“Əttaharə” əsəri idi. “Əxlaqi-Nasiri” əsəri bütün para-
metrlərinə görə “Əttaharə”ni arxada qoyur və əlyazmanın
üstündən 770 il keçməsinə baxmayaraq, indiyə kimi bir çox
müsəlman ölkələrinin məktəblərində, etika dərsliyində
tədris olunur. Hətta bəzi monarxiya dövlətlərində vəliəhd-
lər və şahzadələr tərbiyənin nümunəvi, ünsiyyətin qabiliy-
yətli, əxlaqın yüksək səviyyədə olmasını arzulayaraq, məhz
“Əxlaqi-Nasiri” əsərindən gündəlik vəsait kimi istifadə
edirlər. Kübar ailələrin bir çoxu öz adət-ənənələrini,
385
davranış qaydalarını qorumaq üçün, yenə də həmin əsərə
üsünlük verirlər. Tusinin necə müdrik insan, hansı xasiyyə-
tə malik olduğunu və səmimi qəlbli olmasını dərk etmək
üçün “Əxlaqi-Nasiri” əsərini oxumaq kifayətdir.
20
ldən bir qədər çox “Əlamut” qalasında saxlanılan
zaman, bütün mənəvi sarsıntılara və fiziki sıxıntılara
baxmayaraq Tusi daxilində olan intelektual potensialını
səfərbər edib özünün bir neçə ölməz əsərlərini yazır: -
“Əxlaqi-Nasiri”, “Şərhül-İşarət” (Əbu Əli ibn Sinanın
“İşarət” adlı fəlsəfi risaləsinə şərhlər), “Təhrir Məcəsti”
(Almagest) və “Təhrir Öqlidis”. “Əlamut” qalasından
çıxmaq hüququndan məhrum olan alim həmin əsərlərin
sayəsinə tez bir zamanda Qafqaz, İran, Yaxın Şərq, Orta
Asiya, Hindistan və başqa ölkələrdə kamil bir şəxsiyyət
kimi məşhurlaşır.
12. Hər şeydən əvvəl Tusi böyük bir alim kimi tanınır.
Lakin unutmaq lazım deyil ki, o, Hülaku xanın sarayında
təcrübəli və bacarıqlı siyasətçi kimi də özünü göstərmişdir.
Monqol hökmdarı eyni vaxt həm Bağdad şəhərinin
sərhədinə, həm də Şərqi Anadoluya yaxınlaşanda o, dəqiq
bilmirdi ki, işğalçılıq yürüşünü hansı istiqamətdə davam
etdirsin. Dünyada baş verən tarixi prosesləri diqqətlə
izləyən Azərbaycan alimi yaxşı bilirdi ki, Xristian dünyası
Roma papalarının təhriki ilə 1096-cı ildən başlayaraq İslam
386
dünyasına qarşı düz yeddi dəfə izdihamlı səlib yürüşü təşkil
etmişdilər. Səlcuq türkləri İslamı müdafiə etməkdən ötrü,
bütün bu dini müharibələrdə müsəlmanların avanqardında
döyüşərək, işğalçı səlibçiləri darmadağın emişdilər. Bundan
əlavə Anadoluda məskunlaşan türk tayfaları qərbdə,
Xristian dünyası ilə “Elxanilər” dövləti arasında baryer
rolunu oynayaraq, güclü müdafiə xətti təşkil edirdilər.
Səlcuq türkəlrinin məhvi Bizans imperiyasının və səlibçi-
lərin güclənməsinə gətirib çıxaracaqdı. Bütün bu amilləri
diqqətlə nəzərə alan Tusi, Bağdad xəlifəsinin xeyli
zəiflədiyini və Abbasi Xilafətinin müsəlmanları kifayət
qədər təcavüzkarlardan müdafiə etməyə qadir olmadığını
görüb Hülaku xanın qoşunlarını Bağdada yönəldir.
Bağdad səfərində monqol hökmdarını müşayiət edən
Tusi minlərlə günahsız adamları, o cümlədən də alimləri və
ziyalıları mənasız qırğından qurtarmışdı. Həmin tarixi
proseslərdə alim bir çox düzgün siyasət yeritmiş və Hülaku
xanı öz təsiri altında saxlamışdı. Elə astronomik rəsəd-
xananın, Xubilay xanın təkidi ilə Pekində yox, məhz alimin
israrı ilə Marağada tikilməsi Tusinin uzaqgörən siyasətin-
dən xəbər verir.
12. Bilindiyi kimi Marağada inşa olunan rəsədxana
iriliyinə və orada görülən astronomik müşahidələrə görə
Yaxın Şərqdə çox möhtəşəm bir rəsədxana olmuşdu. XIII
387
əsrin 60-cı illərinə qədər dünyada beş dənə astronomik alət
mövcud olduğu halda, orada daha beş alət ixtira edilmiş və
bununla da astronomların işini xeyli yüngülləşdirmişdi. İş
ondadır ki, Tusinin başçılığı altında ixtira edilmiş astrono-
mik alətlər, öz dövrünə görə və ən azı 200 illik bir dövr
ərzində, rəsədxanalarda işlədilən bütün astronomik alətlərin
ən dəqiqi sayılırdı. Pekin rəsədxanası istismara veriləndən
sonra Göy cisimlərinin müşahidəsi bilavasitə Marağa
rəsədxanasından gətirilən astronomik cihazlarla – Fırlanan
kvadrant və Armilyar cihaz – aparılırdı. Çindəki Pekin,
Səmərqənddəki Uluqbəy, Danimarkadakı Tixo Brage və
Hindisandakı Caypur rəsədxanaları istismara verilərkən,
bilavasitə Marağa rəsədxanasında ixtira edilmiş cihaz və
alətlərdən istifadə olunmuş və onların təkmilləşdirməsi üzrə
böyük işlər aparılmışdır.
Rəsədxanaların təkmilləşdirilməsinə qədər Marağa
rəsədxanasında aparılan müşahidələrin dəqiqliyi, bir çox
Avropa və Asiya rəsədxanaları üçün ideal olmuş, yalnız
XVI əsrin sonunda Tixo Brage tərəfindən aparılan
müşahidələrin dəqiqliyi onları arxada qoymuşdur. Onu da
qeyd etmək lazımdır ki, Marağada 400 min əlyazmadan
ibarət olan möhtəşəm bir kitabxana yaradılmışdır.
14. Bir çoxları bildirirlər ki, Kolumb İtaliyada olarkən
Toskanellinin bütün məsləhətlərinə diqqətlə qulaq asmış və
388
onun verdiyi göstərişlərinə tam əməl etmişdir. Lakin bir
neçə əsaslar var ki, Kolumb florensiyalı alimin dediklərinə
tam əməl etməsin. Müəyyən fikirləri ilə razılaşa bilərdi,
ancaq bəzi şeylərdə o, fikrindən dönmürdü. Yuxarıda qeyd
etdiyim kimi Toskanellinin fikrinə görə, Yer kürəsinin
ölçüsü indiki ölçüyə nisbətən çox az (onlardan biri yunan
alimi Eratosfenə görə Yer kürəsinin ölçüsü 43625 km)
verirdi. Kolumb Toskanelliyə inansaydı, elə onda bir çox
alimlərin hesab elədikləri kimi o, Atlantik okeanını qərb
istiqamətində üzməklə birbaşa Şərqi Asiyaya tərəf üz
tutardı. Öz sirrini və məqsədi-məramını gizlətməkdən ötrü,
Kolumb hamıya bəyan edir ki, kəşf etdiyi torpaq Şərqi
Asiya ərazisidir. Halbuki o, Tusinin hesablamalarına əsa-
sən, qarşısındakı torpağın Köhnə Dünyaya məlum olmayan
ərazi olduğunu bilirdi. Lakin öz istədiklərini həyata
keçirməkdən ötrü, İspaniya monarxlarını bir neçə illiyə
aldatmağa çalışan Kolumb, dünya ictimaiyyəti qarşısında
özünü bir neçə əsirliyə aldatmış oldu.
Ölənə qədər o, əsl həqiqəti söyləmir və elə bilir ki,
dünyasını dəyişəndən sonra bir neçə il keçmiş onun
tərəfdarları həmin həqiqəti üzə çıxararaq, Kolumbun hansı
kəşfləri həyata keçirdiyini dünya ictimaiyyətinə bəyan
edəcəklər.
389
15. Bildirmək istəyirəm ki, Yeni Dünya sahillərinin kəşf
edilməsində Azərbaycanın dahi astronomu və riyaziyyat-
çısı, dünya şöhrətli alim Tusinin böyük rolu olub.
Ulduzların və fəza cisimlərinin köməyi ilə o, fenomenal
qənaətə gələrək, Amerika qitəsinin konturunu çəkmiş və
koordinatlarını yazmışdır. Kolumb da məhz onun hesabla-
malarına əsaslanaraq, əvvəlcədən təyin etmişdi ki, Atlantik
okeanın o tayında, təxminən 5000-5500 km. aralıda Avropa
aləminə məlum olmayan nəhəng torpaq ərazisi yerləşir və
həmin yerə böyük səyi nəticəsində ekspedisiya təşkil edir.
Marağa rəsədxanasında tərtib olunan xəritəyə əsasən, Tusi
həqiqətən də Qərb dünyasında nəhəng torpaq ərazisini
göstərir. Unutmaq lazım deyil ki, okean keçidi zamanı
gəmidəki bütün coğrafi ölçülər Ayın, Günəşin və ulduzların
köməyi ilə aparılır. Kolumb kimi təcrübəli dənizçi və
peşəkar astronom üçün həmin torpaq ərazisini təyin etmək
heç də çətin deyildi.
16. Maraqlıdır, Kolumb kəşf elədiyi torpaqları nəyə görə
Şərqi Asiya adlandırmışdı? Çox güman ki, o, bu həqiqəti
gizlətməklə istəmirdi ki, yeni-yeni kolondatorlar Yeni
Dünya sahillərinə axışıb gəlsinlər. Bunun nəticəsində isə
İspaniyadan gələn kolondatorlar admiralın kəşf etdiyi
torpaqları yavaş-yavaş mənimsəməyə başlayacaqlar. Söz-
süz ki, bu cür hal Kolumbun bütün planlarına zidd idi.
390
Yenə də sual verilə bilər ki, kəşf olunan torpaqların Şərqi
Asiya və ya Yeni Dünya adlandırılmasında nə fərq var?
Həmin torpaqlar Şərqi Asiya adlandırılanda, məgər
kolondatorlar kəşf olunan əraziləri mənimsəməyəcəklər? İş
ondadır ki, İspaniyanın hökmdarları İzabella Kastiliyalı və
Ferdinand Araqonlu ilə bağladığı müqaviləyə əsasən,
Kolumb kəşf etdiyi torpaqların varisi sayıla bilərdi. Kəşf
olunacaq torpaqlar isə Asiya qitəsinin şərq sahilləri
sayılırdı. Deməli, Asiya qitəsindən əlavə ekspedisiya
Avropa dünyasına məlum olmayan hər hansı bir ərazini
kəşf etsəydi, onda həmin torpaqlara ekspedisiyalar kəşf
etmək monapoliyası Kolumbun əlindən alınacaqdı. Belə
olan halda, Atlantik okeanının həmin hissəsinə başqa rəislər
tərəfindən ekspedisiyalar təşkil olunmalıydı.
17. Kolumb əvvəlcədən bilirdi ki, qarşısındakı torpaq
Avropa dünyasına məlum olmayan bir ərazidir və həmin
ərazinin Pireney yarımadasından qərb istiqamətində neçə
kilometr aralıda yerləşir. Bunun üçün əyani sübut matros-
ların Yeni Dünya sahillərinə çatmağa az qalmış qaldırdıq-
ları qiyamdır və ekspedisiya rəsinin komandadan beş gün
yox, bir həftə yox, iki həftə yox, məhz üç gün möhlət
istəməsidir. Yuxarıda qeyd edildiyi kimi Baham adaları
sisteminə daxil olan Quanahini adası verilən möhlətdən düz
iyirmi altı saat sonra kəşf edilir. Deməli, Kolumb qiyam
391
qalxmamış əvvəlcədən bilirdi ki, Qərb yarımkürəsindəki
nəhəng torpaq haradasa yaxınlıqda yerləşir. Çünki Tusinin
xəritəsinə əsasən nəzərdə tutulan naməlum torpaq
ekspedisiya çatdığı yerdən xeyli şərq tərəfdə yerləşməliydi.
Həmin dövrdə texnikanın azlığı və ölçü cihazlarının dəqiq
işləməməsi Kolumbda belə bir təəssürat yarada bilərdi ki,
ekspedisiyanın getdiyi marşurut məsafəsi düzgün ölçül-
məyibdir. Məhz bu səbəbdən onda belə bir şübhə yaranardı
ki, Tusinin xəritədə göstərdiyi naməlum torpaq heç də şərq
tərəfdə qalmayıbdır. Kolumb oktyabr ayı girəndən hər an
torpaqla üzləşəcəyinə əmin idi.
18. Kitabda qeyd edilir ki, Tusinin həyatını tədqiq edən
professor H. Məmmədbəyli belə ehtimal sürmüşdür ki, “o
dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumb-
dan çox-çox qabaq Qərb yarımkürəsində, sonralar Amerika
adlandırılmış materikin varlığından xəbərdar imişlər”.
Onda belə çıxır ki, Tusinin Marağada tərtib etdiyi xəritə,
Çindən Apenin yarımadasına gətiriləndən sonra, heç də
Pololar nəslinin şəxsi əmlakı arasında uzun müddət
saxlanılmır. Xəritə tez bir zamanda Venetsiyanın hüdud-
larından kənara çıxır və tez bir zamanda astronomiya ilə,
coğrafiya elmləri ilə dərindən maraqlanan adamların
əllərinə keçir. Xəritə ilə tanış olanlar elə bilirdilər ki,
Atlantik okeanının qərb sahilində göstərilən sahil zolağı
392
Uzaq Şərqi Asiyanın sahil zolağıdır. Nəyə görə, onlar o cür
fikirləşə bilərdilər?
Həmin dövrdə mütərəqqi insanlar çox yaxşı dərk edir-
dilər ki, Yer planetinin quruluşu kürə şəkilindədir. Kolumb
Yeni Dünya sahillərinə yola düşməmişdən əvvəl, Köhnə
Dünyanın üç qitədən ibarət olduğu məlum idi. Həmin üç
qitədən başqa Yer kürəsində əlavə materikin olduğunu
təsəvvür etmək çətin idi. Əgər Atlantik okeanının qərb
hissəsində iri bir torpaq ərazisi göstərilirsə, onda həmin
torpağın Asiya qitəsinin şərq hissəsinin olduğunu zənn
etmək olar. İşdir, Sakit okeanının şərq hissəsində iri bir
torpaq ərazisi göstərilərsə, onda həmin torpağın Avropanın
qərb hissəsinin olduğunu başa düşmək çətin olmazdı.
Deməli, Tusinin xəritəsi Florensiya kitabxanasına düşmə-
mişdən əvvəl mütəxəssislər üçün məlum idisə, həmin
torpağın Asiya qitəsi olduğu güman edilirdi. Elə həmin
ehtimallara əsasən, Paolo Toskanelli də elə bilirdi ki, həmin
torpaq Asiya qitəsinin ucqar Şərq hissəsidir. Belə olan
halda Yer kürəsinin səthinin ölçüsü süni surətdə xeyli
kiçildilirdi.
19. Toskanellidən fərqli olaraq, Kolumb Yer kürəsinin
balaca olmasına şübhə ilə yanaşmış və Tusinin xəritəsində
göstərilən, Atlantik okeanının qərb hissəsindəki ərazinin,
naməlum bir torpaq olduğuna inanmışdı. Lakin həmin
393
torpağın naməlum olduğunu müəyyən səbəblərə görə hamı-
dan gizlətməyə məcbur olmuşdur. Əgər, Kolumb florentsi-
yalı alimin tərtib etdiyi xəritəyə bel bağlasa idi, onda o, elə
35-40
0
ş. en dairəsi ilə qərb istiqamətində hərəkət edərək,
donanmanı Zipanquya çatdırardı. Çünki həmin dövrdə
çıxan xəritələrə əsasən, Yaponiya və Çin 35-40
0
şimal
enliklərində yerləşirdi. Lakin Kolumb Atlantik okeanını qət
edərkən,
birdən-birə
kursu
bilərəkdən
cənubi-qərb
istiqamətinə tutaraq 20-25
0
ş.en dairəsinə üstünlük vermiş
və bununla da həmin səyahət zamanı ekspedisiya Baham
adaları (Quanahini adası) ilə üzləşmişdi.
20. Kolumb əvvəlcədən nəzərdə tutduğu marşurut üzrə
hərəkət edərək, hər hansı bir coğrafi məntəqəni kəşf edən-
də, əvvəlcədən təsəvvürünə gətirirdi ki, həmin kəşfin
aqibəti necə olacaq. Bir çox kəşflərin əsl mahiyyətini isə o,
ekspedisiya iştirakçılarından və himayədarlarından gizlə-
dirdi.
Admiral Belendə olarkən, artıq bir neçə mil qərb
istiqamətində nəhəng bir su hövzəsinin yerləşməsindən hali
idi və həmin su hövzəsi çox güman ki, onun kəşf etdiyi
materiki Asiya qitəsindən ayırır. Belə olan halda məşhur
dəniz səyyahı, yunan alimi Eratosfenin Yer kürəsinin
ölçüsü barəsindəki verdiyi hesabatın həqiqətə uyğun
olduğuna daha da inanır və təxmini olsa da, Asiya qitəsinin
394
Yeni Dünya sahillərindən nə qədər aralıda yerləşdiyini
bilirdi.
Bundan əlavə Kolumb hər hansı bir sahilə çıxanda yerli
hindularla bir çox şeylər barəsində sorğu-suallar aparırdı,
ən əsas suallardan da biri o idi ki, ən çox qızıl harada var?
Panamada olarkən çox küman ki, aborigenlər çoxlu qızılın,
cənubda yerləşən ölkə olan “Biru”dan gətirdiyini izah
edərdilər. Bu maraqlı məlumat hər halda admiralın fikrin-
dən yayınmazdı və o, gələcəkdə həmin ölkəyə gedib çıxa-
cağını möhkəm planlaşdırmalıydı. Çünki tarixdən görün-
düyü kimi istər Martin Ernandes Ensiso, Diyeqo Nikuesa,
Vasko Nunyes de Balboa, Pedro Arias Avila (Pedrarias),
istərsə də Fransisko Pisarro Panamaya ayaq basanda, yerli
hindulardan, cənubda külli-miqdarda qiymətli metallar
olan, ən varlı ölkə sayılan “Biru” haqqında çoxlu söz-söh-
bətlər eşidirdilər. Kolumb öz imicini İspaniyanın monarx-
larının qarşısında qoruyub saxlamalı idi. Əlbəttə, o, öz
fikirləri ilə qardaşı Bartolomeonu tanış etməmiş olmazdı.
Kolumb çox yaxşı bilirdi ki, Karib dənizinin qərbində
yerləşən sahil zolağı onun gələcək planlarının həyata
keçirilməsinə xeyli təkan verəcək və o, övladlarını İspani-
yanın ən varlı və vəzifəli şəxslərinə çevirəcək. İş onadır ki,
admiral gələcəkdə oğlu Ferdinandı Belenin varisi elan
eməklə, “Biru”nun kəşfini öz varislərinə həvalə edir. Lakin
395
tarixdən göründüyü kimi Karib dənizinə olan monapoliya
Kolumblar nəslindən alınır, Fransisko Pisarro isə “Biru”nu
1532-ci ildə kəşf edən avropalılardan ilk adam sayılırdı.
21. Alimlərin əksəriyyətinin, Kolumbun guya kəşf etdiyi
torpağın Asiya qitəsinin bir parçası olduğu haqqında
verdikləri məlumatın yanlış olduğunu sübuta yetirmək üçün
bir təkzib verməklə kifayətlənmək olar. Yuxarıda qeyd
edildiyi kimi Kolumb səayhətə yola düşməmişdən əvvəl
çox yaxşı bilirdi ki, Asiya qitəsində yerləşən Yaponiya, Çin
və Hindistan ölkələrində yaşayan əhalinin necə geyinib
keçindikləri, hansı adət-ənənələrə malik olması və sifət
quruluşları hansı şəkildə olur. Lakin birinci səyahət zamanı
o, Haiti, Kuba və Baham adalarını kəşf edir və onların heç
birisində hər hansısa bir uyğunluq tapmır.
Coğrafiyaşünasların fikirləri ilə o halda razılaşmaq
olardı ki, genuyalı admiral yalnız təkcə Baham adalarını
kəşf edərək, ondan sonra kursu dərhal geriyə, İspaniyaya
döndərsin. Hətta buna baxmayaraq, Kolumb Mərkəzi
Amerika sahillərinə bir neçə dəfə səyahət edir və onun
tədqiq etdiyi ərazi həddindən artıq böyük olur. Onun tədqiq
etdiyi nəhəng ərazidə Asiya qitəsindən heç bir əsər-əlamət
tapmaq olmur. Başqa səbəblər olmasa belə, coğrafiya
elmindən yaxşı başı çıxan bir adam kimi Kolumb heç vaxt
Asiya qitəsini Yeni Dünya sahilləri ilə səhv sala bilməzdi.
396
Əgər o, Asiya qitəsinin Yeni Dünya sahilləri ilə səhv
salsaydı, onda Kolumb heç vaxt Atlantik okeanının qərb
hissəsinə təşkil edilən, mahiyyət etibarı ilə çox ağır sayılan
bir ekspedisiyanın öhdəsindən gələ bilməzdi. Coğrafiya
elmində elementar bir səhv buraxan adam üçün bunu
praktik cəhətcə etmək mümkün deyildi.
22. Kolumb birinci səyahət zamanı Espanyoladan sonra
Kubanı kəşf edir və olduğu yerin coğrafi koordinatını
müəyyən edərkən, həmin yerin 42
0
ş.en dairəsində
yerləşdiyini təyin edir. Naviqasiya sahəsində böyük ustad
sayılan məşhur dəniz səyyahı nə az, nə çox, düz 20
0
səhv
etmiş olur. Əlbəttə, onun bu cür kobud səhv buraxmasına
inanmaq çox çətindir.
Söz yox ki, Kolumb bu səhvi bilərəkdən buraxaraq, öz
gündəliyində məhz 42
0
ş.en dairəsi kimi xüsusi ilə qeyd
edir. Sonrakı səyahətlər zamanı Antil adalarındakı coğrafi
məntəqələr kəşf ediləndə, məlum olur ki, o, həmin yerlərin
coğrafi koordinatlarını düzgün göstərir. Bəs nəyə görə
admiral Kubanın coğrafi koordinatlarını təyin edəndə 20
0
səhvə yol verir? İş ondadır ki, məşhur dəniz səyyahı birinci
səyahət zamanı kəşf etdiyi torpaqların yerini səhv rəqəmlər-
lə təyin etməklə, həmin yerlərin məxfiliyini saxlamaq
istəmiş və başqa səyyahların həmin yerlərə, ondan xəbərsiz
getmək şanslarını, onların əlindən almış olurdu. Çünki
397
İspaniyanın monarxları Karib dənizi akvatoriyasında
müstəqil şəkildə, admiraldan xəbərsiz ekspedisiyalar təşkil
edə bilərdilər. Məhz bu səbəbdən ikinci ekspedisiya vaxtı
Kolumb təkbaşına iri bir donanmaya başçılıq etmiş və
çətinlik çəkmədən gedib Haiti adasına çıxmışdır. Yalnız
sonrakı ekspedisiyalar vaxtı kəşf edilən coğrafi məntəqə-
lərin coğrafi koordinatları düzgün verilir.
Artıq Alonso de Oxeda, Pedro Alonso (Peralonso) Ninyo
və Visente Yanyes Pinson müxtəlif ekspedisiyalara başçılıq
edərək, admiralın köməyinə arxalanmadan müstəqil
şəkildə, Karib dənizinin cənub sahilində yerləşən nəhəng
torpağa (Cənubi Amerikanın şimal və şimal-şərq hissəsi)
səyahətlərə yollanmış və orada tədqiqat işləri ilə məşğul
olmuşdular.
23. Kolumb öz həyatını risqə qoyaraq, Köhnə Dünyada
yaşayanların bir çoxu üçün müəmmalı sayılan bir sirri açır
– Atlantik okeanının qərb hissəsində yerləşən nəhəng
torpaq parçası Asiyanın şərq hissəsi deyil, Yer kürəsinin
dördüncü qitəsidir. O, səyahətləri zamanı əyani sübut edir
ki, Nəsirəddin Tusi hələ XIII əsrdə öz xəritəsində Atlantik
okeanının o biri tayında gösərdiyi nəhəng torpaq parçası
naməlum bir ərazidir. Deməli, azərbaycanlı alimin Marağa
rəsədxanasında apardığı tədqiqatlar, əsl dünyavi kəşfə
gətirib çıxarıbmış.
398
Köhnə Dünyadan gizlin saxlanılan dördüncü qitəni
aşkarlamaq üçün genuyalı dənizçinin əlində demək olar ki,
bütün lazım olan açarlar vardı;
Yerin başlanğıc meridianının haradan başlanması (indiki
Qrinveç meridianından 34
0
qərb istiqamətdə) və həmin
meridianının Atlantikantın qərb hissəsində yerləşən Xaldat
adalarının sahillərindən keçməsi. Xaldat adaları isə bir çox
alimlərin Kanar, Yaşıl Burun və ya Azor adaları ilə səhv
salması ilə yox, (onlar elə zənn edirdilər ki, Xaldat elə
adları çəkilən adalardan biridir) məhz XV əsrin sonuna
qədər naməlum qalan dördüncü qitənin varlığına bir işarə
idi.
Tusi həmin koordinatları tərtib etdiyi xəritəyə (naməlum
səbəblərdən həmin xəritə Marağadan yoxa çıxmışdı)
köçürmüş və aydın şəkildə, Kolumbun kəşf etdiyi qitənin
konturlarını, II əsr əvvəl göstərməyə müvəffəq olmuşdu.
Kolumb öz müvəffəqiyyətində yalnız Tusiyə minnətdar
olmalı və çox güman ki, o, həmin istedadlı alimin xəritəsini
ömrünün sonuna kimi saxlamışdır. Çünki məhz Tusi
Azərbaycanda işləyə-işləyə, Atlantik okeanının o biri
tayında iri bir torpağı koordinatları ilə birlikdə göstərmiş,
okeanlarda və dənizlərdə baş verən qabarma və çəkilmələr
Ayın çəpəki hərəkətində və Yerin qütblərdəki batıqlığın-
dan sonuncu kimi özünü biruzə verdiyini, Yer kürəsinin
399
şərti olaraq 24 meridiana bölərək və birinci meridianın
Atlantik okeanına yaxın bir yerdən keçdiyini göstərir,
okean və dənizlərdə baş verən fırtınalar, qasırğalar və
sunamilər heç də küləklərin, tufanların törəməsi yox, tam
əksər hallarda Ay dövriyyəsinin fəsadları olduğunu göstər-
mişdir. Həmin o tədqiqatlar və araşdırmalar hər hansı bir
coğrafiyaşünas və naviqator üçün yaxşı vəsait sayılırdı.
Məhz həmin elmi əsaslara görə Kolumb əvvəlcədən
havanın nə dərəcədə dəyişəcəyini, yəni, sakit və ya küləkli
keçəcəyini bilirdi. Elə 1498-ci ildə Espanyola adasına
gələndə havanın sakit olmasına baxmayaraq, o, qətiyyətlə
bildirirdi ki, Qəraib dənizinin bu hissəsində fırtına baş
verəcəyindən, Ovando İspaniyaya yola salmaq istədiyi
donanmanı bir neçə günlüyə adada saxlasın. Lakin inadkar
qubernator məşhur dəniz səyyahının tərkibində olan
gəmilərin əksəriyyəti gözlənilməz halda başlayan qasırğa-
dan məhv edildi.
24. Kolumbun, zəmanəsinin ən təcrübəli, bacarıqlı
dənizçi olmasına şübhə etməmək olar, ona görə ki, o, yola
düşməmişdən əvvəl okeandakı cərəyanlardan və küləklər-
dən necə istifadə etməsini bütün dənizçilərdən yaxşı bilirdi.
Admiral ağır səyahətə yola düşməmişdən əvvəl, İngiltərə-
yə, İrlandiyaya və Afrikanın Qvineya sahillərinə üzmüş və
Atlantik okeanının şərq hissəsindən qərb istiqamətində
400
hərəkət edən cərəyanların və küləklərin əsmə istiqamətinə
bələd olaraq, bu barədə hətta gündəlik də tutmuşdu. O,
əvvəlcədən Kanar cərəyanı ilə Atlantik okeanının qərb
hissəsinə üzməyi və oradan həm ekvatora yaxın, həm də ki,
30-cu, 40-cı paralellərdə Avropa istiqamətində hərəkət edən
cərəyanlar ilə necə geriyə qayıtmağı da bilirdi.
Əlbəttə, Kolumb birinci səyahət zamanı geriyə qayıt-
maq üçün ekvator yaxınlıında fəaliyyət göstərən cərəyan-
dan da istifadə edə bilərdi, lakin Roma papasının qoyduğu
qanunlara intizamla riayət edən admiral Kolumb, Portu-
qaliya ilə İspaniya arasında bağlanan Tordelyasdakı
müqaviləni (1494) rəhbər tutaraq, şimaldakı cərəyandan
istifadə etməli olur. Deməli, Kolumb hara getdiyini və
oradan necə qayıdacağını əvvəlcədən bilirdi, lakin bu haqda
heç kiminlə fikirlərini bölüşdürmək istəmirdi. Tusinin
əsərlərində aydınca göstərilib ki, Atlantik okeanında təbii
proses kimi həm qərb, həm də ki, şərq istiqamətində
hərəkət edən bir neçə güclü cərəyan fəaliyyət göstərir. Belə
bir lazımlı məlumatdan Kolumb peşəkar bir dənizçi kimi
istifadə etmişdi.
401
Dostları ilə paylaş: |