Ramiz Dəniz



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

“Siyasətnamə”yə nəzər salmışdır... 

“Siyasətnamə”  ilk  dəfə  fransız  şərqşünası  Ş.  Şefer 

tərəfindən 1892-ci ildə nəşr edilmişdir. Bundan bir il sonra 

Ş.  Şefer  onun  fransızca  tərcüməsini  və  nəhayət,  1897-ci 

ildə Nizamülmülkün tərcümeyi-halını nəşr etdirmişdir...

1

 

Tusi  Demetr  kimi  möhtəşəm  kitabxana,  Elmlər  Akade-



miyasının  identik  forması  olan  Marağa  rəsədxanasını 

yaratmış  və  oraya  ən  tanınmış  alimlərini  cəlb  etmişdi. 

Bundan  əlavə  o,  Nizamülmülk  kimi  vəzir,  məsləhətçi  işlə-

miş,  dövlət  işlərində  əhəmiyyətli  rol  oynamış,  mədrəsələr 

açdırmış  və  alimlərə  böyük  dəstək  vermişdi.  Göründüyü 

kimi  Azərbaycan  alimi  ilə  yuxarıda  adları  çəkilən 

şəxsiyyətlərin xasiyyətlərində oxşar cəhətlər çox idi. 

Marağa  rəsədxanası  o  dövrdə  Şərqdə  ilk  çoxsahəli  elm 

ocağı  olduğundan,  oranı  dünyanın  ən  böyük  Elmlər 

Akademiyası  da  adlandırmaq  olardı.  Marağada  aparılan 

astronomik müşahidələrin, elmi tədqiqatların və araşdırma-

ların, astronomik cihazların ixtirası, elmi nailiyyətlərin əldə 

                                                 

         

Əbu  Əli  Həsən  ibn  Əli  Xacə  Nizamülmülk.  Siyasətnamə.  N. 



Məmmədzadənin əlavəsi. Bakı, “Elm”, 1989. səh. 27 

                                                     

 

  



                                                                            

                                                    

186 

olunması,  tədris  proqramlarının  çoxsahəli  olması,  buraya 



cəlb  olunan  alimlərin  və  tələbələrin  sayının  çoxluğu, 

yazılan  elmi  əsərlərin  bolluğu  miqyasına  görə  Bağdadın 

Beytül  hükəması”,  Ürgəncin  “Məmun  Akademiyası”nı 

və dünyanın başqa elmi ocaqlarını çox-çox geridə qoyurdu. 

Əsas  arqument  ondan  ibarətdir  ki,  astronomik  müşahidə-

lərin aparılması üçün yaradılan həmin rəsədxanada astrono-

miya  və  riyaziyyatla  yanaşı,  tarix,  coğrafiya,  həndəsə, 

botanika,  fəlsəfə,  meniralogiya,  fizika,  kimya,  təbabət, 

astrologiya,  optika,  ədəbiyyat,  estetika,  hətta  musiqi-

şünaslıq  sahəsi  də  dərindən  öyrənilib  ədəbiyyat  vəsaitləri 

kimi  təhsil  almağa  can  atan  adamlar  arasında  geniş  təbliğ 

olunurdu.  Hər  sahə  üzrə  də,  məşhur  mütəxəssislər 

yetişdirilirdi. Artıq məlumdur ki, Tusinin rəhbərliyi altında 

yüzdən  artıq  alim  işləmişdi.  Bunları  nəzərə  alıb  bildirmək 

istəyirəm  ki,  həqiqi  mənada  Marağa  rəsədxanasının 

nəzdində Tusinin təşəbbüsü ilə dünyanın ən böyük “Elmlər 

Akademiyası” yaradılmışdı. 

Akademik  Maqsud Əliyev Marağa rəsədxanası və onun 

banisi  Tusi  barəsində  bu  sözləri  söyləmişdir:  “Nəsirəddin 

Tusi  XIII  əsrdə  Marağa  rəsədxanasında  əsl  Milli  Elmlər 

Akademiyası  yaratmışdır.  Burada  astronomiya,  astronomi-

yanın  müxtəlif  sahəsi  –  cihazqayırma,  müşahidə  alətləri, 

nəzəri  işlər  –  riyaziyyat,  coğrafiyaşünaslıq,  minerologiya, 


                                                     

 

  



                                                                            

                                                    

187 

hüquq  elmləri,  yerşünaslıq,  təbiətşünaslıq,  ailə  və  əxlaq 



problemləri, fəlsəfə, musiqi, həndəsə, triqonometriya, sferik 

triqonometriyanın əsası qoyulur. Dünyada o vaxt  

belə  bir  zəngin  Elmlər  Akademiyası  olmamışdır. 

Avropada  belə  bir  müəssisə  yalnız  XV,  XVI  əsrlərdə 

yaranmağa başlamışdır.

1

 



Sonrakı  illərdə  Azərbaycan  müharibələr  burulğanına 

düşməsəydi  və  Marağada  təbii  fəlakət  baş  verməsəydi, 

şübhəsiz  ki,  “Elm  və  müdriklik  evi”  kimi  tanınan  möhtə-

şəm  Marağa  “Elmlər  Akademiyası”  bütün  elmlərin  inkişaf 

etdirilməsi  üçün  bəşəriyyətə  qiymətli  kadrlar  hazırlayar  və 

orada  yaradılan  elmi  nailiyyətlər,  dünya  elm  xəzinəsinə 

qiyməsiz kəşflər bəxş edərdi. 

1271-ci  ildən  tam  istismara  verilən  Marağa  rəsədxanası 

1300-cü  ildə  (həmin  ildə  baş  verən  zəlzələ  rəsədxananı 

yararsız  hala  salmışdı)  fəaliyyət  göstərə  bilmişdir.  V.  V. 

Bartold  qeyd  edir  ki,  “Marağa  rəsədxanasında  aparılan 

tədqiqatlarınelmin  inkişafına  göstərdiyi  təsir  Uluqbəy 

rəsədxanasına  qismət  olmadı.  Uluqbəyin  rəsədxanası  onun 

əsasını  qoymuş  bu  adamın  vəfatı  ilə  eyni  zamanda  öz 

                                                 

       


1

 Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti 2002 il 28 iyunda dahi 

Azərbaycan  alimi  Nəsirəddin  Tusinin  800  illik  yubileyinə  həsr  olunmuş 

“Nəsirəddin Tusinin elmi  xidmətləri  və  Nəsirəddin Tusi  yazıçı-tədqiqatçı 

Ramiz  Qasımov  yaradıcılığında”  mövzusunda  keçirilən  elmi-praktik 

konfransda akademik Maqsud Əliyevin çıxışı. 



                                                     

 

  



                                                                            

                                                    

188 

fəaliyyətini başa vurdu. Rəsədxananın yeganə əməkdaşı Əli 



Quşçu  Səmərqəndi  tərk  edib  Türkiyəyə  gedir  və  1474-cü 

ildə  Konstantinopolda  vəfat  etdi...  Uluqbəydən  sonra 

müsəlman  astronomiyası  heç  bir  müvəffəqiyyət  qazana 

bilmədi”. 

Rəsədxana  tikilənə  qədər  Tusi  bir  neçə  dəfə  Bağdada 

səfər  etmiş  və  orada,  yoxa  çıxmış  bir  çox  əlyazmaların 

axtarışı ilə məşğul olmuşdu. O, qorxurdu ki, həmin sənədli 

materiallar ümumiyyətlə, yoxa çıxıb tələf ola bilər.  

Növbəti dəfə Tusi Bağdada gələndə orada qızğın fəaliy-

yətə  başaldı  –  vəqfləri  yoxlamaq  üçün  adamlar  ayırdı, 

fəqihlərin,  müəllimlərin  və  sufilərin  maaşlarını  müəyyən 

etdi.  Bir  neçə  gün  davam  edən  gərgin  əmək  nəticəsində 

vəqflər  haqqında  qanun  hazırladı.  O,  hər  gün  Bağdad 

üləmaları  ilə  görüşür,  mədrəsələrə  gedib  dərslərdə  iştirak 

edir, müəllimlərə göstərişlər verir verirdi. Mütəmadi olaraq 

kitabxanalara  baş  çəkir,  orada  tapılan  yeni  kitabları 

Marağaya göndərirdi.   

Daim  xeyirxahlığını  insanlardan  əsirgəməyən  alim 

Bağdad  qırğını  zamanı  bir  çoxlarını  ölümün  pəncəsindən 

xilas  etmişdi.  Onlardan  biri  Abbasilər  sülaləsinə  son 

qoyulandan  sonra  Bağdada  sərdar  təyin  edilmiş  Əlaəddin 

Əbu  Mənsur  Ata  Malik  ibn  Məhəmməd  əl-Cüveyni  idi 

(alim  onu  monqolların  qətlindən  qurtarmırdı).  Sərdar  hər 


                                                     

 

  



                                                                            

                                                    

189 

görüşündə  Tusi  öz  minnətdarlığını  bildirirdi.  Sahibi-divan 



(maliyyə  nazirlərinin  nəslindən)  olan  bu  gəncə  Tusi  onun 

dərin  düşüncəsinə,  zəkasına,  və  təşkilatçılıq  qabiliyyətinə 

görə dərin hörmət edirdi. Mühüm əlyazmaların tapılmasın-

da o, alimə misilsiz xidmətlər göstərmişdi. 

Marağa  rəsədxanasının  nəzdində  yaradılan  Elmlər 

Akademiyasından danışarkən, bu məsələyə dair mən onu da 

qeyd  etmək  istəyirəm  ki,  Azərbaycanda,  Şamaxı  şəhəri 

yaxınlığında  XI  əsrdə  daha  qocaman  Elmlər  Akademiyası 

yaradılmışdı.  Əsasən  ona  Tibb  Elmlər  Akademiyası  deyi-

lirdi  və  Azərbaycanın  görkəmli  alimi  böyük  filosof, 

riyaziyyatçı,  astronom,  anatom,  kimyaçı  və  həkim  kimi 

tanınan Şirvani Kafiəddin Ömər Osman oğlu həmin mərkə-

zin  banisi  sayılırdı.  O,  orta  əsrin  təbabətinin,  fəlsəfəsinin, 

farmakologiyasının  və  elm  nəzəriyyəsinin  korifeylərindən 

biridir. 

Bu haqda professor Eybali Mehrəliyev yazır: “Belə alim 

(Kafiəddin Ömər – R. D.) rəhbər ölkə şahının (Şirvanşah I 

Fəriburz  hakimiyyət  illəri  1063-1096  –  R.  D.)  hörmətini 

qazandığına  görə  geniş  fəaliyyəti,  nəinki  tibbi-bioloji 

(bitkilərdən,  kiflərdən  və  heyvan  bədəni  hissələrindən 

dərman almaq və düzəltmək) texnologiasından başlamış hər 

cür  xəstəliyin  müalicəsi  üçün  əldə  edilən  dərmanların 

tətbiqinin  nəticələrini  sınaqdan  keçirmək,  hətta  cərrahiyyə 


                                                     

 

  



                                                                            

                                                    

190 

əməliyyatı  aparmaq  üsullarını  işləyib  hazırlamaq  sistemi, 



astronomiya,  riyaziyyat,  inşaat  (su  qurğuları,  mülki  və 

istehsalat),  nəzm  və  nəsr,  fiqh  (hüquq)  və  fəlsəfə,  sərf  və 

nəhv,  tarix,  musiqi  (nəzəriyyəsi  və  ifa  qaydaları),  təsvir 

(rəssamlıq), siyasətşünaslıq və hərbşünaslıq sahəsində elmi 

istiqamətlərin formalaşmasını başa çatdırmışdı... 

XI-XII  əsrlərdə  Şirvan  Elmlər  Akademiyası  aşağıdakı 

quruluşa malik idi: rəyasət heyəti – Prezident-elm şöbsəin-

də - elmi–adab (qayda-qanun elmləri) və Darül-ülum (elm-

evi).  Lakin  hərb  xadimləri  ilə  alimlərin  sıx  əlaqələri  və 

hərbi xadimlərinin başqa elmlərdə daha sıx məşğul olmaları 

belə  qənaətə  gətirir  ki,  çox  güman  akademiyanın 

strukturunda hərb elmi də olmuşdur”.

1

 

Maraqlı  odur  ki,  1953-cü  ildə  Parisdə  nəşr  olunan  elm 



tarixi  ensiklopediyasında  Şərqdə  elmin  inkişafına  həsr 

olunmuş  məqalədə  XI  əsrdə  Şirvan  Elmlər  Akademiyası 

haqqında məlumat verilir.

2

 



Artıq  birdəfəlik  sübut  olunub  ki,  Azərbaycanda  elm 

ocaqları  o  qədər  inkişaf  etmişdir  ki,  orada  çalışan  bir  çox 

alimlərin  şöhrəti  ətraf  ölkələrinə  yayılmış  və  həmin 

mütəxəssislər,  əlverişli  imtiyazlar  vəd  edilməklə,  başqa-

başqa şəhərlərə dəvət olunurdular. 

                                                 

     

  

    1



 E. Mehrəliyev. Şirvan Elmlər Akademiyası. Bakı, “Çaşıoğlu”, 2000. 

səh. 69-70 

  

  

   



  

  2


 “L. Histoire de la Seinse”, Paris la volume II, 1953. la paqe 52 

                                                     

 

  



                                                                            

                                                    

191 

Dahi  alimlərin  yaranması  həmişə  və  hər  yerdə  sələfləri-



nin  təfəkküründən  yaranan  elmi  bazanın  əsasında  baş 

qaldırır  və  çiçəklənir.  Bu  cəhətdən  Tusinin  ensiklopedik 

yaradıcılığı  özündən  əvvəl  Şərqdə,  o  cümlədən  Azərbay-

canda formalaşmış elmi mərkəzlərin davamı və inkişafıdır. 

Z.  Yaqut  əl-Həməvi  əsərlərində  IX-XII  əsrlərdə  Azər-

baycan  alimlərin  onların  yetişdirdiyi  və  yaratdığı  elmi 

mühitin  səciyyəsi,  IX-X  əsrdə  Bərdədən,  X-XII  əsrdə 

Şamaxıdan,  Dərbənddən,  Gəncədən,  Təbrizdən,  Xodyan 

çoxlu alimlər haqqında xəbər verir. 

Təbiətşünaslıqda,  tibb  elmində,  Azərbaycan  farmakolo-

giyasının banisi (Hacı Sabir), XI əsr Şirvan Elmlər Akade-

miyasının  yaradıcısı  Kafiəddin  Ömər  əczaçılığa  dair  bilik-

ləri  özünün  “Tibb-e-Nəbəvi”  əsərində  sistemləşdirmiş, 

bitki,  heyvan  və  minerallardan  dərman  almağın  üsullarını 

vermişdir. Onun oğlu Osman ibn Ömər Vəhiəddin Şirvani, 

Fələki Şirvani isə riyaziyyat, fizika və astronomiya ilə, hələ 

X-XI  əsrlərdə  dahi  Əbdülkərim  Şirvani,  onun  nəvəsi  Fazil 

Fəridəddin  Əbülhəsən  Şirvani  astronomik  cihazlar  hazırla-

mış və tədqiqatlar aparmışdılar. 

XII  əsrdə  yaşayıb,  yaratmış  təbib,  astronom  və  riyaziy-

yatçı  Əbülfəz  Hübeyş  ibn  İbrahim  Tiflisinin  tibb  və  əcza-

çılığa dair 9 əsəri, astronomiyaya dair “Bəyan ən-Nücum” 



                                                     

 

  



                                                                            

                                                    

192 

(Ulduzların  təsviri),  “Mədxəl  ila  ilm  ən-Nücum” 

(Ulduzlar elminə giriş) və s. onlarla əsərin müəllifidir... 

Tusinin yaratdığı elmi mərkəzinə kənardan, o cümlədən 

Şirvan astronomiya mərkəzindən Şəmsəddin Şirvani (1210-

1280)  də  gəlmişdir.  O,  elmi  tədqiqatları  ilə  bərabər, 

astronomik cihazlar (üstürlab) da yaratmışdır.

1

  



Orada  çalışan  azərbaycanlı  mühəndis  Kəriməddin 

Əbubəkr  ibn  Mahmud  Salmasi  kağızdan  aldığı  xəmirdən 

cihazlarla  bərabər,  Yer  kürəsinin  içiboş  qlobusunu  düzəl-

dib, üstündə iqlim qurşaqlarını da vermişdir. 

Professor  N.  Əbdülqasımova  tarixi  mənbələrə  əsaslana-

raq  bildirmişdi  ki,  Kəriməddin  Salmasi  dünyada  ilk  dəfə 

(1266-cı  ildə)  coğrafi  qlobusunun  maketini  düzəltmişdi. 

Əlbəttə  bu  sensassion  xəbər  sayılsa  da,  bu  faktın  doğrulu-

ğuna şübhə etməmək olar. Ona görə ki, belə bir qlobusların 

ixtirası  Marağa  rəsədxanasında  çalışan  mütəxəssislər  üçün 

mürəkkəb iş sayılmırdı. Zəmanəsinə görə həndəsə, riyaziy-

yat,  coğrafiya  və  astronomiya  üzrə  peşəkar  alimlərin  və 

triqonometriyanın  banisi  Tusinin  həmin  alimlərə  rəhbərlik 

etməsi ondan xəbər verir ki, Göy, Yer və iqlim qlobusları-

nın Marağada düzəldilməsi, onlar üçün adi iş sayılırdı. 

                                                 

     

1

  Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin  800  illik 



yubileyinə həsr edilmiş Respublika  konfransının materialları. Bakı, 2001. 

Professor E. Q. Mehrəliyevin məruzəsi, səh. 500-501 



                                                     

 

  



                                                                            

                                                    

193 

                            Alimin ilk öncə fantaziyası olmalıdır. Elmdə   

                          təxəyyül, incəsənətdə olduğu kimi, mühüm rol       

                          oynayır. Fantaziyasız elmi iş mənasız faktlar,   

                           nəticələr və bilgilər qalağına çevrilir.  

                                                             Aleksandr Fersman  

 

           Nəsirəddin Tusi tərəfindən  



    astronomiyanın inkişaf etdirilməsi 

 

Hərtərəfli  inkişaf  etmiş  Tusi  türk,  fars,  ərəb  dillərində 

müxtəlif  elm  sahələrinə  aid  əsərlər  yazmışdı.  Bəzi 

tədqiqatçılar  onun  şair  olduğunu  da  iddia  edirlər.  Əlbəttə, 

buna  inanmaq  heç  də  çətin  deyil.  Etika  və  estetika 

elmlərinin şahı sayılan  “Əxlaqi Nasiri” kimi qüvvətli əsər 

Tusinin qələmindən çıxıbdırsa, onun üçün şeir yazmaq, elə 

bir çətinlik törətməzdi. 

Tusi  öz  dövrünün,  demək  olar  ki,  bütün  elmlərinə 

dərindən  bələd  olmaqla  yanaşı,  poeziya  və  musiqiyə  də 

böyük maraq göstərib.  

Bir  dəfə  tələbələri  –  “Ustad,  deyirlər  ki,  siz  də  şairsi-

niz?” – dedikdə, o, belə bir cavab verib: -  “Yox, mən şair 

deyiləm,  şeir  yazanam.  O,  hansı  münəccimdir  ki,  sayrışan 

ulduzların gözəlliyindən ilhama gəlib şeir yazmasın”.

                                                 



       1

 A. Məmmədov. Hökm və hikmət. Bakı, “Qafqaz-Ltd”, 2002. səh. 159 



                                                     

 

  



                                                                            

                                                    

194 

Hətta  belə  fikir  söyləyirlər  ki,  o,  həşşaşilərin  əsiri  olan 



zaman  kədərini,  qəm-qüssəsini  şeirlə  dəf  edərmiş.  Demək 

olar  ki,  alim  bu  sahədə  özünü  istedadlı  şair  kimi  də 

tanıtmağa müvəffəq olmuşdu.  

Tusi  klassik  Şərq  poeziyasının  bütün  sirlərini  açan  və 

incəliklərini göstərən “Meyarül-Əşar” adlı xüsusi (əruz və 

qafiyə haqqında) əsərini yazmış, özünün çox mühüm fəlsəfi 

əsəri  olan  “Əsasül-iqtibas”ın  9-cu  məqaləsini  məhz 

poeziya – şeir sənətkarlığına həsr etmişdir. Böyük mütəfək-

kir  alim  öz  dövründə  baş  verən  tarixi  hadisələrə  biganə 

qalmamış və bu tarixi hadisələrə dair mənzum “Maddeyi-



tarixi” yazmışdır.  

Tusi  “Mədxəlfi  elmi  nücum”  və  “İxtiyarati  Masirül-



Qəmər” adlı elmi əsərlərini də bütünlüklə şeirlə yazmışdır. 

Tədqiqatçıların hesablamalarına görə Tusinin 665 beyt şeiri 

dövrümüzə qədər gəlib çıxmışdır. O da məşhur sələfləri ibn 

Sina  və  Ömər  Xəyyam  kimi  yeri  gəldikcə,  hətta  elmi 

əsərlərinin  içərisində  və  başqa  alimlərə  yazdığı  məktub-

larda bəzən rübai və qitələr də qələmə almışdır.

1

 

Fitri  istedada  malik  olan  alimə  maraq  həddindən  artıq 



yüksək  idi  və  bir  çox  aqil  insanlar  onun  fəaliyyətinə 

diqqətlə nəzər yetirirdilər. 

                                                 

       


B.

 



Rzayev  Bəşəri  düha:  Mühəmməd  ibn  Mühəmməd  ibn  Həsən  – 

Nəsirəddin Tusi (XI) “ADPU nəşriyyatı”, Bakı, 2014. səh. 141 



                                                     

 

  



                                                                            

                                                    

195 

Oranın  kollektivi  astronomik  müşahidələr  aparmaqdan 



ötrüb  həddindən  artıq  dəqiq  cihazlar  hazırlamışdılar.  Belə 

bir  müşahidələrin  aparılması  zamanı  qeydiyyatların  aparıl-

ması üçün hökmən dəqiq ölçülü saatlar lazım idi. Marağa-

da  rəqqaslı  vaxtölçülü  (saatlar)  cihazlar  hazırlanmışdır, 

lakin  həmin  cihazlar  naməlum  səbəblərdən  gəlib  bizim 

dövrümüzə  qədər  çıxmamışdır.  Bəlkə  də  zaman  yetişəcək, 

hər hansısa bir ölkənin  tarix muzeyində və  yaxud da tarixi 

qədim  mədəniyyətə  malik  olan  abidələrin  qorunub  saxla-

nan dövlət qoruğunda Marağa rəsədxanasında qurulan Yer 

kürəsinin qlobusları və  ixtira edilən rəqqaslı saatlar tapılıb 

üzə çıxarılacaq. 

Marağada  aparılan  astronomik  müşahidələr  zamanı 



“İlhanilərin  astronomik  cədvəlləri”  (“Zic  Elxani”) 

adlandırılan kollektiv əsərin yaranması baş vermişdir. 

Bu  cədvəllərin  sonuncusu  1284-cü  ildə  Tusinin  vəfatın-

dan  10  il  sonra  tərtib  edilmişdir.  Buna  oxşar  cədvəllər 

Avropada 400 il sonra yaradıldı. 

“Zic  Elxani”  əsəri  barəsində  fizika-riyaziyyat  elmləri 

doktoru  professor  Rəhim  Hüseynov  yazır:  “Nəsirəddin 

Tusinin  və  ümumiyyətlə,  Marağa  rəsədxanasının  astrono-

miyaya  aid  ən  qiymətli  işi  “Elxan  cədvəlləri”  (“Zic 



Elxani” – R. D.) əsəridir. Bu əsər dörd kitabdan ibarətdir. 

Birinci  kiabda  çin,  uyğur  (türk  –  R.  D.),  yəhudi  və  ərəb 



                                                     

 

  



                                                                            

                                                    

196 

təqvimlərinin  əsasları  və  bir  təqvimdən  digərinə  keçmək 



üsulları  şərh  olunur;  ikinci  kitabda  planetlərin  və  Günəşin 

hərəkətləri  təsvir  olunur,  Günəş  diski  mərkəzinin  Marağa 

meridianında  həqiqi  günorta  vaxtı  müəyyən  tarixlərdə 

ekliptik  uzunluğu,  planetlərin  orta  sutkalıq  hərəkətinin 

dəqiqləşdirilmiş  qiymətləri  verilir;  üçüncü  kitabda  vaxtın 

təyini  üsulu  şərh  olunmuşdur;  nəhayət  dördüncü  kitabda 

astronomiya  haqqında  müxtəlif  məlumatlar  verilmişdir. 

“Elxan  cədvəlləri”ndə  planetlərin  efemeridləri  cədvəllə-

rində  verilən  geosentrik  uzunluqlarının  qiymətləri  müasir 

qiymətlərdən  çox  az-qövs  saniyəsində  mində  biri  qədər 

fərqlənir.  Tusi  planetlərin  geosentrik  enliklərini  bir  qövs 

saniyəsi  dəqiqliyilə  təyin  etmişdir.  O,  illik  presessiyanın 

qiymətini xeyli dəqiqləşdirmişdir”.

1

 

Marağa rəsədxanasına, zəmanəsinə görə kifayət qədər ən 



bacarıqlı və təcrübəli alimlər yığışılmışdı ki, Yerin və Göy 

fəzasının  quruluşu  barəsində  lazımi  qədər  məlumatlar 

toplasınlar. 

V.N. Pipurnov yazır: “Ədalət naminə qeyd etmək lazım-

dır ki, 1259-cu ildə Nəsir-əd-din ət-Tusi tərəfindən yaradı-

lan  Marağa  rəsədxanası  böyük  məşhurluqla  və  şöhrətlə 

təşəkkül  tapmışdı.  Təchiz  olunan  astronomik  cihazlarına 

                                                 

            1

  R.  Ə.  Hüseynov.  Astronomiya.  Ali  məktəblər  üçün  dərslik.  Bakı, 

“Maarif”, 1997. səh. 10  


                                                     

 

  



                                                                            

                                                    

197 

görə  həmin  zaman  onun  tayı-bərabəri  yox  idi.  Marağa 



rəsədxanasında nəinki Günəş və su saatları, Göy qlobusları, 

armillyar  sferalar  vardı,  o  cümlədən,  cürbəcür  təyinaylı 

kvadrantlar  (divar,  hərəkət  edən  və  s.),  tutulma-ları 

müşahidə  edən,  gün  bərabərliyini,  ekliptikanın  mailiyi-ni 

təyin edən cihazlar, sinus-alətlər”.

1

 



Tusi  vəfat  edəndən  sonra  (1274)  onun  üçüncü  oğlu 

Sədrəddin  Əli  Tusi  Marağa  rəsədxanasına  rəhbərlik  edir. 

Həmin  dövrdə  Müəyyidəddin  Ordinin  oğlu  Məhəmməd  də 

həmin elm ocağında işləyərək fəaliyyət göstərmişdir. O, da 

atasının  yolu  ilə  gedərək,  astronomik  cihazları  hazırlan-

ması  sahəsində  tanınmış  mütəxəssislərdən  biri  olmuşdur. 

Onun düzəltdiyi qlobusda, ulduzların yerləşmə vəziyyətinə 

əsasən  onun  hazırlanma  ilini  müəyyənləşdirmək  mümkün 

olmuşdur  –  1279-cu  il.  Avropanın  bir  çox  alimləri  unikal 

sayılan  həmin  qlobusun  tədqiqi  ilə  məşğul  olmuşlar. 

Bürüncdən  düzəldilmiş  və  qızıl-gümüş  suyu  ilə  naxışlan-

mış  bu  qlobusun  həm  də  XIII  əsr  Azərbaycan  dekorativ 

sənətinin incilərindən biri sayılır. 

Müəyyidəddin  Ordinin  adı  çəkiləndə  Nəsirəddin  Tusi-

nin  dövri  fəaliyyəti  yada  düşür,  Tusi  deyəndə  isə  Ordinin 

                                                 

     

1

 В. Н. Пипуныров. История часов с древнейших времен до наших 



дней. Издательство «Наука», Москва, 1982, стр. 91 

                                                     

 

  



                                                                            

                                                    

198 

fəaliyyəti yada düşür. Marağa rəsədxanasının adı çəkiləndə 



isə bilavasitə hər iki şəxsiyyətin adı canlanmağa başlayır. 

Məlumdur  ki,  rəsədxananın  tikintisində  və  zəruri 

avadanlıqla təchiz olunmasında Müəyyidəddin Ordi başlıca 

rollardan birini oynamışdır. Bəzi alimlərin fikrincə, (profes-

sor  Ə.  Salamzadə  və  başqaları)  Tusi  nəinki  rəsədxananın 

banisi  və  orada  aparılan  astronomik  tədqiqatın  rəhbəri 

olmuş, həmçinin müəlliflərdən biridir. 

Ordi  Marağada  çalışan  alimlər  kimi  Tusinin  şəxsiyyə-

tinə,  qabiliyyətinə,  davranışına,  alicənablığına  pərəstiş 

etmiş  və  ona  olan  məhəbbətini  gizlətməmişdi.  O,  yazdığı 



Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin