik, xoralı
Ağırlıq dərəcəsi – yüngül, orta, ağır
Gedişi – kəskin, xroniki, kəskinləşmiş, remissiya
Yayılması – lokal, generalizə olunmuş
II. Parodontit – alveol sümüyü və periodontun destruksiyası,
eyni zamanda diş ətinin iltihabı ilə müşayiət olunan patologiyadır.
Ağırlıq dərəcəsi – yüngül, orta, ağır
Gedişi – kəskin, xroniki, kəskinləşmiş (o cümlədən abses-
ləşmiş), remissiya
Yayılması – lokal, generalizə olunmuş
III. Parodontoz – parodont toxumalarında baş verən distrofik
patologiyadır.
Ağırlıq dərəcəsi – yüngül, orta, ağır
Gedişi – xroniki, remissiya
Yayılması – generalizə olunmuş
IV. Parodont toxumalarının proqressiv lizisi ilə müşayiət olu-
nan idiopatik xəstəliklər: Papiyon-İefevr sindromu, X-histiositozu,
qammaqlobulinemiya, şəkərli diabetin kompensə olunmamış fa-
zası və başqaları.
57
V. Parodontomalar
Bu təsnifatın əsas üstünlüyü, müxtəlif növ parodont xəstə lik-
lərinin klinik-morfoloji və patoloji xüsusiyyətlərinə differensial
yanaşma prinsipindən ibarətdir.
GİNGİVİTLƏR
Gingivit ən çox yayılan parodont xəstəliyi olub, demək olar ki,
bütün yaş dövrlərində, o cümlədən uşaqlar və yeniyetmələrdə də
rast gəlinir.
Gingivitin əmələ gəlməsinə səbəb olan faktorlar yerli və
ümumi olmaqla iki qrupa bölünür. Ümumi səbəblər içərisində
orqanizmin reaktivliyinin aşağı düşməsi, endokrin, ürək-damar,
qanyaradıcı orqanları, mədə-bağırsaq sistemi xəstəlikləri, habelə
hipovitaminozlar, allergik reaksiyalar, infeksion xəstəlikləri,
hamiləlik toksikozları və s. göstərmək olar.
Orqanizmdə baş verən ümumi xarakterli dəyişikliklər, zərərli
yerli faktorlarla birgə prosesi bir qədər də ağırlaşdırır. Zərərli yerli
faktorlar bunlardır: ağız boşluğunun gigiyenik vəziyyətinin pis ol-
ması, diş ərpi və diş yastıqcığının əmələ gəlməsi, diş-çənə anoma-
liyası və deformasiyaları, mexaniki, kimyəvi, fiziki zədələnmələr
və s. yerli travmatik faktorlar da bilavasitə gingivitlərin yaranma-
sına səbəb ola bilər.
Diş ətinin iltihabı hiperemiya, ödem, qanaxma, şişkinlik,
hiper trofiya, prosesin kəskin və xroniki xarakterli gedişə malik,
həmçinin lokal və yayılmış formada olması ilə səciyyələnir.
Bundan əlavə, plomblama zamanı buraxılan səhvlər (pre pa-
rasiyanın düzgün aparılmaması, matrisadan istifadə olunmama-
sı), diş daşlarının olması, dişlərin retensiyası və distopiyası və s.
gin givitlərin yaranmasına gətirib çıxarır.
Gingivitin gedişi orqanizmdəki ümumi dəyişikliklər kom-
plek sindən və selikli qişadakı iltihabın yayılma dərəcəsindən
asılıdır. Yüngül dərəcəli gingivit üçün dişlərarası məməciklərin
58
zədələnməsi, orta gedişlidə prosesin marginal hissəyə də ya yıl-
ması, ağır formada isə alveolyar sahədə də iltihabın aşkar edilməsi
xarakterikdir.
Gingivit zamanı dişin bağ aparatının zədələnməsi müşahidə
olunmur, ancaq dişlərin hipertrofiyası hesabına (hipertrofik gin-
givitlərdə rast gəlinir) yalançı parodontal ciblər əmələ gələ bilər.
KATARAL GİNGİVİT
Bu xəstəlik zamanı pasiyentlər diş ətində xoşagəlməz, qaşın-
ma hissiyyatından, ağızda pis iyin olmasından, qida qəbulu zama-
nı və dişləri təmizləyərkən, diş ətindən qan gəlməsindən şikayət
edirlər. Xəstəliyin kəskin gedişi dövründə qida qəbulu zamanı
mexaniki və kimyəvi qıcıqlandırıcıların təsirindən ağrı daha da
şiddətlənir.
Şəkil 24. Diş çıxarma və dişlərin dəyişilmə
dövrlərində parodontun iltihabı
A – Süd dişlərinin dəyişilməsi; B – Daimi dişlərin çıxması
1. Süd dişi. 2. Daimi dişin mayası. 3. Sorulan orqan. 4. Kökün
böyümə zonası.
59
Xəstənin ümumi vəziyyəti o qədər də dəyişmir, buna baxma-
yaraq xəstəliyin kəskinləşmiş dövrlərində subfebril temperatur
və ümumi halsızlıq müşahidə edilir. Kəskin kataral gingivitin
təzahürü dişlərin çıxma və dəyişmə dövrləri üçün xarakterik-
dir. Bundan başqa, kəskin infeksion və digər ümumi somatik
xəstəliklər fonunda da kəskin kataral gingivit əmələ gələ bilər
(şəkil 25-28).
Şəkil 25. Kəskin lokal kataral
gingivit; yüngül dərəcəli
Şəkil 26. Diş çıxarma zamanı
yaranmış kəskin kataral
gingivit; yüngül dərəcəli
Xroniki kataral gingivit uzunmüddətli gedişə malik olması
ilə xarakterizə olunur və xəstəliyin əlamətləri o qədər də aydın
təzahür olunmur. İltihab əlamətləri bəzi hallarda yalnız dişlərarası
məməciklərdə və diş əti kənarında müşahidə edilir. Xroniki kata-
ral gingivit lokal, generalizə olunmuş və ya yayılmış formalarda
rast gəlinir.
60
Şəkil 27. Kəskin generalizə
olunmuş gingivit. x200. kataral
gingivit; orta dərəcəli
Şəkil 28. Kəskin kataral
1. Ödem; 2. Perivaskulyar
infiltratlar; 3. Toxumadakı
distrofik dəyişikliklər
Obyektiv müayinə zamanı ödem, hiperemiya, diş əti sianozu,
onun qalınlaşması, tək-tək eroziyalar, məhdud deskvamasiya ocaq-
ları və s. aşkar edilir. Diş ətinin mexaniki qıcıqlanması qanaxma ilə
müşayiət olunur. Diş ətindəki ödem, bəzən parodontal cib olması
təəssüratını yaradır, buna baxmayaraq, dişin dairəvi bağ aparatı öz
tamlığını saxlayır və parodontal cib olmur (şəkil 29-30).
Şəkil 29. Xroniki lokal kataral
generalizə olunmuş gingivit;
orta dərəcəli
Şəkil 30. Xroniki kataral
gingivit; orta dərəcəli
61
Ağrı olması səbəbindən xəstələr dişlərini rahat təmizləyə
bilmirlər və buna görə də dişlərin üzərində kifayət qədər yum-
şaq diş ərpi toplaşmış olur. Bir çox hallarda diş ərpində müxtəlif
rənglər aşkar edilir ki, bu da qəbul edilmiş qidanın rəngindən, siqa-
ret tüstüsündən və s. asılı olur. Diş əti mayesinin miqdarı çoxalır,
Şiller-Pisarev, Yasinovski, Kulajenko sınaqları müsbət reaksiya ve-
rir. Diş ətində oksigenin gərginliyi azalır (polyaroqrafiya metodu),
iltihabi prosesin kəskinləşdiyi dövrdə isə artmış olur.
Kataral gingivit zamanı bir qayda olaraq, xəstənin ümumi
vəziyyəti pisləşmir, periferik qanda dəyişiklik aşkar edilmir.
Rentgenoqramda alveol sümüyündə dəyişiklik nəzərə çarpmır.
Xəstəliyin uzunmüddətli gedişi hallarında osteoparoza və perio-
dontal yarığın genişlənməsinə rast gəlmək olar. Epitelinin buy-
nuzlaşması prosesinin pozulması sayəsində parakeratoz kimi pa-
tomorfoloji dəyişikliklər əmələ gəlir. Tez-tez akantoz və vakuol
distrofiya meydana çıxır. Ödem və hiperemiya selikli qişanın
subepitelial qatında müəyyən edilir. Limfoid hüceyrələrdən, his-
tiosit və seqmentnüvəli leykositlərdən təşkil edilmiş ocaqlı in-
filtrat, əsasən diş əti yarığında yerləşmiş olur. Kollagen liflərdə
distrofik dəyişikliklər müşahidə edilir: onlar qalınlaşır və kobud
kələf şəklində bir-birilə birləşir (şəkil 84). Bu proseslər epiteli-
nin tikanabənzər qatında qlikogenin miqdarının çoxalması ilə
müşayiət olunur, birləşdirici toxumada qlükozaminqlikanların
çoxalması baş verir.
Kataral gingivitə görə xəstələr nadir hallarda həkimə müraciət
edirlər. Bu xəstəlik ya planlı sanasiyalar zamanı keçirilən
müayinələrdə, ya da digər xəstəliklərə görə həkimə müraciət olu-
nan vaxt aşkar edilir.
Kataral gingivitin uzunmüddətli gedişə malik olduğu və
səmərəli müalicə tədbirlərinin aparılmadığı hallarda, parodontun
yerli müdafiə resursları zəifləyir və daha aqressiv patologiyalar, o
cümlədən hipertrofik və xoralı gingivitlər əmələ gəlir.
Bu cür xəstələrin müayinəsi zamanı yadda saxlamaq lazımdır
ki, kataral gingivit, həmçinin bir çox sistem xəstəliklərinin simp-
tomu kimi də meydana çıxa bilər.
62
HİPERTROFİK GİNGİVİT
Bu, diş ətinin xroniki iltihabi prosesi olub, proliferativ dəyişik-
liklərlə müşayiət olunan xəstəlikdir. Xəstəliyin klinik gedişində
ağırlaşma və remissiyalara təsadüf olunur. Hipertrofik gingivitin
yayılmasına görə, lokal və generalizə olunmuş formaları ayırd edi-
lir. Lokal formanın ödemli və fibroz növlərinə rast gəlinir.
Diş ətinin yüngül hipertrofiyası zamanı, böyümə diş tacının
1
/
3
-nə, orta dərəcədə
1
/
2
-nə, ağır formasında isə
2
/
3
-nə qədər çat-
mış olur. Dişlərin yerdəyişmə anomaliyaları, onların seyrək
yerləşməsi, plombların sallaq kənarlarının olması səbəbindən, qa-
paqların və klammerlərin düzgün hazırlanmaması və s. hallarda
lokal hipertrofik gingivitə təsadüf olunur (şəkil 31).
Generalizə olunmuş parodontit isə endokrin sistemi xəstəlikləri,
hamiləlik zamanı, yeniyetməlik dövründə, C hipovitaminozu,
qan xəstəlikləri və s. hallarda aşkar edilir. Bu deyilənlərə xüsusi
diqqət yetirmək lazımdır. Çünki hipertrofik gingivit həmin dövrdə
əsas xəstəliklərin yeganə və ilkin simptomu ola bilər.
Şəkil 31. Lokal hipertrofik gingivit; orta dərəcəli
63
Hipertrofik gingivitin lokallaşdığı əsas sahə, frontal dişlərin
vestibulyar səthinin diş əti kənarı hesab olunur. Dişlərin distrofi-
yası və dişləmin patologiyaları zamanı diş ətinin travması baş ve-
rir və bunun nəticəsində də diş əti məməcikləri böyüməyə məruz
qalır. Bu zaman diş əti ödemli, kövşək, sianozlaşmış, həcmi
böyümüş formada olur. Bəzi hallarda hipertrofiyalaşmış diş əti
məməcikləri tamamilə diş tacının üzərini örtür və çeynəmə zama-
nı travmaya məruz qalır. Şikayətlərin xarakteri xəstəliyin təzahür
səviyyəsi ilə müəyyən edilir (yüngül, orta, ağır). Ödemli forma-
da xəstələr diş ətinin böyüməsindən, gicişmə hissiyyatından, ağrı
və qanaxmadan, ağızdan pis qoxunun gəlməsindən, qida qəbulu
zamanı ağrının daha da artmasından şikayət edirlər. Diş ətinin
həddən artıq böyüməsi səbəbindən yalançı diş əti cibi əmələ gəlir
və bu cibdən irinli ekssudat ifraz olunmasına baxmayaraq, dişin
dairəvi bağı zədələnməmiş olur (şəkil 32). Dişlərin boyun ətrafı
nahiyələrində diş ətinin hipertrofiyalaşmış hissələrində dişin sərt
toxumalarına möhkəm yapışmış çoxlu miqdarda yumşaq və ya
piqmentləşmiş diş ərpinə rast gəlmək olar. Diş məməciklərinin
hipertrofiyalaşmış hissələrinin zirvəsi bəzi hallarda nekrozlaşır.
Şəkil 32. Generalizə olunmuş hipertrofik gingivit; orta dərəcəli
64
Hipertrofik gingivitin fibroz forması xoşxassəli gedişi ilə se-
çilir. Bu xəstəliyin yüngül formasında xəstələrin heç bir şikayəti
olmur, yalnız orta və ağır dərəcəli formalarında isə diş ətinin gö-
rünüşü və formasında qeyri-adi dəyişikliklər nəzərə çarpır.
Xəstəliyin yüngül formasında diş ətinin normal rəngdə olması
aşkar edilir, diş əti kip surətdə dişə yapışmış olur, bununla yanaşı
onun forması və ölçüləri qismən böyümüş olur. Bu zaman yalan-
çı diş əti cibinin dərinliyi artmır, oradan ekssudatın xaric olması
nəzərə çarpmır. Orta və ağır dərəcəli patologiyalarda (xüsusən
generalizə olunmuş formada) diş ətinin kifayət qədər böyüməsi
xarakterikdir. Diş ətinin hipertrofiyası həm vestibulyar, həm də
oral səthdə müşahidə edilir (şəkil 33).
Şəkil 33. Generalizə olunmuş hipertrofik gingivit;
fibroz forma, orta dərəcəli
Xəstəliyin uzunmüddətli gedişə malik olduğu hallarda oste-
oparoz inkişaf edir, rentgenoloji müayinə zamanı alveolarası
arakəsmənin kortikal səhifəsində düyünlərə rast gəlmək olar.
65
Patomorfoloji olaraq, diş ətində xroniki proliferativ iltihabi
proseslər müəyyən edilir. Epitelinin buynuzlaşması prosesi po-
zulur, tikanabənzər qatda akantoz və vakuol distrofiyası kimi
dəyişikliklər müşahidə edilir.
Subepitelial qatda limfoid – plazmositar və perivaskulyar in-
filtrat, habelə skleroz aşkar edilir. Daha dərin qatlarda birləşdirici
toxuma strukturlarında zəif fibrozlaşma hallarına da rast gəlmək
mümkündür (şəkil 34).
Şəkil 34. Qranulyasiyalaşan hipertrofik gingivit. x90.
1. Epiteli hüceyrələrinin vakuol distrofiyası; 2. Akantoz;
3. Limfoid plazmositar infiltrasiya
Hipertrofik gingiviti əmələ gətirən faktorların vaxtında ara-
dan qaldırılması və səmərəli müalicə tədbirlərinin tətbiq olun-
ması sayəsində, klinik simptomlar tez bir zamanda yox olur və
xəstəliyin proqnozu qənaətbəxş olur.
|