“Marağa rəsədxanasının astronomik cihazları haqqın-
da risalə”də Tusi barəsində öz ürək sözlərini bildirmişdi.
Ordi müqəddimədə yazır: “İndi biz Allah tərəfindən hifz
edilən Marağa şəhərinin qərbindəki təpədə yerləşmiş
rəsədxanada yaratdığımız cihazları təsvir edək. Onlar 660-
cı ildə qurulmuşdu. Bütün bunlar bizim sahibimizin, böyük
inamın, gözəl alimin, müdrik ağamızın, islam alimləri
içərisində ən yaxşısının rəhbərliyi altında görülürdü. O, elə
insanlardandır ki, Allah, - ona şükr olsun. Bütün insanlar
arasında payladığı keyfiyyətləri özündə toplamışdır, yəni,
gözəl xasiyyətlər, tərifəlayiq dühalar, həyat tərzinin gözəl-
liyi, nəzakət və tam ağıllı hərəkətləri. O, bütün elmləri
mənimsəyir və əhatə edir.
199
Buna görə bütün alimləri öz ətrafına toplamış və
qiymətli tövhələr verərək, onları hifz edirdi. O, onlarla
atanın öz uşaqlarına qarşı olduğundan daha artıq nəvaziş
göstərdiyi üçün bizə onun kölgəsində yaşamaq çox yaxşı-
dır... Bəzən biz onu hirsləndiririk ki, onu bütün hallarda
görək (yaxşı və pis) hər iki halda o, nəvazişli və nəzakətli-
dir.
Mən Nəsir və əl millət vəldin Mühəmməd ibn Mühəm-
məd ət-Tusi haqqında danışıram. Allah onun ömrünü uzat-
sın. Mən onun haqqında çox eşitmişdim. Onun haqqında
olan xəbərlər onunla görüşənə qədər mənə təəccüblü
gəlirdi. Biz onunla görüşdükdən sonra onun haqqında
eşitdiklərimizin həqiqətlə müqayisədə olmaması bizə aşkar
oldu. Bunların kifayət olmadığını mən onunla xidmətdə,
bizi birləşdirən günlərdə bildim, bu günlərdə o, bizi öz
faydalı məsləhətləri ilə şadlandırırdı. Bu, o günlərdə oldu
ki, biz öz vətənimizdən, dostlarımızdan və uşaqlarımızdan
uzaqda idik.
Onun bizə onların hamısını əvəz etməsi bizə kifayət idi.
Kim onunla olsa, hamı onunladır və kiminlə o, yoxsa, onun
heç nəyi yoxdur. Allah onu bizə çox görməsin və bizə
şadlıq üçün onun ömrünü uzatsın!”
1
1
Müəyyidəddin Ordinin “Marağa rəsədxanasının cihazları” kitabının
müqəddəməsindən.
200
Bu sözlər nə XIX əsrin tarixçiləri və tədqiqatçıları, nə də
hazırda Azərbaycanda yaşayan alimlər tərəfindən tərif üçün
söylənilməmişdir. Bu ifadələri Tusinin öz müasiri, Suriya-
dan Azərbaycana təşrif buyuraraq, Marağa rəsədxanasında
işləmiş bir alim söyləmişdir. Həqiqətən də tarixi sənədlər
var ki, bir çox əcnəbi alimlər Tusi haqqında yalnız
təqdirəlayiq fikirlər bildiriblər. Öz müasirləri onu “Ustadi-
bəşər” adlandırırdılar. Bu hər hansı bir şəxsiyyət üçün
olduqca böyük qiymət idi.
Ordi haqqında bioqrafik məlumatlar demək olar ki, yox
dərəcəsindədir. Tarixdə sənəd kimi yalnız onun ərəb dilində
yazdığı “Marağa rəsədxanasının astronomik alətlər
haqqında risaləsi”nin iki əlyazma nüsxəsi qalmışdır.
