“Əxlaqi-Nasiri” kimi ikinci orijinal əsər yaranmamışdır.
“Əxlaqi-Nasiri” səpkili kitablar isə təqlidi mahiyyət daşı-
mış və oxucular arasında şöhrət tapa bilməmişdir. Tusinin
“Əxlaqi-Nasiri” əsəri haqqında xüsusi tədqiqat aparmış
Cəlaləddin Hümayi həmin təqlidi kitabların bəzilərinin
adını çəkməklə onların “Əxlaqi-Nasiri”yə nisbətən çox
aşağı səviyyədə olduqlarını qeyd edir. Bunların içərisində
“Əxlaqi-Cəlali”, “Əxlaqi-Möhsini”, “Əxlaqi-Mənsuri”
və “Əxlaqi-Cəmali”ni xüsusi olaraq qeyd edir və deyir ki,
son yeddi yüz əlli beş ildə yaradılmış bu tipli kitablar heç
“Əxlaqi-Nasiri”nin yüzdə bir səviyyəsinə yüksələ
bilməmişdir.
1
Tusi özündən əvvəlki peripatetiklər kimi maddi varlığın
məhvini, onların yoxa çıxması deyil, yalnız formalarını və
əlamətlərini dəyişməsi nəticəsində birinin digəri ilə əvəz
olunması, köhnə varlığın mövcudluğuna son qoyulması
mənasında başa düşmüşdür.
“Son zamanlar Azərbaycan dilində də oxuculara çatdırı-
lan bu zəngin fəlsəfi əsərin sayəsində (“Əxlaqi-Nasiri” –
1
Xacə Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Rəhim Sultanovun ön sözü.
Bakı, “Lider Nəşriyyat”, 2005. səh. 14
83
R. D.) daha geniş kütlə Tusi dühasının incəlikləri, onun
ideya irsi, son dərəcə orijinal təfəkkür tərzi ilə birbaşa tanış
olmaq imkanı əldə etmişdir. Həmin ideyaların əhatə dairəsi,
məntiqi əsası, struktur təhlili əsərin yalnız əxlaq çərçivəsi
ilə məhdudlaşdırılmayıb, humanist mütəfəkkirin bütöv bir
insan konsepsiyası kimi səciyyələndirə bilər”.
Belə bir fəlsəfi düşüncəyə malik olan adamın başqa
elmləri asanlıqla qavramasına şübhə etməmək olar. Ancaq
təəssüflər olsun ki, onun elmi irsi tədqiqatçılar tərəfindən
kifayət qədər öyrənilməyib. Nəticədə isə alimin bəzi işləri
açıqlanmamış kimi qalır. Necə ki, Amerika qitəsinin onun
tərəfindən hansı meridianda yerləşməsi məsələsi. Axı, o,
aydın şəkildə bildirmişdi ki, sıfırıncı meridian Xaldat
adalarından başlayır.
Tusi dahi riyaziyyatçı kimi də bütün dünyada məşhur
olmuşdur. Onun fəlsəfi, ictimai-siyasi və hüquqi görüşləri
çox maraqlıdır. 1265-ci ildə Hülaku xanın ölümündən son-
ra hakimiyyətə keçən Abaqa xan (1265-1282) Tusini özünə
vəzir təyin edir. 9 il, ömrünün axırına qədər İlxanilər
dövlətində yüksək vəzifə tutan alim-vəzir ona verilmiş
geniş imkanlardan istifadə edərək “dövlət” və “cəmiyyət”
haqqında bir sıra nəzəri fikirlər irəli sürmüş və Azərbay-
84
canın siyasi fikir tarixində ilk dövlət nəzəriyyəsi olduğunu
göstərmişdir.
1
Alimin irsi bütün Yaxın və Orta Şərqin ensiklopedik
bilik xəzinəsi olmaqla bərabər Şərqin tərkib hissəsi kimi
Azərbaycan xalqının düşüncə tərzinin formalaşması və
inkişafında da özünəməxsus yer tutur. Onun elmi-bədii
irsinə mədəniyyət tariximizin Renessans (İntibah) dövrünə
məxsus mənəvi sərvətlərimizin tərkib hissəsi kimi bax-
mağa və qanuni varislik hüququmuzu bildirməyə haqqımız
var.
2
Alimə şöhrət gətirən “Əxlaqi-Nasiri” əsərin yaranması
diqqəti cəlb etməyə bilməz. Bunu şərh etmək vacib məsələ-
lərdən biri sayılır.
Monqol qoşunlarının əsas hissələri 1224-cü ildə Xorasa-
nı tərk edən zaman Kuhistan vilayətinin hökmdarı Nəsirəd-
din Əbülfəth Əbi Şihabəddin Mənsur idi. O, kənardan
Kuhistana sığınacaq tapmaq üçün gələn alimləri, islam
tərəfdarlarını, o cümlədən, Xorasan müsəlmanlarını qəbul
1
Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik
yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001.
Professor İ. M. Zeynalovun məruzəsi, səh. 270-271
2
Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik
yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001.
Professor M. F. Bayramovun məruzəsi, səh. 264
85
edir, onlara sığınacaq verir, ismaililər təriqəti tərəfdarları-
nın hücumlarından müdafiə edirdi.
Qazi Səhac “Təbəqate Nasiri” əsərində Əbül Fəth
haqqında yazırdı: “621-ci ildə monqol qoşunları Xorasan-
dan çıxandan sonra Esəfzadan Qazvinə getdim, oradan da
Məzyəx (Sərəxs) qalasına gdərək, o yerlərin hökmdarı olan
Möhtəşəm Şihabla görüşdüm. O, savadlı, həkim və filosof
idi, qəribləri öyrədirdi. Müsəlmanlara, alimlərə və qəriblərə
daim töhfələr və hədiyyələr vrərərk əzizləyirdi. Ona görə də
allahsız camaat hakimə şikayətlənirdilər ki, Möhtəşəm
Şihab dövlətin malını müsəlmanlara paylayır, bunun üçün
onu hökmdarlıqdan məhrum tmək lazımdır.
Xacə Tusi onun sifarişi ilə “İşarət-e şeyx” kitabını şərh
etmiş və onu 644-cü ildə yazıb qurtarmışdı”.
Tusinin ensiklopedik biliyə malik olması, bütün ətrafda-
kılara məlum idi. Gənc alimin Kuhistana gəlməsi 1224-cü
ilə təsadüf edir. Nəsirəddin Əbülfəth Tusinin alimliyini,
istedadını, uzaqgörənliyini çox yüksək qiymətləndirirdi, bir
sıra dövlət məsələlərinin həlli zamanı onunla məsləhətlə-
şirdi. Hökmdarın yanında tez-tez elmi müzakirələr keçiri-
lir, fəlsəfi axtraışlar aparılır, İslamın ismaililər təriqətinin
hücumlarına qarşı yolları axtarılırdı.
Belə məclislərin birində hökmdar Tusiyə təklif etdi ki, o,
X əsrin məşhur alimi Əbu Əli Əhməd ibn Məhəmməd ibn
86
Muşkuye ibn Miskaveyhin “Əttəharə” (başqa bir adla
“Təhzibül əxlaq” (Əxlaq təmizliyi)) fəlsəfi əsərini ərəb
dilindən fars dilinə tərcümə etməyi təklif edir.
Azərbaycan alimi bu böyük alimin ümümdünya tarixinə
həsr olunmuş 6 cildlik “Kitab tacarib əl-ümam” (“Xalq-
ların imtahan kitabı”) əsəri ilə və həmçinin “Əttəharə”
ilə yaxından tanış idi.
Tusi əsərin orijinal tərcüməsindən boyun qaçırır və
bildirir ki, o, özü əxlaqla bağlı bir çox boşluqları doldur-
maqla həmin mövzuda, Miskaveyhindən daha dəyərli əsər
yaza bilər. Alimin Şihabəddinlə yaxından dost olması
ismaililəri bərk qıcıqlandırır və ona qarşı açıq şəkildə
intriqalar qurmağa başlayırlar.
Tusi 1235-ci ilə qədər öz vədini yerinə yetirərək, bütün
Şərqdə çox böyük şöhrət tapacaq “Əxlaqi-Nasiri” əsərini
hazırlayır və hökmdara təqdim edir. Əsərin nüsxələri qısa
müddət ərzində Qafqaz, İran, Orta Asiya, Hindistan və
başqa ölkələrdə yayılır və onun bir nüsxəsi ilə Menqu
xanla, Hülakü xan da (alim dustaq həyatı sürərkən) tanış
olur və nəticədə Tusiyə böyük hörmət və inam bəsləyirlər.
O, “Əxlaqi-Nasiri” ilə Şərq xalqlarının elm-maarif və
pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi
kimi daxil olmuşdur.
87
Ədalət naminə demək lazımdır ki, Tusiyə dünya şöhrəti
qazandıran onun riyaziyyat və nücum elmlərinə aid yazdığı
“Zic Elxani”kimi əsəri və Marağa rəsədxanasıdırsa, onu
Şərq xalqlarına sevdirən “Əxlaqi-Nasiri” əsəri olmuşdur.
Məzmununun ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və
tərbiyəvi səciyyəsi baxımından bu əsər xüsusi əhəmiyyətə
malikdir. Onun 700 ildən artıq bir müddət ərzində Orta və
Yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi böyük şöhrət
tapması da bununla izah olunur. Bu kitab çoxlu miqdarda
üzü çıxarılaraq xalq içərisində yayılmışdır. “Əxlaqi-
Nasiri” özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən
əxlaqi-fəlsəfi və pedaqoji fikirlərin bir növ yekunudur.
Alim həmin əsərində özünün mahir bir müəllim, gözəl
bir tərbiyəçi olduğunu nümayiş etdirmişdir. İnsanda olan
fitri qabiliyyət və istedadlar, mühitin və şəraitin insana
təsirindən geniş bəhs edən müəllif, bu işdə təlim və tərbi-
yənin son dərəcə böyük rolunu həyati misralarla nümayiş
etdirmişdi.
1
“Əxlaqi-Nasiri” əsəri “Müqəddimə və kitabın yazılma-
sının səbəbi”, “İlk qeydlər və elmlərin bölgüsü”, 3 məqalə
və 30 fəsildən ibarətdir.
1
Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik
yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001.
Professor H. M. Əhmədovun məruzəsi, səh. 3
88
Yalnız yüksək savada, tərbiyəyə, qabiliyyətə, danışıq
tərzinə malik olan bir şəxsin qələmindən etika və esteti-
kada ölməz əsər sayılan“Əxlaqi-Nasiri” kimi fəlsəfi və
tərbiyəvi əsər çıxa bilərdi. Belə bir vətəndaşla nəinki alimin
soydaşları və ya həmvətənləri, hətta bütün dünyanın
sakinləri fəxr etmək imkanına malikdirlər.
Əsər hazır olandan bir qədər sonra (artıq həmin dövr
üçün Şihabəddin hakimiyyətdən uzaqlaşdırılmışdı) alim
həbs edilir və həşşaşilərin “Əlamut” (“Qartal yuvası”) qala-
sına göndərilir. Müəllifin həbs olunmasına dair bir neçə
səbəb göstərirdilərsə, onlardan ən düzgünü bu cür ola
bilərdi: “Əxlaqi-Nasiri” əsərində nəzərə çarpan mütərəqqi
fikirlər müsəlman ruhanilərini qəzəbləndirmiş və bu da
onun həbs olunma-sının həqiqi səbəbi ola bilərdi.
Tusi “Əlamut” qalasında sürgün həyatı keçirir. Qəsrdən
çıxmaq hüququ əlindən alınmış alim ismaililərin yanında
keçirdiyi 20 ildən bir qədər artıq müddətdə dözülməz
mənəvi sıxıntılara baxmayaraq, bir neçə elmi əsər yaza
bilir: “Şərhül-İşarət”, “Təhrir Məcəsti” (Almagest),
“Təhrir Öqlidis” (birinci redaksiya). Adı çəkilən sonuncu
kitabı o, 1248-ci ildə və bundan sonra isə həmin kitabın
ikinci redaksiyasını (13 hissədən ibarət olanını) yazmışdır.
Alim 1242-ci ildə tamamladığı “Şərhül-İşarət” (Əbu
Əli ibn Sinanın “İşarət” adlı fəlsəfi risaləsinə şərhlər)
89
əsərinin sonunda yazır: “Mən bu kitabın əksər fəsillərini
olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan
artıq sıxıntı çəkə bilməzdi. Mənim bu kitabı yazdığım
vaxtın hər fəsiləsi qəmlə, əzabverici qüvvə, hayıfsılanma və
böyük hüzn ilə dolu idi. Mən bu kitabı elə bir şəraitdə tərtib
etmişəm ki, hər bir anda mənim üstümdə cəhənnəm odu
yandırılır və üstündən qaynar su tökülürdü”.
1
Onun bu yazısını izləyəndə, onda “Dürrət ül-Əxbar”
kitabında yazılanların həqiqət olduğuna inanırsan; “Əlamut
zindanında Nəsirəddin ayaqları bağlı saxlanılırdı”.
Tusinin sarsıntısını və iztirabını başa düşmək çətin deyil.
O, araşdırma işləri ilə məşğul olmaq üçün mühüm kitab-
xanalardan məhrum edilmişdi. Alimin qalada yazdığı bütün
elmi əsərlər ciddi nəzarət altında yazıldığından, yoxlama-
lara məruz qalırdı. Bunula belə Tusi Əlamut qalasında ağır
bir şəraitdə, özünün ölməz əsərlərini yaradır.
Çoxları elə zənn edirdi ki, ürəyi elmin eşqi ilə döyünən
alim qısa zaman kəsiyində ismaili təriqətinin əleyhdarı kimi
edam ediləcək. Lakin bu baş vrmədi.
Bunun bir səbəbi “Tarix-e cahaquşay-e Cüveyni” kita-
bında belə izah edilir: “İsmaililər rəhbərlərinin ən çox
diqqət yetirdikləri elmlərdən biri ulduzların tədqiqi olmuş-
1
Nəsirəddin Tusi. “Şərhül İşarət”. Bu ifadələri profeccor Ə. K.
Zəkuyev tərcümə edibdir.
90
dur. İsmaililər istehkamlarının, qalalarının, qüllələrinin –
Əlamut, Kuhistan qalalarının hündür yerlərdə tikilməsinin
əsas səbəblərindən biri də bu idi ki, münəccimlər münasib
yerlərdə yerləşdirilsin və kainatı tədqiq etsinlər... Digər
tərəfdən isə ismaililər hərəkatı öz inkişafının ən yüksək
zirvəsinə çatmış, yüksək səviyyədə elmi tədqiqat işləri
apardığına görə xüsusi diqqət mərkəzində idi. Çalışırdılar
ki, müxtəlif elm sahələri üzrə böyük alimləri öz mərkəzləri-
nə toplayıb, onlar üçün tədqiqat aparmaq üçün imkanlar
yaratsınlar.
Xacə Nasirin Əlamutda olması, sonralar onun o dövrün
ölkələrində - Çinə qədər elmi nəzəriyyələrinin yayılması
göstərir ki, o, orada elmi tədqiqat fəaliyyəti ilə məşğul
olurmuş. Unutmaq olmaz ki, Əlamutda zəngin kitab-
xanalarından biri mövcud idi. Hətta orada münəccimlik alət
və dəzgahları da geniş şəkildə işlədilirdi ”.
1
Bir neçə ildən sonra Tusi məntiqdən “Əsasül-iqtibas”
əsərini yazır. Bu əsər məntiqlə bağlı ibn Sinanın “Şifa”
əsərindən sonra ikinci əsər sayılır.
İsmaili dövlətinin yaranması haqda L. Stroyeva maraqlı
məlumat verir: “İsmaililərin üsyanı, İranda şiəliyin bir qolu
olan ismailizmin yaranmasına gətirib çıxarır. VII əsrin
1
A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad”
İslam araşdırmaları mərkəzi, 1996. səh. 33-34
91
ortasında Əlinin tərəfdarları (şiələr) bildirirlər ki, yalnız o,
(Əli - R. D.) və onun birbaşa nəsli xilafətdə siyasi hakimiy-
yətdə olmaq hüququna malikdirlər. Bu onunla izah
olunurdu ki, yalnız Əli, Məhəmməd Peyğəmbər tərəfindən
açıqlanmış dərin biliyə sahib olubdur, deməli Əli İmam
sayılmalıdır – müsəlman tayfasının dini başçısıdır”.
1
İ. Qoldsiyerin yazdığına görə, sonradan İmam şəxsiyyəti
haqqındakı sual, şiələr arasındakı parçalanmaya gətirib
çıxarır.
2
VIII əsrdəki parçalanma, əsasən altıncı İmam Cəfər əs-
Sadiq böyük oğlu İsmaili imamlıqdan məhrum edəndən
sonra baş verir. O, atasından tez vəfat etdiyindən İmam ola
bilmir. Şiələrin o hissəsi ki, onun oğlu Mühəmməd ibn
İsmaili İmam kimi qəbul edirlər, onlar ismaili adlanmağa
başlayırlar. Abbasi hakimlərinin təqibindən yaxa qurtar-
maq üçün ismaili imamlar qeyri-leqal fəaliyyət göstərirlər,
Həzrət Əli və Fatimənin (Peyğəmbərin qızı) nəslindən olan
İmam Ubeydulla, müstəqil olaraq Fatimi Xilafətini (909-
1171) yaradır. Fatimi Xilafətində ismailizm rəsmi olaraq
dini təlim elan olunur.
3
1
Л. В. Строева. Государство Исмаилитов в Иране в XI-XIII вв.
Москва, «Наука», 1978. стр. 32
2
И. Гольдциер. Лекции об Исламе. СПб, 1912
3
Л. В. Строева. Государство Исмаилитов в Иране в XI-XIII вв.
Москва, «Наука», 1978. стр. 32
92
Bütün bunlara baxmayaraq İsmaili dövləti Abbasi
Xilafətinin müttəfiqi sayılır və regionda sayılıb-seçilən
dövlətlərin birinə çevirilir.
Çingiz xanın nəvəsi Hülaku xan öz ordusu ilə Azərbay-
canın sərhədinə yaxınlaşanda xanın göndərdiyi cəsuslar
Tusinin nə qədər müdrik alim və aqil insan olduğunu
hökmdara izah edirlər. Halbuki xan qiyabi olsa da, Azər-
baycan alimi barəsində çoxlu müsbət fikirlər eşitmişdi.
Alimlərə və ümumiyyətlə, aqil insanlara möhkəm pərəstiş
edən Hülaku xan “Əlamut” qalasını mühasirəyə alır.
Onun qoşunları 1256-cı ildə fətholunmaz “Əlamut”
qalasını tutur, Tusini və digər alim məhbusları azad edirlər.
1256-cı ildə Hülaku xan Azərbaycanın bütün bölgələ-
rinə tam yiyələnir və həmin ölkənin hakimi elan edilir. O,
Azərbaycana sahib çıxandan sonra dahi alim sayılan Tusini
öz məsləhətçisi təyin edir. Hülaku xan ən ağır vəziyyət-
lərdə belə, başqa milliyyətdən olan alimə bel bağlamışdı.
Tusi “Əlamut” qalasında saxlanıldığı bir zaman onun
nəslinin bir çox nümayəndələri, o cümlədən ailəsi Həmə-
dan şəhərində yaşayırdı. Tusinin müasiri olan məşhur
Azərbaycan tarixçisi Rəşidəddin Fəzlullah (1247-1318)
Hülaku xanın alimə necə hörmətlə yanaşması barəsində
yazırdı: “Elə ki aşkar edildi və səhih çıxdı, Xacə Nəsirəd-
din, Rəşiddövlə və Müvafiqəddövlənin oğulları açıq ürəkli-
93
dir və onların mənşəyi Həmədan şəhərindədir, bunlar
böyük və hörmətli təbiblərdir, onların hamısına Hülaku xan
nəvaziş və hörmət göstərdi, onlara nəqliyat vasitələri verdi
ki, öz ailələrini, qohumlarını, ev adamlarını, itaətlərində
olanları, müridlərini onun (Hülakunun) hüzuruna gətirsinlər
və onun zat-ailələrinin xidmətində saxlasınlar”.
1
Alim qaladan azad edilən kimi ilk vaxtdan monqol
hökmdarının məsləhətçisi təyin edilir. Elə ilk günlərdən o,
Hülaku xanın bir çox siyasi tədbirlərinin həyata keçirilmə-
sində məsuliyyəti öz üzərinə götürür. Xan yenicə yaratdığı
dövlətinin sərhədləri genişləndirmək üçün mütləq Abbasi-
lər xilafətinin paytaxtı - Bağdadı ələ keçirməli idi. Bu işdə
Tusi hökmdara lazımi məsləhət vermişdi. Uzun müddət
müsəlman aləminin müqəddəs şəhəri sayılan Bağdada
hücum etməyə çəkinən Hülaku xan yalnız, Azərbaycan
aliminin elmi cəhətdən əsaslandırılmış fikirlərdən sonra bu
addımı atmağa cürətlənir.
Öz qoşunlarını Bağdadın yaxınlığında saxlayan Hülaku
xan dəfələrlə Bağdad xəlifəsi Müstəsimə, təslim olması
haqqında təkliflər verir. Bağdad xəlifəsi hər dəfə rədd
cavabı verməklə yanaşı, elxanilərin hökmdarını Allahın
qəzəbi ilə qorxudurdu.
1
Рашид-ад-дин. Сборник летописей. III том. Москва, 1946. стр. 31
94
Onun məsləhətçilərindən biri Hüsaməddin hökmdara
Bağdad səfərindən əl çəkməyə və Konstantinopola hücum
etməyə məsləhət görmüşdü. Tusi isə bu məsələdə düzgün
məsləhət verəndə, Hüsaməddin ilə balaca bir mübahisə baş
verir.
Fəzlüllah Rəşidəddin “Camei təvarix” əsərində yazır:
“Həmin yürüş haqqında Hülaku xan dövlət xadimləri və
saray məsləhətçiləri ilə məsləhətləşərdi. Bunların hər biri
öz etiqadına uyğun olaraq fikirlərini söyləyirdilər.
Hülaku xan, onu səfərdə müşayiət edən münəccim
Hüsaməddini yanına çağırdı və ona əmr etdi:
- Tərifsiz olaraq ulduzların bütün göstərdiklərini danış.
Münəccim hökmdara yaxın olduğu üçün cürətlə dedi:
- Abbasilər nəslinə qəsddə və Bağdad üzərinə hücumda
bizə səadət yoxdur; çünki bu vaxta qədər Abbasilərə və
Bağdada qəsd edən heç bir şəxs nə şahlıq və nə də həyat
üzü görmüşdür. Əgər hökmdar öz nökərinin sözünə qulaq
asmasa və oraya getsə, altı cür qətl baş verər: birinci – atlar
qırılar və qoşun xəstələnər, ikinci – günəş doğmaz, üçüncü
– yağış yağmaz, dördüncü – qasırğa qalxar və dünya zəlzə-
lədən məhv olar, beşinci – yerdən bitki qalxmaz, altıncı –
böyük hökmdar həmin il vəfat edər...
95
Sonra Hülaku xan dünyanın xocası Tusini çağırdı və
onunla məsləhətləşdi. Xacə şübhə altında idi və ona görə də
dedi: - Bu hallardan heç biri olmaz.
Sonra Hülaku xan soruşdu: - Bəs nə olacaq?
Nəsirəddin cavab verdi: - O olacaq ki, Xəlifənin yerində
Hülaku xan oturacaq”.
Rəşidəddinin yazısından başa düşülür ki, Tusi dini
xurafatdan azad, vəziyyəti düzgün analiz etməyi bacaran bir
şəxs idi. Bütün fikirlərini elmi əsaslarla sübut edirdi.
Ərəblər bir neçə yüz il Yaxın şərqdə və Qafqaz dağları-
nın cənubunda yerləşən ölkələrdə hökmranlıq etsələr də,
getdikcə həmin regionlar da zəifləməyə başlamışdı. 750-ci
ildə ərəb xilafətində böyük dəyişiklik baş verir. Xilafətin
başında duran Əməvilər sülaləsi (661-750) imperiyanı idarə
edə bilmədikləri üçün Abbasilər sülaləsi (750-1258)
hakimiyyətə gəlir və XIII əsrin ortasına kimi Xilafəti idarə
edirlər. Xilafətin paytaxtı olan Bağdad şəhəri dünyanın ən
böyük və varlı şəhəri sayılırdı. Bundan əlavə Bağdad Ya-
xın Şərqin ən böyük mədəniyyət, incəsənət və elmi ocaqla-
rın mərkəzi idi. Elmin bütün sahələrində məşhurlaşan
adamlar bilavasitə həmin şəhərdə fəaliyyət göstərirdilər.
Bağdad ələ keçiriləndən sonra (1258) Hülaku xan öz
möhtəşəm dövlətini 1260-cı ildə Azərbaycanda salır. Elxa-
nilər adlanan bu yeni dövlətin başçıları “Elxan”lar idi.
96
“Dünya Xoşbəxtliyi Cəmiyyəti” xoşbəxtliyə
nail olmaq üşün iki yol müəyyən etmişdir.
Bunlar xalqa xidmət etmək və insanlara
məhəbəttlə yanaşmaqdır.
Demosfen
Dostları ilə paylaş: |