dürləri) adlı ensiklopediya mahiyyətli bir kitab da tamam-
lamışdır.
153
Marağa rəsədxanasında çalışan alimlərdən biri də
xristianlığı qəbul etmiş və yəhudi millətinə mənsub olan
Yuhanna Qriqori Əbül Fərəc Bar Ebrey (1226-1286)
Anadolu yarımadasının şərq hissəsində anadan olmuşdur.
Melatiyada yepiskop, sonradan isə Hələbdə baş kilsə
xadimi olmuş Əbül Fərəc XIII əsrin 60-cı illərində
Marağaya gəlir və burada Nəsirəddinin rəhbərliyi altında
çalışır. O, Suriya dilində astronomiya və coğrafiya elminin
əsasları haqqında qısaca məlumatlar verilmiş qiymətli əsər
yaratmışdı. Əbül Fərəci orta əsrlərdə Avropada çox məşhur
edən “Sülalələr tarixi”, yaxud “Dövlətlərin müxtəsər
tarixi” adlı ərəb dilində yazdığı kitabdır. Bu əsər Marağa
rəsədxanasında çalışan və yaşayan çox millətli kollektivin
həyat tərzini geniş şəkildə əks etdirmişdir.
Marağa rəsədxanasının baş mühəndisi və qurucusu
tanınmış alim Müəyyidəddin Ordidir. Ordi haqqında bio-
qrafik məlumatlar, demək olar ki, yoxdur. Tarixdə sənəd
kimi yalnız onun ərəb dilində qələmə aldığı “Marağa
rəsədxanasının astronomik alətləri haqqında risalə”si-
nin iki əlyazma nüsxəsi qalmışdır. Bunlardan biri Parisin,
digəri isə Tehranın milli kitabxanalarında saxlanılır. Birin-
ci nüsxə XIX əsrin əvvəllərində Parisdəki xüsusi şərq
dilləri məktəbinin müəllimi A. Jurden tərəfindən tapılıb
fransız dilində tərcümə olunur. Kitab Parisdə ilk dəfə -
154
1809 və 1810-cu illərdə nəşr olunur. 1811-ci ildə alman
dilinə tərcümə edilir. Bu əsərdə Tusinin rəhbərliyi altında
Ordinin hazırladığı on mürəkkəb astronomik cihazın təsviri
də var.
Ordinin traktatında verilən məlumatların təhlili bir çox
tədqiqatçıları belə bir fikrə gətirmişdir ki, Marağa
rəsədxanasındakı alətlər təkmilliyi ilə o dövrün bütün
rəsədxanalarındakı alətlərdən seçilirmiş. Bu da məlumdur
ki, Ordinin öz ixtirası olan bəzi alətlər sonradan dünyanın
bir çox rəsədxanalarında istifadə olunub. Ondan sonrakı
dövrdə isə hazırlanan astronomik cihazların əksəriyyəti,
Ordinin ixtira etdiyi cihazlara əsasən təkmilləşdirlmişdir.
Mühəmməd ben Müəyyidəddin Ordi rəsədxanada astro-
nomik cihazların quruluşu ilə məşğul olaraq, dünyada ən
qədim ulduz qlobusu (1279) düzəltmişdi. Həmin qlobusun
üzərində ulduzların vəziyyəti çox böyük dəqiqliklə
düzəldilmişdi.
XVI əsrdə Almaniyanın Drezden şəhərində bir dövlətli
şəxs “Rəsm Qalereyası” adlı bir muzey yaradır və bürünc-
dən, gümüşdən və qızıldan hazırlanmış həmin qlobus bu
muzeydə saxlanılır.
Sədrəddin Əli Tusi atasının vəfatından sonra uzun
müddət rəsədxanaya rəhbərlik etmişdir. Onun qardaşı
155
Əsiləddin, Parisdə milli kitabxanada saxlanılan “Zic
Elxani” əsərinin bir əlyazma nüsxəsinin müəllifidir.
Marağada düzəldilən Göy qlobusu (1279). Drezden muzeyi
Marağa rəsədxanasında çalışan Məhiəddin Məğribi
İspaniya ərəblərindən idi. O, hələ rəsədxana tikilməmişdən
əvvəl Hələbə gəlmiş, orada astronomiya ilə məşğul
156
olmuşdu. Hülaku xanın qoşunları Hələbə daxil olduqda heç
cür xilas yolu tapmayan Məhiəddin qışqırır ki, o,
astronomdur. Nəsirəddinin, harada astronomlara təsadüf
olunsa, onları Marağaya göndərmək xahişini bilən Hülaku
xan Məhiəddini xilas edib oraya göndərir.
Məşhur alimlər Fao Mun-Çi Çindən, İsa Monqolustan-
dan, Fəxrəddin İxlati isə Tiflisdən idi.
Marağa rəsədxanasında çalışan alimlərin milliyəti din
etibarilə müxtəlif idi. Müsəlmanlarla yanaşı xristianlar,
nəsranilər, buddistlər və başqa din nümayəndələri də olmuş
və onlara orada böyük hörmətlə yanaşılırdı. Bu tədqiqatdan
məlum olur ki, orada azərbaycanlılarla yanaşı farslar,
ərəblər, yəhudilər, özbəklər, çinlilər, türklər, monqollar və
başqaları da çalışmışlar. Buradan aydın olur ki, Marağa
rəsədxanası tam mənası ilə beynəlmiləl tərkibli mədəniyyət
ocağı, yaşayış məntəqəsi olmuş və orada alimlər arasında
əsl emansipasiya yaranmışdı. Bu isə rəsədxananın ən
mütərəqqi cəhətlərindən biri idi.
XIII əsrin 80-ci illərində Xanbalıq (Pekin) şəhərində, Qo
Şu-çinq adlı bir astronom rəsədxana qurur. Çin dilində
yazılmış “Yuan sülaləsinin tarixi” adlı əsərindəki mənbə-
dən və Azərbaycan tarixçisi Rəşidəddinin göstərdiklərin-
dən aydın olmuşdur ki, hələ Xubilay xandan əvvəl Menqu
xan Hülaku xandan xahiş etmişdi ki, həşşaşilərin qalaları
157
alınanda və Nəsirəddin azad olduqdan sonra rəsədxana
tikmək üçün onu Çinə göndərsin. Lakin alim Azərbaycan-
da rəsədxana tikmək istədiyi üçün o, Çinə getmir. Bununla
belə Pekində rəsədxananın tikintisinə başlamaqdan ötrü Fao
Mun-Çi adlı bir astronom Nəsirəddinin yanına göndərilir.
Marağa rəsədxanasında xeyli təcrübə topladıqdan sonra
1265-ci ildə Fao Mun-Çi Cəmaləddin adlı bir astronom ilə
Çinə yola düşür və iki ildən sonra Pekin şəhərinə çatırlar.
Elmə və mədəniyyətə diqqətlə nəzər yetirən Xubilay xan
nəhəng “Yuan” imperiyasının hökmdarı idi və ümid edirdi
ki, azərbaycanlıların köməyi ilə çin ustaları Marağa rəsəd-
xanansına oxşar tikinti kompleksini Pekin şəhərində inşa
edə biləcəklər. Pekin rəsədxanası istismara veriləndən
sonra, Göy cisimlərinin müşahidəsi bilavasitə Marağa
rəsədxanasından gətirilən astronomik cihazlarla (Fırlanan
kvadrant və Armilyar cihaz) aparılırdı. Ümumiyyətlə,
Tusinin başçılığı altında ixtira edilmiş astronomik cihazlar,
öz dövrünə görə ən azı 200 illik bir dövr ərzində,
rəsədxanalarda işlədilən astronomik cihazların ən dəqiqi
sayılırdı. Həmin cihazlar dövrümüzə qədər Çində (Pekin
rəsədxanasında) salamat qalmışdır.
İş ondadır ki, Marağa rəsədxanası fəaliyyət göstərənə
qədər, astronomik müşahidələr aparmaq üçün artıq dünya-
da bir neçə rəsədxana və elm ocağı məlum idi. Şirvanda
158
“Darül-Ülum” və “Darül-Adab” akademiyasında Fəxrəd-
din Şirvaninin düzəltdiyi “Fəridəddin-cədvəlləri” məşhur
idi. Orta Asiyadakı “Məmuun akademiyası”, Misirdəki
İsgəndəriyyə, İraqdakı Bağdad, İrandakı Rey və İsfahan
rəsədxanaları astronomiya elminə lazımi səviyyədə xidmət
etmişdilər. Sonrakı tarixi proseslər nəticəsində həmin elm
ocaqları öz fəaliyyətlərini dayandırmalı olmuşdular.
Mən bir məsələyə toxunmaq istəyirəm. Deməli, Marağa
rəsədxanasında elmi təcrübələr və müşahidələr aparmaq-
dan ötrü 10 dənə cihaz və alətlərdən istifadə olunmuşdur.
Maraqlı cəhət odur ki, həmin cihaz və alətlərin beşi XIII
əsrin ortasına qədər məlum idi, lakin o biri beş dənə isə
Tusinin başçılığı altında elə Marağa rəsədxanasının özündə
ixtira olunmuşdu. Sonrakı dövrdə Çindəki Pekin, Səmər-
qənddəki Uluqbəy, Danimarkadakı Tixo Brage və Hindis-
tandakı Caypur rəsədxanaları istismara verilərkən,
bilavasitə Marağa rəsədxanasında ixtira edilmiş cihaz və
alətərindən istifadə edilmiş və onların təkmilləşdirilməsi
üzrə böyük işlər aparılmışdır. Həmin rəsədxanalar barəsin-
də müəyyən anlayış olsun deyə, bir neçə məlumatı açıqla-
maq məcburiyyətindəyəm.
159
Həqiqət üzə çıxanda şübhələr silinir.
Corc Vaşinqton
“Zic Elxani” əsərindən başqa astronomik
kataloqlarda istifadə olunması
Tusinin tikdirdiyi rəsədxana quruluşuna, həcminə və
orada görülən elmi araşdırmalara görə Şərqin bütün məşhur
rəsədxanalarını geridə qoymuşdur. Orada bir növ bütün
dünya üçün astronomiya, coğrafiya və riyaziyyat elmləri
üzrə kadrlar yetişdirilməsinin institutu, akademiyası
sayılırdı.
Bir neçə məsələnin həll edilməsi üçün, bir çox əsas
astronomiya kəmiyyətlərinin təyin olunması üçün vahid
proqramlı, intensiv müşahidə aparan, nisbətən daha yüksək
dəqiqliyə malik olan astronomik tədqiqat obyetktinin
tikilməsi vacib idi.
Bu, əsas sabitlərdən biri illik presessiyanın miqdarı idi.
Məlum olduğu üçün Ayın və Yerin cazibəsinin Yerin
ekvatorial hissəsinə olan təsiri nəticəsində Yer kürəsinin
fırlanma oxu çox kiçik miqdarda olsa da, öz istiqamətini
dəyişir. Ayın və Günəşin cazibəsindən başqa planetlərin
cazibəsi nəticəsində ulduzların koordinatlarında müəyyən
160
dəyişikliklər əmələ gəlir. Bundan başqa Ay və Günəş tutul-
malarını əvvəlcədən xəbər verməkdən ötrü Ay və Günəşin
hərəkət cədvəllərini tərtib etmək üçün onların hərəkətləri-
nin və tutulmalarının ünsürlərini bilmək lazım idi.
Onun rəhbərliyi ilə elmin müxtəlif sahələrinə aid bir sıra
qiymətli əsərlər yaradılmışdır. “Zic İlxani” əsərində
planetlərin geosentrik orbitinin əsas elementləri verilmiş,
onların sutkalıq orta hərəkəti öz dövrünə və hətta bir neçə
əsr astronomik müşahidələrinə nisbətən dəqiq təyin
edilmişdi. “Zic İlxani” bir neçə əsrdə astronomiya elminə
dair yaradılan unikal əsər sayılırdı. Təəssüflər olsun ki,
həmin əsər vaxtında tərcümə olunaraq dünya ictimaiyyətinə
çatdırılmamışdı. Lakin kitab ilə maraqlanan bəzi alimlər
tərcüməçilərin vasitəsilə həmin elmi iş ilə tanış olurdular.
Tusi “Zic İlxani” əsərinin müqəddiməsində yazır: “Bizə
qədər, Hipparxın müşahidələri ən məhsuldar iş sayılır,
həmin tarixdən bizim apardığımız müşahidələrə qədər 1400
və bir neçə il keçibdir. Hipparxdan 285 il sonra Ptolemeyin
müşahidələri gəlir. Daha sonra həmin müşahidələr Xəlifə
Məmunun dövründə Bağdadda baş verir və həmin vaxtdan
bizim günlərə qədər 430 ildən bir az çox vaxt keçmişdir.
Bütün bunlardan ən çox bizim müşahidələrə oxşar işlər
Hakaminin və İbn Əl Əalamənin 250 il bundan əvvəl
apardıqları müşahidələrdi”.
161
Elmə, mədəniyyətə və incəsənətə böyük üstünlük verən
Teymur-Ləngin nəvəsi Mühəmməd Tarağay Uluqbəy (22-
III/1394 – 27X/1449) Səmərqəndin hökmdarı olandan
Səmərqənddə möhtəşəm bir astronomik rəsədxana tikdirir.
Orada astronomiya və riyaziyyat elmlərini inkişaf etdirmək
üçün Uluqbəy səltənətində yaşayan, zəmanəsinin ən məşhur
alimlərini – Qiyasəddin Kaşini, Qazızadə Rumini və Əli
Quşçunu başçılıq etdiyi rəsədxanaya dəvət edir. Qiyasəddin
Kaşi “Zic Elxani”nin mükəmməl forması əsasında “Zic
Xaqan” adlı bir astronomik kataloqunu işləyib hazırlayır.
Əli Quşçu (1402 –1474)
162
Marağa rəsədxanasının astronomik cihazlarını dərindən
öyrənmiş Qiyasəddin astronomik cihazlar haqqında bir
risalə (traktat) və riyaziyyatın inkişafında mühüm rol
oynayan “Hesabın açarı”, “Çevrənin mühiti haqqında”,
“Vətər və sinus” və s. əsərlər yazmışdı.
Qazızadə Rumi Uluqbəyin müəllimi olmuş, Qiyasəddin
vəfat edəndən sonra elmi kollektivin rəhbəri vəzifəsinə
keçmişdi. Əli Quşçu isə Qazızadə Ruminin vəfatından
sonra demək olar ki, bütün elmi işləri başa çatdırmış və
Uluqbəy rəsədxanasının əsas elmi işlərini özündə əks
elətdirən “Zic Uluqbəy”, yaxud “Zic Gürgani” kataloqla-
rını tərtib etmişdi.
Az bir vaxtda fəaliyyət göstərmiş Uluqbəy rəsədxanası
elm dünyasında iki şeylə məşhurlaşmışdı: biri radiusu
40,04 metr olan Divar sektantı, o biri isə “Zic Uluqbəy”
adlı astronomik kataloqdur. Divar sektantı Marağa rəsəd-
xanasında olduğu kimi dairənin dörddə bir hissəsindən
ibarətdir. Bunun üzərində 0
0
-dən 90
0
-yə kimi bölgülü şkala
vardır.
Bu cihazın yarısı yerin altında, qalan hissəsi isə yerin
səthindədir. Divar sektantının yuxarı yarısı üçün xüsusi
bina tikilmışdir. Bu, 21 metr yüksəliyində üçmərtəbəli bina
idi və cihazın özü meridian müstəvisində yerləşdirilmişdir.
163
Həmin binanın yuxarı hissəsində Günəşi və planetləri
müşahidə etmək üçün bir qübbə var idi.
Mühəmməd Tarağay Uluqbəy (1394-1449)
Uluqbəy rəsədxanasını məşhurlaşdıran “Zic Uluqbəy”
əsərinə gəlincə, XX əsr özbək astronomlarından biri
Cəlalov bu kataloq ilə “Zic Elxani”ni müqayisə etmiş və
belə qərara gəlmişdir ki, bunlarda oxşar yerlər çoxdur. “Zic
Elxani”də nəzərdə tutulmuş müşahidə proqramı bir yerdə
“Zic Ulqbəy”in müşahidə proqramından fərqli olmuşdur.
Bunun fərqi isə bundan ibarətdir: Uluqbəy rəsədxanasın-
dakı müşahidələr zamanı 1018 ulduzun koordinatları veril-
164
mişdir. Amerika astronomu E. B. Knobelin həmin ulduzla-
rın koordinatlarının tədqiqatı nətisində məlum olmuşdur ki,
bu ulduzlardan 900-un uzunluq koordinatı və 878 ulduzun
isə enlik koordinatları tamamilə yenidən Uluqbəy rəsəd-
xanasında tərtib edilmişdi. Əlbəttə, astronomiya elmində bu
yüksək nəticə sayılırdı. Bundan sonra bu məsələyə dair E.
B. Knobel yazır: “Özünün xüsusi müşahidələrinin əsasında
tərtib olunmuş ulduz kataloqu çox nadir bir əhəmiyyətə
malikdir”.
Uluqbəy rəsədxanasının tədqiqi ilə məşğul olmuş məş-
hur fransız riyaziyyatçısı və astronomu Pyer Laplas əsl
reallıqdan uzaq olaraq bu haqda belə yazmışdı: “Öz
məmləkətinin paytaxtında, Səmərqənddə o, (yəni, Uluqbəy
– R. D.), ulduz kataloqu və astronomik cədvəllər tərtib
etmişdi ki, bunlar Tixo Brageyə qədər onların hamısından
yaxşı idi”.
“Zic Uluqbəy” ulduzlar kataloqu, onların koordinatları
astronomiyanın inkişafında, xüsusən astronomik müşahidə-
lərin aparılmasında, fəza cisimlərinin qeyri-adi hərəkətin-
dən, ulduzların xüsusi hərəkətini, onların quruluşunu
öyrənmək işində ətraflı və lazımlı bir əsər sayılırdı. Lakin
bildirməliyəm ki, Marağa rəsədxanası XIII əsrin ikinci
yarısından, Uluqbəy rəsədxanası işə XV əsrin birinci
yarısından fəaliyət göstərməyə başlamışdır. Həmin rəsəd-
165
xanaların fəaliyyət göstərmələrində, böyük bir müddət
fərqi, yəni, ən azı 150 il fərq var idi. Elmi ocaqlarda həmin
il fərqli elmi nəticələrin əldə olunması üçün həddindən artıq
böyük müddət sayılır. Marağa rəsədxanasında aparılan elmi
təcrübələr, astronomik müşahidələr və əldə olunan elmi
nailiyyətlər miqyasına görə, Tixo Brage rəsədxanasına
qədər, tikilən bütün rəsədxanalarda əldə olunan elmi
nailiyyətlərdən çox üstün idi. Etiraf etməliyik ki, Səmər-
qənd astronomları bir çox fəaliyyətlərində Marağa rəsəd-
xanasındakı işlərin nəticələrindən istifadə etmişdilər. Azər-
baycanın tanınmış alimləri H. Məmmədbəyli, Z. Xəlilov,
Fərəcov bu faktı qətiyyətlə təsdiqləmişdilər.
İllik pressesiyaların qiymətini göstərməklə, bir çox
şeylər aydınlaşar:
Ptolemey – 36
//
,0
Əlbəttani – 54
//
,4
Əl-Sufi – 55
//
,0
Nəsirəddin – 51
//
,4
Uluqbəy – 51
//
,4
Professor H. Məmmədbəyli bu barədə yazır: “Marağa
rəsədxanasında 256 şəhərin coğrafi koordinatları cədvəli
tərtib olunmuşdu və bu cədvəl “Zic Elxani”yə daxil edil-
166
mişdir. Belə bir cədvəl “Zic Uluqbəy”də də vardır.
Aparılan tədqiqat nəticəsində aşkar edilmişdir ki, bu cədvəl
“Zic Elxani”dən mexaniki sürətdə “Zic Uluqbəy”ə
köçürülmüşdür. Yalnız burada Səmərqənd şəhərinin koor-
dinatları yenidən tərtib edilmişdir. “Zic Uluqbəy”də də
triqonometrik funksiyalardan sinus və tangensdən hər
dəqiqədən bir qiymətini verən cədvəllər vardır. Lakin bu
cədvəllər Marağa cədvəllərinə nisbətən daha dəqiq tərtib
olunmuşdur.
Həmin funksiyaların qiyməti dördüncü altmışlıq rəqə-
minə qədər dəqiqliklə verilmişdir. Uluqbəy rəsədxanası ilə
Marağa rəsədxanasını bir-birilə müqayisə etdikdə göstər-
məliyik ki, Marağada aparılan elmi işlər həm nəzəri, həm
də təcrübi cəhətdən Səmərqənd rəsədxanasına böyük təsir
göstərmişdir. Bununla belə hər bir rəsədxananın öz müstə-
qil elmi fəaliyyəti olmuşdur”.
1
Bununla belə bildirmək olar ki, görkəmli Azərbaycan
alimi Tusinin və onun rəhbərlik etdiyi elmi işlər Uluqbəy
rəsədxanasının astronomları üçün bir çox işlərdə istiqamət-
verici, Marağa rəsədxanası isə oriyentir məntəqəsi rolunu
oynayırdı.
1
H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”,
1980. səh.148
167
Ümumiyyətlə, Orta əsrlərdə hər hansı bir rəsədxana
yaradılanda astronomik müşahidələrin aparılması üçün,
Tusinin yaratdığı rəsədxanada aparılan elmi-praktik işlər
stimulyator rolunu oynamış və hər bir xırda elmi
təcrübələrdən zərurət kimi istifadə edilmişdir. Məhz bu
səbəbdən Marağada hazırlanmış və ixtira edilmiş astrono-
mik cihazların quruluşu Avropa astronomlarına məlum
olmuşdur. Tixo Brage Kopenhagendə yaratdığı rəsədxana-
da Marağada ilk dəfə icad olunmuş fırlanan kvadrantın bir
neçəsi (burada onlara azimutal kvadrant da deyirdilər) və
Divar kvadrantının da bir nümunəsi orada tapılmışdır.
Onun, semisirkuli öz inkişafı nəticəsində müasir astrono-
miyada işlənən “Universal” cihazına çevrilmişdir. Bu on-
dan xəbər verir ki, Tixo Brage hələ, Kopenhagendə məşhur
elm ocağını yaratmamışdan əvvəl, tabeliyindəki alimləri,
Marağa rəsədxanasının dövri fəaliyyətini dərindən öyrən-
məkdən ötrü, Azərbaycana yollamış və şəxsi işlərin görül-
məsi üçün qiymətli məlumatlarla yanaşı, həm də lazımlı
materiallar əldə etmişdir. Marağada icad olunan və istifadə
edilən bütün avadanlıqlar və cihazlar dünyada fəaliyyət
göstərən bütün astronomların, riyaziyyatçıların, xəritə-
şünasların və coğrafiyaşünasların diqqət mərkəzində idi.
Marağada aparılan müşahidələrin dəqiqliyi, bir çox Av-
ropa və Asiya rəsədxanaları üçün ideal olmuş, yalnız XVI
168
əsrin axırında Tixo Brage tərəfindən aparılan müşahidələ-
rin dəqiqliyi onları arxada qoymuşdur.
Hindistanın Caypur rəsədxanası nəinki öz ölkəsində,
həm də Asiyanın cənubunda məşhur astronomik müşahi-
dələr ocağı sayılmışdır. Həmin rəsədxanada Şah Cahanın
(1628-1659) və Məhəmməd Şahın (1719-1748) dövrlərin-
də iki dənə astronomik kataloqlar “Zic Şah Cahanı” və
Dostları ilə paylaş: |