Ramiz Dəniz


“Marağa  rəsədxanasının  astronomik  cihazları  haqqın-



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

“Marağa  rəsədxanasının  astronomik  cihazları  haqqın-

da  risalə”də  Tusi  barəsində  öz  ürək  sözlərini  bildirmişdi. 

Ordi  müqəddimədə  yazır:  “İndi  biz  Allah  tərəfindən  hifz 

edilən  Marağa  şəhərinin  qərbindəki  təpədə  yerləşmiş 

rəsədxanada  yaratdığımız  cihazları  təsvir  edək.  Onlar  660-

cı ildə qurulmuşdu. Bütün bunlar bizim sahibimizin, böyük 

inamın,  gözəl  alimin,  müdrik  ağamızın,  islam  alimləri 

içərisində ən yaxşısının rəhbərliyi altında görülürdü. O, elə 

insanlardandır  ki,  Allah,  -  ona  şükr  olsun.  Bütün  insanlar 

arasında  payladığı  keyfiyyətləri  özündə  toplamışdır,  yəni, 

gözəl  xasiyyətlər,  tərifəlayiq  dühalar,  həyat  tərzinin  gözəl-

liyi,  nəzakət  və  tam  ağıllı  hərəkətləri.  O,  bütün  elmləri 

mənimsəyir və əhatə edir. 



                                                     

 

  



                                                                            

                                                    

199 

Buna  görə  bütün  alimləri  öz  ətrafına  toplamış  və 



qiymətli  tövhələr  verərək,  onları  hifz  edirdi.  O,  onlarla 

atanın  öz  uşaqlarına  qarşı  olduğundan  daha  artıq  nəvaziş 

göstərdiyi  üçün  bizə  onun  kölgəsində  yaşamaq  çox  yaxşı-

dır...  Bəzən  biz  onu  hirsləndiririk  ki,  onu  bütün  hallarda 

görək (yaxşı və pis) hər iki halda o, nəvazişli və nəzakətli-

dir. 


Mən  Nəsir  və  əl  millət  vəldin  Mühəmməd  ibn  Mühəm-

məd ət-Tusi haqqında danışıram. Allah onun ömrünü uzat-

sın.  Mən  onun  haqqında  çox  eşitmişdim.  Onun  haqqında 

olan  xəbərlər  onunla  görüşənə  qədər  mənə  təəccüblü 

gəlirdi.  Biz  onunla  görüşdükdən  sonra  onun  haqqında 

eşitdiklərimizin həqiqətlə müqayisədə olmaması bizə aşkar 

oldu.  Bunların  kifayət  olmadığını  mən  onunla  xidmətdə, 

bizi  birləşdirən  günlərdə  bildim,  bu  günlərdə  o,  bizi  öz 

faydalı  məsləhətləri  ilə  şadlandırırdı.  Bu,  o  günlərdə  oldu 

ki,  biz  öz  vətənimizdən,  dostlarımızdan  və  uşaqlarımızdan 

uzaqda idik. 

Onun bizə onların hamısını əvəz etməsi bizə kifayət idi. 

Kim onunla olsa, hamı onunladır və kiminlə o, yoxsa, onun 

heç  nəyi  yoxdur.  Allah  onu  bizə  çox  görməsin  və  bizə 

şadlıq üçün onun ömrünü uzatsın!”

1

 



                                                 

         1

  Müəyyidəddin  Ordinin  “Marağa  rəsədxanasının  cihazları”  kitabının 

müqəddəməsindən. 



                                                     

 

  



                                                                            

                                                    

200 

Bu sözlər nə XIX əsrin tarixçiləri və tədqiqatçıları, nə də 



hazırda Azərbaycanda yaşayan alimlər tərəfindən tərif üçün 

söylənilməmişdir. Bu ifadələri Tusinin öz  müasiri, Suriya-

dan  Azərbaycana  təşrif  buyuraraq,  Marağa  rəsədxanasında 

işləmiş  bir  alim  söyləmişdir.  Həqiqətən  də  tarixi  sənədlər 

var  ki,  bir  çox  əcnəbi  alimlər  Tusi  haqqında  yalnız 

təqdirəlayiq  fikirlər  bildiriblər.  Öz  müasirləri  onu  “Ustadi-

bəşər”  adlandırırdılar.  Bu  hər  hansı  bir  şəxsiyyət  üçün 

olduqca böyük qiymət idi. 

Ordi haqqında bioqrafik məlumatlar demək olar ki, yox 

dərəcəsindədir. Tarixdə sənəd kimi yalnız onun ərəb dilində 

yazdığı  “Marağa  rəsədxanasının  astronomik  alətlər 

haqqında  risaləsi”nin  iki  əlyazma  nüsxəsi  qalmışdır. 

Bunlardan  biri  Parisin,  digəri  isə  Tehranın  milli  kitab-

xanalarında  saxlanılır.  Birinci  nüsxə  XIX  əsrin  əvvəllərin-

də  Parisdəki  xüsusi  şərq  dilləri  məktəbinin  müəllimi  A. 

Jurden  tərəfindən  tapılıb  fransız  dilinə  tərcümə  olunur. 

Kitab  Parisdə  ilk  dəfə  -  1809  və  1810-cu  illərdə  nəşr  olu-

nur.  Əsər  astronomiya  mütəxəssislərinin  marağına  səbəb 

olduğundan, onu 1811-ci ildə alman dilinə tərcümə edirlər. 

Bu əsərdə Tusinin rəhbərliyi altında Ordinin hazırladığı on 

mürəkkəb astronomik cihazın təsviri də var. 

Müəyyidəddin  Ordinin  traktatında  verilən  məlumatların 

təhlili  bir  çox  tədqiqatçıları  belə  bir  fikrə  gətirmişdir  ki, 



                                                     

 

  



                                                                            

                                                    

201 

Marağadakı  alətlər  təkmilliyi  ilə  o  dövrün  bütün  rəsəd-



xanalarındakı  alətlərdən  seçilirmiş.  Bu  da  məlumdur  ki, 

alimin  ixtirası  olan  bəzi  alətlər  sonradan  dünyanın  bir  çox 

rəsədxanalarında istifadə olunub.  

Yuxarıda  qeyd  edildiyi  kimi  Marağa  rəsədxanasında  on 

böyük astronomik cihaz olmuşdur; bunlardan beşi yenidən 

icad olunmuş, beşi isə köhnə cihazlardan ibarət imiş. 

1.

 

Böyük divar kvadrantı. 



2.

 

Armilyar sfera. 



3.

 

Ekliptikanın mailliyini təyin edən alət. 



4.

 

Bərabərliklər anlarını təyin edən alət. 



5.

 

Tutulma  fazalarını  təyin  edən  alət.  Yəni,  Ay  və 



Günəş tutulmalarını müşahidə edən alət. 

    Bu  cihazlar  Marağa  rəsədxanası  istismara  verilənə 

qədər başqa rəsədxanalar tərəfindən istifadə olunmuşdur. 

 

1.



 

Göy  cisimlərinin  üfüqi  koordinatlarını  təyin  edən 

alət. 

2.

 



Günəşin meridianda hündürlüyünü təyin edən alət. 

3.

 



Yer qlobusu. 

4.

 



Ulduz və ya Göy qlobusu.  

5.  Müasir  universal  alətin  ibtidaisi  olan  Fırlanan 

kvadrant. 


                                                     

 

  



                                                                            

                                                    

202 

Bu  cihazlar  isə  bilavasitə  Marağa  rəsədxanasında  icad 



olunmuşdu.  Orada  istifadə  olunan  cihazlardan  ən  böyüsü 

diametri 6,5 metr olan divar kvadrantı idi. Marağaya qədər 

ən  böyük  divar  kvadrantı  (diametri  7,5  metr)  Ürgənc 

şəhərində qurulmuşdu. 

H.  Məmmədbəyli  həmin  cihaz  barəsində  öz  əsərində 

gözəl  təsvir  verilmişdir:  Divar  kvadrantına  yandan 

baxdıqda  onun  şəkli  belədir:  O,  əvvələn  bir  divar  kimi 

görünür.  Lakin  bu  divarın  əsası  və  bir  tərəfi  düz  xətdən 

ibarətdir,  qalan  iki  tərəfi  isə  90  dərəcəlik  qövslə  əvəz 

olunmuşdur.  Bu  qövsün  üzərində  sac  ağacı  deyilən  ən 

möhkəm  ağac  kərpic  divara  bərkidilmişdi.  Bunların 

arasında  qalmış  novçaya  mis  lövhə  yerləşdirilmişdir.  Bu 

mis  lövhə  üzərində  qövs  ölçülərini  göstərən  bir  şkala  var. 

Burada  iki  qonşu  bölgü  arasında  ən  kiçik  bölgü  bir  qövs 

dəqiqəsi  qiymətində  idi.  Divar  kvadrantının  bölgülü 

şkalasından  başqa  ikinci  mühüm  bir  hissəsi  də  var.  Bu  da 

dioptorlarındakı  tərəssüd  borularını  əvəz  edirdi.  Dioptorlar 

sadə  bir  borudur.  Bu  borunun  içərisi  boş  olduğu  halda 

uclarında  birinin  diametr  boyu  bir  tel  asılmış  və  bunun 

qarşısında duran ucda isə yarıq açılmışdır. Müşahidəçi göy 

cisminə  doğru  istiqaməti  təyin  etmək  istədikdə  həmin  göy 

cismini,  dioptorların  yarığını  və  telini  bir  xətt  üzərinə 

gətirməlidir.  Buna  nail  olmaq  üçün  dioptorlar  olan  borunu 


                                                     

 

  



                                                                            

                                                    

203 

fırlatmalıdırlar. Dioptorlar divar kvadrantını şkalası boyun-



ca hərəkət etdikcə onun yüksəkliyini ölçməyə imkan verir.  

Divar  kvadrantı  meridian  müstəvisində  qurulduğu  üçün 

göy cisimlərini ancaq kulminasiya (göy cisminin meridian-

dan  keçməsi  hadisəsinə  kulminasiya  deyilir)  anlarında 

müşahidə  etmək  mümkündür.  Bu  halda  onların  yüksəklik 

koordinatları ölçülür.

1

 

Marağada  işlədilən  ikinci  böyük  cihaz,  divar  kvadrantı 



kimi  ən  qədim  astronomik  cihazlardan  biri  sayılan 

“Armilyar  sferası”dır.  Bu  cihaz  o  qədər  qədimdir  ki,  onun 

hətta İsgəndəriyyə astronomları da istifadə etmişdilər. 

Marağa  rəsədxanasındakı  “Armilyar  sferası”  beş  göy 

dairəsindən  –  1)  ekliptika,  2)  bərabərlik  kolyuru,  3)  enlik-

lər  dairəsi,  4)  göy  meridianı,  5)  tropiklərdən  ibarət  idi.  Bu 

dairələrdən ekliptika, göy meridianı və tropiklər qövs ölçü-

lərinə  bölünmüşdür.  Armilyar  sferası  vasitəsilə  planetlərin 

və  ulduzların  ekliptik  koordinatları  və  üfüqi  koordinatları 

təyin  olunurdu.  Bunun  nəticəsində  Marağa  alimləri  “Fırla-

nan  kvadrant”  adlı  xüsusi  bir  cihaz  icad  edirlər.  Bu  cihaz 

oxları bir-birinə perpendikulyar surətdə bərkidilmiş və biri 

üfüq  müstəvisində,  o  biri  isə  həmin  müstəviyə  perpendi-

kulyar  istiqamətdə  fırlanan  iki  bölgülü  dairədən  ibarətdir. 

                                                 

         1

 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 

1980. səh. 67-68 



                                                     

 

  



                                                                            

                                                    

204 

Ulduzlara  istiqamət  almaq  üçün  vertikal  dairə  dioptorlarla 



təchiz olunur. 

Tusinin  elmi  irsini  öyrənən  tədqiqatçılar  arasında  peşə-

kar astronomlar da az deyil. Alim 750-760 il bundan əvvəl 

fəaliyyət göstərsə də, onun əldə etdiyi elmi nailiyyətlər hələ 

də müasir astronomların diqqət mərkəzindədir. 

Astronomiya  sahəsinin  professoru  Rəhim  Hüseynovun 

onun  haqqında  deyir:  “Tusinin  astronomiya  sahəsində 

aldığı elmi nəticələr çox geniş və əhatəlidir. O, hər şeydən 

əvvəl  müasir  astronomiya  üçün  həlledici  əhəmiyyət  kəsb 

edən  sferik  triqonometriyanın  banisidir.  Sferik  triqono-

metriyanın  tədbiq  dairəsini  genişliyinə  görə  heç  nə  ilə 

müqayisə  etmək  mümkün  deyil”.  Tusinin  və  Marağa 

rəsədxanası  əməkdaşlarının,  ümumiyyətlə,  astronomiya 

sahəsində ən böyük işləri “Elxan cədvəlləri” əsəridir. Dörd 

kitabdan  ibarət  olan  bu  əsərdə:  o  zamanlar  dünyada 

mövcud olan təqvimlər, bir tarixdən – (təqvimdən – R.D.) 

digərinə  keçmək  üsulları,  Günəşin  və  Planetlərin  hərəkət-

ləri,  Marağa  rəsədxanasında  hər  gün  üçün  həqiqi  günorta 

vaxtı, Günəş diski mərkəzinin ekliptika üzərində vəziyyəti, 

planetlərin orta sutkalıq hərəkətinin qiymətləri, vaxtın təyin 



                                                     

 

  



                                                                            

                                                    

205 

üsulu,  planetlərin  ekliptikaya  nəzərən  vəziyyətləri,  illik 



presessiyanın qiyməti verilmişdir”.

1

 



Necə  ki  Hülaku  xanın  dövründə,  eləcə  də  Abaqa  xanın 

dövründə  də  Tusi  bir  ziyalı,  alim,  siyasətçi,  diplomat  və 

xeyriyyəçi kimi “Elxanilər” dövlətinin həyatında seçilən bir 

fiqur  olaraq  mühüm  rol  oynamışdır.  İmperiyanın  hansı 

bölgəsində  olursa-olsun  o,  əhalinin  bütün  təbəqəsi  tərəfin-

dən  hüsn-rəğbətlə,  izzətlə,  təmtəraqla  qarşılanır  və  hər  bir 

adamın problemi ilə dərindən maraqlanaraq, özünün lazım-

lı  məsləhətlərini  və  köməyini  heç  kimdən  əsirgəmirdi.  Ən 

əsası da müdrik alim elmin inkişafına və tədris ocağlarının 

yaranmasına xüsusi diqqət yetirirdi. Tusi düşünürdü ki, elm 

insanın  əlindən  tutmalıdır.  Çünki  insana  “hər  şeyi  olduğu 

kimi bilmək” vacibliyini o, çox yaxşı anlayırdı. 

Tusi elmli olduğu qədər də səbr və əxlaq sahibi idi. 

Tusi  1274-cü  ilin  əvvəlində  Marağadan  Bağdada  gəlir. 

Xanın  vəziri  kimi  üzərinə  düşən  işləri  görür,  alimlərə, 

mədrəsələrə  qayğı  göstərir.  Alim  çox  yorulsa  da,  onu 

səfərdə  müşayiət  edən  oğlu  Əsiləddin  ilə  birlikdə  yeddinci 

imam  Museyi-Kazımın  məzarına  ziyarətə  gəlir.  Burada 

xeyli  oturaraq  yasin  oxuyur.  O,  gözlənilmədən  Museyi-

Kazımın yanında dəfn olunmasını yanındakılarına vəsiyyət 

                                                 

      


1

“Bilgi” dərgisinin “fizika, riyaziyyat, yer elmləri” seriyası. Nəsirəddin 

Tusinin  astronomiya  elmində  xidmətləri.  MEA-nın  müxbir  üzvü  Rəhim 

Hüseynov. Bakı, 2002. səh. 4 №2  



                                                     

 

  



                                                                            

                                                    

206 

edir:  -  “Məni  başqa  yerdə  dəfn  etsəniz,  Həzrət  Musa  ibn 



Cəfər əleyhissəlamdan xəcalət çəkərəm”.  

Vəfatından öncə oğluna son sözü bu olub: - “Mən rahat 

ölürəm.  Çünki  ömrümü  xeyrə,  xalqımın  xeyrinə,  elmin 

xeyrinə həsr etmişəm... Xeyrə həsr edilməmiş həyatı hədərə 

getmiş hesab et”. 

Bütün  həyatını,  biliyini,  bacarığını  insanlığa,  elmə  həsr 

etmiş  böyük  alim  127-cü  ildə  iyunun  25-də  Bağdad 

şəhərində  dünyasını  dəyişdi.  Nəsirəddin  Tusi  vaxtı  ilə 

Abbasi  Xilafətinin  paytaxtı  sayılan  Bağdaddan  10  km. 

aralıda yerləşən “Came məscidi”ndə torpağa tapşırılmışdır. 

Vəsiyyətinə  uyğun  olaraq  onu  yeddinci  imam  Museyi-

Kazımın  sərdabəsində  Came  məscidində  dəfn  etdilər. 

(Allah ona rəhmət eləsin).

1

 



Deyirlər ki, alimin dəfninə bütün Bağdad axışıb gəlmişdi 

və  onun  qəbri  uzun  müddət  ziarətə  çevrilmişdir.  Camaat 

inana bilmirdi ki, bütün ömrünü elmə həsr etmiş müdrik bir 

insan  onların  sırasını  tərk  edibdir.  Axı,  o,  bir  çoxlarının 

əlindən tutaraq, bəşəriyyət aləminin ən ümdə rəmzi sayılan, 

yalnız  xeyirxahlıq  işləri  ilə  məşğul  olmuş  və  hamının 

demək  olar  ki,  ümid  çırağı  sayılmışdı.  Dahi  Azərbaycan 

alimi  Nəsirəddin  Tusinin  qəbri  üzərində  belə  bir  müdrik 

                                                 

  

  1



 A. Məmmədov. Hökm və hikmət. Bakı, “Qafqaz-Ltd”, 2002. səh. 159-

160 


                                                     

 

  



                                                                            

                                                    

207 

sözlər  yazılıbdır:  “Millətin  və  dinin  köməkçisi,  elm 



ölkəsinin şahı. Ana dövran belə oğul doğmamışdır”. 

Necə  insan  olmalısan  ki,  həyatda  gördüyün  işlərə  görə, 

istəkli  xalq  məzar  üzərində  bu  cür  mənalı  sözlər  yazsın. 

Həqiqətən  də  o,  həmin  sözlərə  layiqli  bir  şəxs  sayılaraq, 

həyatdakı  gördüyü  bütün  işlərə  görə  həmin  kəlamları 

qazanmışdı. 

 

 

                                                          Elm insanın həm beynini,   



                                                          həm cismini şövqləndirir. 

                                                                        Mişra Krişna 

 

     



Nəsirəddin Tusinin dünya miqyasındakı elmi   

                  nailiyyətləri 

 

 

N. Tusinin həndəsə sahəsində yazdığı şah əsəri “Təhrir 



Öqlidis”  (Öqlidisin  izahı)  iki  dəfə,  yəni,  iki  redaktədə 

yazılmışdır.  1248-ci  ildə  yazılmış  birinci  redaktə  15 

məqalədən ibarətdir və həmin əsərin əlyazması 1880-ci ildə 

Tehranda litoqrafiya üsulu ilə çap olunmuşdur. 

İkinci  dəfə  “Təhrir  Öqlidis”in  hər  iki  redaktəsi  tez  bir 

zamanda  bütün  dünyaya  yayılmışdır.  Həndəsə  elminin 

inkişaf  etdirilməsində  xüsusi  rol  oynamış  həmin  əsərin 


                                                     

 

  



                                                                            

                                                    

208 

ikinci redaktəsi hələ XIII əsrin sonunda Avropada, xüsusilə 



İngiltərədə şöhrət tapmışdır. XVI əsrdə bu kitab Avropada 

o qədər məşhur olmuşdur ki, 1594-cü ildə Roma şəhərində 

ərəb  dilində,  sonralar  isə  latın  dilinə  tərcümə  olunaraq, 

1657-ci ildə Londonda nəşr olunmuşdur.  

Həmin  əsərin  qısa  müddətə  Avropada  ərəb  dilində 

məşhurlaşması  şübhə  doğurar.  Fikrimcə  həmin  əsər  hələ 

1657-ci  ilə  qədər  latın  dilinə  tərcümə  olunaraq  həndəsə  və 

riyaziyyat  mütəxəssisləri  tərəfindən  öyrənilirdi.  “Təhrir 



Öqlidis”  ərəb  dilində  yazılmış  və  Romada  saxlanılan 

variantı  elə  həmin  dildədir.  Bu  məsələni  daha  da 

aydınlaşdırmaq  üçün  bildirmək  istəyirəm  ki,  riyaziyyat  və 

astronomiya  elmində  özünü  “məşhurlaşdıran”  Regiomon-

tan,  hələ  1461-ci  ildə  Romaya  gedərək,  orada  Ptolemeyin 

“Almagest”  əsərinin  7  məqaləsini  latın  dilinə  tərcümə 

etmişdir.  Ümumiyyətlə  o,  1461-1468-ci  illərdə  İtaliyanın 

bir  çox  kitabxanalarında  olmuş  və  qədim  əlyazmaların 

surətlərini  əldə  edərək  Vyanaya  qayıtmışdı.  Regiomontan 

Avropada  alimlikdən  çox,  elmi  əsərlərin  orijinal  tərcümə-

çisi kimi tanınmışdı. 

Artıq  məlumdur  ki,  Regiomontan  ərəb  dilinə  yiyələnə-

rək  şərq  astronomlarının  elmi  əsərlərinin  tərcüməsilə 

məşğul olmuş və çox güman ki, Tusinin “Təhrir Öqlidis” 


                                                     

 

  



                                                                            

                                                    

209 

əsərini, 1657-ci ildəki latın tərcüməsinə qədər latın dilində 



tərcümə etmişdi. 

Tarixi  qaynaqlarda  göstərilir  ki, İsaak  Nyutonun  (1642-

1726)  sevimli  müəllimlərindən  biri  XVII  əsrin  məşhur 

ingilis riyaziyyatçısı Con Vallis (1616-1703) “Təhrir Öq-



lidis”  əsərinin  əsasında  Oksford  universitetində  mühazirə-

lər oxumaqla Tusinin İngiltərədə məşhur olmasında böyük 

rol oynamışdır. Oksford universitetində Evklid kafedrasına 

rəhbərlik edən C. Vallis Tusinin təklif etdiyi paralel xətlər 

nəzəriyyəsinin isbatını tələbələrinə tədris etmişdi.  

H.  Məmmədbəyli  qeyd  edirdi  ki,  “Təhrir  Öqlidis” 

əsərində  Nəsirəddin  paralel  xətlər,  nisbətlər  və  ədədlər 

nəzəriyyəsi,  həndəsə  aksiomatikası  kimi  riyaziyyatın  əsas 

və  bünövrəli  məsələlərindən  dərin  yaradıcılıqla  bəhs 

etməklə yanaşı, bir çox yeni teoremlər və onların yeni-yeni 

isbatlarını  vermiş,  bəzi  teoremləri  isə  ümumiləşdirmişdir. 

Bəzən o, bir teoremin bir neçə isbatını verir. O, riyaziyyata 

yeni-yeni  anlayışlar  daxil  edir  və  köhnə  anlayışların  düz-

gün  dərk  edilməsinə  imkan  yaradır...  “Təhrir  Öqlidis” 

kitabının  birinci  redaktəsində  Nəsirəddin  Pifaqor  teoremi-

nin  36  cür  isbatını,  əsərin  ikinci  redaktəsində  isə  teoremin 

12 cür isbatını verir. Nəsirəddin birinci kitabda hər şeydən 

çox paralel xətlər nəzəriyyəsinə aid teoremlərini verir. Yeni 



                                                     

 

  



                                                                            

                                                    

210 

həndəsənin,  qeyri-evklid  həndəsələrinin  əmələ  gəlməsində 



paralel xətlər nəzəriyyəsi olduqca böyük rol oynamışdır.

1

 



Paralel  xətlər  nəzəriyyəsinin  inkişafında  isə  Nəsirəddi-

nin əhəmiyyəti çox böyük olmuşdur. 

 

 

    



    

 

 Evklid (?-təx.b.e.ə. 275-270)       Avropada nəşr olunan  



                                                         “Təhrir Öqlidis” 

 

Evklidi  bütün  dünyada  məşhurlaşdıran  “Başlanğıc” 



əsəri  iki  min  il  müddətində  məktəblilər  üçün,  həndəsənin 

                                                 

       

1

 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 



1980. səh. 78 

                                                     

 

  



                                                                            

                                                    

211 

başlanğıc kursu sayıldığından dəfələrlə nəşr olunmuşdur. İş 



ondadır  ki,  XX  əsrə  qədər  həmin  kitab  həndəsə  fənnində 

məktəblərlə  yanaşı,  universitetlərdə  də  tədris  olunurdu. 

Bütün  elm  adamları  üçün  maraqlı  olan  əsər  hələ  Antik 

dövrdə  yazarlar  tərəfindən  köçürülərək,  məlum  olan 

dünyanın  ərazisində  yaymışdılar.  Sonralar  “Başlanğıc” 

papirusdan perqamentə, perqamentdən isə kağıza köçürülə-

rək sifarişçilərə çatdırılırdı. 

400  il  müddətinə  əsər  2500  dəfə  nəşr  edilmişdir,  orta 

hesabla bir ildə 6-7 dəfə çapdan çıxırdı. 

“Başlanğıc”ın orijinal nüsxəsi gəlib bizim günlərə qədər 

çıxmayıbdır.  Lakin  əsər  köçürücülərin  vasitəsi  ilə 

çoxalmışdı. Bu işdə Şərq köçürücüləri və alimləri böyük rol 

oynamışdılar.  Əsərin  ilk  ərəb  tərcüməsini  ilk  dəfə,  xəlifə 

Harun  ər  Rəşidin,  ikinci  dəfə  isə  onun  qardaşı  xəlifə 

Məmunun hakimiyyəti dövründə Həccac ibn Yusif etmişdi. 

Növbəti tərcüməni isə Sabit ben Qürrə həyata keçirmişdi. 

Erkən  orta  əsrlər  dövrü  Evklidin  “Başlanğıc”  əsəri 

ərəblər  tərəfindən  tam  öyrənilir,  ondan  sonra  isə  Avropa 

alimlərinin  diqqət  mərkəzində  olur.  Əsər  bir  neçə  dillərə 

tərcümə  olunur.  İlkin  nüsxələr  1533-cü  ildə  çapdan  çıxır. 

İngilis  dilinə,  ilk  dəfə  1570-ci  ildə  Londonun  taciri 

Bellinqvey tərəfindən tərcümə olunur.

1

 



                                                 

         1

 Д. К. Самин. Сто великих ученых. Москва, «Вече», 2002. стр. 19 


                                                     

 

  



                                                                            

                                                    

212 

Evklidin  həndəsə  və  hesaba  aid  yazmış  olduğu  “Əsas-



Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin