Ven” - “Astronomiya” adlı bölümündə o, qeydə alınan
cihazların xüsusiyyətindən və işlətmə üslubuna geniş yer
veribdir.
Onu da qeyd etmək lazımdır ki, Marağadan gələn
alimlər Çində triqonometriyanın inkişaf etdirilməsində
mühüm rol oynamışdılar. Şəxsən Cəmaləddinin özü bir
neçə riyaziyyatçını yetişdirmiş və həmin alimlər gələcəkdə
inşa edilən rəsədxanada aparıcı mütəxəssislər kimi fəaliyyət
göstərmişdilər.
Marağadan gələn alimlərin xidmətlərini nəzərə alan
imperator, hörmət əlaməti olaraq 1271-ci ildə müsəlman
astronomlarının İnstitutunu təsis edir. Xanbalıkın şərq
divarları yaxınlığında Azərbaycan astronomları tərəfindən
rəsədxana tikilir.
Böyük hazırlıq işlərindən sonra XIII əsrin 80-ci illərində
Xanbalıq şəhərində, Çinin həmin dövrdə tanınmış astrono-
302
mu Qo Şu-Çinqin başçılığı altında və Fao Mun-Çinin
iştirakı ilə rəsədxana inşa edilir. Orada istifadə olunan
bütün cihazlar, demək olar ki, Marağadakı mütəxəssislər
tərəfindən ixtira olunmuşdur. Bu cihazlardan Armilyar
dairəsi, Fırlanan kvadrantı, Göy qlobusunu və s. göstərmək
olar.
Bu fakt tarixi mənbələrdə öz əksini tapmışdır. Çinin
tarixi mənbələrində qeyd olunub ki, Cəmaləddin az-Zeydi
Buxari Çinə gələrkən, özü ilə Marağa rəsədxanasının
cihazlarının kiçik modellərini və onların çertyojlarını
gətirmişdi.
Marağa rəsədxanasında “Zic Elxani” astronomik kata-
loqu yardılanda, Çinin 27 yaşayış məntəqəsinin coğrafi
koordinatları da orada verilmişdir. Çində triqonometriya-
nın və astronomiyanın inkişafında Marağadan gələn astro-
nomların da böyük rolu olmuşdur.
Fao Mun-Çinin ölümündən sonra onun bütün ləvazimat-
ları və sənədləri ölkənin böyük kitabxanalarında eksponat
kimi nümayişə çıxarılır. Bir neçə ildən sonra həmin
materiallar tədricən qoyulduğu yerdən yoxa çıxmağa
başlamışdı.
303
Ədalətsizliyi görüb susmaq bu
ədalətsizlikdə iştirak etmək deməkdir.
Jan Jak Russo
Marko Polo və Marağa xəritəsinin
Avropaya çatdırılması
1272-ci ildə Çinə gələn məşhur italyan səyyahı Marko
Polo, imperatorun sarayında astroloq işləyən, italyan
millətli Aysenin təklifi və təqdimatı ilə Xubilay xanın səfiri
işləmişdir. Başqalarına nisbətən Venetsiyadan gələn tacir
üçün Çinin bir çox əyalətlərinə sərbəst gediş-gəlişi vardı.
Hər bir əşyaya diqqət yetirən Marko Polo Nankində
olarkən, orada Azərbaycandan gətirilmiş qəribə konturlu
xəritəni görə bilərdi. Əlbəttə, həmin xəritə İtaliyada çıxan
adi xəritələr kimi deyildi. O zaman Venetsiyada yayılan
xəritələrin əksəriyyəti Apennin, Pireney yarımadalarının və
Aralıq dənizinin şimal sahilinin xəritələri idi. Burada
naməlum torpaq zolağının konturları göstərilirdi.
Çox güman ki, Marko Polo orada olarkən, bir tacir kimi,
Avropa bazarlarında, xüsusən də Apennin yarımadasının
inkişişaf edən şəhərlərində ən baha qiymətə satılan mallar
əldə etmək üçün ölkənin bir çox şəhərlərini gəzməli
304
olmuşdu. Elə Nankində o, Marağa xəritəsini görüb onu əldə
edir. Lakin dəqiq bilinmirdi həmin xəritə orijinaldır, yoxsa
dublikat? Bütün bunlara baxmayaraq mənə elə gəlir, məhz
Fao Mun-Çidə olan orijinal nüsxə Çində yoxa çıxmış və
həmin xəritə əvvəl Venetsiyada, sonra Genuyada, daha
sonra isə Florentsiyada peyda olaraq, xəritəşünasların,
coğrafiyaşünasların və ya sərgüzəşt axtaranların əlinə
keçmişdir.
Əlbəttə, mənim söylədiyim hepotiza ciddi xarakter daşı-
yır. Tusinin xəritəsi Florensiyanın kitabxanasında olduğu
bir zaman, onun “Zic Elxani” əsəri həmin kitabxanada ola
bilərdi. İşdir, Kolumb həmin əsərlə tanış olubdursa, bəs
onda həmin əsər onun əlinə necə keçə bilərdi? Bu sual
həddindən artıq mürəkkəb olduğu üçün onun cavabı da bir
o qədər mürəkkəbdir. Lakin bu sualın mürəkkəbliyinə
baxmayaraq, mən cavab verməyə cəhd göstərəcəyəm.
Həmin ərəfədə Kolumb Yaxın Şərqə, İrana, Azərbayca-
na gedən tacirlərin oradan gətirdikləri təəssüratlarla, ən əsas
isə həmin regiondan gətirilən elm adamlarının gördükləri əl
işləri ilə maraqlanmamış olmazdı.
Bu haqda başqa bir hepoteza da söyləmək olar. Tusinin
xəritəsi Kolumbun əlinə keçəndən sonra o, bilavasitə həmin
alimin dövrü fəaliyyəti və astronomiya, coğrafiya elmləri
sahəsində gördüyü əl işləri ilə maraqlanmaq üçün, yuxarıda
305
adı çəkilən bölgələrə yollanan tacirlərə və səfirlərə müəy-
yən sifarişlər edə bilərdi və bunun əsasında çox güman ki,
“Zic Elxani” əsəri ilə tanışlığı yaranardı. Bundan əlavə o,
Tusinin fəaliyyəti ilə təkcə Florensiyada və ya İtaliyanın
başqa şəhərlərində maraqlanmamışdır.
Bu fəaliyyətini Kolumb Portuqaliyada və İspaniyada
olarkən davam etdirə bilərdi. Sirr deyil ki, həm Portuqali-
yanın, həm də İspaniyanın iri şəhərlərində böyük kitab-
xanalar və arxiv sənədləri saxlanılan inzibati binalar vardı.
Lakin həmin dövrdə Tusinin əsərlərinin həmin ölkələrin
şəhərlərində olub-olmadığı məlum deyil.
İngiltərə, İrlandiya, İslandiya, Afrikanın Qvineya sahil-
lərində və Madeyra adalarında üzən Kolumb üçün Tusinin
xəritəsi və “Zic Elxani” coğrafi koordinatlar cədvəli xüsusi
əhəmiyyət kəsb edirdi. Ona görə ki, orada çəkilən sahil
zolağı onun üçün böyük bir yenilik sayılırdı və səyahət
həvəsində olan bir dənizçiyə ekspedisiyaya yollanmağa
böyük bir stimul yaradırdı. Kolumb nəyin bahasına olursa-
olsun, həmin sahili axtarıb aşkarlamaq əzmində idi. Əgər
həmin sahil ekspedisiya zamanı həqiqətən də Atlantik
okeanının həmin hissəsində aşkarlansa, onda Tusi bütün
dünyanın fenomenal bir alim kimi tanınar. Sonrakı illərdə
həmin sahil zolağı həqiqətən də kəşf edilir, lakin Kolumb
306
şəxsi ambisiyasına görə bəşəriyyət üçün lazımlı olan
həqiqəti gizlətməli olur.
Mənim fikrimcə Kolumb Tusinin “Zic Elxani” koordi-
natlar cədvəlini və tərtib etdiyi xəritəni ələ keçirəndən
sonra Azərbaycan aliminin fikirləri ilə tam şəkildə razılaşa-
raq, əmin olmuşdu ki, Atlantik okeanının qərb hissəisndəki
torpaq Avropadan təxminən 4500-5000 km. aralıda yerlə-
şir. Həmin məsafəni də ki, 30-35 gün müddətinə qət etmək
olar.
Lakin bu yerdə mən, M. Polonun fəaliyyətinə qayıtmaq
məcburiyyətindəyəm.
M. Polo düşüncəli bir adam kimi yaxşı bilirdi ki, həmin
xəritəni Çinə Fao Mun-Çi gətiribdir. Şübhəsiz ki, venetsi-
yalı səyyahın Fao Mun-Çi ilə də tanışlığı olubdur və alim-
dən Marağada görülən dünya əhəmiyyətli elmi-tədqiqat
işlərindən müəyyən məlumatlar toplamışdı. Əgər Çin alimi
Marağa rəsədxanasında işləyibdirsə, deməli həmin xəritə,
bilavasitə Tusinin iştirakı ilə tərtib edilmişdir.
Hülaku xan Elxanilər dövlətini yaradandan sonra
Azərbaycan ilə Çin arasındakı gediş-gəlişi xeyli yüngül-
ləşmiş və getdikcə həmin əlaqə müntəzəm xaraker daşıma-
ğa başlamışdı. İki xalq arasındakı münasibətlər dostluq
prinsipləri ilə möhkəmlənmişdi. Marağada tərtib edilmiş
“Zic Elxani” əsərindəki başlanğıc meridianı, Çin astro-
307
nomları tərəfindən qeyd edilmişdi. Çünki həmin əsər
onlarda ən dəqiq astronomik kataloq sayılır və əsərin
təkmilləşdirilməsi üçün, Marağa rəsədxanasındakı kimi
intellektual potensiallı təcrübəli elmi kollektiv, dünyanın
heç bir rəsədxanasında və elmi ocağında yox idi.
