Rabil Mehtiyev Fəlsəfə


Mədəniyyət anlayışı və onun mahiyyəti



Yüklə 0,74 Mb.
səhifə53/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   56
mehtiyev (1) (2)

1. Mədəniyyət anlayışı və onun mahiyyəti.
Mədəniyyət tarixən bəşəriyyətin əldə etdiyi maddi və mənəvi nemətlərin məcmusudur. Başqa sözlə, mədəniy­yət insan fəaliyyətinin üsulları, nəticələri və yaratdığı ne­mətlərin ümumi toplusudur və iki növə bölünür: maddi və mənəvi mədəniyyət.
Maddi mədəniyyət dedikdə insanların düzəltdikləri daş, ağac və dəmir alətlərdən başlayaraq müasir mü­rək­kəb avadanlıqlara qədər hər şey nəzərdə tutulur. (Məsə­lən, qələm, ev, abidə, paltar və sair). Mənəvi mədəniy­yə­tə insanın mənəvi fəaliyyətinin nəticələri olan incəsənət, əx­laq, mənəvi dünyamıza aid olan nümunələr başa dü­şü­lür. (Məsələn, musiqi, şer, dini nəğmə və sair)
«Mədəniyyət» - latınca «kultura» (cultura) sözündən olub becərmək mənasını ifadə edir. Bəzən mədəniyyəti ikinci təbiət də adlandırırlar. Bütövlükdə mədəniyyətin 200-ə qədər tərifi mövcuddur ki, bu da onun əhatə dai­rəsi və məzmununun xarakterindən irəli gəlir. Lakin ən ümumi şəkildə mədəniyyətə maddi və mənəvi nemət­lə­rin məcmusu kimi tərif verilə bilər.
Mədəniyyət fenomeninə fəlsəfi-sosioloji yanaşma onu ictimai həyatın təşkili amili kimi qəbul edir. Bu o de­məkdir ki, cəmiyyət, onun üzvləri mədəni dəyər və ne­mətləri yaradaraq onların dövriyyəsini təmin edir ki, nə­ti­cədə, cəmiyyətdə birgə yaşayışa zəmin yaradılır. Yəni, proses təsir-əks təsir prinsipi ilə davam edir.
Hər bir xalqın spesifik mədəniyyəti vardır ki, bu da mədəniyyətin ən müxtəlif formalarda təzahürlərinə sə­bəb olur. Misal üçün, Çin sivilizasiyasının yaratdığı nü­mu­nələr özünəməxsusluğu ilə fərqlənir. Digər tərəfdən, Ya­pon mədəniyyəti də unikallığı ilə digər xalqların diq­qə­tini çəkir və bir sıra hallarda model olaraq öyrənilir.
Bütövlükdə mədəniyyətin üç əsas tərkib hissəsinin ol­duğu qeyd edilə bilər ki, bunlardan biri ictimai şüurla bağlıdır. Belə ki, ayrı-ayrı fərdlərin şüurunun məcmusu olan ictimai şüur determinant kimi sosial proseslərə təsir edir ki, bu da mədəniyyət hadisələrinin baş tutmasına, maddi və mənəvi mədəniyyət nümunələrinin yaran­ması­na səbəb olur.
Mədəniyyətin inkişaf səviyyəsi müəyyən inkişaf pil­lə­lərində müəyyən iri mədəniyyət formasının təşəkkülünə gətirib çıxarır. Bu iri mədəniyyət nümunələri sivilizasiya adlanır. Sivilizasiya latın dilindəki “sivilis” sözündən olub, vətəndaş, mülki kimi başa düşülür.
Bəzən bu anlayış mədəniyyət sözünün sinonimi kimi və ya ondan daha əhatəli götürülür. Bunların hər ikisi yan­lış yanaşmadır. Sivilizasiya mədəniyyətin bir his­sə­sidir. (Məsələn, islam sivilizasiyası, Qərb sivilizasiyası). Fikrimizi əsaslandıran başqa nümunəyə baxaq. Məsələn, vaxtilə mövcud olan Şumer sivilizasiyası indi mövcud deyil. Bu fakt bir daha göstərir ki, sivilizasiya mədəniy­yə­tin müəyyən inkişaf pilləsində formalaşır.
