ları”, “Astronomiyada açar”, “Yer fırlanır, ya fırlan-
mır?”, “Hindistan”, “Ərəblərin Yerin hərəkəti nəzəriy-
yəsi haqqında” əsərlərində heliosentrik sistemin ideyaları-
nı müdafiə edir.
Alim astronomiya müşahidələri ilə dərindən məşğul
olmaq üçün, 995-ci ildə diametri 7,5 metr olan divar
kvandrantını hazırlamış və qurmuşdu. Həmin cihaz vasitə-
silə təyin edilən kəmiyyətlərdən biri ekliptikanın mailliyi-
nin qiymətini əldə etməsidir. O, iki dəfə (995-996-cı və
1020-ci illərdə) ekliptikanın mailliyinin qiymətini təyin
etməklə məşğul olmuş və bu müşahidələrin nəticəsində
alim ekliptikanın mailliyi üçün 23
0
35
/
45
//
və 23
0
35
/
50
//
qiymətlərini almışdı.
H. Məmmədbəyli bu haqda belə yazır: “Günəş apoge-
yinin uzunluq koordinatını təyin etmək üçün Biruni yeni
metod vermişdir. Biruni tərəfindən riyazi kartoqrafiya və
coğrafiya sahəsində diqqətəlayiq əsərlər yazılmışdır. Yerin
kürə şəklində olmasını iddia etmək, bəzi müəlliflərin
göstərdiyi kimi heç də Biruninin elmi xidməti deyildir.
Biruninin bu sahədə əsas xidməti Yerin ölçülərini təyin
etmək üçün yeni bir üsul verməsidir”.
1
1
H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”,
1980. səh.25-26
69
Həmin metodun mahiyyətini açıqlamaq üçün Biruni belə
izah edirdi:
“Yer meridianı qövsünü ölçmək üçün mən yunan alim-
lərinin, hindlilərin və Məmun astronomlarının metodların-
dan fərqli olan bir metod vermişəm. Bu məqsədlə mən
Hindistanda düzənliklər üzərində yüksələn hündür bir dağ
tapdım. Həmin dağın təpəsindən mən Yer ilə Göyün
birləşməsini, yəni, üfüq dairəsini cihazda (astrolyabiyada)
tapdım ki, bu da şərq-qərb xətti istiqamətində idi. Bucağı
təyin etdim ki, 34 idi. Mən dağın 652,05 dirsək təyin
etmişdim”.
Alimin hesablamalarına əsasən yerin radiusu 12851369
dirsəyə, Yerin mühiti 80780039 dirsəyə, Yer mühitinin bir
dərəcəlik qövsü isə 50,2 ərəb milinə bərabərdir.
Nallino və Şöy dirsəyin 0,493 metrə və ərəb milinin isə
4000 x 0,493 m = 1972 metr olduğunu təyin etmişlər.
Biruni bir dərəcəlik meridian qövsünün uzunluğunu
111,6 km. (müasir qiyməti 111,1 km.) təyin etmişdir.
Mütəxəsisslər bildirirlər ki, Biruni coğrafi uzunluğu
təyin etmək üçün öz dövrünün texniki səviyyəsinə uyğun
olan bir metod işlətməklə riyazi coğrafiyaya böyük hədiy-
yə vermişdir. Doğrudur, bu metod nəzəri cəhətdən tamami-
lə düzgündür, amma müşahidə xətalarının çox olması
üzündən o dövrdə yaxşı nəticə verə bilmirdi.
70
İş ondadır ki, Biruni nəinki nəzəri olaraq coğrafi
uzunluqlar fərqini tapmaq yolunu vermişdi, o, eyni zaman-
da Bağdad ilə Şirazın, Qurqanın, Qəznənin coğrafi
uzunluqlar fərdini təyin edə bilmişdi.
Biruni bir çox şəhərlərin coğrafi uzunluq və enliklərinin
cədvəlini tərtib etmişdi. Qeyd etmək lazımdır ki, başlanğıc
meridian üçün o, özündən əvvəl təyin edilmiş meridianı
qəbul etmişdir.
Tacik alimi H. U. Sadıqov Biruninin xidmətlərini qiymət-
ləndirərək yazırdı: “Şərqin böyük alim astronomlarından
biri olan Biruni astronomiya elminin bir çox sahələrində
nəhəng işlər görmüşdü”.
Astronomiya sahəsinin qədim elm olduğunu inkar etmək
olmaz. İş ondadır ki, astronomiya erkən orta əsrdə Şərqdə
geniş yayılmış və onun incəliklərinin araşdırılıb üzə
çıxarılmasında, müsəlman astronomları böyük səy göstər-
mişdilər. Yuxarıda göstərilibdir ki, həmin elm Azərbaycan-
da hələ Babakuhi Bakuvinin dövründə öyrənilib tədqiq
edilmişdir. Hətta astronomiya Azərbaycanın şimal hissəsi
sayılan Şirvanda daha tez inkişaf etmişdi. Buna sübut
olaraq professor Eybali Mehrəliyevin ifadələrini göstərmək
vacib olardı.
Riyaziyyat və nücum elminin inkişaf tarixinə dair
əsərlərdə Şirvanda astronomiya elmi mərkəzinin olmasını
71
və burada öz dövrü üçün yüksək səviyyəli tədqiqatlar
aparılması barədə sistemli olmasa da, tez-tez ədəbiyyatda
rast gəlmək olur. Buna inam ona görə ümidvercidir ki,
Şirvan hələ IX-X əsrdən Xarəzmlə əlaqədə idi...
Astronom və şair Fələki Şirvani Kafiəddin nəslinin
haqqında danışarkən onun ailə üzvlərinin yüksək vətən-
daşlıq qayəsindən və bütün nəsil içərisində Vəhidəddin
Şirvaninin (1100-1159 – R. D.) nücum və üsturlab sahəsin-
də əvəzedilməz şəxs olmasından danışır.
1
Əbu Əli ibn Sina (980-1037) Məmun Akademiyası təşkil
edildikdə oraya dəvət edilmişdi.
Ümumiyyətlə, ibn Sina 29 fənn üzrə ən azı 450 kitab və
elmi iş yazıb, lakin bizə çatanların sayı cəmi 274-dür.
İbn Sina o vaxt olan bütün elmləri tədqiq etmişdir.
Fizika, həkimlik, filosofiya, riyaziyyat, həndəsə, biologiya,
psixologiya, metafizika - bunlar hamısı İbn Sina vasitəsilə
yenidən işıq üzü gördülər. İbn Sina mexanika ilə də
maraqlanırdı və bəzi cəhətlərdən bu elmə bəzi dəyişikliklər
yeritdi. O, çox-çox illər sonra kəşf edilən elementlərin xas-
sə uyğunluğunu qeyri-ümumilləşdirilmiş halda vermişdi.
Onun astronomiya və riyaziyyat sahəsində yazmış
olduğu əsərlərinin ümdəsi bunlardır.
1
E. Mehrəliyev. Şirvan Elmlər Akademiyası. Bakı, “Çaşıoğlu”, 2000.
səh. 52-53
72
1. Ekvatorun xüsusiyyətləri haqqında.
2. Biruninin on sualına cavablar.
3. Biruninin on altı sualına cavablar.
4. Yerin və Göyün surətləri haqqında.
5. Göy cisimləri və onların hərəkətləri haqqında.
6. İsfahanda müşahidə üçün hazırlanmış astronomiya
cihazları haqqında.
7. Göy, ulduzlar və meteorlar haqqında.
Əbu Əli ibn Sina (980-1037)
73
İbn-Sina tibb elminin bütün sahələrinə dərindən nüfuz
etmiş və elmi yeniliklər etmiş alimdir. O, hər bir doğulanın
bir gün öləcəyini yaxşı bilirdi. Rübailərinin birində yazmış-
dı ki, “mən dünyanın yerdən tutmuş səma cisimlərinədək
sirrlərini açmağa nail olsam da ölüm düyününü aça
bilmədim”.
Məmun Akademiyasında çalışan alimlərdən biri də Orta
Asiya alimi Biruninin müəllimi olmuş Hamis ben Əl Xəzər
Əbu Mahmud Əl Xocəndidir. O, bir neçə elmi risalənin
müəllifidir və astronomiya tarixində ən önəmlisi üsturlabın
tətbiqi haqqında risalədir.
Xocəndi Tehranın yaxınlığındakı Rey şəhərinin rəsəd-
xanasında çalışmışdır. O, diametri 80 dirsəyə (40m.) bəra-
bər olan seksant (süds) adlanan cihazı icad etmiş və həmin
cihaz vasitəsilə bucaqları 1 “dəqiqliyi ilə ölçmək mümkün
idi. Bunun vasitəsilə Xocəndi eklipikanın mailliyini
23
0
32
/
21
//
qədərində, 2
/
01” dəqiqliyi ilə təyin etmişdi.
Xocəndi həmin müşahidələri haqqında belə yazır: “384-
cü hicri ilində yaxud Yezdicürd erasının 363-cü ilində,
özüm kəşf etmiş olduğum və süds fəxri adlanmış cihaz
vasitəsilə biz Rey şəhərində müşahidələr apardıq. O
diametri 80 dirsəyə bərabər dairə qövsündən ibarətdir. Mən
onu Rey, Həmədan və İsfahanın hökmdarı olan Fəxrid-
dövlənini şərəfinə “Süds fəxri” adlandırıram”.
74
Daha sonra o, yazır: “Xoşbəxt müşahidələr və qayğıkeş
dəqiq hesablamaların bizi gətirib çıxardığı nəicələr bunlar-
dır. Bu cihazla başqaları arasındakı fərq burasındadır ki,
onların vasitəsilə ekliptikanın mailliyi dərəcə və dəqiqlik-
ləri ilə ölçülürdü, biz isə dərəcə, dəqiqə və saniyələrlə ölçü
aparırıq və beləliklə biz bir addım irəli atmış olduq”. Bu
onu sübut edir ki, ekliptikanın mailliyinin dəyişən kəmiy-
yət olduğunu ilk dəfə Xocəndi qeyd etmişdir. Hindlilər
mailliyin artıq dəqiq qiymətini tapmışdılar (240).
Xocəndi qeyd edir: “Ptolemey onu 23
0
51
/
”, “İmtahan
Zici”nin müəllifi (Həbəşül Hasid) 23
0
35
/
, mən isə
23
0
32
/
21
//
təyin etmişdim.
Kənar qiymətlər arasındakı fərq, yəni, hindlilərin və
mənim aldığım qiymət arasindakı fərq yarım dərəcəyə çatır.
Bu fərqin səbəbi cihazlar xətası ola bilməz. Bu halda biz
gərək bir dəfə böyük, bir dəfə isə kiçik qiymət almalı idik
və o həmişə bir istiqamətdə dəyişə bilməzdi.
Məmun Akademiyasının qabaqcıl alimlərindən biri
Biruninin müəllimi olmuş Əbu Nəsr ibn İraqi (- 1035 ölüb)
Məmun Akademiyası bərbad edilən vaxta qədər uzun
müddət Xorezmdə yaşamış, ondan sonra elmi fəaliyyətini
Mahmud Qəznəvinin sarayında davam etmişdir. O,
astronomiya və riyaziyyat sahəsində bir çox əhəmiyyətli
əsərlər yazmışdır.
75
Alimin astronomiya üzrə ən mühüm əsrləri bunlardır.
1. “Süni yolla astrolyabiyanın qurulması”.
2. “Evklidin XIII kitabının çətin yerləri barəsində”.
3. “Şah Zici”.
4. “Dəqiqələr cədvəli”.
Məmun Akademiyasında Əbu Əli ibn Sinanın müəllimi
Əbu Səhl İsa ben Məsihi Qurqani də çalışmışdır.
Astronomiyaya və təbabətə dair bir neçə elmi əsər yazan
alim Mahmud Qəznəvinin qoşunlarının təqibindən səhrada
gizlənərkən ölmüşdür.
Ömər ibn İbrahim Əl Xəyyam Qiyasəddin, Əbül Fəthi
(1048-1123) 1074-cü ildə dostu Nizamülmülk Cəlaləddin
Məlik şah Səlcuqinin sarayına dəvət etmişdi. Məlik şah
İsfahan şəhərinə özünə paytaxt seçdikdən sonra orada
rəsədxana təsis etmişdir.
Qarşıya astronomiya təqviminin islahatını həyata keçir-
məkdən ötrü rəsədxananın baş astronomu Ömər Xəyyam,
astronomları isə Əbu Müzəffər Sfaranı və Məmun ben Əl
Nəcəb əl Vəsiti təyin edilmişdi.
Fransız alimi Vopkenin sayəsində qərb alimləri Xəyya-
mı yalnız bir şair deyil, bəlkə də böyük alim kimi tanımağa
başladılar.
Xəyyamın başçılığı ilə İsfahan rəsədxanasında “Zic
Məlik Şahı” adlı astronomiya kataloqu tərtib edilmişdi.
76
Həmin Zicin bir nüsxəsi Paris Milli kitabxanasında saxla-
nılır (əlyazma №5669). Kataloqda 100 ulduzun koordinat-
ları verilmişdir.
Ömər Xəyyam (1048-1123)
77
Yaxşı bir iş yaxşı ideyadan da yaxşıdır
.
Budda
Elm dünyasının şahı Nəsirəddin Tusi
XIII əsrdə, zəmanəsinin görkəmli filosofu, astronomu və
riyaziyyatçısı, tarixçi, coğrafiyaşünas, maliyyəçi və hüquq-
şünas sayılan Azərbaycan alimi Tusi təxəllüsünü götürmüş
Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusi
(1201-1274) Azərbaycanın mərkəzində yerləşən Marağa
şəhərində, şəxsən özü-öz layihəsi ilə inşa etdirdiyi
rəsədxanada işləmişdir.
Əsas mənbələrdə göstərilir ki, Nəsirəddin Tusi 1201-ci
ilin fevralın 18-də Həmədan şəhərinin Bahar bölgəsində
anadan olmuşdur.
Lakin onu da qeyd etməliyəm ki, Tusinin anadan olması
ilə bağlı bəzi müxtəlifliklər var. Akademik Ziya Bünyadov
bu barədə yazmışdır: “Bu günə qədər böyük alimin təvəl-
lüd tarixi ənənəvi olaraq yanlış göstərilib. Lakin mənbələr
təsdiq edir ki, Nəsirəddin Tusi 1201-ci ildə deyil, daha
əvvəl anadan olmuşdur. Ən nüfuzlu və dəqiq orta əsr tarix-
çilərindən Əl-Məqrizi “Kitab əs-süluk” əsərinin birinci
cildinin ikinci hissəsində yazır ki, Nəsirəddin Tusi cəmadi-
78
yal əvvəl ayında, 577-ci ildə (12 sentyabr – 11 oktyabr
1181) anadan olmuşdur.
1
Qütbəddin Yunini “Zeyl mirat əz-zaman” əsərində
göstərir ki, Nəsirəddin Tusi 25. VI. 1274-cü ildə Bağdadda
vəfat edərkən onun yaşı səksəndən çox idi”.
2
Təhsilini Xorasan vilayətinin Tus qəsəbəsində aldığına
görə “Tusi” təxəllüsünü götürmüşdü. O, ibtidai təhsilini
(şəriətdən) atası Məhəmməddən, orta təhsilini isə XIII əsrin
məşhur alimləri yanında almışdır.
O, ilk elmi təhsilini dayısı Nurəddin Şəidən (rasional
elmlər üzrə) və atasının əmisi Bəsirəddin Abdullah ibn
Həmzədən (müsəlman hüququ, hədislər üzrə) almışdır. Əbu
Əli ibn Sinanın tələbəsi olmuş məşhur Azərbaycan filosofu
Bəhmənyarın tələbəsi Sərxəsin tələbəsi də Tusinin müəlli-
mi olmuşdur.
Tarixi sənədlərdə Tusinin müəllimlərinin adı qalıbdır.
Birinci müəllimi Sədrəddin Sərxəsin tələbəsi Fəxrəddin
Dəmadi olmuşdur. Sərxəsin müəllimi isə Əbül Abbas Löv-
kərinin tələbəsi Əfzələddin Gilyani idi. O, isə öz növbə-
sində Əbu Əli İbn Sinanın tələbəsi görkəmli Azərbaycan
alimi Bəhmənyardan təhsil almışdır. Tusinin ikinci müəlli-
mi Qütbətdin Misri, üçüncü müəllimi isə rəqqaslı saatın
1
Əl-Məqrizi “Kitab əs-süluk” I cild. Qahirə, 1936, səh. 614
2
Q. Yunini “Zeyl mirat əz-zaman”, III cild. Heydərabad, 1960, səh.790
79
ixtiracısı və “Zic Əkbər əl Hakimi” adlı astronomik kata-
loqun müəllifi Yunis Misri olmuşdur. Aldığı hərtərəfli və
dərin biliklər Tusini az bir vaxtda elmi mühitdə məşhurlaş-
dırır.
Tusi elə uşaqlıq illərindən bir çox elmlərə tam yiyələn-
mək üçün bütün bilik enerjisindən istifadə etmişdi. Bu elə
bir dövr idi ki, elm, ədəbiyyat, incəsənət, mədəniyyət
yüksək səviyyədə inkişaf etməkdə idi. Antik və erkən orta
əsr dövrünün tanınmış alimlərin əsərləri ilə tanış olmaqdan
ötrü, o, bir çox dilləri öyrənərək, eyni zamanda elmin bir
neçə sahəsinə dərindən yiyələnir.
Hələ gənc yaşlarında mütaliəyə həvəsi olan Nəsirəddin,
deyilənə görə, fenomenal hafizəyə malik olmuş oxuduq-
larını və eşitdiklərini öz mühakiməsi və dərin zəkası ilə
təhlil edib yoxladıqdan sonra müsbətləri qəbul edər,
mənfiləri isə rədd edərdi. Özündən yeni-yeni bilməcə,
teorem və alətlər, cihazlar tərtib etməyi və düzəltməyi
xoşlayardı. Elmin çətin məsələləri ilə maraqlanardı...
Yuxarıda qeyd edildiyi kimi o, hələ cavanlıq illərində
Azərbaycanın nüfuzlu və xüsusən də elm ilə maraqlanan
şəxslərin qarşısında böyük hüsn-rəğbətə malik olan bir
adam idi və onun bir neçə sahələr üzrə apardığı tədqiqat
işləri alimin şan-şöhrətinin ölkədən kənarda yayılmasına
gətirib çıxarmışdı.
80
Artıq həmin dövrdə, Azərbaycan özünün bütün Yaxın
Şərq dünyasında məşhurlaşmış dahi və görkəmli şəxsiyyət-
ləri Mühəmməd Babakuhi Bakuvi, Şihabəddin Əbuhəfs
Sührəvərdi, Qətran Təbrizi, Əli Xatib Təbrizi, Əfzələddin
Xaqani Şirvani, Ömər ibn Osman Kafiəddin Şirvani, Əcə-
mi Naxçıvani, Mahmud Zəncani, Şeyx Nizami Gəncəvi,
Məshəti Gəncəvi ilə tanınmışdı. Onların haqqında, elmə və
mədəniyyətə böyük üstünlük verən Hülaku xanda müsbət
fikirlər eşitmişdi. Adları çəkilən görkəmli şəxsiyyətlərdən
fərqli olaraq, Azərbaycan alimi N. Tusi hərtərəfli inkişaf
etmiş adam idi və öz biliyi ilə nəinki dostlarını, hətta
düşmənlərini də valeh etmişdi.
Tarixdən məlumdur ki, Avropa ölkələrindən Çinə və
Monqolustana gedən elçilər, Asiyanın bir neçə ölkəsindən
keçən “ipək yolu”ndan istifadə edirdilər. Həmin “ipək
yolu”nun da bir hissəsi Azərbaycandan keçirdi. Söz yox ki,
elçilər Azərbaycanda olarkən bu ölkənin mədəniyyəti,
ədəbiyyatı, incəsənəti, adət-ənənələri, elmi, siyasi, tarixi
şəxsiyyətləri ilə həm nəzəri, həm də əyani şəkildə tanış
olur, özləri üçün müəyyən bir arayış toplayırdılar.
Şübhəsiz ki, XIII əsrin ortalarında, Avropa monarxları-
nın nümayəndələri Azərbaycanda olanda, nəinki bu ölkədə,
hətta bütün Yaxın Şərq ölkələrində öz elmi nailiyyətləri və
insani keyfiyyətləri ilə məşhurlaşan Tusi haqqında bir çox
81
xəbərlər eşitmiş, onun barəsində bir çox məlumatlar topla-
mağa çalışmışdılar.
Tusinin şan-şöhrətinin Avropada yayılmasına şübhə
etməmək olar. Onunla ilk növbədə astronomiya, riyaziyyat,
həndəsə, coğrafiya və tarix elmləri ilə məşğul olan
mütəxəssislərin maraqlanması labüd idi.
Bir çox həmkarları onu həm filosof, həm də alim kimi
tanıyırdılar. Alimin fəlsəfi dünyagörüşünün, etnik baxışla-
rının formalaşmasında qədim yunan fəlsəfəsinin nümayən-
dələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M.
Qəzali, Bəhmənyar, Əl-Fərabi, Biruni, İbn Sinanın mühüm
və əhəmiyyətli təsiri olmuşdur. Orta əsr ərəb tarixçisi və
sosioloqu İbn-Xəldun təbiiyyat elminin inkişafından
danışarkən Tusini İbn Sinanın görkəmli davamçısı kimi
göstərmişdir.
Azərbaycanlı alim yuxarıdakı abzasda adları çəkilən
alimlərin fəlsəfə və əxlaqa aid kitablarından, “Kəlilə və
Dimnə”, “Ərdəşir Babəkan”, “Ənuşirəvanın vəsiyyət-
ləri” kimi xalq müdrikliyi ilə dolu olan dastan və folklor
ədəbiyyatından, “Siyasətnamə”, “Mərzbannamə” kimi
tərbiyə, siyasət və dövlət məsələlərinə həsr edilmiş kitab-
lardan da yeri gəldikcə “Əxlaqi-Nasiri”yə daxil etmişdir.
Beləliklə, Tusi “Əxlaqi-Nasiri”də demək olar ki, özündən
əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi
82
fikirlərə yekun vurmuş, bunların yığcam icmalını verməklə
öz orijinal fikirlərini də buraya əlavə emişdir. Ona görə də
heç də təəccüblü deyildi ki, son yeddi yüz ildə fars dilində
Dostları ilə paylaş: |