Bunlardan biri Parisin, digəri isə Tehranın milli kitab-
xanalarında saxlanılır. Birinci nüsxə XIX əsrin əvvəllərin-
də Parisdəki xüsusi şərq dilləri məktəbinin müəllimi A.
Jurden tərəfindən tapılıb fransız dilinə tərcümə olunur.
Kitab Parisdə ilk dəfə - 1809 və 1810-cu illərdə nəşr olu-
nur. Əsər astronomiya mütəxəssislərinin marağına səbəb
olduğundan, onu 1811-ci ildə alman dilinə tərcümə edirlər.
Bu əsərdə Tusinin rəhbərliyi altında Ordinin hazırladığı on
mürəkkəb astronomik cihazın təsviri də var.
Müəyyidəddin Ordinin traktatında verilən məlumatların
təhlili bir çox tədqiqatçıları belə bir fikrə gətirmişdir ki,
201
Marağadakı alətlər təkmilliyi ilə o dövrün bütün rəsəd-
xanalarındakı alətlərdən seçilirmiş. Bu da məlumdur ki,
alimin ixtirası olan bəzi alətlər sonradan dünyanın bir çox
rəsədxanalarında istifadə olunub.
Yuxarıda qeyd edildiyi kimi Marağa rəsədxanasında on
böyük astronomik cihaz olmuşdur; bunlardan beşi yenidən
icad olunmuş, beşi isə köhnə cihazlardan ibarət imiş.
1.
Böyük divar kvadrantı.
2.
Armilyar sfera.
3.
Ekliptikanın mailliyini təyin edən alət.
4.
Bərabərliklər anlarını təyin edən alət.
5.
Tutulma fazalarını təyin edən alət. Yəni, Ay və
Günəş tutulmalarını müşahidə edən alət.
Bu cihazlar Marağa rəsədxanası istismara verilənə
qədər başqa rəsədxanalar tərəfindən istifadə olunmuşdur.
1.
Göy cisimlərinin üfüqi koordinatlarını təyin edən
alət.
2.
Günəşin meridianda hündürlüyünü təyin edən alət.
3.
Yer qlobusu.
4.
Ulduz və ya Göy qlobusu.
5. Müasir universal alətin ibtidaisi olan Fırlanan
kvadrant.
202
Bu cihazlar isə bilavasitə Marağa rəsədxanasında icad
olunmuşdu. Orada istifadə olunan cihazlardan ən böyüsü
diametri 6,5 metr olan divar kvadrantı idi. Marağaya qədər
ən böyük divar kvadrantı (diametri 7,5 metr) Ürgənc
şəhərində qurulmuşdu.
H. Məmmədbəyli həmin cihaz barəsində öz əsərində
gözəl təsvir verilmişdir: Divar kvadrantına yandan
baxdıqda onun şəkli belədir: O, əvvələn bir divar kimi
görünür. Lakin bu divarın əsası və bir tərəfi düz xətdən
ibarətdir, qalan iki tərəfi isə 90 dərəcəlik qövslə əvəz
olunmuşdur. Bu qövsün üzərində sac ağacı deyilən ən
möhkəm ağac kərpic divara bərkidilmişdi. Bunların
arasında qalmış novçaya mis lövhə yerləşdirilmişdir. Bu
mis lövhə üzərində qövs ölçülərini göstərən bir şkala var.
Burada iki qonşu bölgü arasında ən kiçik bölgü bir qövs
dəqiqəsi qiymətində idi. Divar kvadrantının bölgülü
şkalasından başqa ikinci mühüm bir hissəsi də var. Bu da
dioptorlarındakı tərəssüd borularını əvəz edirdi. Dioptorlar
sadə bir borudur. Bu borunun içərisi boş olduğu halda
uclarında birinin diametr boyu bir tel asılmış və bunun
qarşısında duran ucda isə yarıq açılmışdır. Müşahidəçi göy
cisminə doğru istiqaməti təyin etmək istədikdə həmin göy
cismini, dioptorların yarığını və telini bir xətt üzərinə
gətirməlidir. Buna nail olmaq üçün dioptorlar olan borunu
203
fırlatmalıdırlar. Dioptorlar divar kvadrantını şkalası boyun-
ca hərəkət etdikcə onun yüksəkliyini ölçməyə imkan verir.
Divar kvadrantı meridian müstəvisində qurulduğu üçün
göy cisimlərini ancaq kulminasiya (göy cisminin meridian-
dan keçməsi hadisəsinə kulminasiya deyilir) anlarında
müşahidə etmək mümkündür. Bu halda onların yüksəklik
koordinatları ölçülür.
1
Marağada işlədilən ikinci böyük cihaz, divar kvadrantı
kimi ən qədim astronomik cihazlardan biri sayılan
“Armilyar sferası”dır. Bu cihaz o qədər qədimdir ki, onun
hətta İsgəndəriyyə astronomları da istifadə etmişdilər.
Marağa rəsədxanasındakı “Armilyar sferası” beş göy
dairəsindən – 1) ekliptika, 2) bərabərlik kolyuru, 3) enlik-
lər dairəsi, 4) göy meridianı, 5) tropiklərdən ibarət idi. Bu
dairələrdən ekliptika, göy meridianı və tropiklər qövs ölçü-
lərinə bölünmüşdür. Armilyar sferası vasitəsilə planetlərin
və ulduzların ekliptik koordinatları və üfüqi koordinatları
təyin olunurdu. Bunun nəticəsində Marağa alimləri “Fırla-
nan kvadrant” adlı xüsusi bir cihaz icad edirlər. Bu cihaz
oxları bir-birinə perpendikulyar surətdə bərkidilmiş və biri
üfüq müstəvisində, o biri isə həmin müstəviyə perpendi-
kulyar istiqamətdə fırlanan iki bölgülü dairədən ibarətdir.
1
H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”,
1980. səh. 67-68
204
Ulduzlara istiqamət almaq üçün vertikal dairə dioptorlarla
təchiz olunur.
Tusinin elmi irsini öyrənən tədqiqatçılar arasında peşə-
kar astronomlar da az deyil. Alim 750-760 il bundan əvvəl
fəaliyyət göstərsə də, onun əldə etdiyi elmi nailiyyətlər hələ
də müasir astronomların diqqət mərkəzindədir.
Astronomiya sahəsinin professoru Rəhim Hüseynovun
onun haqqında deyir: “Tusinin astronomiya sahəsində
aldığı elmi nəticələr çox geniş və əhatəlidir. O, hər şeydən
əvvəl müasir astronomiya üçün həlledici əhəmiyyət kəsb
edən sferik triqonometriyanın banisidir. Sferik triqono-
metriyanın tədbiq dairəsini genişliyinə görə heç nə ilə
müqayisə etmək mümkün deyil”. Tusinin və Marağa
rəsədxanası əməkdaşlarının, ümumiyyətlə, astronomiya
sahəsində ən böyük işləri “Elxan cədvəlləri” əsəridir. Dörd
kitabdan ibarət olan bu əsərdə: o zamanlar dünyada
mövcud olan təqvimlər, bir tarixdən – (təqvimdən – R.D.)
digərinə keçmək üsulları, Günəşin və Planetlərin hərəkət-
ləri, Marağa rəsədxanasında hər gün üçün həqiqi günorta
vaxtı, Günəş diski mərkəzinin ekliptika üzərində vəziyyəti,
planetlərin orta sutkalıq hərəkətinin qiymətləri, vaxtın təyin
205
üsulu, planetlərin ekliptikaya nəzərən vəziyyətləri, illik
presessiyanın qiyməti verilmişdir”.
1
Necə ki Hülaku xanın dövründə, eləcə də Abaqa xanın
dövründə də Tusi bir ziyalı, alim, siyasətçi, diplomat və
xeyriyyəçi kimi “Elxanilər” dövlətinin həyatında seçilən bir
fiqur olaraq mühüm rol oynamışdır. İmperiyanın hansı
bölgəsində olursa-olsun o, əhalinin bütün təbəqəsi tərəfin-
dən hüsn-rəğbətlə, izzətlə, təmtəraqla qarşılanır və hər bir
adamın problemi ilə dərindən maraqlanaraq, özünün lazım-
lı məsləhətlərini və köməyini heç kimdən əsirgəmirdi. Ən
əsası da müdrik alim elmin inkişafına və tədris ocağlarının
yaranmasına xüsusi diqqət yetirirdi. Tusi düşünürdü ki, elm
insanın əlindən tutmalıdır. Çünki insana “hər şeyi olduğu
kimi bilmək” vacibliyini o, çox yaxşı anlayırdı.
Tusi elmli olduğu qədər də səbr və əxlaq sahibi idi.
Tusi 1274-cü ilin əvvəlində Marağadan Bağdada gəlir.
Xanın vəziri kimi üzərinə düşən işləri görür, alimlərə,
mədrəsələrə qayğı göstərir. Alim çox yorulsa da, onu
səfərdə müşayiət edən oğlu Əsiləddin ilə birlikdə yeddinci
imam Museyi-Kazımın məzarına ziyarətə gəlir. Burada
xeyli oturaraq yasin oxuyur. O, gözlənilmədən Museyi-
Kazımın yanında dəfn olunmasını yanındakılarına vəsiyyət
1
“Bilgi” dərgisinin “fizika, riyaziyyat, yer elmləri” seriyası. Nəsirəddin
Tusinin astronomiya elmində xidmətləri. MEA-nın müxbir üzvü Rəhim
Hüseynov. Bakı, 2002. səh. 4 №2
206
edir: - “Məni başqa yerdə dəfn etsəniz, Həzrət Musa ibn
Cəfər əleyhissəlamdan xəcalət çəkərəm”.
Vəfatından öncə oğluna son sözü bu olub: - “Mən rahat
ölürəm. Çünki ömrümü xeyrə, xalqımın xeyrinə, elmin
xeyrinə həsr etmişəm... Xeyrə həsr edilməmiş həyatı hədərə
getmiş hesab et”.
Bütün həyatını, biliyini, bacarığını insanlığa, elmə həsr
etmiş böyük alim 127-cü ildə iyunun 25-də Bağdad
şəhərində dünyasını dəyişdi. Nəsirəddin Tusi vaxtı ilə
Abbasi Xilafətinin paytaxtı sayılan Bağdaddan 10 km.
aralıda yerləşən “Came məscidi”ndə torpağa tapşırılmışdır.
Vəsiyyətinə uyğun olaraq onu yeddinci imam Museyi-
Kazımın sərdabəsində Came məscidində dəfn etdilər.
(Allah ona rəhmət eləsin).
1
Deyirlər ki, alimin dəfninə bütün Bağdad axışıb gəlmişdi
və onun qəbri uzun müddət ziarətə çevrilmişdir. Camaat
inana bilmirdi ki, bütün ömrünü elmə həsr etmiş müdrik bir
insan onların sırasını tərk edibdir. Axı, o, bir çoxlarının
əlindən tutaraq, bəşəriyyət aləminin ən ümdə rəmzi sayılan,
yalnız xeyirxahlıq işləri ilə məşğul olmuş və hamının
demək olar ki, ümid çırağı sayılmışdı. Dahi Azərbaycan
alimi Nəsirəddin Tusinin qəbri üzərində belə bir müdrik
1
A. Məmmədov. Hökm və hikmət. Bakı, “Qafqaz-Ltd”, 2002. səh. 159-
160
207
sözlər yazılıbdır: “Millətin və dinin köməkçisi, elm
ölkəsinin şahı. Ana dövran belə oğul doğmamışdır”.
Necə insan olmalısan ki, həyatda gördüyün işlərə görə,
istəkli xalq məzar üzərində bu cür mənalı sözlər yazsın.
Həqiqətən də o, həmin sözlərə layiqli bir şəxs sayılaraq,
həyatdakı gördüyü bütün işlərə görə həmin kəlamları
qazanmışdı.
Elm insanın həm beynini,
həm cismini şövqləndirir.
Mişra Krişna
Nəsirəddin Tusinin dünya miqyasındakı elmi
nailiyyətləri
N. Tusinin həndəsə sahəsində yazdığı şah əsəri “Təhrir
Öqlidis” (Öqlidisin izahı) iki dəfə, yəni, iki redaktədə
yazılmışdır. 1248-ci ildə yazılmış birinci redaktə 15
məqalədən ibarətdir və həmin əsərin əlyazması 1880-ci ildə
Tehranda litoqrafiya üsulu ilə çap olunmuşdur.
İkinci dəfə “Təhrir Öqlidis”in hər iki redaktəsi tez bir
zamanda bütün dünyaya yayılmışdır. Həndəsə elminin
inkişaf etdirilməsində xüsusi rol oynamış həmin əsərin
208
ikinci redaktəsi hələ XIII əsrin sonunda Avropada, xüsusilə
İngiltərədə şöhrət tapmışdır. XVI əsrdə bu kitab Avropada
o qədər məşhur olmuşdur ki, 1594-cü ildə Roma şəhərində
ərəb dilində, sonralar isə latın dilinə tərcümə olunaraq,
1657-ci ildə Londonda nəşr olunmuşdur.
Həmin əsərin qısa müddətə Avropada ərəb dilində
məşhurlaşması şübhə doğurar. Fikrimcə həmin əsər hələ
1657-ci ilə qədər latın dilinə tərcümə olunaraq həndəsə və
riyaziyyat mütəxəssisləri tərəfindən öyrənilirdi. “Təhrir
Öqlidis” ərəb dilində yazılmış və Romada saxlanılan
variantı elə həmin dildədir. Bu məsələni daha da
aydınlaşdırmaq üçün bildirmək istəyirəm ki, riyaziyyat və
astronomiya elmində özünü “məşhurlaşdıran” Regiomon-
tan, hələ 1461-ci ildə Romaya gedərək, orada Ptolemeyin
“Almagest” əsərinin 7 məqaləsini latın dilinə tərcümə
etmişdir. Ümumiyyətlə o, 1461-1468-ci illərdə İtaliyanın
bir çox kitabxanalarında olmuş və qədim əlyazmaların
surətlərini əldə edərək Vyanaya qayıtmışdı. Regiomontan
Avropada alimlikdən çox, elmi əsərlərin orijinal tərcümə-
çisi kimi tanınmışdı.
Artıq məlumdur ki, Regiomontan ərəb dilinə yiyələnə-
rək şərq astronomlarının elmi əsərlərinin tərcüməsilə
məşğul olmuş və çox güman ki, Tusinin “Təhrir Öqlidis”
209
əsərini, 1657-ci ildəki latın tərcüməsinə qədər latın dilində
tərcümə etmişdi.
Tarixi qaynaqlarda göstərilir ki, İsaak Nyutonun (1642-
1726) sevimli müəllimlərindən biri XVII əsrin məşhur
ingilis riyaziyyatçısı Con Vallis (1616-1703) “Təhrir Öq-
lidis” əsərinin əsasında Oksford universitetində mühazirə-
lər oxumaqla Tusinin İngiltərədə məşhur olmasında böyük
rol oynamışdır. Oksford universitetində Evklid kafedrasına
rəhbərlik edən C. Vallis Tusinin təklif etdiyi paralel xətlər
nəzəriyyəsinin isbatını tələbələrinə tədris etmişdi.
H. Məmmədbəyli qeyd edirdi ki, “Təhrir Öqlidis”
əsərində Nəsirəddin paralel xətlər, nisbətlər və ədədlər
nəzəriyyəsi, həndəsə aksiomatikası kimi riyaziyyatın əsas
və bünövrəli məsələlərindən dərin yaradıcılıqla bəhs
etməklə yanaşı, bir çox yeni teoremlər və onların yeni-yeni
isbatlarını vermiş, bəzi teoremləri isə ümumiləşdirmişdir.
Bəzən o, bir teoremin bir neçə isbatını verir. O, riyaziyyata
yeni-yeni anlayışlar daxil edir və köhnə anlayışların düz-
gün dərk edilməsinə imkan yaradır... “Təhrir Öqlidis”
kitabının birinci redaktəsində Nəsirəddin Pifaqor teoremi-
nin 36 cür isbatını, əsərin ikinci redaktəsində isə teoremin
12 cür isbatını verir. Nəsirəddin birinci kitabda hər şeydən
çox paralel xətlər nəzəriyyəsinə aid teoremlərini verir. Yeni
210
həndəsənin, qeyri-evklid həndəsələrinin əmələ gəlməsində
paralel xətlər nəzəriyyəsi olduqca böyük rol oynamışdır.
1
Paralel xətlər nəzəriyyəsinin inkişafında isə Nəsirəddi-
nin əhəmiyyəti çox böyük olmuşdur.
Evklid (?-təx.b.e.ə. 275-270) Avropada nəşr olunan
“Təhrir Öqlidis”
Evklidi bütün dünyada məşhurlaşdıran “Başlanğıc”
əsəri iki min il müddətində məktəblilər üçün, həndəsənin
1
H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”,
1980. səh. 78
211
başlanğıc kursu sayıldığından dəfələrlə nəşr olunmuşdur. İş
ondadır ki, XX əsrə qədər həmin kitab həndəsə fənnində
məktəblərlə yanaşı, universitetlərdə də tədris olunurdu.
Bütün elm adamları üçün maraqlı olan əsər hələ Antik
dövrdə yazarlar tərəfindən köçürülərək, məlum olan
dünyanın ərazisində yaymışdılar. Sonralar “Başlanğıc”
papirusdan perqamentə, perqamentdən isə kağıza köçürülə-
rək sifarişçilərə çatdırılırdı.
400 il müddətinə əsər 2500 dəfə nəşr edilmişdir, orta
hesabla bir ildə 6-7 dəfə çapdan çıxırdı.
“Başlanğıc”ın orijinal nüsxəsi gəlib bizim günlərə qədər
çıxmayıbdır. Lakin əsər köçürücülərin vasitəsi ilə
çoxalmışdı. Bu işdə Şərq köçürücüləri və alimləri böyük rol
oynamışdılar. Əsərin ilk ərəb tərcüməsini ilk dəfə, xəlifə
Harun ər Rəşidin, ikinci dəfə isə onun qardaşı xəlifə
Məmunun hakimiyyəti dövründə Həccac ibn Yusif etmişdi.
Növbəti tərcüməni isə Sabit ben Qürrə həyata keçirmişdi.
Erkən orta əsrlər dövrü Evklidin “Başlanğıc” əsəri
ərəblər tərəfindən tam öyrənilir, ondan sonra isə Avropa
alimlərinin diqqət mərkəzində olur. Əsər bir neçə dillərə
tərcümə olunur. İlkin nüsxələr 1533-cü ildə çapdan çıxır.
İngilis dilinə, ilk dəfə 1570-ci ildə Londonun taciri
Bellinqvey tərəfindən tərcümə olunur.
1
1
Д. К. Самин. Сто великих ученых. Москва, «Вече», 2002. стр. 19
212
Evklidin həndəsə və hesaba aid yazmış olduğu “Əsas-
Dostları ilə paylaş: |