Alimlər əldə olunan bütün qədim elmi materialların
araşdırılması ilə məşğul olaraq, mühüm əhəmiyyət kəsb
edən, xüsusən də bəşər elminə xidmət edəcək, elmi işlərin
surətlərini çoxaldaraq, Azərbaycanın hüdudlarından kənar-
da fəaliyyət göstərən elm və tədris ocaqlarında yaymağa
çalışmışdılar.
Tusi vəfat edəndən sonra onun şan-şöhrəti bütün dünya-
ya yayılmağa başlayırdı və alimin elmi qüdrəti, müdrük-
lüyü haqqında hər bir tərəqqipərvər adam məlumatlar
toplamağa səy göstərirdi.
Azərbaycanda bir çox alimlər iddia edirlər ki, Tusi
tərəfindən Marağa rəsədxanasında tərtib olunan xəritə
Marko Polo tərəfindən Çində alınandan sonra İtaliyaya
aparılır. Ümumiyyətlə, professorlar Həbibulla Məmməd-
bəyli, Elbrus Alizadə, Eybali Mehrəliyev, Nizaməddin
Allahverdiyev və başqaları Kolumb Amerikanı kəşf edər-
kən, Tusinin xəritəsindən istifadə etdiyini dəfələrlə bəyan
ediblər və əlbəttə ki, həmin nəzəriyyəni elmi əsaslarla sübut
etməyə çalışıblar.
308
Mən belə bir qənaətə gəldim ki, həmin xəritə, İtalyan
humanisti Nikolo Nikkolinin şəhər icimaiyyətinin geniş
istifadəsi üçün Florensiyada yaratdığı kitabxanaya düşə
bilərdi. Pololar nəslinin şəxsi əmlakı sayılan həmin xəritə
istifadəsiz qalmasın deyə, şəhər kitabxanasına verilməsi
mümkün idi.
M. Polo Genuya həbsxanasından çıxandan 8 il sonra,
1307-ci ildə kitabının nüsxəsini, Venetsiyada səfir işləyən
fransız cəngavəri Tibo de Sepuaya bağışlayır. Fransız
cəngavəri öz işini Venetsiyada başa çatdırandan sonra
vətəninə qayıdır. Həmin kitabı Fransada köçürüb yaymağa
başlayırlar və “Səyyahın qeydləri” əsəri yenidən müzaki-
rə obyektinə çevrilir. Lakin sonradan məlum olur ki, kitabın
içərisindəkilər səhvlərlə doludur. Buna baxmayaraq M.
Polonun yazdığı kitabın materialları başqa müəlliflər
tərəfindən yazılan kitablarda istifadə olunurdu. Məsələn,
Boduenin romanında həmin əsərdən birbaşa parçalar
verilibdir.
Yalnız bir qədər keçəndən sonra səyyahın kitabı
coğrafiyaşünasların əlinə keçir. Onun ölümündən 200 il
keçəndən sonra səyahətçinin tərcümeyi-halı, Venetsiyada
“Onluq şurasının” katibi, coğrafiyaşünas Ramuzino tərəfin-
dən yazılır. O, Marko Polonun əsərini fransız dilindən
italyan dilinə tərcümə edir və həmin əsəri “Quruda və
309
dənizdə olan səyahətlər” adlı toplusunun ikinci cildinə
daxil edir.
1320-ci ildə Marino Böyük – Sanudonun yazdığı “Xaça
sitayiş edənlərin kitabı” əsərində yəni, səlib yürüşünün
başlanması üçün xəritə verilmişdir. Həmin xəritənin Avro-
panın, Suriyanın, Kiçik Asiyanın, Ərəbistanın təsvirləri real
şəkildə verilmişdi. Çox güman ki, o, M. Polonun tərtib
etdiyi xəritədən istifadə etmişdir. Venetsiyalı səyyah
Gürcüstanın, Dərbəndin, Çinin ərazilərini xəritədə düzgün
vermişdir.
Viktor Şklovski “Torpağın kəşfiyyatçısı” tarixi poves-
tində yazır: “Xristofor Kolumb birinci səyahət zamanı
İspaniyanın sahillərini tərk edəndə, onun kapitan kayutun-
da Marko Polonun “Səyyahın qeydləri” kitabı da vardı və
həmin kitab məşhur dəniz səyyahı üçün kompas və xəritə
rolunu oynayırdı”.
1
Göründüyü kimi Kolumb venetsiyalı səyyahın kitabı ilə
dərindən maraqlanmışdı. Çox güman ki, o, M. Polonun
Çindən gətirdiyi bütün sənədli materiallarla tanış olmuşdu.
Təsadüf nəticəsində Kolumb venetsiyalı səyyahın gətirdiyi
materialların arasında Tusinin Marağada tərtib etdiyi xəritə
ilə üzləşmişdi.
1
В. Шкловский. Земли разведчик. Москва, «Молодая гвардия»,
1966. стр. 194
310
V. Şklovskinin verdiyi ifadənin əksi olaraq mənim
fərziyyəm belədir: Kolumb Yeni Dünya sahillərinə yola
düşərkən, onun kayutunda başqa materiallarla yanaşı,
Amerika qitəsinin konturları çəkilmiş xəritə əsas yer
tutmuşdu və həmin xəritə səyahət zamanı məşhur dəniz
səyyahı üçün kompas rolunu oynamışdı. Köhnə Dünyanın
başlanğıc meridianı naməlum torpağın ucqar şərq hissəsin-
dən keçdiyindən, bu Kolumbun işini xeyli yüngülləşdir-
mişdi. Məhz həmin xəritə Marağada Tusinin rəhbərliyi
altında hazırlana bilərdi. Xəritədə təxmini olsa da göstər-
mişdir ki, Atlantik okeanının o tayındakı qitə hansı tərəfdə
yerləşir.
Keçmiş alimlər Antiliyanın yalnız Asiyanın şərqində
yerləşdiyini göstərmişdilər. Həqiqətən də, Antiliya adaları
göstərilən xəritələr Avropada geniş şəkildə yayımlanmışdı.
İtalyan xəritəşünası Fransisik Pitsiano 1367-ci ildə Anti-
liya adalarını göstərməklə xəritə tərtib etmişdi. Hazırda
həmin xəritə Parma İtaliya kitabxanasında saxlanılır.
Naməlum bir xəritəşünas 1424-cü ildə xəritə tərtib etmişdi
və həmin xəritə Almaniyanın Veymar şəhərindəki kitab-
xanada saxlanılır. Xəritəni alman alimi Humboldt tədqiq
etmişdi. Fransız xəritəşünası Battista Bekkariya 1435-ci
ildə xəritə hazırlamışdı. Həmin xəritədə Antiliya adı ilə
bərabər onun sinonimi Stanaxiya sözü də qeyd olunmuş-
311
dur. İtalyan xəritəşünası Andrea Biankini 1436-cı ildə tər-
tib etdiyi xəritədə Antiliyanı Atlantik okeanının mərkəzin-
də göstərmişdir.
Bəs, nəyə görə alimlər həmin adaları məhz Antiliya
adlandırırdılar? Hələ qədimdə Eratosfen bildirirdi ki,
İspaniyadan eyni paralel ilə qərb istiqamətində üzməklə,
gedib Hindistana çıxmaq olar. Elə həmin dövrdən
başlayaraq, alimlər elə bilirdilər ki, Avropa ilə Afrikanın
qərb sahillərini Asiyanın şərq sahilləri ilə yalnız Qərb
dənizi (Atlantik okeanı) ayırır. Amerika qitəsi kəşf edilənə
qədər hamı Yer kürəsinin quruluşunu bu cür təsvir
edirdilər. Antik dövrdə Afrikanı Liviya adlandırırdılar.
Onun əks tərəfində, Qərb dənizinin qərb sahilində yerləşən
adaları isə, Antiliviya adlandırmağa çalışıblar. Sonrakı
illərdə həmin adaları uzun-uzadı çağırmamaqdan ötrü, asan
tələffüzlə Antiliya adlandırırdılar.
312
Bir çox elmi həqiqətlər əvvəllər küfr
sayılırdı və insanları onlara görə
tonqalda yandırır, boğazdan asırdılar.
Bernard Şou
Paolo Toskanellinin xəritəsi və onun
Yer kürəsinin ölçüsünə dair gəldiyi qənaət
Paolo del Pottso Toskanelli humanist Nikkolo Nikkolini
tərəfindən vətəndaşların ümumi istifadəsi üçün yaratdığı
kitabxananın qoruyucusu və rəhbəri olmuşdur. O, Yer
planetinin kürə şəklində olmasının tərəfdarı idi və Hindis-
tana qərb yolu ilə gedib çatmaq ideyasını irəli sürmüşdü.
Alim astronomik “Alfonso cədvəli”ni (XIII əsr) astrolo-
giya elemetlərinin tənzimlənməsi və düzəlişini etmişdi.
Yuxarıda qeyd etdiyim kimi bir neçə alim iddia edir ki,
Paolo Toskanelli 1474-cü ildə tərtib etdiyi məşhur
xəritəsini yaradanda bilavasitə Tusinin coğrafi koordinatlar
cədvəlindən və kollektiv şəkildə tərtib olunan xəritədən
istifadə etmişdi. Florensiyalı kosmoqraf xəritəsində ilk dəfə
olaraq göstərir ki, Atlantik okeanını qərb istiqamətində qət
etməklə, Avropadan Hindistana qərb yolu ilə gedib çıxmaq
olar. Bu onu bir daha sübut edir ki, o vaxtki mütərəqqi
313
fikirli insanlar Yer planetinin kürə şəklində olmasına inanır
və onu öz materiallarında, xəritələrində və apardıqları
tədqiqat işlərində əks etdirirdilər. Baxmayaraq ki, bu işdə
onlara maneəçilik göstərənlərin sayı həddindən artıq çox
idi.
Paolo del Pottso Toskanelli (1397-1482)
P. Toskanellinin azərbaycanlı alim tərəfindən işləmiş
hesabatlardan və tərtib etdiyi xəritəsindən istifadə etməsi
sübuta yetirildiyi bir zaman, şəxsən mən özüm belə bir
qənaətə gəlmişəm ki, Kolumb da Tusinin “Zic İlxani” əsəri
314
və xəritəsi ilə tanış idi, lakin bunu şəxsi məqsədlərinə görə
bütün ictimaiyyətdən gizlətməli olmuşdu.
Toskanelli bir alim kimi Tusinin bir çox fikirləri ilə
razılaşa bilməzdi. Azərbaycanlı alimin xəritəsinə əsasən,
nəhəng torpaq ərazisi Avropadan təxminən 5000 km. qərb
istiqamətində göstərildiyi halda, Toskanelli qəti qərara
gəlmişdi ki, həmin torpaq Asiya qitəsinin şərq hissəsində-
dir və Köhnə Dünya sahillərindən 10000-12000 km. qərb-
də yerləşir.
Ehtimala görə Toskanelli Tusinin coğrafi koordinatlar
hesablamalarını nəzərdən keçirən zaman elə başa düşmüş-
dü ki, Atlantik okeanının qərb hissəsindəki torpaq yalnız
Asiya qitəsinin bir hissəsi ola bilər.
Toskanelli bir çox alimlərin gördükləri elmi işləri ilə
tanış olsa da o, kobud səhv nəticəsində Yer kürəsinin
ölçüsünü xeyli kiçiltmişdi.
Günəş saatının bir hissəsi kimi adətən məbədlərin
gümbəzindən istifadə olunurdu. Ən bariz nümunə
Toskanellinin Florentsiyada yerləşən Santa-Mariya-del-
Fyore məbədinin gümbəzindən istifadə etmişdir. O, 1474-
cü ildə məbəddə özünün məşhur qnomonunu (həmin üsul
ilə günorta vaxtının yarım saniyə dəqiqliyi ilə müəyyən
etmək mümkün idi) yerləşdirir. 90 m. hündürlükdə cənub
pəncərəsinin ağzında o, ortasında deşik olan bürünc disk
315
birləşdirir. Altardan sol tərəfdə Santa-Kroçe kapellasının
döşəməsində bölümlərlə olan xətkeş düzəldir. Günəşin
şüası ilin iki ayında – mayın sonundan iyulun sonuna kimi,
diskin deşiyindən keçib döşəməsinə çatırdı. Həmin cihaz
XIX əsrin sonuna qədər fəaliyyətdə olmuşdur. Məbəddə
bərpa işləri ilə məşğul olan ustaların cihazdan başları
çıxmadığından sıradan çıxmışdı.
Dəqiq olmayan hesablamalar nəticəsində Toskanelli
Yerin ölçüsünü kiçiltmiş və belə nəticəyə gəlmişdi ki,
okean vasitəsilə İspaniyadan Hindistana qədər 6 min mildir
(həqiqi məsafədən üç dəfə az).
Bu cür kobud səhvə görə heç bir mütəxəssis Toskanel-
liyə bəraət qazandıra bilməz. Ona görə ki, o, 1474-cü ildə
öz xəritəsini tərtib edəndə elementar səhvlərə yol vermişdi.
Bir çox əsaslar vardı ki, Toskanelli həmin səhvlərə yol
verməsin. Yunan alimi Eratosfen İsgəndəriyyə şəhərində
yaşayıb yaratmışdı. Onun hesablamalarına görə Yer kürəsi
çevrəsinin uzunluğu 43625 km-dir, Yerin radiusu isə 6943
km-dir. Söz yox ki, Kolumb bu məlumat ilə yaxından tanış
idi. O, özü astronomiya elmi ilə maraqlandığı üçün əlbəttə,
Eratosfenin, Posidoninin, əl Xorezminin, əl-Biruninin,
Tusinin və Toskanellinin hesablamalarını nəzərə alaraq,
ümumi məxrəcə gəlmiş və hər bir şeyi götür-qoy edəndən
sonra uzaq səyahətə yola düşmüşdü.
316
Eratosfen (təx. b.e.ə. 276-194)
Fransız həkimi, astronomiya ilə dərindən maraqlanan
Jan Fernel (1497-1558) Yer kürəsi çevrəsinin uzunluğunu
39816 km., Yerin radiusunu isə 6337 km. göstərmişdi.
1
Belə başa düşmək olar ki, Toskanelli bir astronom kimi
böyük bir səhvə yol vermişdi. Çünki onun hesablamasına
1
О. Коротцев. Глобус, как измеряли землю. Ленинград, «Д.Л»,
1980. стр. 312
317
görə Yer kürəsinin uzunluğunun ölçüsü təxminən 29000
km-dir.
Məhz bu səbəbdən Kolumb florensiyalı alimin hesabatı
ilə razılaşmayaraq, yunan alimi Eratosfenin verdiyi ölçünü
və Tusinin Yer səthi ilə bağlı olan coğrafi koordinatları əsas
götürür.
P. Toskanelli apardığı səhv hesablamalar ucbatından o,
Marağa rəsədxanasında tərtib edilmiş hesabatlarla
razılaşmayaraq, belə qərara gəlmişdi ki, Yer kürə şəklində
olduğu üçün Avropanı şərq istiqamətində qoyub qərb
istiqamətində yola düşəndə, okeanda iri bir torpaq ərazisi
peyda olsa, onda həmin torpağın Asiya qitəsinin bir parçası
olduğunu başa düşmək çətin olmayacaq. Çünki Toskanelli
XV əsrin sonuna qədər yaşamış bir çox alimlərin iddia
etdikləri kimi bildirirdi ki, Yer kürəsində üç qitədən başqa
heç bir qitə mövcud ola bilməz.
Əgər, dördüncü qitə mövcud olsaydı, onda onu çətinlik
çəkmədən, florensiyalı kosmoqrafın yaşadığı dövrə qədər
kəşf edib dünya ictimaiyyəti üçün aşkarlayardılar. Deməli,
Avropa qitəsindən qərb istiqamətində, Atlantik okeanında
yalnız Asiya qitəsinin şərq hissəsi yerləşə bilərdi. Bütün
bunlardan sonra florensiyalı kosmoqraf qətiyyətlə bildir-
mişdi ki, iri bir torpaq ərazisi, səyahətə yollanan dənizçi-
318
lərin qarşısına, təxminən 10000-12000 km-lik məsafə qət
ediləndən sonra qarşılarına çıxacaq.
1
Bütün bunları nəzərə alan Kolumb Marağadakı hesabat-
lara əsasən, belə qərara gəlmişdi ki, Atlantikadakı torpağı
4500 km-dən başlamış, 5000 km-ə qədər məsafəni qət
edəndən sonra kəşf etmək olar. Lakin Kolumb heç kimə,
okeanda yerləşən torpağın Köhnə Dünyaya məlum olmayan
bir ərazi olmasını bildirmir. Elə buna görə də o, əvvəldən
axıra qədər süni şəkildə Toskanellinin ideyasını – Atlantik
okeanının qərb hissəsində Asiya qitəsinin şərq hissəsi
olması ideyası – müdafiə etmişdi.
İstər İtaliyada, Portuqaliyada, istərsə də İspaniyada
olsun, Kolumb boş vaxtında həddindən artıq çox kitablar
oxumuşdu. Düzdür, o, elmi nəzəriyyələrə əsaslanan Stra-
bonun, Plutarxın, Böyük Plininin, Aristotelin (Ərəstunun),
Platonun (Əflatunun), Sofoklun, Tusinin, ibn-Sinanın,
Biruninin və başqa alimlərin əsərlərini nəzərdən keçirmiş-
dir. Eratosfenin verdiyi ölçülərini, Tusinin verdiyi Yer
kürəsinin quruluşunu əsas götürərək, Kolumb Yeni Dünya
sahillərinə yola düşmüşdü. O, həmin əsərləri oxumaqla bir
çox elmi sirlərə yiyələnmiş, lakin həmin sirlər barəsində
heç kimə məlumat verməmişdi. Təəssüflər olsun ki, məşhur
1
R. Qasımov. Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin
həqiqi kəşfi. Bakı, “Çaşıoğlu”, 2002. səh. 130-131
319
Paolo Toskanellinin 1474-cü ildə tərtib etdiyi xəritə
(Kremerin rekonstruksiyası)
320
dəniz səyyahı həmin sirləri özü ilə birlikdə haqq dünyasına
aparıb.
Rəsmi xronikalarda göstərilir ki, Kolumb birinci
səyahətdən sonra o, Avropadan qərb tərəfdə “Hindistan”ı
kəşf etdiyini və oradan yerli əhali olan hindulardan bir
neçəsini gətirdiyini xəbər verir.
Bununla yanaşı artıq tarixşünaslıqda (görünür, XVI
əsrdən) başqa bir “skeptik” (şübhəli) konsepsiya mövcud-
dur. Onun əsasını belə bir fikir təşkil edir – Kolumb 3
avqust 1492-cü ildə yola düşəndə, artıq Asiyaya aid olma-
yan, Atlantikanın o biri tayında torpaqlar barəsində dəqiq
məlumatlar əldə etmişdi. XX əsrin xarici kolumbistikasın-
da amerikalı A. Vinyo, argentinalı Romulo Karbia, fransız
M. Andre, son zamanlar isə ispan R. Balyester Eskalas bu,
konsepsiyanın tərəfdarı kimi çıxış edirdilər.
1
Həmin illərdə Barselonada yaşamış, kral sarayına yaxın
olan italyan humanisti Pyetro Martire (Əzablı Pyotr), öz
yerliləri ilə yazışmalar aparırdı. 1493-cü ilin noyabrın 1-də
yazdığı məktubda belə bir ifadələr var: “Kolon (Kolumb)
adlı birisi özünün bildirdiyi kimi, Hindistan sahilinə qədər,
qərb antipodlarının yanına gedib çıxıbdır. O, kosmoqraf-
ların fikirləşdikləri kimi... Şərq okeanının o tayında
1
В. Л. Афанасьев. Текст воспроизведен по изданию: Бартоломе
де Лас Касас. История Индии. Ленинград, «Наука», 1968. стр. 18
321
Hindistana yaxın bir yerdə yerləşən çoxsaylı adalar kəşf
edibdir. Mən bu haqda iddia aparmaq istəmirəm. Halbuki
Yer Kürsəninin ölçüsü başqa qənaətə gətirir çıxarır”.
Deməli, Kolumb səyahətə yola düşməmişdən əvvəl və
Toskanellinin Yer kürəsinin ölçüsü barəsində verdiyi
hesabatlarının əksinə olaraq, Pyetro Martire tamam başqa
fikirdə idi.
Mən, belə qənaətə gəlmişəm ki, Kolumb çətin ki,
florentsiyalı kosmoqrafın dedikləri ilə razılaşsın. Məşhur
dəniz səyyahı bu barədə, ilk növbədə Yer kürəsinin çevrə
uzunluğunun ölçüsü ilə razılaşa bilmirdi. Deməli, Asiya
qitəsi bilavasitə, P. Toskanellinin fikirləşdiyi kimi Atlantik
okeanında, Kanar adalarından qərb istiqamətində 10000-
12000 km. məsafədə yerləşirdi. Lakin Kolumb fərdi şəkildə
hesablamalar aparmışdı ki, Atlantik okeanının qərb
hissəsində yerləşən quru ərazi Avropadan təxminən 4000-
4500 km. aralıdadır. Bu ondan xəbər verir ki, həmin torpaq
Köhnə Dünyaya bəlli olmayan, tamamilə başqa bir
torpaqdır.
Mənim fərziyyəmə görə Marağadakı titanik zəhmət
nəticəsində Amerika qitəsinin coğrafi cizgiləri əvvəlcədən
aşkarlanmışdır. Rəsədxanadakı alimlər tapmışdılar ki,
okean və dənizdə baş verən fırtınalar, qasırğalar və
sunamilər heç də küləklərin, tufanların sayəsində baş
322
vermir, tam əksər hallarda Ay dövriyyəsinin fəsadlarıdır.
Elə bu kəşfin özü uzaq səyahətlərə çıxan dənizçilər üçün
gözəl vəsait sayılırdı.
Mən belə qənaətə gəldim ki, Kolumb kəşf etdiyi
torpaqların Asiya qitəsi yox, naməlum torpaq olduğunu
əvvəlcədən bilirdi.
Bəzi tarixi mənbələrdən məlumdur ki, Kolumb birinci
səyahətinə (1492-1493) başlayanda Toskanellinin tərtib
etdiyi xəritəni köçürərək, Yeni Dünya sahillərinə yollan-
mışdır. Lakin əsrimizin bir neçə alimləri iddia edirlər ki,
onda başqa xəritə də olubdur. Mənim fikrim belədir,
Kolumb şəxsən özü fərdi üsulda, bütün dost-tanışlarından
ciddi-cəhdlə gizlətdiyi, bir xəritə əldə etmişdi.
Bilindiyi kimi Kolumb müəyyən bir dövr müvəqqəti
olaraq Portuqaliyada, sonra isə həmin krallığa məxsus olan
müstəmləkədə məskunlaşmış və naviqasiya işi ilə ciddi
maraqlanmışdı. Onun qardaşı Bartolomeo hansı ölkədə
olursa-olsun, həmişə xəritəşünaslıq ilə məşğul olmuş və hər
bir yeni xəritə əldə etmək üçün bütün mümkün olar
vasitələrdən istifadə etmişdi. Ticarət ilə məşğul olan
adamların ən savadlı təbəqəsi demək olar ki, Apennin
yarımadasında populyarlaşan həmin sənətə yiyələnirdilər.
Həmin dövrdə xəritəşünaslıq və xəritə ilə alver etmək,
Avropa ölkələrində gəlirli sənət sayılırdı. Bartolomeo
323
Kolumb müasir xəritələrlə yanaşı, keçmişdə tərtib olunmuş
ən nadir nüsxələrin də xəritələrini alıb satırdı. Çox güman
ki, onun əlinə Makidoniyalı İsgəndərin dövründə və erkən
əsrlərdə fəaliyyət göstərmiş müsəlman alimlərinin
yaratdıqları xəritələrin surətləri keçmişdir.
Aralıq dənizində üzmək üçün naviqasiyanı və ya sahil
zolağlarının konturunu bilmək dənizçilərin əsas vəzifəsi
sayılırdı. Xəritəşünaslıq sahəsi üzrə əsasən, katalon və ital-
yan mütəxəssisləri güclü rəqabət aparırdılar. Bartolomeo
xəritələrin axtarışı ilə İtaliyanın bir çox şəhərlərinə üz tuta-
raq, bir çox xəritəşünaslarla, coğrafiyaşünaslarla, arxiva-
riuslarla və kitabxana müdirləri ilə ünsiyyət yaradırdı.
Beləliklə, o, Florensiya şəhərinə gəlib çıxır və orada Tos-
kanelli ilə tanış olur. Yuxarıda qeyd edildiyi kimi tanınmış
alim öz işi ilə məşğul olmaqla yanaşı, həm də humanist N.
Nikkolininin yaratdığı kitabxanaya sahiblik edirdi. Əlbəttə,
həmin kitabxanada coğrafiya və astronomiya elmlərinə dair
çox qiymətli sənədli materiallar çox idi.
Ümumiyyətlə, Toskanellinin adı coğrafiya elmi ilə
dərindən maraqlanan mütəxəssislərin arasında dillər əzbəri
olmuşdu və hər bir adam çalışırdı ki, onunla bir müddət sıx
dostluq əlaqələri yaratsın. Necə ki, Xristofor, eləcə də
Bartolomeo Kolumb Florensiyada olarkən, qədim xəritələr
ilə maraqlanan bir adam kimi Toskanellinin başçılıq etdiyi
324
kitabxanaya baş çəkir və oradakı lazım olan materialları
nəzərdən keçirirdi. Söz yox ki, kitab rəflərində olan və
eksponat kimi saxlanılan qəribə bir xəritələr onun diqqətin-
dən yan keçə bilməzdi. Çünki Bartolomeo xəritəşünaslıq
sahəsində püxtələşmiş bir mütəxəssis kimi, Atlantik
okeanının qərb hissəsində, heç kimə bəlli olmayan bir
torpağın sahillərinin konturları çəkilmiş xəritə ilə xüsusi
olaraq maraqlanır və çox güman ki, Marağa rəsədxanasın-
da tərtib edilmiş xəritəni əldə etmək üçün florensiyalı
kosmoqrafa müraciət edir. Əlbəttə, kitabxananın müdiri M.
Polonun yadigarı sayılan həmin eksponatı Bartolomeoya
sata bilməzdi.
Mənə elə gəlir, Bartolomeo həmin xəritəni kitabxanada
görərək Xristofora xəbər verir, o, da öz növbəsində
xəritənin üzünü çıxardır və həmin minvanla həyatında
dönüş yaradan materialı əldə edir. Tarixdən məlumdur ki,
Xristofor ilə florensiyalı kosmoqraf arasında sıx dostluq
əlaqəsi olmuşdur. O, alimi özü üçün müəllim hesab edirdi.
Toskanelli bir alim kimi artıq azərbaycanlı alimin xəritəsi
üzərində işləmiş və öz səyi, bacarığı, təcrübəsi ilə
naviqasiya və coğrafiya elmi ilə maraqlanan Xristofora bu
haqda bəzi məlumatlar vermişdi.
Kolumbun bacarağına, dərrakəsinə şübhə etməmək olar.
Uzun səyahətə yola düşməmişdən əvvəl o, 1245-1247-ci
325
illərdə fransiskan ordeninin üzvləri Covanni del Plano
Karpininin və Benedikt Polşalının (Vrostlavdan), 1249-cu
ildə dominikan monax Andre Lanjümonun, 1252-1255-ci
illərdə fransiskan ordeninin üzvi fləməngli Gilyom (Vil-
lem) Rubrukun, 1260-1269-cu illərdə Venetsiyalı tacirlər
Nikkolo və Maffeo Poloların, 1271-1295-ci illərdə Marko
Polonun və 1325-1349-cu illərdə Əbu Abdallah Mühəm-
məd ibn Bətutinin Şərqi Asiyaya təşkil etdikləri səyahət-
lərindən və həmin səyahətlərə dair yazılan əsərlərlə, topla-
nan materiallarla qismən olsa da tanış idi. Toskanellinin
xəritəsindən əlavə, məşhur səyyah qardaşı Bartolomeonun
sayəsində əldə edilən Ptolemeyin, M. Polonun, Portuolono
Mediçinin, Əbu Abdallah ibn Bətutinin, Z. Pitsiqanonun,
Q. Beninkazanın, Martin Behaymın və Tusinin tərtib
etdikləri xəritələri diqqətlə nəzərdən keçirmişdi.
1
Onu da
qeyd etmək istəyirəm ki, Kolumb hamıdan çox Marağada
tərtib edilmiş xəritəyə bel bağlamışdı. Çünki həmin kontur-
larda yalnız yeniliklər və dəqiq koordinatlar göstərilirdi.
Bütün bu abzaslardan sonra belə bir sual verilə bilər ki,
işdir, Marağa rəsədxanasında Amerika qitəsinin konturları
göstərilmiş xəritə tərtib edilibsə, bəs həmin xəritənin
aqibəti necə olubdur? Bir çox mütəxəssislər bildirirlər ki,
1
R. Qasımov. Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin
həqiqi kəşfi. Bakı, “Çaşıoğlu”, 2002. səh. 130-131
326
həmin xəritə indiki zamanda mövcud olmadığından, onlar
Marağada belə bir əməyin baş verdiyinə şübhə ilə
yanaşırlar. Belə bir qənaətlə razılaşmaq mümkün deyil. İş
ondadır ki, bəzi tarixi qaynaqlarda Kolumbun birinci
səyahət zamanı Toskanellinin 1474-cü ildə təritb etdiyi
xəritədən istifadə etdiyi bildirilir. Həmin xəritəyə də bir çox
ədəbiyyatlarda rast gəlinir. Lakin sənəddəki konturlar
tamamilə yenidən rekonstruksiya olunubdur. Bir faktdır ki,
həmin xəritənin ana bətnində olduğu kimi əsl surəti yoxdur.
327
İnsan zəkası acgözdür, o yerində sakit
dura bilmir, daim irəliyə - ona məlum
olmayan ənginliklərə can atır və onu
bu yürüşdən heç bir şey saxlaya bilməz.
Frensis Bekon
Dostları ilə paylaş: |