Alimlərin maraq dünyası
“Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsərinin
əlyazmasını oxuyarkən ilk növbədə müəllifin maraq
dünyasının genişliyi diqqətimi cəlb etdi. Səhifələri
çevirdikcə tarixə, coğrafiyaya, həndəsəyə, riyaziyyata,
astronomiyaya və digər elmlərə aid məlumatlar verən
faktlarla tanış olur, müəllifin çoxistiqamətli axtarışlardan
aldığı nəticələrdən sevinirsən. Oxucu təkcə ona görə
sevinmir ki, burada bir neçə elmin əlaqəli şərhi problemin
məntiqini gücləndirir, oxucuya ətraflı dərk imkanı yaradır;
həm də ona görə sevinir ki, dünyada elmin inkişafında
şərqlilərin xidmətləri daha əzəlidir, ilkinlərdəndir.
Müəllif Ramiz Dəniz (Qasımov) qeyd edir ki, bir mən
dünya elmi, mədəniyyəti, incəsənəti, ədəbiyyatının sürətlə
inkişaf etdirilməsində müsbət rol oynamış tarixi şəxsiyyət-
lərin taleyi və elmi irsi heç də lazımi səviyyədə tədqiq
edilməmiş və layiqincə qiymətləndirilməmişdir. Müəllif bu
qənaətində çox haqlıdır. Azərbaycan xalqının dünya elminə
kəşflər, ixtiralar bəxş etmiş, bir çox elmin əsasını qoymuş,
ədəbiyyat və incəsənət sahəsində sənətin zirvəsinə yüksəl-
miş xeyli görkəmli simaları vardır. Bunlar haqqında nəinki
bədii-publisistik əsərlər, heç əməllibaşlı, fundamental elmi-
tədqiqat əsərləri hazırlanmamışdır. Nədənsə, Azərbaycanda
402
elm və mədəniyyət tarixinin elmi-tədqiqi istiqaməti olaraq
öyrənilməsinə diqqət yetirilmir. Ona görə də elmi nəticə-
lərin təbliği və yayılması kütləviləşmir.
R. Dənizin əsəri müəyyən əhəmiyyətə malikdir. Lakin
fundamental mahiyyətli deyil. Burada xeyli mənbəyə
istinad olunaraq tarixi-elmi məsələlər haqqında bir çox
alimin mövqeyi, münasibəti açıqlanır. Müəllif müxtəlif əsər
və tədqiqatlardan dəyərli elmi fikirləri bir yerə toplamaqla
maraqlanan oxucunun işini xeyli asanlaşdırmış, onun əlinə
faktlar toplusu vermişdir. Digər tərəfdən müəllif kəşflərin,
elmi ideyalarının dinamikasını açır, ilkin elmi ideyanın
elmi mənsubluğunu və onun yazılma və inkişaf anatomi-
yasını, dəyişmə və yeniləmələrini müqayisələrlə üzə çıxa-
rır. “Antik dövrün astronomları”, “Şeyx Məhəmmədəli
Babakuhi Bakuvi”, “Tanınmış alimlərin əsas elmi işləri”,
“Marağa rəsədxanansının banisi Nəsirəddin Tusi” və
digər başlıqlı hissələr səciyyəvidir.
Əsərdə Nəsirəddin Tusinin astronomiyaya aid əsərləri və
xidmətlərindən geniş danışılır və bir çox elmi maraq
doğuran faktların təhlili verilir. Xüsusilə X. Kolumbun
Amerikanın kəşfi və onun istifadə etdiyi xəritənin kimlər
tərəfindən hazırlanması faktı tədqiqata cəlb olunur və
müəllif belə bir qənaətə gəlir ki, həmin xəritə Marağada
hazırlanmış və onun əsas müəllifi Tusidir. Ramiz Dəniz
403
dəlillərlə xəritənin hazırlanması prossesini, onun sayını və
variantlarını, xəritələrin əldən-ələ necə düşməsini, nəhayət
Kolumbun ondan istifadəsini və digər cəhətləri əsaslı
şəkildə meydana qoyur və özünün elmi qənaətlərini sübuta
yetirir.
R. Dəniz qeyd edir ki, Kolumb Tusinin məşhur xəritəsin-
dən əlavə, onun “Zic Elxani” əsəri ilə də tanış olub.
Müəllif N. Tusinin kəşfinin ciddi elmi mahiyyətini şərh
edərkən həm də onların ilkinliini vurğulayır. O, qeyd edir
ki, İ. Nyutonu və məşhur dünya astronomlarını 400 il
qabaqlamış azəritürk alim sübut etmişdir ki, dənizlərdə və
okeanlarda baş verən qabarma və çəkilmələr heç də təbiətin
kor-koranə şıltaqlığı deyildir. Məhz Ayın çəpəki hərəkətin-
dən və Yerin qütblərdəki batıqlığından irəli gələn vaxtaşırı,
yəni il ərzində 24 dəfə özünü biruzə verən hadisədir.
Göründüyü kimi, oxuculara təqdim olunan bu əsərdə
maraqlı məqamlar çoxdur. Bunlar, müəllifin çox saylı
alimlərdən gətirdiyi dəlillərə söykənməsinə baxmayaraq,
hələ zaman-zaman müzakirə mövzusu tədqiqat obyekti ola
bilər. Lakin bir həqiqət aydındır ki, tədqiqatçının zəhməti
və vətənpərvər-vətəndaş niyyəti təqdirəlayiqdir.
Əjdər Ağayev professor,
pedaqogika elmləri doktoru
404
Bəşər ustadı haqqında vəsait
“Azərbaycan bir balaca diyar olsa da, həmişə öz alimləri,
şairləri və mütəfəkkirləri ilə başqa ölkələrdən seçilmişdi.
Bu ondan irəli gəlir ki, hələ erkən orta əsrlərdən elmə,
mədəniyyətə, incəsənətə və ədəbiyyata xüsusi diqqət yetiri-
lir və bu sahələrin inkişafı üçün güclü mütəxəssislər
yetişdirmişdi. Bundan əlavə, Azərbaycan alimləri ölkənin
sərhədləri ilə yaxın olan dövlətlərdə baş verən elmi proses-
lərin necə cərəyan etdiyi ilə dərindən maraqlanır və onlar
da elmi-tədqiqatlarını davam etdirirdilər”.
Bu mübarək kəlamlarla öz oxucularına müraciət edən,
peşə və sənət baxımından, hələlik yalnız öz zehninə və fitri
istedadına güvənən gənc tədqiqatçı Ramiz Dəniz (Qası-
mov) Nəsirəddin Tusi haqqında çox mötəbər məlumatları
əldə edərək, ümumiləşdirmiş, sonra onun hər bir əsəri
üzərində ayrıca dayanmış, onların şərhlərinə və elmi
tutumuna dair mövcud məlumatlarla oxucuları tanış etmiş,
elmi-nəzəri və ideya-mənəvi irsinin böyük bir qisminin
saxlanıldığı ünvanları tanıtmışdır. Son illərdə Tusinin elmi-
mənəvi irsi ilə bağlı məxəzlər silsiləsi ilə tanışlıq məsələləri
ayrı-ayrı alim və tədqiqatçılar tərəfindən tədqiqata cəlb
edilsə də, onun bütövlükdə din, təbiət, əxlaq tərbiyəsi,
nücum, musiqişünaslıq, hüquq, siyasət elmi sahəsində
405
dinamik baxışlarını, mən deyərdim ki, fədakarlıq nümunə-
sində, peşəkar səviyyədə mənimsənilməsini bu gənc
tədqiqatçı qədər nəfis və hərtərəfli araşdıran olmamışdır.
Onu da qeyd edək ki, gənc tədqiqatçı, istedadlı qələmi
sahibi olan Ramiz Dəniz oxuculara yaxşı tanışdır.
Onun zəka sahibləri olan görkəmli elm və sənət adam-
ları, aqil şəxsiyyətlər haqqında kamil düşüncələri, dərin
sosial axtarışları öz əhatə dairəsi baxımından geniş və
rəngarəngdir.
Tarixi şəxsiyyətlərin, nadir istedad sahiblərinin fəzilət və
yaradıcılıq dünyasını öyrənib, qələmə almaq və bu tarixi
irsdən ictimai tərəqqi ideyaları baxımından böyüyən nəslin
hərtərəfli və ahəngdar inkişafında təsiri olacaq səviyyədə
sanballı bir əsər hasilə gətirmək, əlbəttə, nəcib və şərəfli bir
iş sayılmalıdır.
Bu baxımdan Nəsirəddin Tusi irsi bütün dövrlərdə və
xüsusən müasir şəraitdə ən qiymətli, əhəmiyyətli mənbə,
qaynaq olmuşdur və olmaqdadır. Böyük mütəfəkkirin tari-
xin gerçəkliklərinə çevirilmiş nəzəri baxışları, konseptual
ideyaları müəllifi ciddi düşündürmüş, onu bu sahədə, bir-
neçə tədqiqi xarakterli axtarışlar aparmağa sövq etmişdir.
Bir incə mətləbi də qeyd edək ki, dünya şöhrətli alimin
ideya-nəzəri irsini yüksək vətəndaşlıq qayəsi, milli təəssüb-
keşlik nümunəsi kontekstində öyrənib üzə çıxardan müəllif
406
bu gün təkcə milli məhdudluq çərçivəsində qalmayıb, bu
qəbildən olan elmi-xronikal salnamələri ilə xarici ölkələrdə
də özünə geniş hörmət və nüfuz qazandırmışdır.
Onun bu vaxtadək bəşəriyyətin böyük duhaları olan N.
Gəncəvi, X. Kolumb, C. Bruno, İ. Nəsimi, N. Kopernik və
digərləri haqqında topladığı zəngin materiallar çox qiymətli
və təqdirəlayiqdir.
Bununla belə, o, xeyli vaxtdır ki, Tusinin də elmi irsi,
keçdiyi həyat yolu, dahiyanə şəxsiyyəti, elmi kəşfləri haq-
qında da silsilə məqalələr, elmi nəşrlər toplusu hazırlamış-
dır.
Bəşər duhasının böyük söz ustadının elm və həyat yolu-
nu işıqlandırmağa tuşlanan “Əsrləri qabaqlamış alim
Nəsirəddin Tusi” adlı fundamental məlumatlar toplusu
olan kitabı isə onun oxucularla növbəti görüşüdür.
Respublika “Təhsil” cəmiyyəti tərəfindən “xeyir-dua”
almış bu kitabın ilk oxucularından biri kimi, mən bir incə
mətləbi qeyd edim ki, Tusi haqqında toplanılmış ilkin,
orijinal məxəz və mülahizələr müəllif tərəfindən çox aydın,
səlist və hamı üçün anlayışlı şəkildə izah olun-muşdur.
Nəsirəddin Tusi fenomeninə məxsus bütün həyati
cizgilər müəllif tərəfindən sosial-fəlsəfi mündəricədə, dərin
məntiqi ümumiləşmələr əsasında işlənilərək, oxucuya təq-
dim olunmuşdur.
407
Zəngin tarixi qaynaqlar, sonsuz sayda toplanmış əlyaz-
maları, yaradıcı məfkurə əsasında yaranmış bu kitab. Tu-
sinin elmi baxışlarını, idrak səltənətini, müdrik aqilliyini bir
daha sezib, mənimsəmək baxımından çox dəyərli vəsaitdir.
Hiss olunur ki, gənc tədqiqatçı öz şəxsi marağı əsasında
dünyanın bir çox ölkələrin elmi kitabxanalarına və əlyaz-
maları fondlarında olmuş, N. Tusi irsindən müxtəlif
vaxtlarda bəhrənələrək, topladığı ən incə məqamları belə
yaddaşının dərin yerlərində saxlamışdır.
Əsərdə həm də dünya şöhrətli məşhur səyyah, tədqitçı və
coğrafiyaşünasların, təbiət alimlərinin N. Tusi işığından
güc alan müdrik əməlləri barəsində də maraqlı mülahizələr
söylənilmişdir.
Bu sahədə, xüsusən məşhur dəniz mücahidi, böyük
coğrafi kəşflər dövrünün “flaqmanı” olmuş X. Kolumbun
bitib-tükənmək bilməyən şücaətləri haqqında da səhih və
dolğun məlumatlar verilir.
İnanırıq ki, Ramiz Dənizin yenicə işıq üzü görmüş
“Əsrləri qabaqlamış alim Nəsirəddin Tusi” kitabı, öz
möhumentallığı, əhatə problematikası, yüksək həyati
məziyyətləri ilə oxucuların stolüstü kitabına çevriləcəkdir.
Vidadi Bəşirov
Pedaqoji fəlsəfə elmlər doktoru
408
Ədəbiyyatların siyahısı
Абрамсон, М. Л. Кириллова, А. А. Колесницкий Н.
Ф. и др.; Под ред. Колесницкого Н. Ф. История средних
веков: 2-е изд. испр. и доп. Москва, «Просвещение», 1986.
Андре М. Подлинное приключение Христофора
Колумба. Пер. с фран. М-Л., Земля и фабрика, 1928
Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin
800 illik yubileyinə həsr edilmiş Respublika konfransının
materialları. Bakı-2001
Афанасьев. В. Л. Текст воспроизведен по изданию:
Бартоломе де Лас Касас. История Индии. Ленинград,
«Наука», 1968.
Bakıxanov A. A. Gülüstani-irəm. Bakı, 1951
Bakıxanov A. A. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984
Белый Ю. А. Тихо Браге. М. «Наука», 1982.
Берри А. Краткая история астрономии. 1946.
Бертельс Е. Я. Суфизм и Суфийская литература.
Москва, 1965
Бейкер Дж. История географических открытий и
исследований. Пер. с англ. М., «Иностранная литература»,
1950
Бейклесс Дж. Америка глазами первооткрывателей.
Пер. с англ. М., «Прогресс», 1969
409
Велиев С. С. Древний, древний Азербайджан. Баку,
«Гянджилик», 1983
Верлинден Ч. Христофор Колумб, Ернан Кортес.
Ростов-на-Дону, «Феникс», 1997
Н. Веселовский, Н. Белый. Ю. А. Николай Коперник.
Москва, 1974. «Наука», стр. 65
Qаbusnamə. Bakı, “Azərnəşr”, 1989
Qacar Ç. Azərbaycanın görkəmli şəxsiyyətləri. Bakı,
“Nicat”, 1997
Qasımov R. Müqəddəs missiya. Bakı, “Çaşıoğlu”,2001.
səh .67
Qasımov R. Ə. Xristofor Kolumb, Nəsirəddin Tusi və
Amerika qitəsinin həqiqi kəşfi. Bakı, “Çaşıoğlu”, 2002
Голант В. Я. Планету открывали сообща. Москва,
«Наука», 1971
Гуляев В. И. Доколумбовы плавания в Америку: мифы
и реальность. Москва, «Международные отношения», 1991
Гумилевская М. А. Как открывали мир. Москва, «Д.
Л.», 1997
Дитмар А. Б. Родосская параллель. Жизнь и деятель-
ность Эратосфена. Москва, «Мысль», 1965
Hüseynov R. Ə. Astronomiya. Ali məktəblər üçün dərslik.
Bakı, “Maarif”, 1997
Hüseynov R. Ə. “Bilgi” dərgisinin “fizika, riyaziyyat, yer
elmləri” seriyası. Nəsirəddin Tusinin astronomiya elmində
xidmətləri. Bakı, 2002, №2
410
Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk. Siyasətnamə.
H. Məmmədzadənin əlavəsi. Bakı, “Elm”, 1989
Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk. Siyasətnamə.
R. Sultanovun yazdığı müqqədimədən. Bakı, “Elm”, 1989
Ионина Н. А. Автор-составитель. Сто великих чудес
света. Москва, «Вече», 2000
Исаченко А. А. Развитие географических идей. Москва,
«Мысль», 1971
История античности. Сост. Томашевская М. Н.
Москва, «Правда», 1989, II том
Каган В. Ф. Основание геометрии. М-Л., 1949
Кечори Ф. История элементарной математики. Одесса,
1971
Клацко-Рындзиун. Журнал Ассоциации искусствен-
ного интеллекта. Новости искусственного интеллекта. М.,
1993
Коротцев О. Как измеряли мир. Глобус. Л., «Д. Л»,
1980
Купер Ф. Дж. Мерседес из Кастилии или путешествие в
Катай. Одесса, «Маяк», 1985
Kəndli-Herisçi Q. Xaqani Şirvani. Bakı, 1988
Лас Касас Б. История Индии. Пр. с исп. Ленинград,
«Наука», 1968
Mehrəliyev E. Babakuhi Bakuvi Ş.M. (Nişapuri, Şirazi) və
Pirhüseyn Şirvani. Bakı, “Nafta-Press”, 2002
411
Mehrəliyev E. Şirvan Elmlər Akademiyası. Bakı, “Çaşı-
oğlu”, 2000
Mehrəliyev E. Şirvanilər. Bakı, “Çaşıoğlu”, 1996
Məmmədbəyli H. C. Mühəmməd Nəsirəddin Tusi. Bakı,
“Gənclik”, 1980
Məmmədbəyli H. C. və Haşımzadə M. “Şəklül-qita” kita-
bının riyaziyyat tarixində əhəmiyyəti. Az.SSR EA., Xəbərləri,
1951 №8
Müdərris Rüzavi M. T. Əhval və asar-e Xace Nəsirəddin
Tusi. II nəşr. Tehran, “Gülşən”, 1991.
Магидович И. П. Христофор Колумб. Москва, «Гео-
графгиз», 1956
Магидович И. П. История открытия и исследования
Северной Америки. Москва, «Географгиз», 1962
Магидович И. П. История открытия и исследования
Центральной Южной Америки. Москва, «Географгиз»,
1965
Магидович И. П., Магидович В. И. Очерки по
истории географических открытий том I, Москва, «Прос-
вещение», 1983
Магидович И. П., Магидович В. И. Очерки по
истории географических открытий том II, Москва, «Прос-
вещение», 1983
Максудов Ф. Г., Маммедбейли Г. Дж. Мухаммед
Насирэддин Туси. Баку, «Гянджилик», 1981
412
Марко Поло. Книга Марко Поло. Пер. старофран-
цузского текста. Москва, «Мысль», 1965
Морисон С. Э. Христофор Колумб – мореплаватель.
Пер. с англ. Москва, «Иностранная литература», 1958
Муромов И. А. Сто великих путешественников.
Москва, «Вече», 2000
Rzayev A. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü.
Bakı, “İrşad” İslam araşdırmaları mərkəzi, 1996
Rzayev B. Bəşəri düha: Mühəmməd ibn Mühəmməd ibn
Həsən – Nəsirəddin Tusi (XI) Bakı, “ADPU nəşriyyatı”, 2014
Рашид-ад-дин. Сборник летописей том III, Москва,
1946
Самин Д. К. Сто великих научных открытий. М,
«Вече», 2002
Самин Д. К. Сто великих ученых. Москва, «Вече»,
2002
Страбон. География. Пер. с гречес. Москва, «Наука»,
1964
Строева Л. В. Государство Исмилитов в Иране в XI-
XIII вв. Москва, «Наука», 1978
Субботин М. Ф. Работы Мухаммеда Насирэддина по
теории движения Солнца и планет. «Известия АН Азерб.
ССР», №5, 1951
Свет Я. М. Колумб. Москва, «Молодая гвардия», 1973
Свет Я. М. Севильская западня. (Тяжба о Колумбовом
наследстве) Москва, «Молодая гвардия», 1969
413
Томашевская М. Н., Составитель, Историки антич-
ности. Москва, «Правда», 1989, том II
Фукидид. История том I, Москва, 1915
Xacə Nəsirəddin Tusi. Rəhim Sultanovun farscadan
tərcüməsi. Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005. səh.
235
Ханке Х. Люди, корабли, океаны. Москва, «Прогресс»
1984
Харт Г. Венецианец Марко Поло. Перевод с англ.
Москва, «ИЛ», 1956
Хауз. Д. Гринвечское время и открытие долготы.
Москва, «Мир», 1983.
Хепгуд Ч. Древние карты морских королей.
Христофор Колумб. Путешествие. Москва, 1952
Шкловский В. Земли разведчик. Москва, «Молодая
гвардия», 1966
414
Mündəricat
Ön söz................................................................. 4-9
Redaktordan - Böyük məqsədə doğru cəsarətli
addım......................................................................... 10-14
Antik dövrdə astronomiyanın inkişafı................... 16-43
Şərq dünyasının astronomları................................ 44-51
Şeyx Məhəmmədəli Babakuhi Bakuvi.................. 51-59
Tanınmış alimlərin əsas elmi işləri........................ 59-76
Elm dünyasının şahı Nəsirəddin Tusi.................... 77-95
Nəsirəddin Tusinin siyasəti................................... 96-124
Marağada möhtəşəm rəsədxananın inşası............. 124-138
Marağa rəsədxanası və onun alimləri.................... 139-158
“Zic Elxani” əsərindən başqa astronomik
kataloqlarda istifadə olunması.................................... 159-177
Dövrünə görə dünyanın ən möhtəşəm elmlər
akademiyası Marağada olub....................................... 177-192
Nəsirəddin Tusi tərəfindən astronomiyanın inkişaf
etdirilməsi................................................................... 193-207
Nəsirəddin Tusinin dünya miqyasındakı elmi
nailiyyətləri................................................................. 207-231
Nəsirəddin Tusinin kəşfinin Regiomontan
tərəfindən mənimsənilməsi......................................... 231-252
Elmi işlərinə görə diqqət mərkəzində olan alim.... 253-264
415
Amerika qitəsinin kəşfinə hazırlıq.......................... 265-278
Xristofor Kolumb və dünya əhəmiyyətli kəşf........ 279-294
Marağa xəritəsinin bir nüsxəsinin Çinə gedib
çıxması və oradan yoxa çıxması.................................. 295-302
Marko Polo və Marağa xəritəsinin Avropaya
çatdırılması................................................................. .303-311
Paolo Toskanellinin xəritəsi və onun Yer kürəsinin
ölçüsünə dair gəldiyi qənaət........................................ 312-326
İstanbulun Topqapı muzeyindən tapılan sensassion
xəritə........................................................................... 327-342
Xəritənin əsl müəllifi kimdir, admiral Piri Rəis,
yoxsa Nəsirəddin Tusi................................................ 342-366
Nəsirəddin Tusi və onun nəsili.............................. 367-373
Əldə olunan nəticələr............................................. 374-400
Rəy - Bəşər ustadı haqqında vəsait....................... 401-403
Rəy - Alimlərin maraq dünyası............................. 404-407
Ədəbiyyatların siyahısı......................................... 408-413
416
Ramiz Dəniz
Əsrləri qabaqlamış alim –
Nəsirəddin Tusi
Nəşriyyatın direktoru F. Q. Kərimov
Çapa imzalanmışdır: 30.09. 2014
Formatı: 60 x 84 1/16
Fiziki çap vərəqi: 26
Tiraj: 500
“Nasir” nəşriyyatı
Tel: (050) 314 09 37
(012) 431 11 00
Dostları ilə paylaş: |