Mədəniyyət ilə bağlı konsepsiyalar XIX əsrdən baş­la­ya­raq daha çox yayılmağa başladı. Bu konsepsiyalardan biri ingilis etnoqrafı E.B.Taylora məxsusdur. O mədə­niy­yəti birxətli olmayan, daim dəyişikliyə uğrayan fenomen kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, bütün xalq­la­rın mədəniyyətini ümumiləşdirən amillər vardır. Buna gö­rə də bəşər mədəniyyətini vahid bir fenomen kimi nə­zər­dən keçirmək zəruridir. Bunu sübut etmək üçün o köh­nəliyin qalıqlarını araşdırma üsulundan istifadə edir­di. O mənəvi mədəniyyəti daha üstün tuturdu.
Bütövlükdə mədəniyyət tarixinin aşağıdakı mərhə­lə­ləri qeyd olunur: İbtidai icma mədəniyyəti, Qədim Dün­ya mədəniyyəti, Orta əsrlər, İntibah Dövrü, Yeni Dövr, Ən Yeni Dövr. Bu dövrlərin hər biri mədəniyyətin inki­şa­fında mühüm mərhələlər təşkil etmişdir.
Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin inci­lə­rin­dən olmaqla tarixilik və müasirlik baxımından zən­gin ənənələrə malikdir. Xronoloji nəzər salsaq, IV-V əsr­lər­dən etibarən ölkədə feodal münasibətləri təşəkkül tap­mağa başlayır və VII əsrin əvvəllərində Azərbaycanın şimalında – Albaniya ərazisində Girdman dövləti yara­nır. Alban mədəniyyəti, əlifba yaradılır, memarlıq, rəs­sam­lıq inkişaf edir.
Erkən orta əsrlərdə Mingəçevir, Qalagah, Torpaqqala əraziləri zərgərlik mərkəzləri kimi tarixə düşmüşlər. Tor­paq­qala və Qəbələdə şüşə bişirən emalatxanaların ol­du­ğu müasir dövrə qədər gəlib çatan nümunələrlə təsdiq olunur.
Orta əsr Azərbaycan mədəniyyətinin təşəkkülündə VII əsrdən başlayaraq Azərbaycanda islam dininin yayıl­ma­sı oldu. İslam özü ilə bərabər yalnız din deyil, habelə hə­yat tərzi, yeni düşüncə gətirdi. Azərbaycan mə­dəniy­yə­tinin bir çox sahələrində-memarlıqda, incəsənətdə is­lam dininin izləri artmağa başladı.
XI-XV əsrlərdə məscid, minarə və digər dini abidə­lər­lə yanaşı, müxtəlif tip yaşayış evləri, hamamlar tikilirdi. Göy günbəz, Sınıq qala minarəsi (XI əsr), Qız qalası, Bayıl daşları (XII əsr), Mərdəkan, Maştağa, Ramana, Nardaran, Qaladakı qalalar (XIII-XV əsr), Xan sarayı (XV əsr) və b. qeyd olunmalıdır. 1258-1261-ci illərdə Nəsrəddin Tusinin Maragada tikilmiş rəsədxanası, Bakıdakı Şirvanşahlar saray ansamblı, Seyid Yəhya Bakuvi türbəsi xüsusi qeyd olunmalıdır.
Müasir mərhələdə yaranan kulturoloji konsep­siya­lar­dan K.Levi-Strossun antropologiyası, ekz­istensialist­lərin, neofreydistlərin və başqalarını qeyd etmək olar. Nə üçün mədəniyyətlə bağlı bu qədər fərqli konsepsiyalar vardır sualına belə cavab vermək olar ki, hər bir xalqın özünə­mə­xsus həyat tərzi və mentaliteti olduğu üçün maddi və mənəvi nemətlərin ümumi səciyyəsinə dair baxışlar da rəngarəng şəkil alır. Bu baxımdan gələcəkdə də mə­dəniy­yət­lə bağlı yeni konsepsiyaların formalaşacağı labüddür.
Maddi mədəniyyət - insan əməyi ilə yaradılmış mad­di sərvətlərin cəmidir ki, bura bitki və heyvan növləri, bi­na­lar, paltar, stol, stul və s. kimi toxunula və ya görünə bi­lən hər bir şey daxildir. Mənəvi mədəniyyət incəsənət, folk­lor, musiqi və sənətkarlıq nümunələri, insanların mə­nə­viyyatı və davranış normaları, adətlər, ənənələr və bu ki­mi hiss olunan, duyulan hər bir şeyi əhatə edir. Başqa söz­lə, maddi mədəniyyət cismən, mənəvi mədəniyyət isə ruhən mövcud olanları əhatə edir.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin