Ramiz Dəniz



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

“Zic  Məhəmməd  Şahi”  –  tərtib  olunmuşdur.  Bu  katalo-

qun bir neçə alimlər tərəfindən aparılan dəqiq tədqiqi gös-

tərir  ki,  onun  tərkibi  üçün  düzəldilmiş  müşahidə  proqramı 

Səmərqənd  və  Marağa  rəsədxanalarında  aparılmış  müşahi-

də  proqramından  ibarətdir.  Buradakı  bir  çox  cədvəllərin 

bəzisi “Zic Elxani”də olan cədvəlin surətindən ibarətdir. 



  

 

    Nəsirəddin Tusi “Zic Elxani” əsəri üzərində işləyir 

                                                     

 

  



                                                                            

                                                    

169 

Artıq  belə  bir  nəticələrdən  sonra  qeyd  etmək  olar  ki, 



“Zic  Şah  Cahani”  əsərinin  müəllifi  hind  astronomu  Əbu 

Mulla  Fərid  Dəhləvi  və  “Zic  Məhəmməd  Şahi”  əsərinin 

müəllifi  Hindistanın  böyük  alimi  Savoy  Cay-Sinq  belə  bir 

astronomik  kataloqları  tərtib  edərkən,  Tusinin  fəaliyyətini 

və  Marağa  rəsədxanasında  aparılan  astronomik  müşahidə-

ləri  dərindən  öyrənərək,  özləri  üçün  müsbət  nəticə  əldə 

etmişdilər.  Nəzərə  almaq  lazımdır  ki,  Savoy  Cay-Sinq  öz 

kataloqunu  yaradarkən  artıq  XVIII  əsrin  ortası  idi  və  qeyd 

etməliyəm  ki,  “Zic  Elxani”nin  yaradılmasından  500  il 

keçməsinə  baxmayaraq,  hələ  də  dünya  astronomları  bir 

mənbə  kimi  Tusinin  əsərindən  istifadə  edirdilər.  Həmin 

dövrə  qədər  Avropanın  rəsədxanalarında  fəaliyyətdə  olan 

astronomik  cihazların  tam  təkmilləşməsi  prosesi  gedirdi. 

Yəni,  optikalı  cihazların  istehsalı  baş  verirdi.  Asiyanın 

rəsədxanalarında  çalışan  astronomlar  müşahidələr  aparmaq 

üçün  bilavasitə  Avropada  istehsal  olunan  cihazlardan 

istifadə etməyə üstünlük verməyə başlamışdılar. 

Hindistanın  görkəmli  dövlət  xadimi  Cavaxarlal  Nehru 

Savoy  Cay-Sinq  haqqında  belə  bir  fikir  söyləyib:  “Vaxtilə 

Savoy  Cay-Sinq  hələ  astronomiya  müşahidələrinə  başla-

mazdan  əvvəl  Avropada  astronomiyanın  nəzəri  və  təcrübə 

səviyyəsi  ilə  tanış  olur  və  belə  qərara  gəlir  ki,  Şərq  alim-



                                                     

 

  



                                                                            

                                                    

170 

lərinin  bu  sahədə  nailiyyətləri  Avropa  alimlərinin  işlərin-



dən geri qalmır və o, optikasız astronomik cihazlar qurur”. 

Maraqlı odur ki, Tusi astronomiyaya dair  “Zic İlxani”-

dən hələ xeyli qabaq elmi baxımından çox dəyərli bir əsər 

yazmışdır.  1235-ci  ildə  tamamladığı  həmin  əsəri  alim, 

Kuhistan  ismaililərin  rəhbəri  Nəsirəddin  Möhtəşəmin  oğlu 

Muinəddin  Əbu  aş-Şəmsin  şərəfinə  “Muiniyyə”  (Risale 



“Muiniyyə fi elm əlhayya”) adlandırmışdır. N. Ə. Əbdül-

qasımova  qeyd  edir  ki,  bu  əsərdə  N.  Tusi  planetlərin 

yerləşməsini  qabaqcadan  hesablamaq  məqsədilə  Ptolomey 

tərəfindən  işlənmiş  kinematik  modelə  xeyli  dəyişikliklər 

etmişdir.  Bu  dəyişikliklər  sonralar  müsəlman  alimləri  və 

Kopernik  tərəfindən  davam  etdirilmişdir...  Bir  qədər  sonra 

monqolların  istilası  ərəfəsində  Tusi  həmin  əsərə  əlavə 

olaraq fars dilində “Hall” əsərini yazmışdır. Hər iki əsərin 

Qahirə  və  Tehran  variantları  indiyə  kimi  saxlanmaqdadır. 

Bu  əsər  “Zic  Elxani”  əsərinin  yaranmasında  stimulyator 

rolunu oynamış və alimlər tərəfindən geniş təhlil edilirdi.

1

 

 “Muiniyyə”  bütünlüklə  astronomiyaya  aid  olduğundan 

tərkibində  olan  hər  dörd  bölməni  (hissələr)  fəsilləri  ilə 

birlikdə sadalamağı oxucular üçün maraqlı olar. 

                                                 

        


1

  Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin  800  illik 

yubileyinə həsr edilmiş Respublika  konfransının materialları. Bakı, 2001. 

Professor N. Əbdülqasımovanın məruzəsi, səh. 375 



                                                     

 

  



                                                                            

                                                    

171 

I  bölmə  iki  fəsildən  ibarətdir:  Birinci  fəsil  astronomi-



yaya  girişdən,  yəni  astronomiyanın  şərhi  üçün  lazım  olan 

əsas  həndəsi  anlayışlardan,  ikinci  fəsil  isə  fizikanın  bəzi 

məsələlərindən  (xüsusilə  mexaniki  hərəkətin  iki  növündən 

düzxətli və dairəvi hərəkətdən) bəhs olunur. 

II  bölmə  on  dörd  fəsildən  ibarətdir:  Bunlar  Göy 

cisimlərinin quruluşundan bəhs edir.  

1.  Yerin  və  Göyün  kürəvi  olması  haqqında;  parlaq  göy 

cisimlərinin  görünməsi  və  yox  olması  haqqında;  doğub-

batan  (qütbdən  uzaqlaşdıqca)  göy  cisimlərinin  görünməsi-

nin  və  yox  olmasının  müddəti  haqqında;  Göy  cisimlərinin 

yerləşməsi, hərəkəti haqqında;  

2.  Ulduzların  məxsusi  hərəkəti,  Göy  sfrasının  əsas 

dairələri və nöqtələri haqqında;  

3.  8-ci  sferada  yerləşən  hərəkətsiz  ulduzların  vəziyyəti-

nin izahı haqqında;  

4.  Göy  cisimlərinin  həmçinin  Günəşin  hərəkəti 

haqqında;  

5. Ayın hərəkəti haqqında;  

6.  Günəşdən  daha  uzaqda  yerləşən  (Yer  və  Venera) 

planetlərin hərəkəti haqqında;  

7. Göy cisimlərinin və Merkurinin hərəkəti haqqında;  


                                                     

 

  



                                                                            

                                                    

172 

8. Göy cisimlərini və ekliptik enliyi məlum 6 planet, (5 



planet  –  Merkuri,  Venera,  Mars,  Yupiter  və  Saturun  –  R. 

D.), Günəş, Ay, aşağı və yuxarı planetlər) haqqında;  

9. Göy cisimlərinin yerləşdiyi sektorlar haqqında;  

10. Planetlərin düz və tərs hərəkəti haqqında; planetlərin 

görünməsi  və  yox  olması  haqqında;  onların  görünən 

dayanacaqları  haqqında;  göy  cisimlərinin  hərəkətinin 

yavaşılması, sürətlənməsi və stabilləşməsi haqqında;  

11. Aşağı planetlərin parallaksı haqqında;  

12. Ayın fazalarının görünmə şərtləri haqqında;  

13.  Ayın  və  Günəşin  tutulması  və  tutulmaların  növləri 

haqqında;  

14. Göy cisimlərinin görünməsi, yox olması haqqında. 

III  bölmə  on  iki  fəsildən  ibarətdir:  Bunlar  riyazi 

coğrafiyaya həsr olunub.  

1. Yerin kürəviliyi və onun Kainatda mərkəzliyi haqqın-

da;  Yer  ekvatoru  haqqında;  Yerin  şimal  və  cənub  yarım-

kürələri  haqqında;  coğrafi  uzunluq  və  enlik  koordinatları 

haqqında; Yeddi iqlim haqqında;  

2. Yer ekvatorunda yerləşən sahələr və onların xüsusiy-

yətləri haqqında;  

3.  Enliyin  ekliptikanın  meyl  bucağından  kiçik  olan 

sahələrin xüsusiyyətləri haqqında;  



                                                     

 

  



                                                                            

                                                    

173 

4.  Enliyi  ekpiltikanın  meyl  bucağından  böyük  olan 



sahələrin xüsusiyyətləri haqqında;  

5. Enliyi ekliptikanın meylinin xüsusiyyətləri haqqında; 

6. Zodiak bürclərinin görünməsi haqqında;  

7. Vaxt tənliyi və azimutun təyini haqqında;  

8.  Göy  cisimlərinin  müxtəlif  en  dairələrindən  keçməsi, 

görünməsi və batması haqqında;  

9.  Gecə  və  Gündüzün  uzunluğunun  təyini  haqqında; 

alatoranlıq və sübh çağı haqqında;  

10. İlin, ayın uzunluğunun təyini haqqında;  

11. Kölgələr haqqında;  

12.  Sahələrin  azimutunun  və  günorta  xəttinin  təyini 

haqqında. 

IV bölmə altı fəsildən ibarətdir: Bunlar göy cisimlərinin 

ölçüləri və məsafələrinə aid məsələlərə həsr olunmuşdur; 

1. Yerin ölçülərinin təyini haqqında;  

2. Yerə nisbətən Ayın ölçülərinin təyini haqqında;  

3.  Ayın  Yerdən  ən  böyük  və  ən  kiçik  məsafələri 

haqqında;  

4. Günəşin ölçüləri və məsafələrinin təyini haqqında;  

   5. Merkurinin, Veneranın, Marsın, Yupiterin və Saturnun 

ölçülərinin və aralarındakı məsafələrin təyini haqqında;  

6.  Hərəkətsiz  Göy  cisimlərinin  məsafələrinin  təyini 

haqqında. 


                                                     

 

  



                                                                            

                                                    

174 

Tusinin  “Muiniyyə”  əsərində  Məkkə  şəhərinin  coğrafi 



uzunluğu  74

0

10



/

  (sonralar  “Zic  Elxani”  əsərində  73

0

10

/



coğrafi  enliyi  21

0

40



verilmişdir.

1

  O,  həmçinin  Yerin  canlı 



yaşayan  sahəsini  “ekvatordan  şimal  qütbünə  qədər  olan 

bütün sahənin yarısı” hesab edir. 

Tusi  astronomiya  və  riyaziyyat  elmlərini  təkmilləşdir-

mək  üçün,  möhtəşəm  bir  rəsədxananı  Azərbaycanın  dilbər 

guşələrindən biri sayılan Marağada saldırmaqla, öz arzusu-

na  nail  olur.  İş  ondadır  ki,  Marağa  şəhəri  orta  əsrlərdə 

bütün dünyada məşhur olan “İpək yolu”nun üstündə, Yaxın 

Şərq  ilə  Orta  Asiya  arasında  və  Avropanın  astanasında 

yerləşirdi. Oraya həm  Orta Asiyadan, həm Yaxın Şərqdən, 

həm  Kiçik  Asiya,  Balkan,  Apennin,  Krım  yarım-

adalarından,  həm  Misir,  hətta  Hindistan  və  Çindən  də  get-

gəliş  vardı  və  getdikcə  həmin  əlaqə  intensiv  xarakter  şəkli 

alırdı.  Məhz  buna  görə  də  Tusi  Azərbaycana  yaxın  olan 

bölgələrin məşhur və tanınmış alimlərini öz ətrafına topla-

mağa müəssər olmuşdu. 

XIII əsrdən danışanda elə düşünülməməlidir ki, astrono-

miya  ilə  yalnız  Azərbaycanın  cənub  vilayətlərində  ciddi 

məşğul olurdular. 

                                                 

       


1

  Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin  800  illik 

yubileyinə həsr edilmiş Respublika  konfransının materialları. Bakı, 2001. 

Professor N. Əbdülqasımovanın məruzəsi, səh. 376-377 



                                                     

 

  



                                                                            

                                                    

175 

   Xatırlatmaq  istəyirəm  ki,  Şəmsəddin  Şirvani  Şamaxı 



astronomlarının yetirməsi olmuşdu və bilavasitə onun elmi 

təcrübəsindən  Marağa  rəsədxanansının  mütəxəsissləri  isti-

fadə etmişdilər. 

..Rəşidəddin Vatvatla (Xarəzm tarixçisi –R.D.), Xarəzm-

şah Təküşlə Xaqaninin (Əfzələddin Xaqani Şirvani – R. D.) 

sıx elmi və siyasi əlaqələri, XIII əsrin əvvəllərində dahi şair 

Zülfüqar  Şirvanini  hələ  20  yaşında  ikən  Xarəzmşah 

Əlaəddin Məhəmmədin dəvət etməsi və s. Xarəzm astrono-

miyası ilə də Şirvanın əlaqələrinin olmasına dəlalət edir.

1

 



Buradan  görünür  ki,  Azərbaycandan  Orta  Asiyaya  ge-

dən  tanınmış  mütəfəkkirlərin,  şairlərin,  alimlərin  əksəriy-

yəti  astronomiya  elminə  yiyələnmək  üçün  böyük  səy 

göstərmişdilər. Bəzi Şərq ölkələrində olduğu kimi astrono-

miya  Azərbaycanın  şimalında  da  inkişaf  etməyə  başlayır. 

Tanınmış  alim  Kafiəddin  Ömər  bu  elmin  incəliklərinə 

yiyələndiyindən  oğullarını,  hətta  qardaşı  oğlu  Əfzələddin 

Xaqanini də həmin elmi öyrənməyə həvəsləndirir. Söz yox 

ki,  Xaqani  nüfuzlu  və  tanınmış  nəslin  nümayəndəsi 

olduğundan,  yaxşı  təhsil  aldığından  astronomiyaya  böyük 

həvəs göstərmişdir. 

                                                 

      

1

 Q. Kəndli-Herisçi. Xaqani Şirvani (həyatı, dövrü, yaradıcılığı). Bakı, 



1988. səh. 21 

                                                     

 

  



                                                                            

                                                    

176 

Bir  çox  elmlərin  alimi  sayılan  Kafiəddin  Ömərin 



astronomiyanı dahi Azərbaycan şairi və mütəfəkkiri Xaqa-

niyə  öyrətməsi  bir  fakt  olaraq  tarixin  səhifələrinə  düşüb-

dür. Bu haqda şair özü “Əmisini tərif” şerində yazır: 

 

    “Məni üç elmdən etdi xəbərdar, 



    Ağıl, fəhli, hiss oldu onlardan izhar. 

    O, mənə şərh etdi hər bir məfhumu, 

    Sonra da öyrətdi elmi-nücumu...”

1

 



 

Təəssüflər  olsun  ki,  Xaqani  həmin  elmin  dərinliklərini 

araşdırmaq  üçün  öz  bacarığından  və  fenomenal  beynindən 

istifadə  etməmişdi.  Çox  güman  ki,  ondan  dünya  miqyaslı 

astronomiya alimi yetişərdi. 

Marağa  rəsədxanasında  hazırlanmış  cədvəllər  əsasında 

Ay  və  Günəşin  tutulmasını  qabaqcadan  xəbər  vermək 

olurdu.  Həmin  cədvəllərin  əksəriyyəti  orada  çalışan  elm 

xadimlərinə  və  tələbələrə  paylanmışdı.  Asiyanın  və  Avro-

panın başqa regionlarına nisbətən Ayın və Günəşin nə vaxt 

tutulmasında,  yalnız  Azərbaycanın  hüdudlarında  yaşayan 

müəyyən təbəqənin insanları hali idilər və həmin elm barə-

sində öz tanışları ilə maraqlı diskusiyyalar aparırdılar. Mən 

onu da qeyd etmək istəyirəm ki, həmin dövrdə astronomiya 

                                                 

      


1

 Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”. 1987. səh. 87  



                                                     

 

  



                                                                            

                                                    

177 

ilə astrologiya elmləri məhz Azərbaycanda həddindən artıq 



yüksək  dərəcədə  inkişaf  etmişdi.  Marağa  rəsədxanası 

dövrünün ən yaxşı, ən qabaqcıl rəsədxanalardan biri idi. 

 

 

 



 

 

                                Elmin uğurları zamanın işi və elmin  



                                                                       cəsarətidir.  

                                                           Fransua Volter 

 

   



Dövrünə görə dünyanın ən möhtəşəm  

    elmlər akademiyası Marağada olub 

 

Müəllif  bəlli  olduğundan,  artıq  dünya  ictimaiyyəti, 

dünyanın ən qədim Göy qlobusunun Azərbaycanda (Mara-

ğa  rəsədxanasında)  düzəldiyini  qəbul  edibdir.  Buna 

alternativ bir ixtira yoxdur. Bəzi tarixi mənbələrin göstərdi-

yinə  əsasən  Marağa  rəsədxanasında  həm  ulduz  qlobusları, 

həm də Yer kürəsinin qlobusları var imiş. Əlbəttə, Tusinin 

rəhbərlik  etdiyi  elmi  kollektiv  ulduz  qlobusu  düzəltdiyi 

halda, şübhəsiz ki, həmin dövrdə Yer kürəsinin qlobusunu 

da ixtira edərək, Marağada saxlayırdılar. Yerin kürə şəklin-



                                                     

 

  



                                                                            

                                                    

178 

də  olması  Tusiyə  bəlli  idi  və  çox  güman  ki,  o,  tərəddüd 



etmədən  Yer  kürəsini  əks  etdirən  qlobus  düzəltmiş,  həmin 

qlobusun  vasitəsilə  planeti  iki  yarımkürəyə  bölmüşdü. 

Çünki  onda  Yerin  uzunluq  səthinin  ölçüləri  də  vardır. 

Sadəcə  olaraq  həmin  maketlər  gəlib  bizim  dövrümüzə 

qədər  çatmayıblar.  Lakin  elə  yazılarla  üzləşmək  olur  ki, 

orada birbaşa Yer qlobusu ixtiraçısının adı ilə üzləşirsən.  

Tarixi  mənbələrdə  göstərilir  ki,  alman  coğrafiyaşünası, 

kosmoqrafı  və  dəniz  səyyahı,  Nürenberqli  Martin  Behaym 

(1459-1507)  Afrika  sahillərinə  nəzərdə  tutulan  ekspedi-

siyalardan Avropaya qayıdandan sonra 1492-ci ildə ilk dəfə 

dünyada,  Yer  qlobusunun  maketini  düzəldibdir.  Halbuki 

professor  N.  Əbdülqasımova  bildirir  ki,  Yer  qlobusunu  ilk 

dəfə azərbaycanlı alim ixtira edib. O, yazır: “Elm tarixində 

müxtəlif  cihazların  avropalılara  məlum  olması  tarixi 

Marağa  rəsədxanasında  çalışan  alimlərin  əlyazmalarından 

aydın  görünür.  Məsələn:  coğrafi  və  ulduz  qlobuslarının 

yaranma  tarixi  buna  parlaq  misaldır.  1266-cı  ildə  coğrafi 

qlobusun  ilk  yaradıcısı  Marağa  rəsədxanasının  əməkdaşı 

azərbaycanlı  alim  Kəriməddin  Əbubəkr  ibn  Mahmud 

Səlmasidir”.

1

 

                                                 



       

1

  Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin  800  illik 



yubileyinə həsr edilmiş Respublika  konfransının materialları. Bakı, 2001. 

Professor N. Ə. Əbdülqasımovanın məruzəsi, səh. 22 



                                                     

 

  



                                                                            

                                                    

179 

Mənə  elə  gəlir,  peşəkar  alimlərin  sayəsinə  Marağada 



onlarla belə qlobuslar düzəldilə bilərdi. 

Məhəmməd  Ordi  ixtira  etdiyi  qlobusu  qızıldan  və 

gümüşdən bəzədiyinə görə, həmin maket qiymətli bir sənət 

əsəri  kimi  tarixin  yaddaşında  qorunub  saxlanılmışdı.  Belə 

bir  üsul  ilə  alim  özünün  uzaqgörənliyini  nümayiş  elətdir-

mişdi.  Elə  ulduz  qlobusu  da  Drezden  şəhərinin  “Rəsm 



Qalereya”  muzeyinin  Fizika-riyaziyyat  salonunda  salamat 

vəziyyətdə  saxlanılmasaydı,  onda  bir  çox  mütəxəssislər, 

ümumiyyətlə,  Marağa  rəsədxanasında  heç  bir  qlobusun 

düzəlmədiyini  bəyan  edərdilər.  Deməli,  dünyada  ilkin 

dəqiq  koordinatlı  bölgülü  olan  qlobusların  Azərbaycanda 

düzəldilməsi labüd idi. 

Marağa  rəsədxanasında  dəqiq  müşahidələr  aparıldığı  və 

xüsusilə  vaxtı  ölçmə  işlərində  böyük  dəqiqlik  rəqqaslı 

saatlara malik olub-olmamaları haqqında indiyənə kimi heç 

bir məlumat yoxdur. Lakin o, məlumdur ki, Tusinin üçüncü 

müəllimi  Yunis  Misri  Azərbaycanda  rəqqaslı  saatın 

ixtiraçısıdır və çox güman ki, onun tələbələrindən bir neçəsi 

Marağa rəsədxanasında çalışmışdılar. 

Tusi  Hülaku  xanın  nüfuzundan  istifadə  edərək,  rəsəd-

xanada  çalışan  alimlər  üçün  zəngin  kitabxana  düzəltmişdi. 

Sahəsi  330  kv.  metrə  bərabər  olan  kitabxanada  400  min 

əlyazma  vardı.  Əlyazmaların  əksəriyyəti  Azərbaycanda, 


                                                     

 

  



                                                                            

                                                    

180 

yerdə  qalan  hissəsi  isə  ölkə  hüdudlarından  kənarda 



yazılmışdı.  Marağa  kitabxanası  Yaxın  Şərqdə  yerləşən  ən 

böyük  kitabxanalardan  biri  sayılır  və  orada  saxlanılan 

əlyazmaların  əksəriyyətinin  öz  tarixçəsi  var  idi.  Ona  görə 

ki,  əsərlərin  müəllifləri  dünya  elminə  və  mədəniyyətinə 

xidmət etmiş, tarix qarşısında öz çəkisi olan müdrik, kamil 

və aqil insanlar idi.  

Kitabxananın  sahəsinə  şübhə  ilə  yanaşan  Bayram 

Rzayev  yazır  ki:  “...Qazıntılar  zamanı  məlum  olub  ki,  bu 

qədər kitab (400 min əlyazma – R. D.) kitabxanaya yerləşə 

bilməzdi.  Yəqin  ki,  kitabların  bir  qismi  də  əsas  binada 

saxlanılırmış. 

Kitabxananın  fəaliyyəti  haqqında  yazan  Təbatəbai 

göstərirdi  ki,  kitabxana  Əbu  Səidxan  Elxaninin  dövründə 

də fəaliyyət göstərmişdi.”

1

  

Hülaku  xanın  qoşunlarının,  ətrafda  yerləşən  ölkələrin 



şəhərlərinə  edilən  işğalçılıq  yürüşlərdən  bir  çox  mədəniy-

yət,  incəsənət  abidələri,  elm  mərkəzləri  bərbad  vəziyyətə 

düşürdü. Tusi belə bir ağır və təhlükəli vəziyyətdə sinəsini 

irəli  verərək,  həmin  abidələrin  və  sənət  əsərlərinin  məhv 

olunmasının  qarşısını  almış  və  dünya  mədəniyyəti  üçün 

                                                 

1

  B.  Rzayev  Bəşəri  düha:  Mühəmməd  ibn  Mühəmməd  ibn  Həsən  – 



Nəsirəddin Tusi (XI) “ADPU nəşriyyatı”, Bakı, 2014. səh. 69 

                                                     

 

  



                                                                            

                                                    

181 

qiymətli  sayılan  sərvətləri  Azərbaycana  gətizdirərək, 



onların  təhlükəsizliyini  təmin  etmişdir.  Məhz  bu  səbəbdən 

Marağada  belə  bir  zəngin  kitabxana  yaranmış,  şəxsən 

Tusinin  100-dən  çox  əsəri  orada  saxlanılmışdı.  Rəsəd-

xanada  çalışan  alimlərin  əksəriyyəti,  bir  elmi  mənbə  kimi 

onun əsərlərindən istifadə etmişdilər.  

Bundan əlavə orada qədim yunan və Şərq alimlərinin də 

elmi  işləri  saxlanılırdı.  Əlyazmalar  arasında  azərbaycanlı 

müəlliflərin  də  əsərləri  olubdur  –  Əbu  Əli  Əhməd  ibn 

Məhəmməd  Bərdəinin  “Tarix”,  Şəmsəddin  Məhəmməd 

ibn  Osman  Sərəvinin  “Cavanmərdlərə  nəsihətlər  toplu-



su”,  Mühtəsəddin  Əbilxeyrin  “Tarix  Azərbaycan”,  Qazi 

Əfzələddin  Təbrizinin  “II  Nüsrətəddin  Pişkinin  ömür 



yolu” və digərləri. İbn Həcər yazır ki, əlyazmalar arasında 

“Marağa  tarixi”  və  “Arran  tarixi”  kimi  əsərlər  də  var 

imiş. 


Çin,  Hindistan,  Ərəb  ölkələri,  Monqolustan  və  Avropa-

dan gələn alimlər burada geniş elmi iş aparırdılar. 

Akademik Ziya Bünyadov Tusinin elmi-irsini araşdırar-

kən,  alim  barəsində  belə  bir  fikirlər  söyləmişdir:  “Məşhur 

Marağa  rəsədxanasının  və  və  nəhəng  elmi  kitabxanasının 

yaradılması Nəsir əd-Din Tusinin adı ilə bağlıdır və yalnız 

bu fəaliyyəti onu ölməzliyə qovuşdurmuşdur. 


                                                     

 

  



                                                                            

                                                    

182 

Nəsir  əd-Dinin  çoxəhatəli  elmi  yaradıcılığı,  astronomi-



ya,  həndəsə,  triqonometriya  və  başqa  dəqiq  elmlərə  həsr 

edilmiş  çoxsaylı  əsərləri,  onun  adını  hələ  Avropada  elm 

yenicə inkişafa başladığı zaman artıq məşhur etmişdi. 

Nəsir  əd-Din  Tusi  elmin  hərəkətverici  böyük  zəkaların-

dan biri olmuşdur. Orta əsr elminin bir çox klassik sahələri 

onun nailiyyətidir”.

1

 

Tusinin  fenomenal  biliyə  malik  olan  dahi  alim  kimi 



tanınması heç kimdə şübhə oyatmaz. O, bir neçə alimlərin 

gördükləri  işi  təkbaşına  görmüşdü.  İş  ondadır  ki,  alim  heç 

bir dövlət və ictimai işlərinə, özünün qiymətli enerjisini sərf 

etmədən elmi işlərlə məşğul olsaydı, daha da unikal kəşflər 

əldə  edərdi.  Lakin  buna  baxmayaraq,  Tusi  “Əlamut” 

qalasından  azad  ediləndən  sonra  vaxtının  əksəriyyətini 

dövlət işinə, rəsədxananın tikintisinə, yaradılan kitabxanaya 

qiymətli  əlyazmaların  toplanmasına,  bir  çox  tanınmış 

alimlərin və istedadlı tələbələrin, şagirdlərin Marağaya cəlb 

edilməsinə,  onalrın  bütün  qayğılardan  azad  olunmasına, 

Azərbaycanın  bir  çox  şəhərlərində  tədris  ocaqlarının 

yaradılmasına sərf edirdi. 

Tarixi  şəxsiyyətlərin  tərcümeyi-halı,  dövri  fəaliyyəti  ilə 

maraqlanarkən, mən Tusinin taleyini iki şəxsiyyətin fəaliy-

                                                 

     


1

 A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad” 

İslam araşdırmaları mərkəzi, 1996. səh. 4. 


                                                     

 

  



                                                                            

                                                    

183 

yətinə  oxşadıram.  Onlardan  biri  Antik  dövrdə  Afinada 



yaşamış  filosof  Demetr  Falerliyə,  o  birisi  isə  erkən  orta 

əsrdə  yaşamış  “Siyasətnamə”  əsərinin  müəllifi  bacarıqlı 

siyasi xadim Əbu Əli Həsən ibn Xacə Nizamülmülkə. 

Demetr Afinadan qovulan kimi triyeraya minib, birbaşa 

İsgəndəriyyəyə  yollanır.  O,  bilmirdi  Misirin  hökmdarı  I 

Ptolemey Sotera onu necə qəbul edəcək...

1

  

Makedoniyalı İsgəndərin Misirdə sələfi olan I Ptolemey 



həm qılıncı, həm də ki, qələmi ilə məşhur olan bir hökmdar 

idi  və  o,  bilavasitə  “İsgəndərin  Tarixi”  adlı  tarixi  əsərin 

müəllifi  sayılırdı.  Demetr  ona  şəhərdə  möhtəşəm  bir 

mədəniyyət  və  incəsənət  mərkəzinin  yaradılmasını  və  onu 

“ilahilər  Məbədi”  –  Musseyon  adlandırmağı  təklif  edir. 

Musseyon  hazır  olandan  sonra  oraya,  alimlərin  dəvət 

edilməsi,  hər  bölgədən  əlyazmaların  gətirilməsi  və  həmin 

əlyazmaların  surətlərinin  çoxaldılması  təntənəli  surətdi 

açılır  və  əlbəttə  ki,  Demetr  Falerli  həmin  Akademiyaya 

başçı təyin edilir.

2

 

Nizamülmülk  Hicri-Qəməri  408-ci  (miladi  1017-1018) 



ildə  Tus  vilayətinin  Noğan  nahiyəsində  anadan  olmuş,  H. 

Q. 485 (1092)-ci ildə Bağdad yolundakı Səhnə qəsəbəsində 

                                                 

          1

 Р. Хаггард. Клеопатра. Баку, «Гянджлик», 1990. стр. 13 

          2   

Н.  А.  Ионина,  автор-составитель.  Сто  великих  чудес  света. 

Москва, «Вече», 2000. стр. 145 



                                                     

 

  



                                                                            

                                                    

184 

Həsən  Səbbahın  fədailərindən  birinin  bıçaq  zərbəsi  ilə 



öldürülmüşdür. 

Xacə Nizamülmülk Həsən ibn Əli, səlcuq sultanlarından 

Alp Arslan (1063-1072) və Məlik şahın (1072-1092) vəziri 

olmuş,  Səlcuqilər  dövlətinin  genişlənib  möhkəmlənməsin-

də, abadlıq işlərinin görülməsində, ölkənin iqtisadi qüdrəti-

nin  artırılmasında,  ordunun  qüvvətlənməsində,  elm  və 

mədəniyyətin  yüksəlməsində  çox  böyük  işlər  görmüşdür. 

Bu  dövrlərdə,  mübaliğə  etmədən  demək  olar  ki,  dövləti 

sultanlar deyil, Nizamülmülk idarə edirdi. 

Nizamülmülk  daxili  dövlət  işlərilə  yaxından  məşğul 

olmaqla  bərabər,  xarici  siyasətə  istiqamət  verir,  din  şəriət 

qayda-qanunlarına  dəxalət  edir,  məzhəb  və  təriqətləri 

öyrənmək,  dövlət  və  din  xadimləri  hazırlamaq  məqsədilə 

xüsusi  mədrəsələrin açılmasına təşəbbüs göstərir və böyük 

maddi  yardım  edirdi.  Bu  mədrəsələr  sonradan  “Nizamiy-

yə”  mədrəsələri  altında  şöhrət  tapmışdı.  Bunların  ən  məş-

huru  bir  çox  dövlət  və  din  xadimləri,  münəccimlər, 

filosoflar,  hüquqşünaslar  və  şailər  hazırlamış  Bağdad 

nizamiyyəsi  sayılırdı...Sədi  Şirazi  kimi  bir  şairin  məhz 

Bağdad  Nizamiyyəsi  divarları  arasında  yetişdiyini  qeyd 

etmək kifayətdir. 

Nizamülmülk  Səlcuq  dövlətinin  vəziri  olduğu  vaxt 

Azərbaycan  da  həmin  dövlətin  tərkibinə  daxil  edilmişdi. 



                                                     

 

  



                                                                            

                                                    

185 

Buna  görə  də  “Siyasətmanə”  XI  əsr  Azərbaycan  tarixini 



öyrənmək üçün də əhəmiyyətlidir. Eləcə də bu əsərdən bir 

ədəbi abidə kimi də sonrakı əsrlərdə istifadə olunmuşdur. O 

cümlədən  Məhəmməd  Qəzzali  “Nəsihətülmülk”  əsərində 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin