(“Bütöv çoxtərəfli haqda risalə”), “Came ül-hesab”
(“Lövhə və tozun köməyi ilə hesab toplusu”), “Dairənin
ölçüsü”, “Təhrir Öqlidis” (“Evklid “Başlanğıc”ının
təsviri) kimi kitablar xüsusi yer tutur.
Dörd hissədən ibarət olan “Zic Elxani” (“İlxanilər
astronomik cədvəlləri”) əsəri isə alimin adını dünya
astronomiya tarixinə salmışdır. Adı sadalanan elmi əsərlə-
rin əksəriyyətini Tusi rəsədxana tikilməyə başlayandan
sonra işləyib başa çatdırmışdı. Bu ondan xəbər verir ki,
alimin eyni zamanda bir çox işlərlə məşğul olaraq, vaxtını
boş keçirməmişdi. Özünün dediyi kimi hər bir insan bu
dünyada yaşayırsa, o, vaxtını əbəs yerə keçirməməlidir.
Onun düşüncəsi ilə hər kəs ki, bu dünyada yaşayırsa,
ömrünü həyatın inkişafına həsr etməlidir.
111
Tusinin üzə çıxardığı elmi nəticələri geniş vüsət almış,
elmin bir çox sahələrini təkmilləşdirərək xeyli inkişaf
etmişdir. Onun hər bir əsəri, bilavasitə yanında işləyən
alimlərin gözü qarşısında yazılırdı və mütəmadi olaraq
Hülaku xana bu haqda məlumat verilirdi. Azərbaycanlı
alim həmin dövrdə o qədər məşhurlaşmışdı ki, Hülaku xan
vəfat edəndən sonra (1265) Abaqa xan Elxanilər dövlətinin
taxt-tacına yiyələnir və tərəddüd etmədən Tusini sarayının
baş vəziri təyin edir. Güclü idrak sahibi olan alim müdaxilə
edərək, həmişə ağıllı məsləhətləri ilə başqa əyanlardan
fərqlənmişdi. Ən ağır vəziyyətlərdə hökmdar ona bel
bağlayaraq, alimdən mənəvi dayaq kimi istifadə etmişdi.
Çingiz Qacarın “Azərbaycanın görkəmli şəxsiyyət-
ləri” əsərində “Məhəmməd Nəsirəddin Tusi” fəsilində
ardıcıl olaraq iki abzası qeyd etmək istəyirəm: “Çağdaş
tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə,
riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil,
həmçinin Avropada həndəsənin və triqonometriyanın
inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada
ərəb, sonra isə latın dilində tərcümədə çap olunan “Evklid
“Başlanğıc”ının təsviri” əsəri Tusi ideyalarının Avropada
yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan
ibarət yazdığı “Bütöv dördtərəfli haqqında risalə” də
Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol
112
oynamış əsər kimi məşhurdur. Dünya elm tarixində ilk dəfə
bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi
yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə tərcümə
olunmuşdur.
Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində
bütün dərəcələrdən kökalma metodu və Binom düsturu
daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologi-
yaya, fizikaya, tibbə, iqtisada, coğrafiyaya, musiqiyə və
təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqəti
nəzərə çarpdırır. Bunların arsında “Bağdadın tarixi”,
“İşığın əks olunması və sınması haqqında risalə”,
“Evklid opti-kası”, “Göy qurşağının öyrənilməsinə dair
risalə”, “Qiymətli daşlar haqqında kitab”, “Dövlət
maliyyəsi haqqında risalə”, “Xoşbəxt günlərin seçilmə-
si” (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.
Nəsirəddinin bir çox əsərləri bu günə qədər öz araş-
dırıcısını gözləməkdədir. Bunlara Bakı, Paris, Florentsiya,
Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlə-
rinin muzey və kitabxanalarında rast gələk mümkündür.
1
Hələ məlum deyil ki, alimin neçə əsəri aşkar edilməmiş
şəkildə dünyanın neçə dövlət və şəxsi kitabxanalarında və
yaxud da dövlət əlyazmalar fondunda saxlanılır. Çox
1
Ç. Qacar. Qədim və orta əslər Azərbaycanın görkəmli şəxsiyyətləri.
Bakı, “Nicat”, 1997. səh. 124
113
güman ki, Marağa rəsədxanasında yaradılan elmi əsərlərin
bəziləri başqa bir müəlliflərin adı altında Təbriz, Tehran,
Pekin və Nankin şəhərlərinin müxtəlif inzibati obyektlərin-
də saxlanılır. Vaxt gələcək onun bütün işləri üzə çıxacaq və
bəşəriyyət tarixi onun zəhmətinə lazımınca layiqli
qiymətini verəcəkdir.
Göründüyü kimi, Tusinin dünya ictimaiyyəti üçün vacib
sayılan elmi əsərləri yaranandan sonra Azərbaycanın
(Şimali Azərbaycan nəzərdə tutulur – R. D.) muzey və
kitabxanalarında qalmayıb, əksər ölkələrdə özünəməxsus
müsbət yer tutmuş və indiyənə qədər bir çox alimlərin
fərəhinə səbəb olmuşdur. Sadəcə olaraq, həmin əsərlər
geniş oxucu kütləsinə lazımi səviyyədə təqdim olunmayıb-
dır. Elə alimələr olub ki, onun əsərini oxuyub təhlil edib,
lakin həmin əsərin müəllifinin gizli saxlamağı üstün
tutubdur. Onlardan biri məşhur italyan coğrafiyaşünası
Paolo Toskanelli idi. O, alimin tərtib etdiyi “Zic İlxani”
əsərini əldə etmiş, həmin materialdan lazımi qədər istifadə
edəndən sonra mənbəni hər zaman öz həmkarlarından
gizlətməyə çalışmışdır. Bu haqda ətraflı məlumatı mən bir
qədər sonra verəcəyəm. İndi isə Tusi haqqında məlumatları
qısa şəkildə yekunlaşdırmaq yerinə düşərdi.
Tusi hələ cavan yaşlarından Azərbaycanda astronomiya
elminə xidmət edərək rəsədxananın tikilişi barəsində
114
fikirləşirmiş. Sadəcə olaraq, həmin ideyanı həyata keçir-
mək üçün qüvvətli, nüfuzlu və varli bir himayədar tapmaq
lazım idi. Yarım əsr yaşadıqdan sonra alim belə bir
himayədar tapmağa müvəffəq olmuşdur. Bu adam qüdrətli
Hülaku xan idi. Bağdad alınan kimi, Tusinin Hülaku
xandan icazə istəyib işə başlaması da bunu sübut edir. Bir
ildən də az müddətdə o, tikiləcəyi yeri müəyyənləşdirir,
eyni zamanda, astronomik cihazlar hazırlayır, müxtəlif
şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli
kitablar gətizdirir və rəsədxanada araşdırmalar aparmaq
üşün dünyanın bir çox ölkələrindən alimlər dəvət edir. O,
özü “Zic İlxani” əsərində bu barədə belə yazır: “Hülaku
xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən
alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müəyyidəddin
Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəd-
din İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini”.
Digər qaynaqlardan isə dövrün ən tanınmış alimləri
Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi
Buxari, Fao Mun-Çi və digərlərinin də Marağa
rəsədxanasında çalışdıqları məlum olur. Adı çəkilən alimlər
Marağa rəsədxanasında işləməklə yanaşı Tusinin yanında
bir növ elmi praktika keçərək öz biliklərini artırırdılar.
Elmi-tədris ocağını xatırladan həmin rəsədxa-nadan çıxan
hər bir mütəxəssis öz vətənlərinə qayıdandan sonra
115
diyarlarında ən bacarıqlı və təcrübəli alim kimi müstəqil
şəraitdə fəaliyyət göstərmişdilər.
Burada bir məsələyə toxunmaq vacib olardı. Azərbay-
canın görkəmli siyasi xadimi və tarixçisi Rəşidəddinin öz
salnamələrində yazdığına görə həmin dövrdə Cəmaləddin
Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin
o, bu tapşırığın öhdəsindən gələ bilməmişdi. Nəhayət,
Cəmaləddin Çin alimi Fao Mun-Çi ilə birlikdə Marağaya
gəlib, Tusi ilə məsləhətləşmələr apardıqdan və rəsədxana
tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən
sonra Pekində də işlər başa çatdırılır.
Ç. Qacar bu haqda yazır: “Azərbaycanın ən görkəmli
dühalarından biri Nəsirəddin Tusi Hülaku xana məsləhətçi
təyin edilir. Hələ bundan da qabaq böyük alim kimi
Nəsirəddinin şöhrəti Pekinə gəlib çatmış və onu möhtəşəm
bir mərkəz kimi, düşünülmüş rəsədxananın tikintisinə
kömək etmək üçün paytaxta dəvət etmişdilər. Tusi isə
Pekinə getməkdən imtina etmiş və Hülaku xanı rəsadxana-
nın ilk növbədə imperiyanın deyil, İlxanilərin paytaxtında
Marağada tikilməsinin vacibliyinə inandırmışdı”.
1
1
Ç. Qacar. Qədim və orta əslər Azərbaycanın görkəmli şəxsiyyətləri.
Bakı, “Nicat”, 1997. səh. 129
116
Hülaku xanın tarixdə keçdiyi yol bir çox tədqiqatçılar
üçün maraqlı olduğundan, onun dövrü fəaliyyəti diqqət
mərkəzində olub.
O, Çingiz xanın sevimli nəvələrindən biri olmuşdu.
Bütün ömrüboyu köçəri həyat sürmüş Hülakunun ən
sevimli əyləncələri şahin və pusqu ovlarına çıxmaq, böyük
ziyafətlər təşkil etmək idi. Gözəl mallara olan həvəs onun
istəyinə çevirilmişdi. O, nəinki Çingiz xanın hərbi məktəb
sənətinə yiyələnmiş, həm də həmin sənəti düşmən
əhatəsində öz şəxsi marağı üçün istifadə etməyi bacarırdı.
Rəşidəddinin sözlərinə görə Hülaku xan elmləri çox
sevir və sarayında alimləri, müdrik adamları saxlamağı
xoşlayır və onların biliyindən istifadə edərdi.
Hülaku xanın xüsusiyyətində mərdlik, zəhmlilik və qəd-
darlıq xeyli seçilir, lakin ona yaltaqlanmağı xeyli xoşlayır-
dı... Dostlarına qarşı ürəyiaçıq, düşmənlərinə qarşı isə çox
rəzil, mali-mülkə hərisli olan Hülaku xan belə bir rəngarəng
fiqur idi.
1
Hülaku xan Çin dövlətinin hökmdarı Xubilay xanın
qardaşı idi və həmişə də nüfuzlu və qüdrətli hökmdarın
yanında böyük hörmətə malik idi. Tusi çox yaxşı bilirdi ki,
Xubilay xan öz qardaşının sözündən çıxmayacaq və məhz
1
Л. В. Строева. Государство Исмаилитов в Иране в XI-XIII вв.
Москва, «Наука», 1978. стр. 243
117
buna görə də əmin idi ki, Hülaku xan möhtəşəm rəsad-
xananın Azərbaycanda tikilməsi razılığını öz qohumundan
alacaq. Razılıq almaqdan əlavə bu sahədə işləyən mütəxəs-
sislərin Çindən Azərbaycana gətirilməsi vacib idi. Hülaku
xan bu məsələ barəsində qardaşına müraciət edir və
astronomiya sahəsində lazımi qədər təcrübəsi olan cavan
alim Fao Mun-Çi Azərbaycana gəlməli olur.
Tusi bu məsələdə bir növ peşəkar diplomat kimi hərəkət
etmişdi. Nəhəng imperiyanın (Yuan) hökmdarı Xubilay xan
möhtəşəm bir rəsədxananın Çində tikilməsini istədiyi bir
vaxt məhz Azərbaycanda tikilir. Əlbəttə, rəsədxananın
tikintisinə külli-miqdarda pul sərf olunmalı və heç kim də
əvvəlcədən zəmanət verə bilməzdi ki, həmin rəsədxana
necə fəaliyyət göstərəcək. İmperiyanın hüdudlarında tikilə-
cək elm ocağının astronomiya elminə keyfiyyət baxımından
müsbət təsir etməsi, bu işə sərmayə buraxan hər bir adamı
möhkəm narahat etməli idi. Xubilay xan öz qardaşının
xahişini yerinə yetirəndə nə etdiyini çox yaxşı bilirdi.
Hülaku xanın verdiyi sərmayənin hesabına – 20 min dinar –
Azərbaycanda tikiləcək rəsədxana keyfiyyət baxımından
necə inşa ediləcək və onun fəaliyyəti hansı yönümdə qane
etsə, onda o, da belə bir rəsədxananın Çində tikilməsinə səy
göstərəcək və bunun üçün ən təcrübəli mütəxəssisləri məhz
Azərbaycandan gətirəcəkdir.
118
Xubilay xan anlayırdı ki, Marağada rəsədxana işə
salınandan sonra həmin elmi ocağın nəzdində astronomiya,
riyaziyyat, həndəsə, coğrafiya elmini inkişaf etdirmək üçün
mütəxəssislər hazırlanacaq. Belə olan halda, gələcəkdə
Çində tikiləcək rəsədxananın işlədilməsi üçün Azərbaycan-
dan gətirdiləcək mütəxəssislər əsas işlərin öhdəsindən
gəlməlidirlər. Əlbəttə, Tusi məktəbinin yetirmələri nəinki
Çində və Azərbaycanda, ümumiyyətlə, dünyanın hər bir
yerində fəaliyyət göstərməli idilər.
Artıq həmin dövrdə, Azərbaycan özünün bütün Yaxın
Şərq dünyasında məşhurlaşmış dahi və görkəmli şəxsiyyət-
ləri Mühəmməd Babakuhi Bakuvi, Şihabəddin Əbuhəfs
Sührəvərdi, Qətran Təbrizi, Əli Xatib Təbrizi, Əfzələddin
Xaqani Şirvani, Ömər ibn Osman Kafiəddin Şirvani, Əcə-
mi Naxçıvani, Mahmud Zəncani, Şeyx Nizani Gəncəvi,
Məshəti Gəncəvi ilə tanınmışdı. Onların haqqında, elmə və
mədəniyyətə böyük üstünlük verən Hülaku xan da müsbət
fikirlər eşitmişdi. Adları çəkilən görkəmli şəxsiyyətlərdən
fərqli olaraq, Tusi hərtərəfli inkişaf etmiş adam idi və öz
biliyi ilə nəinki dostlarını, hətta düşmənlərini də valeh
etmişdi. Hülaku xan ən ağır vəziyyətlərdə belə, başqa
milliyətdən olan alimə bel bağlamışdı. Tusi həqiqətən də ən
çətin məqamlarda və çıxılmaz vəziyyətlərdə çox ağıllı
məsləhətlər verirdi. Onun elə bir məsləhəti olubdur ki, bir
119
neçə yüz il qonşu regionlara meydan oxuyan böyük bir
imperiyanı yer üzündən sildirərək tarixin səhifələrində
dinamik bir dönüş yaratmışdı.
Bağdad Xilafəti süqut olandan sonra onun yerində heç
bir dövlət yaranmadı, sadəcə olaraq həmin ərazi İlxanilər
dövlətinin tərkibinə daxil olur. Bağdadın elm və mədəniy-
yət xəzinəsi başqa regionlardan olan alimlərin üzünə açılır.
Bu tarixi prosesdə Tusi əvəzsiz rol oynamışdır.
Dövləti sülh şəraitində idarə etmək üçün hökmdar
zəkasına etibar etdiyi Tusiyə, dövlət quruluşu və maliyyə
sistemi barəsində kitab yazmağa həvalə edir. Həmin kitab-
da elə məqamlar var ki, indiki zamanda o öz aktuallığını
hələ də itirməyibdir.
Xacə Nəsirəddin Mühəmməd Tusi cavanların işsizliyi-
nin məsələsinə toxunaraq yazmışdır: “Əkinçilik, ticarət,
məhkəmə və s. işlərlə məşğul olmayan sağlam və çevik
cavanları işsiz qoymurdular. Orduya ləyaqətli olanlara
silahdan istifadə etməyi öyrədib orduya cəlb edirlər. Yazıb-
oxumağa həvəsi olanlara yazmaq öyrədirdilər. Ümumiyyət-
lə, kim hansı işə layiq idisə, onu həmin işlə təmin edirdilər
və işsiz qalmağa qoymurdular”.
... Tusi büdcədə işləyən dövlət qulluqçuları və məmur-
ların da qayğısına qalaraq padşaha, belə adamlara təmin
ediləcək miqdarda pul və məvacib verməsini tövsiyə etmiş-
120
dir. O, yazır: “Belə olduqda dövlət məmuru padşah malını
mənimsəməz, üzgörənlik etməz”.
1
Bundan əlavə onu da qeyd etmək istəyirəm ki, artıq
Hülaku xan İran, Azərbaycan, Gürcüstan, İraq, Qızıl-İrmək
çayına qədər Kiçik Asiya, Türkmənistan və Əfqanıstan
daxil olmaqla, böyük bir regionu əhatə edən “İlxanilər”
dövlətini yaratmışdı. Regionda qüdrətli və varlı dövlət
sayılan Bağdad xəlifəsi birdəfəlik darmadağın edilmişdi.
Səlcuq türklərinin başı isə Bizans imperiyasının torpaqları-
nın mənimsəməsinə qarışmışdı.
Öz iqamətgahını Azərbaycanda quran Hülaku xan
işğalçılıq siyasətindən əl çəkərək, ömrünün qalan hissəsini
yaratdığı dövlətinin idarəçiliyinə həsr etmişdi.
Bağdad üzərinə hücum vaxtı, məhz türk döyüşçüləri
birinci olaraq şəhərə daxil olmuşdular. Onların ardınca
monqol döyüşçüləri Yaxın Şərqin ən böyük şəhərinin bütün
küçələrini nəzarət altına alıb ən möhtəşəm binalarda qarət
və talanlar yaratdılar. Neçə əsr böyüyən və inkişaf edən
Bağdad bir anlığa xarabazarlığa çevrilir. Həmin yürüşdə
Hülaku xanı müşayiət edən Tusi bir çox qırğınların,
alimlərin, qocaların, qadınların və uşaqların qətlinin qarşısı-
1
Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik
yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001.
Professor M. N. Seyidovun məruzəsi, səh. 210
121
nı almışdı. Alim minlərlə günahsız adamları məhvdən
qurtarmış və bu hadisə bir fakt olaraq tarixə düşübdür.
Lakin elə siyasətçilər olurdu ki, Bağdadın alınmasını və
Abbasi xilafətinin devrilməsini ən qatı qətl kimi qələmə
almışdı: “Hülaku İrandan, əvvəlcə istədiyi kimi Konstanti-
nopola deyil, axırıncı Bağdad xəlifəsi Abbasi Müstəsimin
üstünə getdi, son dövrdə ali mülki hökumət bu qoçaqların
əlinə keçmişdi, amma Bağdadda mübarizə davam edirdi,
tez-tez qanlı toqquşmalar olurdu və s.
1258-ci ilin fevralında onun, (Hülaku xanın – R. D.)
sərkərdəsi Baqu hücum nəticəsində Bağdadı alır. Kəsib-
doğrama 40 gün davam edir: Bağdad şəhərinin istehkam-
ları, qüllələri, darvazaları dağıdıldı, gözəl binalar və elmi
kolleksiyalar odlandı. ...500 il müddətində müsəlman
dünyası üzərində davam edən Abbasilər nəslinin ruhani
ağalığının sonu belə oldu”.
Əlbəttə, K. Marks Bağdadın alınmasını şişirdilmiş şəkil-
də göstərmək istəmişdi. Həqiqətdə isə belə olmamışdı.
Düzdür, monqolların işğalı zamanı şəhərdə böyük dağın-
tılar və qırğınlar baş vermişdi. Lakin qısa bir müddətdən
sonra Hülaku xan Tusi, Cüveyni kimi müdrik adamların
məsləhəti ilə şəhərdəki xaosu aradan qaldırmış və oradakı
vəziyyəti tam nəzarət altına almağa müvəffəq olmuşdur.
122
Əfqan alimi Sərv Quya Etimadi yazırdı: “O, (Nəsirəddin
Tusi – R. D.) Bağdad dağılandan və xilafət süqut edəndən
sonra bacardığı qədər adamların, elmə və ədəbi əsərlərin
nicatı uğrunda çalışmışdır... ...Əgər Xacənin misilsiz səyi
olmasaydı, Bağdadda baş vermiş bu dəhşətli tufan və qan
dolu fəlakətdən heç bir elmi-ədəbi nümunəni, misilsiz
əsərləri xilas etmək olmazdı. Olan-qalanı da bu tufan məhv
edəcəkdi”.
Bəzi tarixçilər Bağdadın işğal olmasını Tusinin qisasçı-
lıq prinsipindən yarandığını göstərmək istəyirlər. Guya
onun “Əlamut” qalasında keçirdiyi 20 illik dustaq həyatın-
da Bağdad Xəlifəsinin böyük günahı vardı. Belə rəvayət
edirlər ki, Tusi Kuhistanda qonaq olarkən Bağdad xəlifə-
sinə bir qəsidə ithaf edib ona göndərir. Bu isə xəlifənin baş
vəziri ibn Əlqəminin tərəfdarlarının əlinə düşür. Qəsidə ilə
tanış olan vəzir alimin təhlükəli rəqib hesab edərək, onun
həbs edilməsi əmrini göndərir.
Yuxarıda göstərilən rəvayət Bağdad xəlifəsi Müstəsimin
şəxsiyyətinə xələl gətirməməkdən ötrü islam tarixçiləri
tərəfindən düzəldilmişdir. Lakin bütün bunlara baxmaya-
raq nə Nəsirəddin Möhtəşəm, nə də ki, ibn Əlqəmi Tusinin
qəzəbinə düçar olmuşdular. Halbuki hamı çox yaxşı bilirdi
ki, azərbaycanlı alim öz kamil zəkası ilə Hülaku xanın
yanında böyük hüsn-rəğbət qazanmış bir şəxs idi.
123
Faktiki olaraq döyüşlər gedən zaman vəzir əl-Əlqəmi və
nəsrani patriarxı xəlifə Müstəsimə xəyanət etmiş və təslim
olmaq üçün onu razı salmışdılar. Bundan əlavə məhz xəya-
nət nəticəsində monqollar gizlin saxlanılan ləl-cəvahiratla,
daş-qaşla, qızıl ilə dolu olan xəzinənin yerini öyrənmiş və
on gündən sonra xəlifəni Abbasi nəslinə mənsub olan bütün
kişi xeylaqları ilə birlikdə edam edirlər.
Birdəfəlik sübut olunub ki, Tusi humanist və rəhmdil bir
şəxsiyyət olubdur. O, heç vaxt qisasçılıq prinsiplərinə
söykənməmişdir. Bunun üçün əyani sübut aşağıda göstəri-
lən tarixi hadisədir:
Monqollar Bağdadı işğal edəndə təqibdən gizlənənlər-
dən biri Tusinin yaxşı tanıdığı xəlifənin vəziri ibn Hacib
idi. Hələ cavan yaşlarında alim “Əhli beyt” haqqında
yazdığı əsəri xəlifəyə təqdim etmək üçün Bağdada gəlir.
Kitabı nəzərdən keçirən vəzir öz narazılığını bildirir və
xəlifənin yanında Dəclə çayına atır.
Tusinin dost-tanışları ibn Hacibi kitabın aqibəti kimi,
Dəclə çayına atmağı məsləhət görürlər. Lakin alim öz
humanistliyini nümayiş elətdirərək, vəzirə yaxşılıqdan
başqa bir şey etmir.
1
Tusinin xasiyyəti təbiətən, istər dustaq həyatı keçirən
zaman, istərsə də Hülaku xanın sarayında yüksək vəzifəyə
1
A. Məmmədov. Hökm və hikmət. Bakı, “Qafqaz-LTD”, 2002. səh.158
124
qalxan zaman, dəyişməz olub. Artıq tarixdən məlumdur ki,
Bağdad işğal olunandan sonra o, yüzlərlə insanın həyatını
ölümün pəncəsindən qurtarıb, onalrın içərisində zəmanəsi-
nin tanınmış adamları da az olmamışdır. Siyasi baxışlarına
görə repressiyanın təqiblərinə məruz qalan adamlar çox
hallarda haqq-ədalət tərəfdarı sayılan Tusidən kömək
istəyirlərmiş. O, isə öz növbəsində bir başa Hülaku xana
müraciət edərmiş.
İnsan həyatın dalğa və fırtınalarına sinə
gərə bilmək üçün dəniz sahilindəki
qayalar kimi möhkəm olmalıdır.
Bencamin Franklin
Dostları ilə paylaş: |