Ramiz Dəniz



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   2   3   4   5   6   7   8   9   ...   25

   Əsrləri qabaqlamış alim  

    – Nəsirəddin Tusi 

 

      


 

                                                     

 

  



                                                                            

                                                    

16 

                                 Alimlərin sərf etdiyi mürəkkəb şəhidlərin     

                               qanı ilə tutuşduruldu, alimlərin mürəkkəbi                

                                                                      çəkidə ağır gəldi.                                                                                                    

                                     Məhəmməd Peyğəmbər (s.ə.) 

 

 

Antik dövrdə astronomiyanın inkişafı 

 

Zəka sahibləri olan aqil insanların kamil düşüncələri, adi 

insanların  yüz  illiklərlə  qavramaq  istədikləri  həyatda  baş 

verən proseslərin aludəliyini anlamaq üçün oriyentir rolunu 

oynayır.  Fironların  dövründən  başlayaraq,  indiki  dövrə 

qədər alim zirvəsinə qalxan bütün kamil insanlar Yer kürə-

sinin  quruluşu,  bu  planetdə  baş  verən  bioloji,  fizioloji, 

geoloji  proseslərin  necə  getməsini  araşdıraraq,  cəmiyyət 

üçün qlobal sayılan bu məsələnin üzə çıxarılmasında böyük 

səy  göstərirlər.  Bəşəriyyət  tarixində  məlum  olan  elm 

sahələrinin  təkmilləşdirilməsi,  təhsil  sistemində  tədris 

metodunun  mexanizmini  asanlaşdırıb  inkişaf  etdirilməsi, 

insan  təfəkkürünün  yüksək  səviyyədə  formalaşmasına, 

intellektual  potensialın  artırılmasına  dinamik  təkan  verir. 

Təbii  qanunlara  görə  dinamik  fazanın  həyata  keçirilməsi 

prosesinin  avanqardında,  bilavasitə  alimlərin  durduğunu 

inkar etmək olmaz. 


                                                     

 

  



                                                                            

                                                    

17 

Demək  olar  ki,  elmə  diqqət  yetirən  hər  bir  ölkədə  nəşr 



olunan ensiklopediyaların səhifələrini vərəqləyəndə, dünya 

elminin  inkişafında  müstəsna  rol  oynamış  antik  dövrdən 

başlayaraq,  erkən  orta  əsrin  görkəmli  şəxsiyyətləri,  hamı-

mızın dillər əzbəri olmuş Aristotelin, Platonun, Eratosfenin, 

Herodotun,  Platonun,  Arximedin,  Biruninin,  İbn  Sinanın, 

Evklidin,  Strabonun,  Hipparxın  və  başqalarının  adları  ilə 

üzləşirik.  Bütün  bu  alimlərin  dövri  fəaliyyəti  və  elmi  irsi 

beynəlxalq  mütəxəssislər  tərəfindən  öyrənilərək,  dünya 

ictimaiyyətinin  nəzərinə  çatdırılmışdı.  Lakin  elə  də  olur 

dünya əhəmiyyətli elmi ixtiraların, kəşflərin banisi olan bir 

şəxsin  adı  lazımi  şəkildə,  yüksək  səviyyədə  hallanmır, 

onların  tanıtdırılması  üçün  heç  bir  əməli  tədbir  həyata 

keçirilmir. 

Dünya  elmi,  mədəniyyəti,  incəsənəti,   ədəbiyyatının 

sürətlə  inkişaf  etdirilməsində  müsbət  rol  oynamış  tarixi 

şəxsiyyətlərin  fəaliyyətini  öyrənərkən  başa  düşmüşəm  ki, 

bir  çox  şəxsiyyətlərin  taleyi  və  elmi  irsi  heç  də  lazım 

səviyyədə  tədqiq  edilməmiş  və  layiqincə  öz  qiymətini 

almayıbdır. Açığını bildirim ki, elə Azərbaycanda da yaşa-

yıb fəaliyyət göstərən bütün dahilərin həyatı mənim diqqət 

mərkəzimdə idi.  

