Şeyx Məhəmmədəli Babakuhi Bakuvi
Azərbaycan bir balaca diyar olsa da, həmişə öz alimləri,
şairləri və mütəfəkkirləri ilə başqa ölkələrdən seçilmişdi.
Bu ondan irəli gəlir ki, hələ erkən orta əsrlərdən elmə,
mədəniyyətə, incəsənətə və ədəbiyyata xüsusi diqqətlə
yanaşılmış və bu sahələrin inkişafı üçün güclü mütəxəs-
sislər yetişdirilmişdi. Bundan əlavə Azərbaycan alimləri
ölkənin sərhədləri ilə yaxın olan dövlətlərdə baş verən elmi
52
proseslərin necə cərəyan etdiyi ilə dərindən maraqlanır və
oralarda da elmi tədqiqatlarını davam etdirirdilər.
Akademik Ziya Bunyadov göstərir ki, hələ erkən orta
əsrlərdən bir çox azərbaycanlı alimlər Bağdadda, Mosulda,
İsgəndəriyyədə, Ədəndə, Qahirədə və digər ərəb ölkələrin-
də müxtəlif elm sahələrindən dərs demiş və tədqiqat apar-
mışdılar. Bu o deməkdir ki, həmin dövrə qədər artıq Azər-
baycanın bir çox şəhərlərində təhsil ocaqları yüksək
səviyyədə fəaliyyət göstərmişdi.
Professor N. K. Kərəmov qeyd etmişdir ki, Qafqaz və
Orta Asiya, Yaxın və Orta Şərq, Hindistan və Şimali Afrika
ölkələrinin təbiəti, əhalisi və təsərrüfat fəaliyyəti haqqında
düzgün və dəqiq məlumatların toplanmasında azərbaycanlı
coğrafiyaşünas və səyyahlar həlledici rollardan birini
oynamışdılar.
1
Əlbəttə professor N. K. Kərəmov bu sözləri söyləməkdə
israrlı idi. Ona görə ki, hələ erkən orta əsrlərdən başlayaraq
Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri səyahətlərə
çıxaraq, özləri üçün bir çox maraqlı məlumatlar topla-
mışdılar. Onlardan biri də şair, alim, filosof, səyyah və qis-
mən də kosmoqraf Şeyx Məhəmmədəli Babakuhi Bakuvi
(931/32-1051) idi. Şərqşünas və tədqiqatçı Y. E. Bertels
onun tam adını aşağıdakı kimi müəyyənləşdirmişdir: “Şeyx
1
Керемов Н. К. Путешествие Гудси. Москва, «Мысль», 1977. стр.5
53
Məhəmmədəli Əbu-Abdullah Məhəmməd ibn Abdullah ibn
Ubeydullah ibn – Əhməd Şirvani Babakuhi”.
Şeyx Abdulla Ənsari, Abdurəhman Cəmi və Əliəjdər
Səidzadənin fikrincə, Babakuhi İrana, Orta Asiyaya, Ərə-
bistana və çox güman ki, Hindistana da səyahət etmişdir.
Professor Eybali Mehrəliev “Babakuhi Bakuvi (Nişapuri,
Şirazi) və Pirhüseyn Şirvani” əsərində bu haqda yazır: “Ş.
M. Babakuhi 20 ildən çox müddət ərzində İranı, Orta
Asiyanı və Hindistanı hər tərəfli gəzmişdir. Ona görə ki, o,
həmin yerləri ötəri səyahət etməmiş, ayrı-ayrı hissələrində
dayanıb yaşamış, yerli alimlərlə görüşmüş, müsəlman
dünyasında müəyyən cərəyanların inkişaf etdirilməsində öz
fikirlərini söyləyərək yerli əhalinin dünya görüşündə adət-
ənənələrinin öyrənilməsində mühüm rol oynayır...”
1
Babakuhinin, antik dövrünün alimləri kimi, dünya
okeanının mövcud olmasından xəbəri var imiş. Bunu
yazdığı şerin misralarında anlamaq çətin deyil.
“Sahili görünməz, uzanıb gedən,
Hər yeri qurşayan böyük dənizdə,
Kuhi təbiətlə yudu qəlbini,
1
E. Mehrəliyev. Babakuhi Bakuvi (Nişapuri, Şirazi) və Pirhüseyn
Şirvani. Bakı, “Nafta-Press”. 2002. səh. 37
54
Odur ki, ariflər bilir qədrini”.
1
Ş. M. Babakuhi öz qəzəllərində təbiətşünaslıq və səyahət
marşurutlarının təsvirini verməklə, özünün coğrafi
görüşlərini bəyan edirdi. O, Yerin kürə şəklində olmasını
da öz şerində bildirmişdi:
“Sənin məhəbbətin ağ xoruz oldu,
Oxşatdı dünyanı bir yumurtaya,
Sarısı Günəşdir o yumurtanın,
Təbiət qoyubdur onu ortaya”.
2
E. Mehrəliyev şeirin misralarını belə açıqlayır: “Doğru-
dur şairin elmi mühakiməsi məhəbbət pərdəsi altında veril-
mişdir. Dünyanın (Yer kürəsi nəzərdə tutulur, E. M.)
yumurtaya oxşadılması məsələsi Kainatın heliosentrik
sistemin əsas əlamətlərini izah edir. Həm də bu prosesi
təbiətin özünün işi sayır, təbii qanunlar əsasında qurul-
duğunu söyləyir. Bu elmi müddəalar hələ də özünün elmi
əhəmiyyətini itirməmişdir. İslam dininin təzə başlandığı və
kəskinliklə inkişaf etdiyi vaxtda dini müddəaların əleyhinə
olan fikirləri başqa cür deyilə bilməz. Babakuhi bir insan
1
Перевод на Азербайджанский Э. Мехралиев.
2
Перевод на Азербайджанский Э. Мехралиев.
55
kimi öz dövründən ayrıla bilməsə də bu fikir dahi Xarəzm
alimi Əbu-Reyhan Birunidən 30-40 il əvvəl söylənmiş,
Kainatın heliosentrik quruluşu haqqında öz dövrü üçün çox
cəsarətli fərziyyəsi idi. Eləcə də bu fərziyyə Polşa alimi
Nikolay Kopernikin bu sahədəki kəşfindən də 500 il əvvəl
yürüdülmüşdü...
Digər tərəfdən Yer kürəsinin analoqu olan yumurta,
onun Günəşə oxşadılan sarısı, toyuq tərəfindən yaradıldığı-
na görə, toyuq - bir-birini tamamlayan və bir-birinin təkrarı
olan bioloji prosesin yaradıcısı olmasını da təsəvvür etmək
mümkündür. Lakin Babakuhinin belə qabaqcıl fikirləri açıq
deyil, mifik və lirik örtüklər altında izah edilmişdir”.
1
“Sufilərin kosmoqrafiyasında “dünya yumurtası” haq-
qında danışılanda, Kainat haqqında deyil, Yer kürəsi barə-
sində düşünülür”.
2
Mənim fikrimcə, Babakuhi bu şeirdə Yer kürəsi haq-
qında deyil, məhz Kainat barəsində düşündüyünü bildir-
mək istəmişdir. İnsanın məhəbbəti ağ xoruzdur. Ağ xoruz
isə yalnız bizim Qalaktikaya bənzədilir.
“Oxşatdı dünyanı bir yumurtaya”, alim bu misrada
dünyanı Yer kürəsi kimi yox, Kainat olduğunu göstəyir ki,
1
E. Mehrəliyev. Babakuhi Bakuvi (Nişapuri, Şirazi) və Pirhüseyn
Şirvani. Bakı, “Nafta-Press”. 2002. səh. 37
2
Е. Я. Бертельс. Суфизм и Суфийская литература. Москва, 1965.
стр. 283-284
56
Günəş həqiqətən də onun daxilində yumurtanın sarısına
bənzədilir. “Təbiət qoyubdur ona ortaya” misrasında isə
Babakuhi Günəşin tərpənməz olduğunu bildirmək istəmiş-
dir. Belə olan halda Günəş Yer kürəsi ətrafında yox, məhz
Yer kürəsi Günəş ətrafında dövr edə bilərdi. Bu fikr ilə
Azərbaycan alimi Kopernikin ideyasını həqiqətən də 500 il
qabaqlamışdı. Babakuhi çox güman elmi risalələr də yaz-
mışdı. Etiraf etməliyəm ki, o, astronomiya elmini, Yaxın
Şərqin bir çox tanınmış alimləri kimi peşəkar səviyyədə
bilmirdi. Yəqin ki, bu işdə, xüsusən də Yerin və Göyün
quruluşu barəsindəki biliklərini Babakuhi, zəmanəsinin
məşhur alimləri sayılan Buzcanlı Əbül Vəfanın, Əbdürrəh-
man Əl Sufinin, Əbu Reyhan Biruninin, Həmid Əl Xocən-
dinin, Əbu Nəsr ibn İraqinin sayəsinə artıra bilmişdir.
Düzdür, bizə məlum olan tarixi sənədlərdə Babakuhi ilə
adları sadalanan alimlərin birbaşa görüşlərindən heç bir
məlumat yoxdur. Amma əminliklə yəqin etmək olar ki,
onlar bilavasitə təmasda olublar. Sadəcə olaraq, tarixi
sənədləri aşkarlamaqdan ötrü Tehranın, Şirazın və Həmə-
danın dövlət əhəmiyyətli kitabxanalarında və ya əlyazma-
lar fondunda şərqşünas mütəxəssislər axtarışlar aparmalı-
dırlar. İş ondadır ki, Babakuhi Xarəzmdə olarkən Hüseyn
əl-Xarəzm, əl-Fərabi, Əbu Əli İbn Sina, əl-Bəlxi, Əbu
Reyhan Biruni, Nəsri Xosrovun və başqa dahilərin əsərləri
57
ilə tanış olur. Olduğu vaxtda yaşayan bir sıra alimlərlə
görüşür. Deməli, onun Şərqin tanınmış alimləri ilə
ünsiyyətdə olmasına dair fərziyyəni fakt kimi qəbul etmək
məqsədə uyğun sayılır.
Alimin bir çox elmi işləri bizim dövrə qədər gəlib
çatmamışdır. Unutmamalıyıq ki, 120 il ömür sürmüş alim
Marağa, Həmədan, Xorasan, Bağdad, İsfahan, Rey və
başqa şəhərlərdə tez-tez olmuş, oralarda keçirilən elmi
məclislərdə yaxından iştirak etmişdir. Şübhə yox ki, alimin
əsərləri Azərbaycan tarixçisi Rəşidəddinin və Tusinin
yaratdığı Marağa rəsədxanasındakı kitabxanalarda saxlanı-
la bilərdi. Tusinin Babakuhinin kosmoqrafik fikirləri müəy-
yən dərəcədə dünya şöhrətli astronomun və riyaziyyatçının
düşüncəsinə təsir etməyə bilməzdi.
X və XI əsrlərdə Azərbaycanda rəsədxana olmadığı
halda bildirmək olar ki, astronomiya ilə coğrafiya elmi
yüksək səviyyədə inkişaf etmişdir, Tusiyə qədər artıq
Babakuhi Yer kürəsini, Kainatı və Qalaktikanı indiki kimi
təsvir etmiş və bu faktı öz şeirlərində əks etdirmişdir.
Kainat kosmik cisimlərlə əhatə olunur və Yer kürəsi ora
daxildir. Günəş tərpənməzdir, Yer kürəsi onun ətrafında
fırlanır. Və nəhayət quru və su ilə əhatə olunan insanın
məskunlaşdığı planetin əksəriyyətini dünya okeanı – böyük
58
dəniz təşkil edir. Bu ondan xəbər verir ki, Babakuhi
heliosentrik sisteminin varlığından xəbərdar imiş.
Qeyd etmək lazımdır ki, astronomiya elminin, şərq
alimləri tərəfindən, sürətlə inkişaf etdirilməsində yunan
alimlərinin ərsəyə gətirdikləri elmi əsərlər müəyyən rol
oynamışdır. Çünki Şərqin tanınmış alimləri öz fəaliyyətləri-
nə başlamazdan əvvəl ilk öncə yunan alimlərinin əsərləri ilə
tanış olmuşdular. Bunun üçün ilk növbədə qədim yunan
dilini öyrənməkdən ötrü, müvafiq təinatlı məktəblər
yaradılmışdı. Yunan elm məktəblərinin təsiri, hələ erkən
orta əsrlərdə, Yaxın Şərq bölgələrində xüsusi əhəmiyyət
kəsb etmişdi. Bunu bir fakt kimi bir çox alimlər qəbul
etmişdilər.
...Bir sıra müəlliflər islam birliyinin yaranmasına müsbət
yanaşsalar da daha əvvəldən dünyaya səs salan yunan elmi
və fəlsəfəsi, ətraflı olmasa da, V əsrin birinci yarısından
Bizans siyasi və iqtisadi əlaqələri vasitəsilə Yaxın Şərqə,
İrana keçmişdi. Bu vaxtlar Suriyada və Livanda nestorian
müəllimləri yunan fəlsəfəsindən dərs deyirdilər. 431-ci ildə
Vselen kilsəsindən sonra Nestorian məktəbi bağlandığı
üçün bu müəllimlər İrana qaçıb, orada yunan alimlərinin
əsərlərini Suriya dilinə tərcümə etməyə başladılar.
1
1
А. А. Исаченко Развитие географических идей. Москва, «Мысль»,
1971. стр. 11
59
Sonrakı dövrdə isə Xaqani Şirvani, hətta 1149-cu ildə
Bizans vəliəhdi Komninlə dostluq edirdi.
2
Şöhrət yalnız ona can atanlara verilir.
Şarl de Qoll
Tanınmış alimlərin əsas elmi işləri
X əsrdə Misirdə Qahirə, İranda Rey və İsfahan rəsəd-
xanaları, Orta Asiyada “Məmun Akademiyası”, Bağdadda
“Beytül Hükamə” Şərqdə böyük elm mərkəzləri kimi
fəaliyyət göstərirdi.
X əsrdəki Qahirə rəsədxanasının banisi və elmi rəhbəri
İbn Yunis (1009-cu ildə vəfat etmiş) olmuşdur və onun
ümumi rəhbərliyi altında həmin rəsədxanada “Zic Əl-
Kəbir” adlı astronomiya kataloqu tərtib edilmişdi. Adı
çəkilən astronomiya kataloqu haqqında “Zic Elxani”
əsərində Tusi tərifli fikirlər söyləmişdir.
Zəmanəsinin tanınmış alimi Əbdürrəhman ben Ömər
Əbdül Hüseyn Əl Sufi (903-986) Rey şəhərindəki
2
Q. Kəndli-Herisçi. “Xaqani Şirvani”. Bakı, 1988. səh. 517
60
rəsədxananı təsis etmişdir. Orada aparılan müşahidə işləri
səmərəli olmuş və onların əsasında ulduzlar kataloqu tərtib
edilmişdir. Bu kataloq 1874-cü ildə Peterburqda Şellerup
tərəfindən “Decreption des etoiles fixes” (Sabit ulduzlar
siyahısı) adı ilə nəşr edilmişdir.
Əl Sufi bir çox dəyərli əsərlərin müəllifidir. Rey
rəsədxanasında onunla birlikdə, sekstant adlı astronomiya
cihazının qurucusu məşhur alim Xocəndi işləmişdir.
X əsrin ikinci yarısında Orta Asiyanın Xorezm dövlə-
tində Xorezmşah II Məmun tərəfindən “Məmun Akademi-
yası” təsis edilir. Həmin dövrdə Xorezm dövlətinin mədəni
və təsərrüfat həyatında böyük yüksəliş yaranır və Urgenc,
Kyat kimi böyük şəhərlər təşəkkül tapır. Həmin şəhərlər
bütün Orta Asiyada öz zəngin kitabxanaları olan mədəniy-
yət və elmi mərkəzləri ilə məşhur idilər.
Məmun Akademiyasında Biruni, Əbu Əli ibn Sina, Əbu
Nəsr İraqi, Xocəndi, Əbu Səhl Məsihi, Əbul Həsən Həm-
mar və Biruninin müəllimləri olmuş Həraçi və Həmdaki
kimi alimlər fəaliyyət göstərmişdilər.
Əbu Reyhan Mühəmməd ben Əhməd əl-Biruni (973-
1048) Kyat şəhərində Əbu Nəsr Mənsur ibn Əhməd ibn
İraqinin yanında oxumuş, elə ilk astronomik müşahidə-
lərinə də həmin şəhərdə başlamışdır. Biruni 22 yaşına
çatanda doğma Kyat şəhərini tərk edib Qurqana (Curcana)
61
gedir və elə həmin dövrdə də özünün çox məşhur olan “Əl
əsrar”, “Əl baqiyə”, “Qədim xalqların xronolojisi”adlı
əsərini yazır. Bu kitabda bir çox xalqların mədəniyyət,
incəsənət və ədəbiyyat tarixləri haqqında, onların təqvim-
ləri, adətləri, bayramalrı və s. haqqında çox geniş məlumat-
lar verilmişdir.
Əbu Reyhan əl-Biruni (973-1048)
62
Həmin kitab Biruniyə böyük şöhrət qazandırır və
Xorezmşah II Məmun alimi təsis etdiyi Akademiyaya dəvət
edir. O, burada yeddi il işləyir. Məmun Akademiyası,
Mahmud Qəznəvi 1017-ci ildə Xorezmi zəbt edənə qədər
fəaliyyət göstərmişdi.
Mən, H. Məmmədbəylinin “Mühəmməd Nəsirəddin
Tusi” əsərindən iki abzasa toxunmaq istəyirəm. “Xorezm
işğal olunan kimi Məmun Akademiyasının bəzi alimləri
Xorezmdən qaçmağa imkan tapmışdılar. Amma başqaları
Biruni ilə birlikdə həbs edilmişdi. Onu islam dini əleyhinə
çıxmaqda müqəssir hesab edirdilər. Saray adamlarının
vasitəsilə Biruni həbsdən azad edilir və az bir zamanda
Mahmud Qəznəvinin sarayında ən sevimli alim olur. Özü-
nün astronomiya əsərlərindən birini o, Mahmud Qəznəvinin
oğlunun şərəfinə “Məsud Qanuni” adlandırır. Mahmud
Qəznəvi və onun oğlu Biruninin bilik xəzinəsindən çox
istifadə edirdilər.
Bir dəfə türk ölkəsinin elçisi Sultan Mahmud Qəznəvi-
nin yanına gəlib, şimal qütbünə yaxın bir uzaq ölkədə
gördüklərini söylədi ki, orada Günəş həmişə üfüq üzərində
durur, gecə isə heç yoxdur. Sultan buna inanmadı, çünki bu
o dövrün etiqadının əksinə gedirdi və bu barədə əbu
Reyhanın fikrini soruşdu. Biruni bu hadisəni o qədər aydın
63
və inandırıcı tərzdə izah etdi ki, Sultan ona inandı və elçiyə
çoxlu hədiyyələr verdi”.
1
Mahmud Qəznəvi Hindistanın şimalına yürüş edir və
Birunini də özü ilə aparır. Qısa müddət ərzində alim
sanskrit dilini mükəmməl surətdə öyrənərək, Hindistan
xalqlarının elmi nailiyyətləri və adətləri ilə tanış olur.
Biruni sanskrit dilini o qdər səlis öyrənir ki, həmin dildə
elmi əsərlər yazır, ərəb və fars dillərinə və əksinə, həmin
dillərdən sanskrit dilinə tərcümə edir.
Biruni Hindistana gəlməmişdən əvvəl bu ölkədə riyaziy-
yat və astronomiya elmləri lazımi qədər inkişaf etmişdi.
Orada triqonometriya da öyrənilmişdi. 1860-cı ildə ingilis
dilinə “Surya-Siddxanta” adlı astronomiyaya dair hind
əsəri tərcümə edilir. Bu əsərin tərtib olunma dövrü bizim
eranın IV əsrinə təsadüf edilir. Başqa bir “Siddxanta
Çiromani” adlı əsər Baskar Akaria tərəfindən XII əsrdə
yazılmışdır.
Həmin əsərlərin dəqiq tədqiqi ilə Renaud, Albrext
Veber, Morits Kantor və başqaları məşğul olmuşdular.
Sonradan məlum olub ki, hindlilərin riyaziyyatla və
astronomiya ilə bağlı olan bilikləri yunanlardan keçmişdir.
1
H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”,
1980. səh.21-22
64
Alimin Hindistanda olduğu dövr elmi cəhətdən çox
səmərəli olur, ona görə ki, onun tərəfindən sanskrit dilinə
tərcümə edilmiş Ptolemeyin “Almagest” və Evklidin
“Əsaslar” kitabı Hindistanda elmin inkişafında əhəmiy-
yətli rol oynamışdır.
Əl-Biruni növbəti əsəri üzərində işləyir
Biruninin 1030-cu ildə yazdığı “Hindistan” kitabı
olduqca qiymətli bir əsərdir və həmin kitabın yarısı (səksən
fəsildən qırxı) hindlilərin astronomiya biliklərinə aiddir.
“Hindistan” kitabını Biruni belə adlandırmışdı: “Hindli-
lərə” mənsub olan əql tərəfindən qəbul və rədd edilən
təlimlərin izahı olan kitab”. Alimin həmin əsəri haqqında
65
məşhur rus şərqşünası Bartold yazmışdı ki, o öz qəlbində
yeganədir və onun bərabəri qədim və orta əsrlərin elmi
ədəbiyyatında yoxdur.
Həmin kitab 1887-ci ildə Londonda ərəb dilində və
növbəti ildə ingilis dilinə tərcümə edilmişdi.
Biruninin elmi irsi zəngin və rəngarəng olduğundan,
onun qələmindən çıxan qiymətli əsərlərinin kiçik siyahısını
göstərmək maraqlı olar.
1. Dağın başından görünən üfüqün enməsinin müşahi-
dəsi əsasında yerin ölçülərinin təyin edilməsi.
2. Astronomiya cihazları və onlardan istifadə etmək.
3. Astrolyabiyanın hazırlanmasının müxtəlif yolları.
4. Ulduz xəyallarının proeksiya olunması.
5. Kometalar.
6. Göy hadisələrinin tədqiqi məsələsinə dair.
7. Günəş hərəkətinin yoxlanması səyi.
8. Evklidin işləri barəsində qeydlər.
9. Ptolomeyin astronomiyasına qeydlər.
10. Xorezminin astronomiyaya aid işləri haqqında.
11.Ərəblərin Yerin hərəkəti haqqında nəzəriyyəsinə dair.
Biruni özünün elmi şücaəti sayəsində müsəlman ruhani-
ləri tərəfindən edilən arasıkəsilməz hücumlarına baxmaya-
66
raq, heliosentrik sistemin əsas müdafiəçiləridən biri olmuş-
dur. Haqlı olaraq o, geosentrik sistemini astronomiyanın
əsası hesab edənlərin və bu sistemin çıxarılması ilə
astronomiyanın məhv olması fikrini yürüdənlərin əleyhinə
qarşı amansız mübarizə aparırdı.
O, deyirdi: “Yerin hərəkətsiz durması təlimi astronomi-
yanın əsaslarından biridir, bu isə hind astronomlarının
ehkamlarından biridir. Bu, astronomiyada böyük çətinliklər
törədir”.
Biruni göstərir ki, Yerin fırlanması heç də astronomi-
yanın əhəmiyyətini azaltmır. Doğrudan da, bu qəbildən
olan hər cür astronomiya hadisələri həmin müvəffəqiyyətlə
bu nəzəriyyə əsasında izah oluna bilər.
Adı çəkilən alimin elə elmi ixtiraları var ki, bir neçə əsr
keçəndən sonra tanınmış alimlər həmin ixtiraları təkmilləş-
dirməyə səy göstərmişdilər. Lakin onun elə bir kəşfləri olub
ki, həmin elmi işlər mütəxəssislər tərəfindən lazımi qədər
diqqət yetirilməmişdir. Müasir dövrdə Azərbaycanın
görkəmli alimi professor R. Hüseynov Biruni haqqında
deyir: “Şərq aləmində Yerin fırlanması haqqında XI əsrdə
məşhur Orta Asiya alimi Biruni astronomiyanın bir çox
sahələrində fəaliyyət göstərməklə yanaşı, onun astronomiya
haqqında traktatları - “Qanunlar kitabı” - çıxıbdır, həmin
qanunlarda çox qəribə fikir söylənilibdir; Yerin öz oxu
67
ətrafında fırlanması astronomiyanın heç bir müddəalarına
zidd deyil”.
1
Lakin hər iki məşhur alimdən əvvəl Şeyx Məhəmmədəli
Babakuhi Bakuvi Kainatın heliosentrik quruluşu haqqında
fikri yürütməklə astronomiyada dönüş yaratmağa çalışmış-
dır. Bu fərziyyə Nikolay Kopernikin bu sahədə kəşfindən
500 il əvvəl yürüdülmüşdü.
Bu fikri Şərqin başqa bir məşhur alimi Nəsirəddin Tusi
də söyləmişdir və həmin elmi fikrə alman məxəzlərində rast
gəlmək olardı. Lakin naməlum səbəblərdən həmin elmi
araşdırılma sona çatdırılmamışdı.
Deməli, Yerin tərpənən olduğunu məşhur Polşa alimi
Nikolay Kopernikdən (1473-1543) əvvəl Şərq astronomları
söyləmişdilər. Nikolay Kopernikin vəfat etdiyi ildə, 1543-
cü ildə “Göy sferalarının dolanmaları haqqında” əsəri
çapdan çıxmışdır. Bu əsərində Kopernik hər şeydən əvvəl
özünün heliosentrik sistemini şərh etmişdi. Bu sistemə
əsasən dünaynın mərkəzində tərpənməz Yer deyil, öz oxu
ətrafında fırlanan Günəş yerıləşir. Yer başqa planetlər kimi
həm Günəşin ətrafında, həm də öz oxu ətrafında fırlanır.
1
Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti 2002 il 28 iyunda dahi
Azərbaycan alimi Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr olunmuş
“Nəsirəddin Tusinin elmi xidmətləri və Nəsirəddin Tusi yazıçı-tədqiqatçı
Ramiz Qasımov yaradıcılığında” mövzusunda keçirilən elmi-praktik
konfransda professor Rəhim Hüseynovun məruzəsi.
68
Biruni “Astrolaybiyanın hazırlanmasının müxtəlif yol-
Dostları ilə paylaş: |