nın dolanması” əsərinin 67-ci hissəsində belə bir teorem
254
vardır. Bir çevrəyə daxili tərəfdən toxunmaq şərtilə kiçik
bir çevrə hərəkət edir. Bu çevrənin radiusu birinci çevrənin
radiusunun yarısına bərabərdir. İkinci çevrənin müəyyən
şəraitdə hərəkəti zamanı onun radiusu böyük çevrənin
diametrini cızacaqdır. Həmin teorem ilk dəfə Nəsirəddin
tərəfindən isbat olunmuş və “Astronomiya xatirələri”
kitabında izah edilmişdir”.
1
Bu onu sübut edir ki, Tusinin “Tam dördtərəfli” və
“Astronomiya xatirələri” əsərləri həmin dövrə qədər artıq
latın dilinə tərcümə olunaraq, alimlər üçün lazımlı bir
mənbəyə çevrilmişdir. Onun həndəsəyə, astronomiyaya,
triqonometriyaya aid olan əsərlərinin bir çoxu hələ XIV
əsrdə Qərbi Avropa alimləri tərəfindən latın dilinə əlyazma
şəklində çevrilmiş, XVI və XVII əsrlərdə isə mətbəə üsulu
ilə nəşr olunmuşdur. Alman alimi Henrix Zuterin dediyinə
görə orta əsrlərdə kilsə rəhbərləri Şərq ilə əlaqənin inkişafı
əleyhinə çıxdıqları halda onlar “kafir müsəlman” alimləri-
nin elmi əsərlərini böyük bir həvəslə latın dilinə tərcümə
edirdilər. Bir vəsait kimi, Şərqin elmi nailiyyətlərini
mənimsəmək üçün astronomiya, riyaziyyat, tibb, fəlsəfə
üzrə bir çox alimlərin əsərləri ərəbcədən latıncaya tərcümə
olunurdu”.
1
Ф. Г. Максудов, Г. Дж. Мамедбейли. Мухаммед Насирэддин
Туси. Баку, «Гянджлик», 1981. стр.28
255
Tusinin astronomik işlərinə dair sferik mexanika üzrə
böyük mütəxəssis sayılan sovet astronomu akademik M. F.
Subbotin belə yazır: “Nəsirəddin çox yaxşı başa düşürdü ki,
astronomiyanın əsas mahiyyəti təsəvvür edilən “dünya
sistemi”ndən ibarət deyil. Bu əsasən bir tərəfdən gərgin
əmək nəticəsində müşahidə materiallarının toplanmasın-
dan, digər tərəfdən isə baş verən hadisələrin dəqiq təyin
edilməsindən ibarətdir. Məhz buna görə də imkan yaranan
kimi Nəsirəddin qabaqcıl bir rəsədxana saldırır və orada
Günəşin, Ayın və planetlərin çoxillik sistematik müşahidə-
lərini təşkil edir. Digər tərəfdən isə Nəsirəddin rəsəd-
xanaya cəlb etdiyi alimlərin köməyi ilə məşhur “Elxanilər
cədvəli”ni yaradır.
Həmin cədvəllər əbədi olaraq, onun şöhrətinin ən yaxşı
abidəsi olacaq. Xüsusi təyin olunmuş müşahidələr və Pto-
lemeyin riyazi nəzəriyyəsini kritik araşdırmaları əsasında
bu cədvəlləri tərtib edərkən, Nəsirəddin, 300 ildən sonra
Tixo Bragenin həyatıboyu yerinə yetirəcəyi proqramı
məharətlə həyata keçirir. Artıq bu göstərir ki, Nəsirəddin
elmin təlabatını və onun növbəti işlərini dərindən dərk
edirdi. Həmin ağır dövrdə Nəsirəddin mürəkkəb və geniş
işləri uğurla başa çatdırırdısa, bu onun yalnız hədsiz
256
enerjisindən və çox böyük təşkilatçılıq istedadından xəbər
verir”.
1
Tusinin yazdığı əsərlər müəyyən bir sahə ilə məşğul olan
hər bir alim üçün gözəl bir vəsait və böyük bir elmi
nailiyyət sayılırdı.
Orta əsrlərin demək olar ki, bir çox tanınmış alimləri
Tusinin elmi əsərlərindən bəhrələnmiş və həmin əsərlərin
sayəsində dünyada təşəkkül tapacaq elmi kəşflərin əldə
edilməsinə nail olurdular.
Çoxsaylı araşdırmalar göstərir ki, Tusinin 1265-ci ildə
“Lövhə və torpaqla hesablamanın məcmuasına aid
kitab” adlı yazdığı əsər, riyaziyyat tarixçiləri tərəfindən
lazımi qədər öyrənilməsə də, lakin elə Şərqin orta əsr alim-
ləri tərəfindən kifayət qədər istifadə olunurdu. “Hesabla-
ma məcmusunun” əsasında XIV əsrin əvvəlində Həsən
Nişapurinin “Hesabın Günəşi” və XV əsrin əvvəlində isə
Qiyasəddin Kaşinin “Hesabın açarı” əsərində təsvir edil-
mişdir.
Sonuncunun əsəri Avropa tədqiqatçıları tərəfindən təd-
qiq edildiyinə görə, son zamanlara qədər elə güman edirdi-
lər ki, yüksək dərəcədə kökalmanın ümumi qaydası
1
М. Ф. Субботин. Работы Мухаммеда Насирэддина по теории
движения Солнца и планет. «Известия» АН Азерб. ССР. № 5, 1951.
стр. 57
257
Qiyasəddin Kaşinin “Hüsabın açarı” əsərində təsvir
edilmişdir.
XX əsrin ortalarından başlayaraq sovet riyaziyyat
tarixçiləri bu sahədə çox işlər görmüşdülər. 1963-cü ildə
Moskvada “Tarixi riyaziyyat tədqiqatlar” əsərlərinin XV
buraxılışında N. Tusinin “Hesablamalar məcmusu”ndan
XI bölmənin tərcüməsi çap olunur. Məhz ondan sonra
məlum olur ki, hələ Qiyasəddin Kaşidən 160 il əvvəl
kökalma qaydaları haqqında çox geniş məlumat Tusinin
yuxarıda adı çəkilən əsərində vardı.
Bütün bunlar ondan xəbər verir ki, Tusinin yazdığı elmi
əsərləri dünya əhəməyyətli əsərlər olmuş və hər bir elmi
nailiyyət başqa alimlər tərəfindən ən azı 100 il təzələn-
məmiş şəkildə qalmışdı. Mən, qeyd etmək istəyirəm ki,
Tusinin ictimaiyyətə bəlli olmayan bir çox əsərləri Tehran,
Təbriz, İstanbul, Bağdad, Dəməşq və Yaxın Şərqin qədim
kitabxanalarında toxunulmamış vəziyyətdə qalıbdır və bu
sahədə mütəxəssislər tərəfindən ciddi iş görülməlidir. İş
ondadır ki, o, riyaziyyat elminə aid bir çox bölmələrindəki
kəşflərin ilkin müəllifidir. Sadəcə olaraq Tusinin adından
ölkənin hüdudlarından xeyli kənarda yaşayan başqa-başqa
alimlər istifadə edirlər.
Artıq yuxarıda göstərilən bir neçə abzaslardan bəlli olur
ki, Tusinin elmi işlərinin əksəriyyəti Avropa tədqiqatçıları
258
tərəfindən lazımi şəkildə öyrənilməmiş və nəticədə alimin
aktual sayılan bir neçə elmi işləri bəzi plaqiat alimlər
tərəfindən özününküləşdirilibdir.
Tusi XIII əsr elmlərinin bütün sahələrini – astronomiya-
nı, riyaziyyatı, fizikanı, triqonometriyanı, həndəsəni, tarixi,
fəlsəfəni, hüquqşünaslığı, məntiqi, ədəbiyyatşünaslığı,
musiqişünaslığı, psixologiyanı, tibb elmini, geologiyanı və
ən nəhayət ilahiyyat elmini özündə cəmləşdirən nadir
ensiklopediyaçı alimdir. O, bu elmlərin yalnız bilicisi deyil,
onların yaradıcısı və tədqiqatçısı olmuş, bu sahələrə dair
fundamental elmi əsərlər yaratmışdır. Bu əsərlərin hər biri
elm tariximizin parlaq səhifələrindəndir... ... cəmi 101 əsəri
artıq 750 ildir ki, dünyanın ən böyük alimləri tərəfindən
öyrənilir, təhlil və tədqiq olunur; Avropada, Şərqdə geniş
miqyasda nəşr olunur. Nəsirəddin Tusi Fərabi, ibn Sina,
Bəhmənyar, əl-Kindi və həmçinin qədim yunan alimləri
Platonun, Aristotelin elmi irslərinin davamçısı və təbliğat-
çısı olmuşdur.
Qüdrətli zəka, təkzibedilməz məntiq, ilahi vergi, fövqəl-
adə istedad sahibi olan Tusi “Elm bəşəriyyəti xilas edər”
düşüncələri ilə yaşayıb yaratmışdır. Elmlərlə məşğul oldu-
ğu bütün şüurlu həyat yolunda o, elmdə həqiqət, dürüstlük,
saxtakarlıqdan uzaqlaşmaq istiqamətini üstün tutmuş, elmi
yaradıcılığın təbiətini açmağa cəhd göstərmişdir.
259
Zamanın ruhunu duymaq, siyasi, əxlaqi və etik, mədəni,
dini cərəyanların nəbzini dəqiqliklə tutmaq alimi geniş elmi
axtarışlara gətirib çıxarmışdır.
1
Tusinin elmin bir çox sahələrində göstərdiyi fəaliyyət
zəmanəsinin və ondan sonrakı dövrdə yaşamış aqil insan-
ları heyran etmişdir. Marağada möhtəşəm elmi mərkəz
yaradılandan sonra XIII əsrdə Suriya tarixçisi Əbül Fərəc
Bar-Ebrey (Ebreus) rəsədxanada çalışmışdır. O, Marağada
gördükləri barədə “Ümumi tarix” əsərində yazır: “Əl-
verişli şərait yarandığından mən Suriya, ərəb və fars dillə-
rində yazılmış kitablarla zəngin olan Marağa kitabxana-
sında işləmək imkanı qazandım. Kitabxananın içərisindəki
toplu həcminə görə Misirdəki İsgəndəriyyə kitabxanasın-
dan geri qalır, amma oradakı elmi əsərlərin çoxluğu
dünyanın hər bir kitabxanasını geridə qoya bilər”.
Bu ondan xəbər verir ki, Marağadakı kitabxana elm və
mədəniyyət sahəsində necə əhəmiyyətli rol oynamışdır.
Bar-Ebrey bir tarixçi kimi həqiqətən də həmin ocaqda özü-
nə lazım olan, tarix elmi üçün hədsiz dərəcədə əhəmiyyətli
sayılan tarixi və sənədli materiallar ilə tanış olmuşdur.
Suriya tarixçisi Tusi barəsində “Ümumi tarix” əsərində
yazır: “Həmin ildə (1264-cü il nəzərdə tutulur) türk
1
A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad”
İslam araşdırmaları mərkəzi, 1996. səh. 99-100.
260
filosofu, tanınmış alim, elmin bütün sahələrində gözəl
bilici, riyaziyyat xəzinəsi olan Nəsir-əd-din Tusini mənə
təqdim etdilər. O, müşahidələr aparmaq üçün (astronomik)
alətlər kəşf etmiş, (Ptolemeyin pərgarları ilə müqayisədə)
hədsiz dərəcə böyük olan və misdən hazırlanan sirkullar
düzəltmişdi. O, planetlərin hərəkətlərini müşahidə edib
qeydə almaqdan ötrü İsgəndəriyəyə getmişdi. Azərbaycan
şəhəri olan Marağada müxtəlif ölkələrin müdirkləri onun
başına toplaşmışdılar. O səbəbdən ki, Bağdadın və
Assuriyanın sayılan ailələrinin və məscidlərinin əksəriyyəti
onun nəzarəti altında idi (onun nüfuzunu qəbul edirdi).
Başına yığışmış alim və tələbələrin maaş və təqaüdünü
onlar üçün özü alırdı. Həmin zaman Bağdaddakı işlərini
yoluna qoyarkən, burada Allahın rəhmətinə qovuşdu.
Camaat öyrənmişdi ki, onu zəhərləyiblər. Onun çoxsaylı
əsərləri var – “Məntiq”dən tərcümələri, ilahiyyat və təbiət
elmləri üzrə araşdırmaları... O, həmçinin farsca “Etika”da
(“Əxlaqi-Nasiri” – R. D.) yaradıb. Burada o, Platon və
Aristotelin tətbiqi fəlsəfəyə dair fikirlərini toplayıb. O,
qədim filosofların da əsərləri ilə tanış olub, ancaq öz
yaradıcılığında onlara düşmən münasibət bəsləməyib”.
Bu cür dünya şöhrətli alim, Qərbdə yaşayan alim,
filosof, mütəfəkkir və ziyalıların diqqətindən kənarda qala
bilməzdi. Çünki Tusinin şanı-şöhrəti, səsi-sorağı orta
261
əsrlərdə dillər əzbəri olmuş və onun dövrü fəaliyyəti, elmi
irsi Çindən tutmuş Avropaya qədər müzakirə obyektinə
çevrilmişdir. Hələ orta əsrlərdə Avropanın və Yaxın Şərqin
iri kitabxanalarında onun haqqında lazımi qədər məlumat-
lar vardı.
Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasında Yerin
fırlanma oxunun illik presessiyasının qiyməti 51
//
4
tapılmışdır (müasir qiyməti 51
//
2).
“Zic Elxani” əsərində
çoxlu riyazi, astronomik və coğrafi cədvəllər verilir. Ən
mühümləri sinus və tangensin 60-lıq say sistemində üç
rəqəmli triqonometriya cədvəlləri və XIII əsrdə tanınan 256
şəhərin coğrafi koordinatlar cədvəlidir.
Tusinin optikaya aid zəngin nəzəri fikirləri bugünkü elm
üçün də olduqca dəyərlidir. O, öz “Təcridül-kəlam” adlı
əsərində işığın zərrəciklərdən ibarət olması haqqında
yazmışdı: “Bəzi alimlər anladırlar ki, işıq da bir qaynaqdan
ayrılan zərrəcikdən ibarətdir. o qaynaqdan ayrılıb başqa
cismlərə çatır və onları işıqlandırır”. Bu haqda İ. Nyuton
deyir: “İşıq kiçik zərrəciklərdən ibarətdir ki, bir qaynaqdan
ayrılır və başqa cismə toxunduqda onu da işıqlandırır”.
Buradan çox asanlıqla anlamaq mümkündür ki, Nyutonun
dedikləri ondan 400 il öncə yaşamış Tusinin fikrinin
eynisidir. Daha dəqiq desək tərcüməsidir. Fərq ondan
ibarətdir ki, Tusi “bəzi alimlər” sözünü işlətməklə, özün-
262
dən qabaq yaşamış alimlərə istinad etmişdir. O, həmin
alimlərin əsərlərindən səmərəli istifadə etmiş, onları yeni
ideyalarla zənginləşdirərək optikaya dair dəyərli əsərlər
yazmış, işığın zərrəcik və dalğa nəzəriyyəsinə aid tutarlı
mülahizələr irəli sürmüşdür. Böyük alim bu məzmunda
fikirlərini “Təcridül-kəlam” adlı əsərində verməklə
yanaşı, “İşığın qayıtması və sınması” adlı müstəqil kitab da
yazmışdır.
1
Bundan əlavə alim “Təcridül-kəlam” kitabında səsin
yayılması və dalğa xassəsi haqqında fikirlər söyləmişdir,
amma haqsız olaraq fizika kitablarında səsin dalğa
xassəsinin əsaslandırılması Huygensə aid edilir.
Tusi araşdırıcılarından biri olmuş jurnalist-tədqiqatçı
Oqtay Eldəgəz alim haqqında yazır: “Nəsirəddin Tusi fizi-
ka sahəsində böyük alim sayılan ingilis İsaak Nyutondan
400 il əvvəl Ayın fəsillərini (faza) tapmış, Yerlə peykimizin
arasındakı məsafəni ilk dəfə olaraq 7 arşin az fərqlə ölçmüş
(386,781 minar, yəni, km.), peykimizin Yerə nisbəyən beş
dərəcə bucaq altında çəpəki dövr etdiyini, Yerin tam kürə
şəklində deyil, qütblərdə batırı oval olduğunu aşkarlamış,
Ayda cazibə qüvvəsinin Yerə nisbətən altı dəfə zəifliyini
1
B. Rzayev Bəşəri düha: Mühəmməd ibn Mühəmməd ibn Həsən –
Nəsirəddin Tusi (XI) “ADPU nəşriyyatı”, Bakı, 2014. səh. 138-139
263
meydana çıxarmışdır. Bu hesablamaların dəqiqliyi çağdaş
astronomları da heyrətə gətirmişdir.
İ. Nyutonu və məşhur dünya astronomlarını 400 il
qabaqlamış azəritürk alim sübut etmişdir ki, dənizlərdə və
okeanlarda baş verən qabarmalar və çəkilmələr heç də
təbiətin kor-koranə şıltaqlığı olmayıb, məhz Ayın çəpəki
hərəkətindən və Yerin qütblərdəki batıqlığından irəli gələn
vaxtaşırı yəni, il ərzində 24 dəfə özünü büruzə verir”.
1
XIII əsrə qədər Şərq dünyasında coğrafi koordinatlardan
ibarət bir neçə astronomik kataloq yaradılmışdır. Lakin
müasir qiymətlərlə ölçüdə dəqiqliyinə görə yalnız
Marağada yaradılan “Zic Elxani” əsəri başqalarından xeyli
fərqlənirdi. Məhz həmin kataloqda Köhnə Dünyanın
şərqində yerləşən Pekin və qərbindəki Kordova şəhərləri-
nin coğrafi koordinatları demək olar ki, dəqiq verilmiş və
bunun sayəsində, Köhnə Dünyanın Şərq və Qərb arasın-
dakı məsafənin uzunluğu Marağadakı alimlərin əksəriyyəti
üçün məlum idi. Yer kürəsinin ekvator xəttinin uzunluğu
demək olar ki, müasir qiymətin ölçüsü ilə uyğun gəlirdi.
Belə olduqda Atlantik okeanının eni Köhnə Dünyanın
enindən böyük olurdu. Nəticədən belə çıxırdı ki, Atlantik
okeanının ortasında iri bir torpaq ərazisi yerləşir. Sadəcə
1
О. Eldəgəz. 168 saat (qəzet). 31 avqust 2000-ci il.
264
olaraq həmin torpağın qərb və şərq sahillərinin koordinat-
larını təyin etmək lazım idi.
“Zic Elxani” kataloqundakı hesablamalardan məlum
olur ki, başda Tusi olmaqla, Marağa rəsədxanasının elmi
kollektivi həmin işin öhdəsindən müvəffəqiyyətlə gəlmiş-
dilər.
Ən əsas o idi ki, azərbaycanlı alim bir çox dünya şöhrətli
alimlərə nisbətən insanların yaşadığı Yerin başlanğıc
meridianını müstəqil şəkildə vermiş və bildirmişdi ki,
həmin uzunluq xətti Xaldat və ya Səadət adlandırılan
adalarından başlayır.
265
İnsan öz xəyali və çatmaq istədiyi aləm
arasında olan böyük məsafəni yalnız öz
iradə və biliyinin köməyi ilə keçə bilər.
Xəlil Cübran
Amerika qitəsinin kəşfinə hazırlıq
Amerika qitəsi praktik cəhətcə Xristofor Kolumb
tərəfindən kəşf edilsə də, artıq XIII əsrdə həmin qitənin
varlığı, Marağa rəsədxanasında çalışan alimlərə bəlli idi,
ona görə ki, nəzəri cəhətcə həmin kəşf Nəsirəddin Tusi
tərəfindən həyata keçirilmişdir. Bu istiqamətdə böyük işlər
görülmüş və oradakı alimlər həm başlanğıc müridianını
müəyyən etmiş, həm də naməlum qitənin konturlarını
yaratmağa nail olmuşdular.
Alimlərinin əksəriyyəti inkar etsələr də, etiraf olunmalı-
dır ki, Amerika qitəsinin kəşf olunmasına, Tusinin başçılığı
altında Marağa rəsədxanasında tərtib edilmiş “Zic Elxani”
astronomik kataloqu və coğrafi koordinatlar cədvəli böyük
təkan vermişdi. Çünki stimul rolunu əsərdəki başlanğıc
mridianının haradan başlanması göstərilirdi. Uzun axtarış-
lardan sonra, artıq həmin əsərin ən qədim əlyazması, əlbəttə
ki, dünya alimlərinin vasitəsilə, tapılmışdır. 1308, 1403,
266
1600, 1652, 1711-ci illərdə yazılmış əlyazmalar üzə çıxarı-
lıb mütəxəssislərin ixtiyarına verilmişdir.
Tusi ulduzlara dair geniş və məzmunlu hesabatlar aparıb.
Həmin hesabatlarda əsasən mühüm ulduzların koordinatları
göstərilibdir. Məhz bunun nəticəsində o, başlanğıc
meridianını Əbu Reyhan Birunidən fərqli olaraq, məlum
olan meridiandan 10
0
qərb istiqamətində müəyyən etmiş və
bununla bildirmək istəmişdi ki, Yer kürəsinin həmin hissə-
sində Köhnə Dünyaya məlum olmayan böyük bir torpaq
ərazisi yerləşir. Bu qənaətə gəlməyin sadəcə izahı var.
Adəti üzrə orta əsrlərdə coğrafiyaşünaslar və ya xəritə-
şünaslar başlanğıc meridianını coğrafi mövqeyinə əsasən,
xüsusi əhəmiyyət kəsb edən coğrafi məntəqədən –
materikin başlanğıcından və ya qurtaracağından, iri adadan
və ya yarımadadan – keçirirdilər. bu bir növ oriyntir nöqtə-
si sayılırdı.
Coğrafi enliklərin ekvatordan hesab edilməsi məlumdur.
Orta əsrlərdə başlanğıc meridianının haradan götürülməsi
bütün alimlərin marağında idi. “Zic Elxani” əsərinin
müqəddiməsində Tusi yazır: “Coğrafi uzunluğun başlanğı-
cı cəzair Xaldatdan başlanmışdır və cəzair Xaldat isə Qərb
dənizinin sahilindən 10
0
qərbdədir”. Coğrafi əsərlərdə
Xaldat adasını, çox hallarda “Səadət adaları” kimi göstərir-
dilər. Bəzi alimlər isə müəyyən ediblər ki, həmin adalar
267
Kanar adalarıdır. Mənim araşdırmalarıma görə bu yanlış bir
fikirdir.
№ Şəhərlərin
Adı
Tusiyə
görə
Qrinviçə
görə
Dərəcələrin
fərqi
1.
Kordoba
38
0
26
/
04
0
47
/
33
0
39
/
2.
İsgəndəriyyə 61
0
54
/
30
0
03
/
31
0
51
/
3.
Qahirə
63
0
20
/
30
0
03
/
33
0
17
/
4.
Ədən
76
0
00
/
44
0
30
/
31
0
30
/
5.
Mədinə
75
0
00
/
39
0
54
/
35
0
26
/
6.
Məkkə
77
0
10
/
39
0
50
/
37
0
20
/
7.
Qüds
66
0
30
/
35
0
14
/
31
0
16
/
8.
Dəməşq
70
0
00
/
36
0
18
/
33
0
42
/
9.
Mosul
77
0
10
/
43
0
00
/
34
0
00
/
10. Hoy
79
0
40
/
44
0
58
/
34
0
42
/
11. Ürmiyə
79
0
45
/
45
0
05
/
34
0
40
/
12. Naxçıvan
81
0
15
/
45
0
25
/
35
0
50
/
13. Marağa
82
0
00
/
46
0
10
/
35
0
50
/
14. Təbriz
82
0
00
/
46
0
17
/
35
0
43
/
15. Tiflis
83
0
00
/
44
0
49
/
38
0
11
/
16. Bakı
84
0
30
/
49
0
52
/
34
0
38
/
17. Şamaxı
84
0
30
/
48
0
39
/
35
0
51
/
18. Dərbənd
85
0
00
/
48
0
17
/
36
0
43
/
19. Bağdad
80
0
00
/
44
0
24
/
35
0
56
/
268
20. Abadan
84
0
30
/
52
0
30
/
32
0
00
/
21. Şiraz
88
0
00
/
52
0
34
/
32
0
00
/
22. Qəzvin
85
0
00
/
50
0
00
/
35
0
00
/
23. Nişapur
92
0
00
/
58
0
51
/
33
0
09
/
24. Səmərqənd
99
0
16
/
66
0
59
/
32
0
17
/
25. Buxara
96
0
30
/
64
0
25/
32
0
05
/
26. Xocənd
(Lninabad)
100
0
35
/
69
0
38
/
30
0
57
/
27. Səna
77
0
00
/
44
0
30
/
32
0
30
/
28. Ürgənc
94
0
30
/
60
0
45
/
33
0
45
/
Orta fərq
34
0
30
/
Cədvəlin bir hissəsini “Mühəmməd Nəsirəddin Tusi”
əsərində nəşr etdirən H. Məmmədbəyli altdakı abzasda
qeyd edir: “Bu cədvəldən görünür ki, doğrudan da, Marağa
rəsədxanasında qəbul olunmuş başlanğıc meridian indiki
Qrinviç meridianından 34-35
0
qərbdədir. Bu meridian
haradan keçir? Bunun üçün coğrafiya xəritəsinə müraciət
edək. Qrinviç meridianından 34-35
0
uzaqda olan meridian
Cənubi Amerikanın şərq sahilində olan San-Roka
burnundan keçir. Bu nə deməkdir? Məlumdur ki, Ameri-
kanın kəşfi 1492-ci ilin 12-si oktyabrdan başlanmışdır.
Marağa rəsədxanasında isə bu cədvəl 1270-ci illərədə tərtib
edilmişdir. Bu necə ola bilər? Ya Marağa rəsədxanasında
269
tərtib edilmiş cədvəldə bir yanlışlıq var, ya da hələ
Kolumbun Amerikanı kəşf etməsindən əvvəl həmin
torpaqlar haqqında onun məlumatı olmuşdur? Beləliklə,
Marağa rəsədxanasının bu cədvəlinin tədqiqi çox maraqlı
məsələyə toxunur.
1
№ Şəhərlərin
Adı
Tusiyə
görə
Biruniyə
görə
Ptolemeyə
görə
1. Ədən
76
0
00
/
70
0
00
/
-------------
2. Məkkə
77
0
10
/
67
0
00
/
67
0
00
/
3. Mədinə
75
0
20
/
67
0
30
/
65
0
20
/
4. Səna
77
0
00
/
67
0
20
/
63
0
30
/
5. Buxara
96
0
30
/
87
0
50
/
87
0
20
/
6. Ürgənc
94
0
30
/
84
0
01
/
-----------
7. Səmərqənd 99
0
00
/
89
0
00
/
89
0
30
/
8. Xovənd
100
0
35
/
90
0
35
/
-----------
Hər şeydən əvvəl bilmək lazımdır ki, Marağa
rəsədxanasında qəbul olunmuş başlanğıc meridian ilk dəfə
olaraq Marağanın özündən götürülmüşdür; yəni, bu başqa
müəlliflərdən daha əvvəl burada qəbul edilmişdir. Bu
məqsədlə Nəsirəddindən əvvəl tərtib olunmuş bir neçə
1
H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”,
1980. səh. 154-156
270
cədvəli tədqiq etmək lazımdır. Doğrudan da, əgər bir neçə
müəllifin cədvəlindən eyni şəhərlər üçün verilmiş coğrafi
uzunluqlar müqayisə edilsə, aydın olar ki, Nəsirəddinin
cədvəli ilə bunalrın arasında fərq var.
Bu və başqa cədvəllərin müqayisəsindən aydın olur ki,
Nəsirəddin özündən əvvəlki müəlliflərə nisbətən başlanğıc
meridianını 10
0
qərbə çəkmişdir. Lakin qeyd etmək lazım-
dır ki, Nəsirəddin özü ondan əvvəlki müəlliflərdən bəzi-
lərinin bu başlanğıc meridianını qəbul etdiklərini göstərir”.
Elə bunu Kolumb da qətiyyətlə göstərmişdir. Lakin
başqa alimlərin cədəvlinə nisbətən Tusinin cədəvli daha
dəqiq və daha geniş idi. İş ondadır ki, azərbaycanlı alim
nəinki zəmanəsinin, hətta XV əsr üçün də tanınmış və
istedadlı alim sayılırdı. Artıq onun elmi irsi Avropaya
yayılmış və Paolo Toskanelli kimi böyük alim tərəfindən
hərtərəfli qəbul edilmişdi.
Qeyd etməliyəm ki, P. Toskanelli 1474-cü ildə xəritə-
sini tərtib edərkən, artıq Tusinin “Zic Elxani” əsəri ilə
tanışlığı vardı. Çox güman ki, italyan alimi onun həmin
əsərindən istifadə etmişdi.
Lakin XV əsrin sonlarında astronomiya və coğrafiya ilə
məşğul olan mütəxəssisləri yalnız bircə şey maraqlandırır-
dı; astronomiya və riyaziyyat elmlərinin inkişaf etdirilmə-
sində əvəzsiz rol oynamış Biruni və Xocəndi kimi alimlər
271
sıfırıncı meridianı Qrinviçdən 25
0
qərb istiqamətində
göstərdikləri halda, nəyə görə Tusi başlanğıc meridianını
Xaldat adasından, yəni, Atlantik okeanının şərq sahilindən
10
0
qərb istiqamətində göstərir? Axı, məşhur alim müvafiq
ölçünü əbəs yerə həmin yerdə göstərməmişdi. Doğrudan da,
onun Cənubi Amerikanın ucqar şərq hissəsinin harada
yerləşməsindən xəbəri var idi? Əgər, Tusi həmin ölçünü
verməklə, o biri alimlərdən fərqlənmək istəyirdisə, onda o,
başlanğıc meridianını Qrinviçdən 44
0
qərb istiqamətində də
götürə bilərdi. Bu ölçü rəsədxana işçiləri üçün daha
məqsədəuyğun sayılırıdı. Ona görə ki, Marağanın özündən
90
0
–lik meridian keçərdi. Deməli, Tusi nə etdiyini çox
yaxşı bilirdi.
İran alimi Məhəmməd Tağı Müdərris Rəzəvi “Əhval və
Dostları ilə paylaş: |