Azərbaycanın  görkəmli  şəxsiyyəti,  Yaxın  Şərqdə  tanın-

mış  alim  Mühəmməd  Nəsirəddin  Tusinin  elmi  irsi,  dövri 


                                                     

 

  



                                                                            

                                                    

18 

fəaliyyəti  mənim  marağıma  səbəb  oldu.  İş  ondadır  ki,  o, 



dünya  əhəmiyyətli  elmi  ixtiraların  sahibi  ola-ola  müasir 

dövrdə  nəinki  dünya  miqyasında,  hətta  yaşadığı  regionda 

kifayət qədər tanınmamışdır. Vaxtı ilə öz dövrünün məşhur 

alimi,  tarixi  şəxsiyyəti  kimi  tanınan  Tusinin  elmin  bir  çox 

sahələrində  xüsusi  rol  oynamış  elmi  əsərlərinə  ciddi 

əhəmiyyət verilmir və nəticədə onun elmi irsi sönmüş vul-

kan  kimi  əsrlərin  yuxusuna  qərq  olub.  Təxminən  50  il 

bundan  əvvəl  professor  Həbibulla  Məmmədbəylinin  sayə-

sində  həmin  vulkanın  püskürməsi  baş  verir.  Yəni,  biganə 

tədqiqatçıların  ucbatından  kifayət  qədər  təbliğ  olunmayan 

və demək olar ki, böyük bir kütlənin yadından çıxan Tusi, 

professor H. Məmmədbəylinin səyi nəticəsində Azərbaycan 

xalqının özünə qaytarılır. 

Məlum  olur  ki,  Tusi  astronomiya,  riyaziyyat,  həndəsə, 

etika,  məntiq  sahələrində  şah  əsərlər  yaradaraq,  həmin 

elmlərin  inkişaf  etdirilməsində  bilavasitə  mühüm  rol 

oynamış və bu sahələr üzrə tanınmış alimləri bir neçə yüz il 

qabaqlamışdır.  O,  əsərlərinin  əksəriyyətini  ərəb  və  fars 

dillərində yazmış və indiki dövrə qədər həmin işlər dünya-

nın  bir  çox  qabaqcıl  dillərinə  tərcümə  olunmuşdur.  Acına-

caqlı  haldır  ki,  alimin  yalız  iki  əsəri  Azərbaycan  dilinə 

tərcümə  edilərək  – “Əxlaqi  Nasiri”  və  “Təhrir  Öqlidis” 

(2002-ci il) – oxucuların geniş istifadəsinə verilmişdir. Bir-


                                                     

 

  



                                                                            

                                                    

19 

cə  onu  demək  kifayətdir  ki,  təlim-tərbiyə  və  əxlaq  proble-



mində  aktual  məsələlərə  toxunan “Əxlaqi-Nasiri” əsərini 

oxuyandan sonra Tusinin dahiliyini dərk etmək çətin deyil. 

Bu  əsərin  ölməzliyi  onunla  sübut  olunur  ki,  onun 

yazılmasından 770 il keçməsinə baxmayaraq, indiyənə kimi 

bir  çox  müsəlman  dövlətlərində  yetişən  nəslin  tərbiyə 

olunması  üçün  bu  kitabdan  tədris  vəsaiti  kimi  istifadə 

olunur. Yəni, Tusi Şərq ölkələrində yetişən saf cəmiyyətin 

yetişdirilməsində  mühüm  rol  oynayır.  Alimin  yazdığı 

əsərlərin  əksəriyyəti,  ona  qədər  yaşamış  məşhur  alimlərin 

əsərlərinə nisbətən aktuallığına, mahiyyətinə və əhəmiyyə-

tinə  görə  bütün  parametrlər  üzrə  çoxsahəli  və  əhatəlidir. 

Tusi müsəlman Renessansının böyük şəxsiyyətlərindən biri 

sayılır.  O,  öz  yaradıcılığında  Yaxın  və  Orta  Şərqin  üç 

renessans  zonalarını  birləşdirmişdi  -  ərəbdili,  farsdili  və 

türkdili. 

Tarixi  dövrlərin  arasında  olan  yüzilliklər  məkanına 

baxmayaraq,  sonrakı  zamanlarda  yaşayan  alimlər  öz  elmi 

mütaliəsini  və  araşdırılmalarını  inkişaf  etdirməkdən  ötrü 

daim əvvəlki sələflərinin elmi irsinə müraciət etmişdilər. 

İtaliyanın  özündən  və  Qərbi  Avropadan  fərqli  olaraq 

Şərqdə,  xüsusən  ərəbdilli  mədəniyyət  zonasında  antik 

mədəniyyətə  müraciət,  Selevkilərin  ellin  mədəniyyəti 

dövründən  başlayaraq  davam  etmiş,  İslamın  formalaşıb 


                                                     

 

  



                                                                            

                                                    

20 

Yaxın və Orta Şərqə yayıldığı vaxta ümumi xətti kimi özü-



nü qoruyub saxlamış, bunun ifadəsi olan peripatetizm bütün 

Şərq  təfəkkürünün  mühüm  meyarına  çevirilmiş,  filosoflar 

onun  tərəfdarları  və  ya  əleyhdarları  kimi  təsnif  edilmiş, 

kəskin polemika aparmışlar. 

Şərqin ensiklopedik alimi olan Tusi ibn Sinanın peripa-

teteik  fəlsəfəsini  müsəlman  illahiyyatçısı  Fəxrəddin  Razi-

nin  tənqidindən  müdafiə  etməklə,  Qəzali  ilə  İbn  Rüşt 

arasında peripatetizmlə bağlı polemikanı araşdırmaqla antik 

fəlsəfənin  dərin  bilicisi  və  müdafiəçisi  olduğunu  göstər-

mişdir.


1

 

Hazırki  dövrdə  çox  qəribə  hal  yaranıb.  Vaxtilə  bir  çox 



tanınmış  alimlər  Tusinin  əsərlərindən  bir  mənbə  kimi 

istifadə  edərək,  özlərinin  intellektual  potensiallarını  artır-

mışdılar.  Hətta  onun  bəzi  əsərlərinin  demontaj  edilərək, 

başqa  alimlərin  adı  ilə  çıxmasına  da  şübhə  etməmək  olar. 

Son  zamanlar  isə  Tusinin  tanıtdırılması  üçün  ciddi  səy 

göstərilmir və nəticədə onun unutdurulmasına böyük zəmin 

yaradılır. Məhz buna görə də mən bütün səy və bacarığım-

dan  istifadə  edərək,  nəinki  Azərbaycanın,  hətta  Şərq 

dünyasının  fəxri  alimi  sayılan  Tusinin  elmi  xidmətlərini, 

elmi nailiyyətlərini, elmi irsini araşdırmağa cəhd edəcəm. 

                                                 

      


1

  Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin  800  illik 

yubileyinə həsr edilmiş Respublika  konfransının materialları. Bakı, 2001. 

Professor Y. F. Qaraməmmədlinin məruzəsi, səh. 267 



                                                     

 

  



                                                                            

                                                    

21 

Bunun  üçün  ilk  növbədə  mən  Antik  dövrdə  yaşayıb 



yaratmış  bir  neçə  tanınmış  alimlərin  elmi  nailiyyətlərinin 

bəzi nəticələri barəsində məlumat verməli olacağam. Çünki 

onlar  həmin  dövrdə  məlum  olan  bütün  elmlərin  banisi  və 

təkmilləşdiricisi  sayılırlar.  Riyaziyyat,  həndəsə,  fəlsəfə, 

astronomiya  və  coğrafiya  elmlərinin  sürətlə  inkişafı  məhz 

həmin adamların çiynində durmuşdu. 

Yer  kürəsində  sivilizasiyanın  ilkin  rüşeymləri  cücərən-

dən  bəri  əqli  cəhətcə  inkişaf  etmiş  insanları  ilkin  növbədə 

bircə  şey  maraqlandırırdı;  burada  həyat  necə  yaranıb,  Yer 

kürəsinin  forması  hansı  şəkildədir  və  yerləşdikləri  məkan-

da su böyük üstünlük təşkil edir, yoxsa torpaq? İlk növbə-

də  insanlar  elə  bilirdilər  ki,  yaşayıb  fəaliyyət  göstərdikləri 

yer  balaca  bir  bölgədən  ibarətdir.  Lakin  onlar  yaşadıqları 

məntəqədən,  digər  yaşayış  məntəqəsinə  səyahət  edəndə 

artıq anlamağa başlayırdılar ki, fəaliyyətdə olan məkan heç 

də təsəvvür etdikləri kimi balaca deyil. 

Sonrakı  dövrlərdə  uzağa  getdikcə,  yeni-yeni  yaşayış  və 

coğrafi məntəqələri aşkarlandıqca, belə bir anlayış yaranır-

dı  ki,  insanların  məskunlaşdıqları  yerin  ərazisi,  ümumiy-

yətlə  sonsuzdur.  Qədim  dövrdə  sürətli  minik  vasitələrinin 

olmaması,  belə  bir  faktın  hökm  sürməsinə  rəvac  verirdi. 

Çünki bütün məsafələr demək olar ki, ayaq ilə qət edilirdi. 

Belə  olan  halda  qədim  dövrün  alimləri  Yer  kürəsinin 


                                                     

 

  



                                                                            

                                                    

22 

quruluşu  barəsində  və  onun  hansı  sahəyə  malik  olması 



haqqında elmi axtarışlara cəhd göstərirdilər. 

İllər  keçdikcə  insanların  təfəkküründə  Yer  və  Göy 

haqqında  təsəvvürləri  tamamilə  müxtəlifləşirdi.  Bu  ondan 

xəbər  verirdi  ki,  artıq  astronomiya  və  coğrafiya  elmləri 

yavaş-yavaş  inkişaf  edir,  bu  sahələri  tədqiq  edən  alimlərin 

sayı artırdı. 

Qədim  Babilistanda  belə  bir  təsəvvür  yaranmışdı  ki, 

guya  Yer  şişmiş  dairəvi  bir  adanı  təşkil  edir  və  dünya 

okeanında  üzür.  Kainat  yerin  üzərində  möhkəm  bir  daş 

kimi dayanıbdır, hansınaki planetlər və ulduzlar bərkidilib. 

Günəş isə bu cisimlər üzərində gündəlik seyrini edir. 

Məlumdur  ki,  qədim  Babilistanın  alimləri,  hələ  bizim 

eramıza 18 əsr qalmış Günəş və Ay tutulmalarını müəyyən 

edə  bilirmişlər.  Aydındır  ki,  bunu  müəyyən  etmək  üçün 

hökmən əsas triqonometriya elementlərini bilmək lazım idi. 

Belə  çıxır  ki,  həndəsə,  riyaziyyat  və  astronomiya  zəmanə-

sinə görə Babilistanda çox inkişaf etmişdi. 

Aristotelə  qədər  Qədim  Yunanıstanda  mütəfəkkir  alim-

lər, əsasən Heraklit, Demokrit və Pifaqor fəza cisimlərinin 

hərəkətlərini müəyyən etməkdən ötrü, elmi araşdırmalara əl 

atmağa  cəhd  göstərmişdilər.  Yunan  alimi  Heraklit  Efesli 

(təx.  b.e.  əvvəl  544-470)  belə  bir  məntiqə  əsaslanırdı  ki, 

dünya getdikcə hərtərəfli inkişaf edir. 


                                                     

 

  



                                                                            

                                                    

23 

             



 

                     

Demokrit (təx. b.e.ə. 460-370) 

 

 Demokritin  fikrincə,  (təx.  b.e.  əvvəl  460-370)  Kainat 

atomların bir-biri ilə toqquşmasını təşkil edən sonsuz olaraq 

çoxlu  dünyalardan  ibarətdir.  İş  ondadır  ki,  bəzi  dünyalar 

yenicə  yaranır,  bəziləri  inkişaf  səviyyəsində  olur,  digərləri 

isə dağılır. Demokrit hesab edirdi ki, Süd Yolu çoxlu udluz-

ların  toplaşmasından  ibarətdir.  Məhz  bunun  nəticəsində 


                                                     

 

  



                                                                            

                                                    

24 

Kainatda  tez-tez  olmasa  da,  lakin  kosmik  partlayışlar  baş 



verir. 

1

 



Yunan alimi Pifaqor (təx.580–500) elmlə məşğul olmaq 

üçün  gənc  yaşlarından  müəllimləri  Hermodamastdan,  filo-

sof  Ferekiddən  və  məşhur  filosof  Falesdən  (tarixdə  ilk 

fəlsəfə məktəbinin banisi) dərs almışdı. 

İlk  təhsilini  Misirdə  alan  Fales  elə  orada  da  Ayın  və 

Günəşin  tutulmasını  müəyyən  etməyi,  həm  də  həndəsəni 

öyrənir. O, suda dayanan gəmi ilə sahil arasındakı məsafəni 

dəqiq  təyin  edə  bilirdi.  Fales  və  onun  şagirdləri  Misirdə 

öyrənilən  riyaziyyat  və  astronomiya  biliklərinin  Yunanıs-

tanda yayılmasında xüsusi rol oynamışdılar. 

Miletdə Falesin (b.e.ə. 640-556) şagirdi məşhur coğrafi-

yaşünas  və  astronom  sayılan  Anaksimandr  öz  bildiyi  elm-

ləri Pifaqora öyrədir.  

Yeri  gəlmişkən  onu  qeyd  etməliyəm  ki,  bəzi  alimlər 

Anaksimandrı (b.e.ə. VI əsr.) dünyada ilk coğrafi xəritənin 

müəllifi  kimi  qələmə  verirlər.  Çox  güman  ki,  o,  birinci 

olaraq horizontun tərəflərini təyin etmiş və bunun əsasında 

xəritədə Yerin cəhətlərini göstərmişdir.

2

 

 



                                                 

     


1

  Д.  К.  Самин.  Сто  великих  научных  открытий.  Москва,  «Вече», 

2002. стр. 257 

        2

 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географи-

ческих открытий. I том. Москва, «Просвещение», 1982. стр. 126

 


                                                     

 

  



                                                                            

                                                    

25 

                 



 

                          



Miletli Fales (b.e.ə. 640-556)  

    

Həmin  dövrdə  Pifaqor  Lesbos  adasında,  Finikiyada, 

Misirdə  və  Babilistanda  olmuş  və  tarixi  sənədlərin 

saxlanıldığı binalara daxil olmaq üçün imkan tapmışdır. 

Babilistanda  olarkən  Pifaqor  (12  il  orada  qalır)  Haldey 

müdriklərinin  tədris  metodunun  vasitəsilə  astronomiya, 

astrologiya,  tibb  və  riyaziyyat  elmlərinə  tam  yiyələnir. 

Siciliya  adasının Kroton şəhərində o, öz  məktəbini açır və 

orada ilk dəfə Yerin kürə şəkildə olması fikri yürüdülür. On 

rəqəminin  ideal  olması  üçün  Pifaqor  bildirmişdi  ki,  göydə 



                                                     

 

  



                                                                            

                                                    

26 

on  planet  olmalıdır.



1

  Halbuki  həmin  dövrdə  Günəş,  Ay  və 

beş planet məlum idi. (Yer planetindən başqa). 

Pifaqor belə bir fikir söyləmişdir ki, Yer kürə şəklindədir 

və  o  heç  bir  dayaq  olmadan  fəzadan  asılıbdır.  Aristotel 

(b.e.ə.  384-322)  “Göy  haqqında” əsərində  Yerin  çevrə 

uzunluğunun  ölçüsünü  göstərmişdir  və  qeyd  etmişdir  ki, 

Yerin  radiusu,  indiki  ölçülərlə  10000  km-ə  bərabərdir. 

Onun  fikrincə,  torpaqlar,  sular,  hava  və  od  məhvedilməz 

materiyadan – efirdən – təşkil olunub və onlar sfera şəklin-

də bir-birinin üstündə sıra ilə yerləşir.

 

 



                                                 

         1  

Д. К. Самин. Сто великих ученых. Москва, «Вече», 2002. стр.8 


                                                     

 

  



                                                                            

                                                    

27 

     


 

                       Pifaqor (təx. b.e.ə. 580-500) 

 

Yunanlar  düşünürdülər  ki,  bütün  yeri  Okean  əhatə  edir 

və onun suları əbədi burulğan vasitəsilə yer ətrafında dövr 

edir.


1

  

                                                 



        1 

Н. А. Кун. Легенды и сказания Древней Греции и Древнего Рима. 

Москва, «Правда», 1990. стр.25 


                                                     

 

  



                                                                            

                                                    

28 

Aristotel  və  ondan  sonra  gələn  sələfləri,  həmin  dövrə 



qədər  mövcud  olan  Yerin  öz  oxu  ətrafında  fırlanması  və 

Kainatda  dövr  etməsi  ideyasını  rədd  edirdi.  Onlar  bunu 

onunla izah edirdilər ki, əgər Yer öz oxu ətrafında fırlanır-

sa, onda əks tərəfdə əsən küləklər Yerin üzərində yerləşən 

bütün  əşyaları  qərb  istiqamətində  itələyib  aparacaq.  Bu 

barədə alimlər bir neçə arqumentlər gətirirdilər.

1

 

Şübhə  yox  ki,  qədim  dövrdə  astronomiyaya  və  Yerin 



quruluşuna  dair  nə  qədər  də  hepotezalar  və  elmi  dəlillər 

gətirirdilər,  bir  o  qədər  də  sonrakı  alimlərin  işləri 

yüngülləşirdi.  Samoslu  Aristarxın  (təx.  b.e.ə.  320-230)  bir 

neçə  işi  bizim  dövrə  qədər  gəlib  çatmışdır.  Ona  Günəş  ilə 

Ayın  bucaq  ölçüsünün  məsafəsini  təyin  etmək  müəssər 

olmuşdur. Aristarx hətta Aya və Günəşə qədər olan  məsa-

fəni  də  tapmağa  cəhd  göstərmişdir.  Onun  hesablamalarına 

görə  Yerdən  Aya  qədər  məsafə  -  Yerin  19  radiusuna 

bərabərdir, Günəşə qədər olan məsafə isə həmin məsafədən 

19  dəfə  çoxdur.  Məhz  Yer  ilə  Günəş  arasındakı  ölçünün 

böyük  olmasını  nəzərə  alan  alim  belə  bir  fikir  söyləməyə 

məcbur  olmuşdu  ki,  “tərpənməz  ulduzlar  və  Günəş  fəzada 

öz  yerlərini  dəyişmirlər,  bununla  da  Yer  dairəvi  olaraq 

Günəş ətrafında dövr edir”.  

                                                 

             1 

Д. К. Самин. Сто великих научных открытий. Москва, «Вече», 

2002. стр. 257 



                                                     

 

  



                                                                            

                                                    

29 

   


     

 

   Platon (b.e.ə. 427-347)             Aristotel (təx. b.e.ə. 384-322)  



   

Bu haqda sonradan Arximed də fikir söyləmişdi. Demə-

li,  belə  çıxır  ki,  Aristarx  Nikolay  Kopernikdən  hələ  xeyli 

əvvəl  Yerin  Günəş  ərafında  dövr  etməsi  barəsində  fikir 

yürütmüşdü.  Sadəcə  olaraq  o,  polşa  alimi  kimi  bu  ideyanı 

elmi baxımdan sübut edə bilməmişdi. 

Həmin  elmi  nailiyyətləri  əldə  etmək  üçün  ilk  növbədə 

riyaziyyat, astronomiya və coğrafiya elmlərini inkişaf etdir-

mək  lazım  idi.  Bu  sahənin  təkamülü  üçün  Aristotel,  Hip-

parx, Ptolemey, Evklid, Arximed və Eratosfen kimi məşhur 

alimlər,  bəşəriyyət  tarixində  əvəzsiz  rol  oynamışdılar. 

Həmin  dövrdə  əldə  olunan  ən  xırda  elmi  nailiyyət,  hər  bir 



                                                     

 

  



                                                                            

                                                    

30 

adam üçün, xüsusən də tədqiqatla məşğul olan mütəxəssis-



lər üçün böyük bir kəşf sayılırdı. 

B.e.  əvvəl  V-IV  əsrlərdə  Antik  coğrafiyada  həddindən 

artıq  maraqlı  müvəfəqiyyətlər  əldə  edilir.  Yerin  kürə 

şəklində olmasının tədqiq edilməsində və Dünya okeanının 

vahidliyi  nəzəriyyəsindəki  yüksək  nəticələr  alimlərin  əsas 

nailiyyətləri  sayılırdı.  Bizim  planetin  sferik  olması  ideya-

sını ilk dəfə Eleidən olmuş filosof Parmenid (b.e.ə. V əsr) 

irəli sürmüşdü, lakin elmi baxımdan bu zəif bir nəticə idi. 

Alman  alimi  D.  B.  Ditmara  görə,  çox  güman  ki,  Yerin 

kürə  şəklində  olmasını  elmi  sübutlarla  ilk  dəfə,  astronom, 

coğrafiyaşünas  və  filosof  Evdoks  Knidli  (b.e.ə.  təx.  408-

353)  həyata  keçirmişdir.

1

  Yəqin  o,  ilk  dəfə  “horizont” 



terminini coğrafi elmə daxil etmiş və coğrafi enliyin müəy-

yən  edilməsinin  banisi  sayılır.  Bir  neçə  tarixçi-coğrafiya-

şünasların  fikrincə,  bizim  planetin  çevrə  uzunluğunun  ilk 

dəfə təyin edilməsində, biz Evdoksa borcluyuq. Həmin ölçü 

həddindən  artıq  böyük  verilsə  də  -  400  min  stadi,  (nəzərə 

alsaq,  bu  stadinin  hansı  ölçülərlə  aparılır  (157,5-176  m.) 

onda  həmin  ölçünün  63-70  min  km.  olduğunu  müəyyən 

edərik)  –  alimin  bu  sahədə  nə  qədər  böyük  iş  gördüyünün 

şahidi oluruq. 

                                                 

    

1

 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географи-



ческих открытий. I том. Москва, «Просвещение», 1982. стр. 129 

                                                     

 

  



                                                                            

                                                    

31 

Onun  arqumentləri  bunlardan  ibarət  idi:  Ay  tutulması 



zamanı Yerin kürə şəkilinin Ayın üzərində görünməsi, dağa 

qalxdıqda yer səthinin genişlənməsi, üfüqə baxaraq cənuba 

və  ya  şimala  doğru  gedəndə  göydəki  ulduz  mənzərəsində 

dəyişikliklərin  (bu  üsuldan  Stagirdan  olan  Aristotel  (b.e.ə. 

384-322)  istifadə  etmişdi)  baş  verməsi  nəticəsində  Yerin 

kürə şəkilində olmasını ayırd etmək çətin deyildi. 

Məlumdur  ki,  gələcəkdə,  Nil  çayının  deltasında,  Make-

doniyalı  İsgəndərin  sərəncamı  ilə  İsgəndəriyyə  şəhəri 

salınanda  həmin  şəhərdə  böyük  bir  kitabxana  yaradılır  və 

çox  güman  ki,  kitabxana,  Misirin  bir  çox  şəhərlərindən, 

Babilistandan  və  Yunanıstan  şəhərlərindən  gətirilən  əlyaz-

malarla  doldurulur.  Məhz  buna  görə  də  Antik  dövrün  bir 

çox tanınmış alimləri elmi biliklərini artırmaq üçün, elə hey 

İsgəndəriyyə şəhərinə can atmış və müəyyən müddət orada 

yaşamışdılar. 

İsgəndəriyyədə  yaşayıb  fəaliyyət  göstərmiş  məşhur 

yunan  alimi,  astronom,  coğrafiyaşünas  və  riyaziyyatçı 

Eratosfen  Kirenski  (b.e.  əvvəl  III  əsrin  sonu  və  II  əsrin 

əvvəli)  “kobud  alətlərin”  vasitəsilə  Yer  kürəsinin  çevirəsi-

nin  uzunluğunu  252  min  stadi  –  təxminən  39690  km. 

(müasir ölçüsü 40076 km.) və radiusunu 6311 km. (müasir 

ölçüsü 6378 km.) təyin eymişdi. Bundan əlavə o, meridia-

nın  1

0

-ni  700  stadi  ölçüdə  olduğunu  bəyan  edir.  Bir  çox 



                                                     

 

  



                                                                            

                                                    

32 

alimlər  bildirirlər  ki,  Eratosfen  həmin  ölçünü  yunan  alimi 



Pifeydən götürmüşdü, Pifeyin hesablamasına görə meridia-

nın 1


0

-si 105-112 km-ə bərabərdir. 

B.e. əvvəl II əsrin sonunda və I əsrin əvvəlində Suriyalı 

coğrafiyaşünas,  tarixçi  və  səyyah  Posidoni  Yerin  çevirəsi-

nin uzunluğunu ölçür. O, ikinci dəfə aldığı ölçünün düzgün 

olduğuna inanır – 180 min stadi. Bu qiymətlə Yer kürəsinin 

uzunluq çevrəsinin qısa olması göstərilir və bu rəqəm XV-

XVI  əsrlərin  bəzi  coğrafiyaşünaslarında  və  səyyahlarında 

böyük çaşqınlıq yaradır. 

Antik  dövrün  ilk  alimləri  Yer  kürəsinin  məlum  olan 

torpaq  ərazilərini  qitələrə  bölməyə  çalışmışdılar.  Tarixi 

qaynaqlarda  göstərilir  ki,  Miletin  coğrafiyaşünasları  ilk 

dəfə  qitələrin  bölgüsünə  görə  Asiya  və  Avropa  sözlərini 

istifadəyə vermişdilər. 

Anaksimandrın  kiçikyaşlı  müasiri  olan  Hekatey  Miletli 

(b.e. əvvəl VI-V əsrlər) həmin qitələrdən əlavə Liviyanı da 

(Afrika)  gündəmə  gətirir.  Qəribə  olsa  da,  ilkin  iki  adalar 

artıq Herodotun dövrünə qədər demək olar unudulmuşdu. 

Herodot öz əsərində Ərəbistanı, Suriyanı, Kiçik Asiyanı, 

Mesopotomiyanı, İran  dağlarını və Şimal-Qərbi Hindistanı 

Asiya  kimi  göstərir.  Ondan  şərqdəki  ərazinin  naməlum 

səhra  olduğunu  bəyan  edir.  Asiyadan  şimalda  Avropanın, 

qərbdə  isə  Misirin  və  Liviyanın  yerləşdiyini  bildirir.  Misir 


                                                     

 

  



                                                                            

                                                    

33 

Asiya ilə “ensiz burun” ilə (Süveyş bərxəzi və Sinay yarım-



adası) birləşir.      

Həmin  dövrdə  Herodot  “Afrika”  sözündən  xəbərsiz  idi. 

Həmin  sözə  ilk  dəfə  b.e.  əvvəl  III  əsrin  sonunda,  antik 

ədəbiyyatında, Kvint Enniyin “Annallar” poemasının gəlib 

bizə çatan parçalarından rast gəlinir. Lakin həmin ad bütün 

materikə  yox,  yalnız  Karfagenin  əsas  vilayətinə  və  ya 

əyalətinə  şamil  olunurdu.  Karfagen  romalılar  tərəfindən 

darmadağın (b.e. əvvəl 146-cı il) ediləndən sonra işğalçılar 

həmin yerdə Afrika (Afriqa) adlı bir vilayət təşkil edirlər və 

sonradan həmin ad ilə bütün qitə adlanır.

1

 

Antik dövrün alimləri,  primitiv üsullardan istifadə edib, 



astronomiya  elmində  dünya  əhəmiyyətli  kəşfləri  həyata 

keçirmişdilər.  Aristotel  ilk  dəfə  sahilsiz  Dünya  okeanının 

birliyi  haqqında  fikri  irəli  sürmüşdü.  Lakin  vahid  okean 

nəzəriyyəsini,  ilk  dəfə  Eratosfen  ortaya  atmışdır.  O,  qeyd 

edirdi:  “...Atlantik  okeanının  böyüklüyü  maneəçilik 

törətməsəydi,  onda  eyni  paralel  ilə  İberiyadan  (İspaniya) 

Hindistana üzmək  mümkün ola bilərdi” (Strabon I, 4, §6). 

Artıq bizim eradan iki yüz il qabaq məlum idi ki, İspaniya 

ilə  Hindistan  eyni  paraleldə  yerləşir.  Həmin  nəzəriyyəni 

Posidoni dəqiq izah etmişdi: “...Məlumdur ki, məskunlaşan 

                                                 

    


1

 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географи-

ческих открытий. I том. Москва, «Просвещение», 1982. стр. 126 


                                                     

 

  



                                                                            

                                                    

34 

yer okean dairəsi ilə əhatə olunub. Onu heç bir quru dairəsi 



əhatə etmir və su geniş bir miqyasda dövran edir” (Strabon 

I, 3, §5). Belə bir fikri Strabonun özü də bölüşdürürdü (I, 1, 

§8). 

 

  



 

                    Herodota görə Yerin görünüşü 

 

Artıq  bizim  eramıza  qədər  Yer  planetinin  coğrafi 



quruluşunda  qlobal  dəyişikliklər  baş  verir,  lakin  həmin 

dəyişiklikləri  nəzəri  cəhətdən  həyata  keçirmək  mümkün 



                                                     

 

  



                                                                            

                                                    

35 

olmur. Yerin kürəvi şəkilində olması vahid okean nəzəriy-



yəsi həmin dövrün alimləri tərəfindən qəbul olunur. 

Bizim  eranın  I  əsrin  ortasında  Pomponi  Mela  Dünya 

okeanı ideyasını müdafiə edərək bildirirdi ki, Qərb və Şərq 

okeanları şimalda Britan və Skif okeanları ilə, cənubda isə 

Efiop, Qırmızı və Hind dənizləri ilə birləşir.

1

  



Aydınlıq gətirmək üçün Pomponi Melanın vaxtl ilə tərtib 

etdiyi  xəritəyə  müraciət  edək.  O,  Hind  okeanının  bir 

hissəsini, Qırmızı dəniz ilə Hind çayın  mənsəbi arasındakı 

ərazini  Qırmızı  dəniz,  Hind  çayının  mənsəbindən,  Asiya 

qitəsinin  cənub-şərq  hissəsinə  qədər  olan  Hind  dənizi 

adlandırır.  Hind  okeanı  və  Efiop,  Qırmızı  dənizləri  Avro-

panı,  Asiyanı  və  Afrikanı  cənubda  hər  tərəfi  su  ilə  əhatə 

olunmuş, antihtonlar (“əkstərəfdə yaşayanlar”) ilə məskun-

laşan hipotetik torpaq ilə ayırır. Belə bir quruluş ilə çoxları 

razılaşmır  və  məhz  100  ildən  sonra  Ptolemeyin  “Coğrafi-



Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin