Ramiz Dəniz


İstanbulun Topqapı muzeyindən tapılan



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   ...   17   18   19   20   21   22   23   24   25

        İstanbulun Topqapı muzeyindən tapılan  

                        sensassion xəritə 

 

Admiral  Piri  ibn  Hacı  Məmməd  Rəis  (1475-1554) 



dövrünün  təcrübəli  kapitanı,  istedadlı  naviqatoru,  bacarıqlı 

donanma  kapitanı,  tanınmış  donanma  sərkərdəsi,  peşəkar 

şturmanı,  savadlı  xəritəşünası  kimi  tanınırdı.  Onun  tərtib 

etdiyi  xəritələr  koordinat  ölçülərinə  və  sahil  zolaqlarının 

konturlarının dəqiqliyinə görə dənizçilik elmində ən lazımlı 

vəsait  sayılırdı.  Bundan  əlavə  Piri  Rəis,  başqa-başqa 

ərazilərin  konturları  göstərilən  cürbəcür  miqyaslı  xəritələri 

vahid  miqyas  şəkilində  araya  gətirə  bilirdi.  Belə  bir 

xəritələri hər bir ölkənin kapitan və şturmanları əldə etmək 

istəyirdilər.  

1929-cu  ildə  İstanbulun  Topqapı  sarayında  bərpa  təmir 

işləri aparılarkən, otaqların birində, alman alimləri, profes-

sorlar  Qustaf  Adolf  Deysman  və  Paul  Köhle  tərəfindən, 

qazelin dərisindən düzəldilən perqament üzərində çəkilmiş 



                                                     

 

  



                                                                            

                                                    

328 

köhnə bir xəritə tapılır. Həmin xəritə Hicri tarixi ilə 919-cu 



ilin Məhərrəm ayında (Miladi tarixi ilə 1513-cü il) Çəlibo-

luda tərtib edilmişdir. 

  

 

              Piri Rəisin 1513-cü ildə tərtib etdiyi xəritə 



                                                     

 

  



                                                                            

                                                    

329 

Piri  Rəis  1528-ci  ildə  xəritələr  toplusundan  ibarət  olan 



bir  atlasın  tərtibini  həyata  keçirir  və  həmin  xəritəni  də 

1513-cü il tarixi ilə atlasa daxil edir. Sonradan məlum olur 

ki,  həmin  tarixi  material  Konstantinopolun  İmperiya 

kitabxanasında  saxlanılan  daha  qədim  manuskriptlərdən 

köçürülmüşdü, yəni, başqa xəritələrin surəti sayılırdı. 

Avropanın bir çox xəritəşünasları, coğrafiyaşünasları və 

tarixçiləri  İmperiya  Kitabxanasına  düşməkdən  ötrü  bütün 

mümkün olan vasitələrdən istifadə edirdilər, lakin öz istək-

lərinə  nail  ola  bilmirdilər.  Müharibələr  zamanı  Perqam, 

Babil,  İsgəndəriyyə,  Bağdad,  Təbriz,  Marağa,  Dəməşq, 

Afinadakı elmi ocaqların kitabxanaları İstanbula gətizdiril-

mişdi.  Hamı  bilirdi  ki,  həmin  kitabxananın  rəflərində  çox 

qədim  əlyazmalar,  xəritələr,  antropoloji,  etnoqrafik 

məlumatlar  vardı  və  həmin  materiallara  yiyələnən  kəs 

sensassion  məlumatların  sahibinə  çevrilərdi.  Buna  bariz 

nümunə, Yerin Qərb yarımkürəsinin konturları çəkilən Piri 

Rəisin müəllifliyi ilə tapılan xəritədir.   

Tarixi  mənbələrdən  məlumdur  ki,  Piri  Rəis  qədim 

sənədlərin  və  xəritələrin  tədqiqi  ilə  məşğul  olmaq  üçün 

həmin  kitabxananın  çox  diqqətli  oxucularından  biri 

sayılırdı.  Konturları  çox  hallarda  dəqiq  göstərilmiş  xəritə 

türk  alimlərinin  ciddi  marağına  səbəb  olur.  Çünki  tarixinə 

görə  həmin  dünya  xəritəsi  Amerika  qitəsinin  konturları 


                                                     

 

  



                                                                            

                                                    

330 

çəkilən ən erkən xəritələrdən biri, bəlkə də ilkini sayılırdı. 



Bundan  əlavə  sensassion  materialda  həm  Şimali  Amerika, 

həm də Antarktida materiklərinin də konturları göstərilirdi. 

İş ondadır ki, xəritə Kolumbun birinci səyahətindən düz 21 

il  sonra  tərtib  edilmişdir.  Halbuki  Genuyalı  admiral 

Panama,  Nikaraqua  və  Hondurasın  şərq  sahillərini  nəzərə 

almasaq,  həmin  materikin  sahillərinə  ayaq  basmamışdır. 

Antarktida  isə  hələ  300  ildən  bir  qədər  artıq  müddətdən 

sonra  Faddey  Bellinshauzen  və  Mixail  Lazarev  (1819) 

tərəfindən kəşf edilir. Bunun üçün bir çox alimlər xəritənin 

tədqiqinə  başlamaqdan  ötrü  radikal  addımlara  əl  atırlar. 

Maraqlıdır, bunu kim, nə vaxt və harada tərtib etmişdi?  

Burada  maraqlı  məqamlardan  biri  o  idi  ki,  Piri  Rəis  öz 

dəst-xətti  ilə  həmin  konturları  başqa  qədim  xəritələrdən 

çəkmiş  və  Kolumbun  səyahət  zamanı  apardığı  qeydiyyat-

ları  ora  həkk  etmişdi.  Türk  admiralı  özü  etiraf  etmişdi  ki, 

qərb  hissəni  o,  Kolumbun  xəritəsindən  köçürmüşdür. 

Deməli, məşhur səyyahın da birinci səyahətinə təkan verən 

unikal xəritələrə əli çatırmış. Nəzərə almalıyıq ki, tarixçilər 

və  coğrafiyaşünaslar  bir  neçə  yüz  il,  Kolumbun  təxminən 

Vest-Hind  adalarında  tərtib  etdiyi,  “Kolumbun  itmiş  xəri-

təsi”nin müvəffəqiyyətsiz axtarışları ilə məşğul olublar. 

Söz  yox  ki,  Deysman  ilə  Köhlin  Topqapı  sarayında 

aşkarladıqları  xəritə  sensassion  bir  tapıntı  sayılırdı.  Çünki 


                                                     

 

  



                                                                            

                                                    

331 

həmin xəritədəki təsvirlər XV əsrin sonunda və XVI əsrdə 



tərtib  olunan  xəritələrdəki  kimi  deyildi.  Nəzərə  alsaq  ki, 

həmin dövrdə meridianları dəqiq təyin etmək üçün münasib 

cihazlar  və  ya  alətlər  yox  idi,  lakin  Cənubi  Amerika  ilə 

Afrika  materiklərindən  keçən  uzunluqların  koordinatları 

çox  dəqiqliklə  verilirdi.  Axı,  belə  bir  material  Avropanın 

heç  bir  tanınmış  xəritəşünasın,  coğrafiyaşünasın  və  ya 

dəniz  səyyahının  qələmindən  çıxmamışdı?  Alman  və  türk 

alimləri diqqətlə həmin tapıntının tədqiqi ilə məşğul olmağa 

başlayırlar.  

Amerikanın  dövlət  katibi  Henri  Stimson  bu  məsələ  ilə 

maraqlanır.  Onun  bəzi  təsəvvürlərinə  görə  “Kolumbun 

itmiş  xəritəsi”  haradasa  Türkiyədə  ola  bilərdi.  O,  ABŞ-ın 

Türkiyədəki  səfirinə  xəritəni  tapmaq  üçün  axtarışlara 

başlamağa  göstərişlər  verir.  Türkiyə  höküməti  hərtərəfli 

olaraq  axtarışlara  yardım  göstərsə  də,  heç  bir  müvəffəqiy-

yət əldə edilmir. 

Piri  Rəis  bəyan  etmişdi  ki,  o,  Makedoniyalı  İsgəndərin 

dövründə dəqiq riyazi hesablamalarına əsasən, tərtib edimiş 

iyirmiyə  yaxın  xəritədən  istifadə  etmişdir.  Lakin  alimlər 

onun 1929-cu ildə tapılmış xəritəsinə dair verdiyi izahatına 

inanmırdılar. 

Həmin  dövrdə  aerokosmik  texnologiyanın  mövcud 

olmadığı halda, alimlərin türk admiralının verdiyi bəyanat-


                                                     

 

  



                                                                            

                                                    

332 

larına  şübhə  ilə  yanaşmaqlarından  başqa  çarələri  qalmırdı. 



Axı,  İsgəndərin  dövründə  mövcud  olan  xəritələrin  bir 

dənəsinin olsun belə nüsxəsi yox idi. Həmin xəritənin türk 

admiralının sahibi olduğu bütün Türkiyədə böyük rezonan-

sa səbəb olur. 

 

          

 

                    Admiral Piri Rəis (1475-1554) 

 

Xəritəşünaslığın  XVI  əsrdə  Türkiyədə  nə  dərəcədə 



inkişaf  etməsindən  qürurlanan  Türkiyə  prezidenti  Mustafa 

                                                     

 

  



                                                                            

                                                    

333 

Kamal  Atatürkün  əmri  ilə  xəritə  1935-ci  ildə  Dövlət 



mətbəəsində çoxsaylı tirajla çap edilmişdir. 

XX  əsrin  50-ci  illərində  başda  ABŞ  mütəxəssisləri 

olmaqla,  qədim  xəritəşünaslıq  və  naviqasiya  üzrə  peşəkar 

mütəxəssis sayılan yazıçı kapitan Arlinqton Melleri xəritə-

nin tədqiqinə başlayır və sensassion nəticə əldə edir. Xəri-

tənin  cənub  hissəsində  verilən  manuskriptdə,  hazırda  buz 

örtüyü  altında  qalan  Kraliça  Mod  Torpağının  sahil  zolağı 

göstərilibdir.  Belə  çıxır  ki,  həmin  ərazilər  buzlardan  azad 

olarkən kiminsə tərəfindən xəritəyə çəkilmişdir. Əlbəttə, bu 

sensassion nəticə ixtisas mütəxəssislərini heyran edir. 

Melleri  opponentlərinin  onunla  razılaşmaq  istəmədiklə-

rini  görüb  öz  kəşfini  yoxlamaq  üçün  Boston  kollecinin 

nəzdində fəaliyyət göstərən Veston rəsədxanasının direkto-

ru Daniel L. Laynhenə və Corctaun universitetinin nəzdin-

də  olan  rəsədxananın  direktoru  Frensis  Haydenə  müraciət 

edir.  Mellerini  dinlədikdən  sonra  həmin  təcrübəli 

mütəxəssislər müəllif ilə birlikdə, bu mövzuya aid 1956-cı 

il  avqustun  26-da  keçirilən  radiodiskussiyada  iştirak  edir-

lər. Həmin mövzu ilə bütün dünya tanış olur. Məhz bundan 

sonra  Nyu-Hempşir  ştatında  yerləşən  Kinsk  kollecinin 

professoru  Çarlz  X.  Hepqud  həmin  mövzu  ilə  maraqlanır. 

O,  köhnə  sənədin  tədqiqatı  ilə  o  qədər  məşğul  olur  ki, 



                                                     

 

  



                                                                            

                                                    

334 

həmin xəritə Kin-Steyt kollecində aparılan elmi tədqiqatlar 



proqramına daxil olur. 

Xəritə  üzərində  uzunmüddətli  iş  prosesindən  sonra  Ç. 

Hepqud,  ABŞ-ın  Hərbi-hava  Qüvvələrinin  strateji  koman-

danlığının,  xəritələrin  tərtibatı  ilə  məşğul  olan  8  saylı 

xəritəşünaslıq  idarəsinin  texniki-kəşfiyyat  eskadriliyasına 

sorğu göndərir. Birgə iş iki ildən çox davam edir və sübut 

olunur ki, xəritənin həmin hissəsi buzlaşma baş verməmiş-

dən əvvəl çəkilibdir.   

Sonrakı  illərdə  tədqiqatını  müstəqil  şəkildə  aparan  Ç. 

Hepqud  növbəti  sensassion  nəticə  əldə  edir.  Xəritədə 

Antarktidaya  yaxın  olan  məşhur  adalardan  keçən  ənənəvi 

koordinatlar  torunun  tərkibində  yerləşdirilən  enliklər 

təəccüblü detallarla göstərilir. Çox güman ki, bütün bunlar 

müasir sferik triqonometriyadan istifadə olunmuş daha ilkin 

xəritədən  əldə  edilmişdir.  İş  ondadır  ki,  xəritənin 

tərtibatçıları Yerin sferik olmasından agah idilər, həm də 50 

mil  xətası  ilə  Yerin  çevrə  uzunluğunun  həqiqi  ölçüsü  ilə 

elmi tanışlıqları vardı.  

XVI  əsrin  ortasından  başlayaraq  bir  çox  optimist  dəniz 

səyyahları  “Cənub  Torpağı”nın  varlığına  şübhə  etmirdilər. 

İş ondadır ki, bəzi xəritəşünaslar həmin naməlum torpağı öz 

xəritələrində göstərmişdilər.  

 


                                                     

 

  



                                                                            

                                                    

335 

  

 



   

Piri Rəisin xəritəsini müasir xəritə ilə tutuşdurulması 

 

Hələ  Gerqard  Merkatorun  məşhur  “Atlas”ı  işıq  üzü 



görməmişdən əvvəl həmin ideyanı müdafiə edənlərdən biri 

məşhur  ispan  dənizçisi,  mühəndis  və  səlnaməçi  Pedro 

Sarmiyento  de  Qamboa  idi.  Onun  təklifinə  əsasən,  Yer 

kürəsinin  cənubunda  yerləşən  mifik  Ofir  ölkəsini  tapmaq-

dan ötrü, məşhur ispan dəniz səyyahı Alvaro Mendanya de 

Neyra  Sakit  okeanın  cənub  hissəsinə  ekspedisiya  təşkil 

edir.  

...1  fevral  1568-ci  ildə  Mendanya  ya  atoll,  ya  da  ki,  rif 



(Ontonq-Cava  və  ya  Rokador)  görür,  fevralın  7-də  isə  8



                                                     

 

  



                                                                            

                                                    

336 

cənub  en  dairəsində  okenda  mərcan  rifi  ilə  əhatə  olunmuş 



“böyük torpağa” (Sant-İsabel adası) yaxınlaşır... Mendanya 

zənn  edir  ki,  o,  Cənub  materikində  Ofir  ölkəsini  (“İncil”-

dəki  əfsanəyə  görə  Süleyman  padşah  Yerusəlim  məbədini 

qızıl ilə bəzəməkdən ötrü Ofir ölkəsinəgəmilər göndərmiş-

di)  kəşf  edibdir.  Lakin  bu  arxipelaq  idi,  hansını  ki,  səyyah 

Solomon adaları adlandırır.  

Amerikanın mühəndis-xəritəşünasları Blanşe, Melleri və 

Uolterin apardıqları tədqiqatlar bütün düzgün koordinatları 

bərpa  edirlər.  Məlum  olur  ki,  xəritədə  nəinki  Köhnə  və 

Yeni  Dünyanın,  hətta  Antarktidanın  da  sahil  zolağı 

həddindən artıq dəqiq ölçülərlə göstərilibdir. Antarktidanın 

göstərilmiş  sahil  zolağı  b.e.  əvvəl  11-4  min  illər  arasında 

buzlardan azad idi. Deməli, belə çıxır ki, xəritəşünaslıq ən 

azı 6 min il bundan əvvəl, müasir dövrdə fəaliyyət göstərən 

xəritəşünaslıq kimi inkişaf etmişdi. İş ondadır ki, P. Rəisin 

xəritəsində Cənubi Amerikanın şərq sahilindən əlavə, qərb 

sahili And dağları ilə birlikdə çox dəqiq göstərilmişdir.   

Məşhur fələməng xəritəşünası Abraham Orteliy 1570-ci 

ildə  53  xəritədən  ibarət  olan  “Dünya  teatrı”nda  Sakit  və 

Hind  okeanlarının  cənub  hissəsində  nəhəng  “Cənub  Tor-

pağı”  yerləşdiyini  göstərir.  Bu  ideyanı  gələcəkdə  başqa 

fələməng  xəritəşünası  məşhur  Gerqard  Merkator  dəstəklə-



                                                     

 

  



                                                                            

                                                    

337 

yir  və  nəhəng  “Cənub  Torpağı”nı  özünün  tərtib  etdiyi 



atlasda yerləşdirir.

1

 



Orta əsrlərin ən məşhur xəritəşünaslarından biri Gerqard 

Merkator  adı  çəkilən  sahəyə  çox  böyük  təsir  etmişdi. 

Xəritəşünaslıq  elmində  tətbiq  olunan  Merkator  proyeksi-

yası bu günə qədər naviqasiya və aeronaviqasiya xəritələri-

nin tərtib edilməsində istifadə olunur. 

 

   



 

          

Gerqard Merkatorun tərtib etdiyi xəritə 

 

O, özünün əsas işini “Atlas” adlandırır və ora daxil olan 



107  xəritədən  102-ci  xəritəşünasın  şəxsi  əl  işidir.  Məhz 

“Atlas”da  G.  Merkator  “Cənub  Torpağı”ndan  əlavə,  Ko-

                                                 

         1

 R. Qasımov. Müqəddəs missiya. Bakı, “Çaşıoğlu”, 2001. səh .67 



                                                     

 

  



                                                                            

                                                    

338 

lumbun  kəşf  etdiyi  dördüncü  qitəni  Amerika  kimi  göstər-



məyə nail olmuşdu. 

Əlbəttə belə bir qeyri - adi fakt bütün alimləri dərindən 

düşündürməyə  vadar  edir.  Axı,  necə  ola  bilərdi  ki,  həmin 

coğrafi  məntəqələr  düzgün  koordinatlarla  türk  admiralının 

xəriəsinə düşüb? Söz yox ki, xəritənin əsl müəllifi tək Piri 

Rəis deyil. Maraqlıdır, həmin  xəritənin əsl  müəllifi kimdir 

və  həmin  material  hansı  şəraitdə  və  harada  tərib 

olunmuşdur? 

Ç.  Xepqud  bu  xəritənin  tətqiqi  ilə  məşğul  olarkən,  belə 

bir  nəticə  söləməyə  məcbur  olmuşdu:  “Belə  bir  təsəvvür 

yaranır  ki,  dəqiq  məlumatlar  xalqdan  xalqa  ötürülürdü. 

Xəritənin  çəkilişi  bizə  məlum  olmayan  bir  xalq  tərəfindən 

həyata keçirilmiş və  sonradan antik dövrdə,  min ildən çox 

dahi  dənizçilər  sayılan  kritlilərin  və  finikiyalıların  əlinə 

keçmişdir. Bəlli olub ki, həmin xəritələr Misirin, VII əsrdə 

səlibçilər  tərəfindən  tamamilə  darmadağın  edilənə  qədər 

Böyük  İsgəndəriyyə  kitabxanasında  yığılıb  tədqiq  edilmiş-

dir”.


1

  Qədim  yunan  alimi  Fukidid  qeyd  etmişdi  ki,  “kritli-

lərin  ən  tanınmış  çarı  Minos  hamıdan  əvvəl  özünə  dəniz 

donanması  yaratmış  və  tezliklə  Ellin  dənizinin  böyük 

hissəsini və Kiklad adalarını ələ keçirir”.

2

 Sanki onlar hara 



                                                 

1

 Ч. Хепгуд. Древние карты морских королей.  



2

 Фукидид. История. Том I., Москва, 1915. стр.5 



                                                     

 

  



                                                                            

                                                    

339 

isə  can  atırdılar.  Aralıq  dənizində  heç  bir  xalq  onlar  kimi 



gəmidən,  naviqasiyadan,  xəritələrdən  məharətcəsinə  istifa-

də  edə  bilmirdi.  Lakin  onların  Aralıq  dənizində  peyda 

olmaları  çox  müəmmalıdırsa,  elə  yoxa  çıxmaları  da  elə 

olubdur.  Məlumdur  ki,  onlar  Krit  dənizindəki  ağalıqdan, 

hələ b.e. ə. 1150-ci ildə, dorilərin Peloponnes yarımadasına 

köçmələri zamanı məhrum olmuşdular.

1

  

Finikiyalıların  necə  mahir  dənizçi  olmaları  çoxlarına 



bəllidir.  Maraqlı  cəhət  ondan  ibarətdir  ki,  onlar,  başqa 

millətdən  olan  dənizçilərə  nisbətən  sistematik  olaraq 

Cəbəllüttariq boğazından Atlantik okeanına çıxmış, oradan 

isə həm Avropanın, həm də Afrikanın okeanla bitişik olan 

sahillərinin  kəşfiyyatını  aparmışdılar.  Nəhəng  sularda 

təhlükəsiz  şəkildə  üzmək  üçün  finikiyalılar  qədim 

xəritələrdən ustalıqla istifadə edirdilər.  

Bir çox tədqiqatçılar bildirirlər ki, Piri Rəisin xəritəsi tək 

halında  olmayıbdır,  yəni,  onlardan  başqa  xəritəşünaslar  da 

istifadə  etmişdilər.  Deməli,  həmin  xəritələr  İsgəndəriyyə 

şəhərində  bir  neçə  nüsxələrdə  olubdur.  Misir  işğalçılıq 

obyektinə  çeviriləndən  sonra  xəritələr  dünyanın  bir  neçə 

nöqtəsinə  yayılmışdır.  İş  ondadır  ki,  Antarktidanın  təsvir-

ləri  verilmiş  xəritələr  dünyanın  bir  neçə  ölkəsinə  gedib 

                                                 

1

  Хельмут  Ханке.  Люди,  корабли,  океаны.  Москва



«Прогресс», 

1984. стр.33 


                                                     

 

  



                                                                            

                                                    

340 

çıxmışdır. Mənim fikirimcə, belə xəritələr Gerqard Merka-



tor, Oronteus Finiusda və Filipp Buaşedə də olmuşdur.  

 

 



          Oronteus Finiusun 1532-ci ildə tərtib etdiyi  

                           Antarktidanın xəritəsi 

 

Başda Xepqud olmaqla bəzi alimlər bildirirlər ki, yuxa-

rıda  adı  çəkilən  mütəxəssislərin  yaratdıqları  sensassion 


                                                     

 

  



                                                                            

                                                    

341 

xarakterli xəritələr, vaxtilə Misirin İsgəndəriyyə kitabxana-



sında  toplu  şəkilində  saxlanmış,  sonradan  isə  bir  çox 

sənədlərlə  yanaşı  Bizans  imperiyasının  kiabxanasına 

aparılmışdır. Çox güman ki, həmin xəritələrin bir çox nüs-

xələri,  Konstantinopol  1204-cü  ildə,  venetsian  dənizçiləri-

nin  vasitəsi  ilə  Venetsiyada  sığınacaq  tapmışdılar.  Lakin 

heç  kim  zəmanət  verə  bilməz  ki,  həmin  sənədli,  tarixi 

əhəmiyyətli  material  venetsian  dənizçilərinin  və  ya 

tacirlərinin  vasitəçiliyi  ilə  türk  admiralının  əlinə  keçibdir. 

Bunun  üçün  heç  bir  faktor  yaranmamışdı.  Çünki  Osmanlı 

Türkiyəsi ilə Venetsiya müharibə vəziyyətində idilər.  

 

     


 

    Filipp Buaşenin 1739-cu ildə tərtib etdiyi Antarktidanın  

                                        xəritəsi 

                                                     

 

  



                                                                            

                                                    

342 

Bütün bunlar ondan xəbər verir ki, xəritəşünaslıq sənəti 



elmin  ən  qədim  sahələrindən  biri  sayılır  və  mövcud  olan 

tariximizdən  təxminən  15000  il  bundan  əvvəl,  dünya-

miqyaslı  dəqiq  xəritələrin  tərtibi  ilə  məşğul  olan  peşəkar 

mütəxəssislər  fəaliyyət  göstərmişdilər.  Sonrakı  dövrlərdə 

həmin  xəritələr  Yer  kürəsinin  yeni-yeni  yaranmağa  başla-

yan sivilizasiya mərkəzlərində özünə yer tapmağa başlayır.  



                                      

 

 

 

                                      Elm ən qədim dövrlərə nəzər  

                                              salmağa imkan yaradır. 

                                                                    Uinston Çörçill 

 

                     Xəritənin əsl müəllifi kimdir, 

           admiral Piri Rəis, yoxsa Nəsirəddin Tusi 

 

Qədim  xəritələr  kritlilərin  və  finikiyalıların  vasitəsilə 

İsgəndəriyyənin  məşhur  kitabxanasında  özünə  yer  tapmış-

dır.  Piri  Rəis  isə  həmin  xəritələrə  dair  öz  izahatında 

göstərmişdi  ki,  o,  bilavasitə  Makedoniyalı  İsgəndərin 

dövründə  tərtib  olunmuş  iyirmiyə  yaxın  xəritədən  istifadə 

etmişdir.  Əlbəttə,  bu  məsələyə  dair  mənim  öz  fikrim  var. 


                                                     

 

  



                                                                            

                                                    

343 

Antik dövrdən qabaq dünyanın qədim sivilizasiysı mərkəz-



lərindən biri qədim Babilistan idi. Ən istedadlı sənətkarlar, 

tanınmış  alimlər  və  aqil  insanlar  demək  olar  ki,  elə  oraya 

toplaşmışdılar. 

Bizə  məlum  olmayan  sivilizasiya  zamanı  Antarktidanın 

və Yer kürəsinin başqa hissələrinin tərtib edilmiş xəritələri 

naməlum  adamların  vasitəsilə,  naməlum  yollarla  çox 

güman  ki,  gəlib  Babilistana  çıxmışdır.  Sonrakı  dövrdə 

Makedoniyalı  İsgəndər  dünyanı  fəth  etmək  üçün,  özünün 

izdihamlı  yürüşünə  başlayır  və  b.e.  ə.  IV  əsrin  əvvəlində 

yaratdığı  imperiyanın  mərkəzini  qədim  Babilistanı  elan 

edir.  Dünyanın  fatehi  b.e.əvvəl  332-ci  ildə  Misirdə 

İsgəndəriyyə  şəhərinin  əsasını  qoyur  və  həmin  şəhər  qısa 

bir  dövrdə  Antik  dövrün  elm  və  mədəniyyət  mərkəzlərin-

dən  birinə  çevrilir.  Elə  təxminən  həmin  dövrdə  Babilis-

tanda  saxlanılan  qədim  xəritələr  yavaş-yavaş  İsgəndəriy-

yənin  məşhur  kitabxanasına  köçürülməyə  başlanır.  Məhz 

buna  görə  də  admiral  Piri  Rəis  həmin  tarixi  sənədləri, 

İsgəndərin dövründə tərtib edilən xəritələr kimi adlandırır. 

İsgəndərin  dövründəki  səlnaməçilərdən  biri  Vitruvi 

yazır:  ”çar  İsgəndər  Nil  çayının  mənsəbinə  çatanda  onun 

gözü  qarşısında  Faros  adası  yaxınlığında,  Aralıq  dənizi  ilə 

Mariut  gölü  arasında,  balıqçı  qəsəbəsi  olan  Rakotis 

yaxınlığında  əsl  liman  canlanır.  Ətrafda  bərəkətli  Misir 


                                                     

 

  



                                                                            

                                                    

344 

taxılı  bitir.  Nil  çayının  yaxınlıqda  olması,  burada  əlverişli 



ticarət  limanının  salınması  imkan  yaradırdı.  İsgəndər,  onu 

səfərdə  müşaiyət  edən  arxitektor  Deynokrata  tapşırıq  verir 

ki,  həmin  yerdə  bir  şəhər  salsın”.  Deynokrat  həqiqətən  də 

qısa müddətə həmin yerdə böyük bir şəhərin əsasını qoyur 

və  həmin  tapşırıqdan  düz  on  il  sonra  İsgəndərin  qızıl 

sarkofaqı bu şəhərə gətirilir. 

Həmin  dövr  üçün  şəhərin  cavan  olmasına  baxmayaraq, 

İsgəndəriyyə  Antik  dünyaynın  elm  və  mədəniyyət  mərkə-

zinə  çevrilir.  Aralıq  dənizi  hövzəsinin  bütün  məlum 

şəhərlərindən oraya tanınmış alım və filosoflar axışıb gəlir-

di.  Şəhər  şübhəsiz  halda  özünün,  heç  bir  yerdə  tayı-bəra-

bəri  olmayan  kitabxanası  və  Musseyon  kimi  tanınan  ilahi-

lər Məbədi, Elmlər Akademiyası ilə öyünə bilərdi.

1

  



Musseyondakı  alimlər  İsgəndəriyyə  kitabxanasındakı 

əlyazmalarla  məşğul  olur  və  yazdıqları  əsərlərin  bir  neçə 

nüsxəsini orada saxlayırdılar. 

Tusinin Marağada yaratdığı rəsədxana və onun nəzdində 

olan  kitabxana  ilə,  Musseyon  arasındakı  oxşar  cəhətlər 

çoxdur. Bu məsələyə toxunmaq çox vacib olardı. 

Musseyonun ən böyük  yüksəlişi III Ptolemey  Everqetin 

dövründə  baş  vermişdir.  Müasirləri  onu,  hətta  incəsənətlə 

həddindən artıq yüksək dərəcədə maraqlanan bir adam kimi 

                                                 

 

1

 М. Гумилевская. Как открывали мир. Москва, “Д.Л.” , 1977. стр. 38 



                                                     

 

  



                                                                            

                                                    

345 

Musikotatos  adlandırırdılar.  Onun  iki  şeyə  böyük  həvəsi 



vardı: fillər ovuna  çıxmaq və əlyazmaların kolleksiyası ilə 

məşğul  olmaq.  III  Ptolemey  Musseyon  və  öz  şəxsi  kitab-

xanası  üçün,  azacıq  dəyəri  olan,  yunan  dilində  yazılmış 

bütün  əsərləri  əldə  etməyi  qərara  alır.  O,  çox  hallarda 

orijinal  şəkildə  olan  əlyazmalara  pul  verməyə  xəsislik 

etməmişdi,  hətta  Eshilin,  Sofoklun,  Evripidin  müəllif 

məqalələrini,  Afinalılara  yalan  vədlər  verməklə  əldə  etmiş 

və  kolleksiyasına  daxil  etmişdi...  Beləliklə,  Ptolemey 

hakimiyyəti  dövründə  Musseyona  200000-nə  yaxın  əlyaz-

ma  bağlaması  yığılır  və  bu  işi  onun  varisləri  davam 

etdirmişdilər. 

Attalidlərin  məşhur  Perqam  kitabxanası  İsgəndəriyyəyə 

gətiriləndən  sonra  Musseyondakı  əlyazmalar  xeyli  artır  və 

Sezar  Misirə  gələnə  qədər  oradakı  bağlamaların  sayı 

700000-nə  çatır.  Belə  fikir  söyləyirlər  ki,  bu  işdə  Misirin 

çariçası  Kleopatranın  sevgilisi  Roma  sərkərdəsi  Mark 

Antoni  mühüm  rol  oynamışdı.  Əlbəttə,  onların  içrisində 

yüzlərlə,  hətta  minlərlə  əlyazmaların  surətləri  vardı  və 

onların sayəsində oradakı əsərlərin bir çoxu dünyanın əksər 

şəhərlərinə yayılır...  

Demetr  Falerlidən  sonra  şair  Kallimax  Musseyonun 

rəhbəri olur. O, nəinki dahi şair, həm də alim idi. Kallimax 

orada  tarixi-mədəniyyət  ensiklopediyasını  xatırladan  120 


                                                     

 

  



                                                                            

                                                    

346 

cildlik  “İsgəndəriyyə  kitabxanasının  kataloqu”nu  yarat-



mışdı.

1

  Lakin  bütün  bunlara  baxmayaraq  Musseyon  kitab-



xanasının taleyi çox açınacaqlı olur. 

B.e.  əvvəl  48-ci  ildə  Misirin  çariçası  Kleopatra  əlyaz-

maları  qorumaqdan  ötrü,  münasib  bina  sayılan  Serapis 

məbədinə  köçürür.  Roma  konsulu  Qay  Yuli  Sezar 

İsgəndəriyyəyə  gələndə  şəhərdə  qalxan  qiyamdan  müdafiə 

olunmaq üçün, əlyazmaların müəyyən bir hissəsini limanda 

yandırmaq  əmrini  verir.  Marta  Qumilyovsakaya  qeyd  edir 

ki,  Serapis  məbədində  saxlanılan  əlyazmaların  yandırıl-

masının  əsas  günahkarları  İsgəndəriyyəni  tutan  xristian-

fanatikləri  sayılırlar.  Onlar  dinsiz  kafirlərə  nifrət  bəsləyir-

dilər, ona görə də kafirlərə məxsus olan bütün mədəniyyət 

abidələrini yandırırdılar.  Sonradan həmin kitabxana xəlifə 

Ömərin  qoşunu,  daha  sonra  isə  səlibçilər  tərəfindən  məhv 

edilir.  

Bir  sözlə,  əsrlər  boyu  yığılan  qiymətli  bilik  mənbələri-

nin böyük bir hissəsi orada məhv olur. Lakin müəyyən bir 

hissəsi ölkədən kənara çıxarılır.  

Hələ  eramızdan  bir  neçə  yüz  il  əvvəl  Afrikanın  sahil-

boyunda  ekspedisiyalar  təşkil  olunmuş  və  şübhə  yox  ki, 

uğurlu səyahətlər əldə olan xəritələrin sayəsində baş verir-

                                                 

          

Н.  А.  Ионина,  автор-составитель.  Сто  великих  чудес  света. 



Москва, «Вече», 2000. стр. 146,148 

                                                     

 

  



                                                                            

                                                    

347 

di. Misirdə, Levantda və Ərəbistan yarımadası sahillərində 



yaşayan dənizçilər dövrlərinin ən mahir ustadları sayılırdı-

lar.  Müəyyən  etmək  olar  ki,  həmin  dövrün  xəritələri  az 

qismdə  olsa  da,  gəlib  antik  dövrün  kitabxanalarının  rəf-

lərində  özlərinə  yer  tutmuş  və  alimlər  də  həmin  material-

lardan özlərinin elmi əsərlərində istifadə etmişdilər. Ərəblər 

Hind  okeanı  akvatoriyasında,  finikiyalılar  isə  Atlantik 

okeanının  şərq  sahillərində  istədikləri  mənzilə  gedib  çıxa 

bilirdilər.  İslam  dünyasında  movcud  olan,  xüsusən  də 

ərəblərin tərtib etdikləri “cəfriyə”  – xəritə və portulanların 

sayı  çoxsaylı  idi  və  Piri  Rəis  onların  əksəriyyətinin 

öyrənilməsi  ilə  məşğul  idi.  Maraqlıdır  ki,  portuqallar 

Atlantikada  Afrikanın  cənub  sahillərinə  doğru  üzdükdə 

məhz  ərəblərdən,  xüsusən  də  tanınmış  dənizçi,  peşəkar 

naviqator  Əhməd  ibn  Məciddən  istifadə  etmişdilər.  O, 

Bartolomeu  Diaşla  Afrikanın  cənub  nöqtəsinə,  Vasko  da 

Qama  ilə  birlikdə  (şturman  kimi)  Hindistana  üzmüşdü. 

Məlumdur  ki,  Əhməd  ibn  Məcid  nəsildən-nəsilə  ötürülən 

peşəkar  dənizçilik  sənətinə  yiyələnmiş  və  bu  sahəyə  aid 

olan sənədlərin köməyi ilə həmin sənəti həm nəzəri, həm də 

praktik cəhətcə mənimsəmişdi. O, bu bilgilərini 40-a yaxın 

elmi  işdə  və  iki  kitabda  –  “Dənizlər  barəsində  əsas 

prinsiplərin  yekun  toplusu”  (1462)  və  “Dənizçilik  elmi-


                                                     

 

  



                                                                            

                                                    

348 

nin  əsasları  və  qanunlarının  xeyri  kitabı”  (1490)  -  əks 

etdirmişdi. 

Dənizçilikdə lazım olan həmin vəsaitlər Piri Rəisin daim 

istifadə  etdiyi  ədəbiyyatlar  idi.  Ona  görə  ki,  həmin  əsərlər 

bir  neçə  ölkələrdə  dənizçilər  arasında  kifayət  qədər 

yayılmışdı.  Məlumatlarını  genişləndirmək  üçün  Piri  Rəis, 

M.  Polodan  sonra  Çinlə  bağlı  olan  “Hatainamə”  əsərinin 

bəzi  hissələri  ilə  tanış  olur.  Çin  imperatoru  Çju  Xouçjao 

taxta  əyləşən  zaman,  Osmanlı  səyyahı  Əli  Əkbər  Hatai 

1505-1506-cı  illərdə  həmin  ölkədə  olmuş  və  adı  çəkilən 

kitabı fars dilində 1520-ci ildə İstanbulda nəşr etdirir.  

Paralel olaraq türk admiralı erkən orta əsrlərdə fəaliyyət 

göstərmiş  Avropanın  ən  tanınmış  coğrafiya,  astronomiya 

alimlərinin,  o  cümlədən  də,  Toskanellinin  elmi  işləri  ilə 

tanışlığı  vardı.  Bu  ondan  xəbər  verir  ki,  Piri  Rəis  geniş 

dünyagörüşünə  malik  olan  bir  dənizçi  idi  və  coğrafiya-

şünaslıqla,  xəritəşünaslıq  sahəsində  heç  bir  alimdən  geri 

qalmırdı. 

Məlumdur  ki,  Piri  Rəis  Misirin  baş  admiralı  vəzifəsinə 

kimi  yüksəlmiş  və  böyük  səlahiyyətlərin  sahibi  sayılırdı. 

Onun Aralıq dənizində, xüsusən də mərkəzdən tutmuş şərq 

sahillərinə  kimi  hökmranlıq  etməsi,  bir  çox  marşrutların 

nəzarət  altında  saxlanmasına  gətirib  çıxarmışdı.  Fransadan 

və İspaniyadan Appenin yarımadasında yerləşən krallıqlara 



                                                     

 

  



                                                                            

                                                    

349 

və  Yunan  şəhərlərinə,  Venetsiyadan,  Genuyadan  və  Nea-



poldan  həm  Fransaya,  İspaniyaya,  həm  də  Yunan  şəhərlə-

rinə  gedən  gəmilər  nəzarət  altında  olduğundan,  əksər 

hallarda  Piri  Rəisin  donanmasının  hücumlarına  məruz 

qalırdı. Bundan əlavə onun tabeliyində olan bir çox casus-

lar  Aralıq  dənizi  akvatoriyasında,  o  cümlədən,  Atlantik 

okeanı  sahillərində  yerləşən  Portuqaliya,  İspaniya,  Fransa, 

Niderland  və  İngiltərənin  limanlarında  məxfi  fəaliyyət 

göstərərək, oradan uzaq sahillərə yola düşən ekspedisiyalar 

barəsində mühüm məlumatlar əldə edir və həmin material-

ları Piri Rəisə göndərirdilər. Bir sözlə, Avropa krallıqlarına 

məxsus  olan  bir  çox  məxfi  materiallar  admiralın  ixtiyarın-

da  olurdu.  Məhz  həmin  materialların  sayısində  Piri  Rəis 

dənizçilik  və  gəmiçilik  sahəsində  mühüm  rol  oynayan 

“Dənizlər  kitabı” («Китаб-и-бахрие»)  adlı  əsərini  yazıb 

ərsəyə gətirir. 

Ən çox Piri Rəisi maraqlandıran mühüm çoğrafi obyekt-

lərin, xüsusən də naməlum sahil zolaqların konturları çəki-

lən  xəritələr  idi  ki,  onların  sayəsində  o,  gələcək  planlarını 

qururdu.  Məhz  bu  səbəbdən  o,  zamanında  ən  təcrübəli  və 

bacarıqlı donanma başçısı sayılırdı.   

Misir  Osmanlı  Türkiyəsinin  müstəmləkəsi  olduğundan 

orada  saxlanılan  bir  çox  tarixi  sənədlər  İstanbula  aparıl-

mışdı. Tarixi sənədlərlə və ən əsas konturlarından, koordi-



                                                     

 

  



                                                                            

                                                    

350 

nat ölçülərindən asılı olmayaraq bütün xəritələrlə maraqla-



nan  türk  admiralı  İstanbulda  olduğu  kimi  elə  İsgəndəriyyə 

şəhərində  də  xeyli  xəritələr  əldə  edir  və  sonradan  onlar 

üzərində  işləyərək,  1528-ci  ildə  mükəmməl  bir  atlas  tərtib 

edir.  Lakin  həmin  xəritələrin  içərisində  yalnız  bir  xəritə 

müasir  alimlərin  diqqət  mərkəzində  olur.  O  da  “1513-cü 

ildə”  tərtib  edilən  Amerikanın,  Antarktidanın  və  Şimal-

Qərbi Afrikanın konturları göstərilən xəritə.  

Piri  Rəis  həmin  xəritənin  bir  neçə  qədim  xəritələrin 

surətindən  köçürülmə  vasitəsilə  tərtib  etdiyini  gizlətmir. 

Onun  bu  etirafı  tədqiqatçıların  işini  yüngülləşdirmiş  və  bu 

istiqamətdə sistemli iş aparılmağa başlandı. 

XX  əsrdə  böyük  rezonansa  səbəb  olmuş  xəritənin  türk 

admiralının əlinə hansı yolla keçməsi xəritəşünas mütəxəs-

sisləri ilə yanaşı, həm də tarixçilərin maraq dairəsini əhatə 

edirdi.  Yuxarıda  göstərildiyi  kimi  admiral  Piri  Rəisin 

özünün  bəyan  etdiyi  kimi,  guya  o,  xəritənin  qərb  hissəsini 

Kolumbun  birinci  səyahət  zamanı  istifadə  etdiyi  xəritədə 

apardığı qeydiyyatlardan köçürmüşdü. 

“Kolumbun  itmiş  xəritəsi”nin  izinə  düşməyə  çalışan 

ABŞ-ın dövlət katibi Henri Stimson həmin xəritənin Türki-

yədə olduğunu israrla bildirir. Əlbəttə ki, belə bir qənaətlə 

bir  çox  alimlər  həmrəydirlər.  Əgər,  Piri  Rəis  “Kolumbun 

itmiş  xəritəsi”ndən  istifadə  edibsə,  onda  həqiqətən  də  o, 


                                                     

 

  



                                                                            

                                                    

351 

məşhur  dəniz  səyyahının  xəritəsini  müəyyən  olunmayan 



səbəb nəticəsində əldə edibdir. Türk admiralı həmin xəritə-

dən  lazımi  bir  material  kimi  istifadə  edəndən  sonra  çox 

güman  ki,  xəritəni  tarixi  bir  sənəd  kimi  İstanbulda, 

imperiyanın  dövlət  əhəmiyyətli  bir  binasında  saxlamağa 

məcbur  olmuşdu.  Belə  olan  halda  Henri  Stimsonun 

şübhələrinin əsası vardı. Lakin uzun müddətli axtarışlar heç 

bir  müsbət  nəticə  vermir.  Deməli,  belə  çıxır  ki,  həmin 

axtarışlar  lazımi  səviyyədə  aparılmayıbdır,  ya  da  həmin 

axtarışlarda,  öz  işinin  fanatiki  olan  peşəkar  mütəxəssislər 

iştirak etməyiblər.   

Buna baxmayaraq, belə bir bu məsələni həll etmək üçün 

ortaya  bir  neçə  mühüm  sual  çıxır:  Birincisi,  P.  Rəisin  əldə 

etdiyi  manuskriptlər  toplusunun  əsl  müəllifi  kimdir? 

İkincisi, P. Rəis Kolumbun birinci səyahət zamanı apardığı 

qeydiyyatları  öz  xəritəsində  göstərirsə,  deməli  həmin 

xəritənin  əsl  nüsxəsi  (Amerika  və  Qərbi  Afrika  qitəsi 

göstərilən  hissə)  məşhur  dəniz  səyyahında  olubdur.  Belə 

olan  təqdirdə  xəritə  türk  admiralının  əlinə  haradan  keçə 

bilərdi?  Üçüncüsü,  bəs  həmin  xəritə  Kolumbun  əlinə 

haradan  keçmişdir?  Axı,  alimlər  üçün  müəmmalı  sayılan 

məlum  xəritənin  müəllifi  dəniz  səyyahının  özü  sayıla 

bilməzdi. Çünki onun 1492-ci ildə kəşf etdiyi Yeni Dünya-

nın  konturları,  ekspedisiya  İspaniyadan  yola  düşməmişdən 


                                                     

 

  



                                                                            

                                                    

352 

əvvəl,  həmin  xəritədə  çəkilmişdir.  Dördüncüsü,  ümumiy-



yətlə, xəritənin əsl müəllifi kimdir və o, hansı üsul ilə ora-

dakı konturları və dəqiq koordinatları çəkmişdir? Beşincisi, 

maraqlı obyekt sayılan həmin xəritə hansı yolla Konstanti-

nopolun  Topqapı  sarayında  sığınacaq  tapmış  və  nəyə  görə 

1929-cu  ildə  aşkarlanana  qədər  dünya  ictimaiyyətindən  və 

ən  əsas  da  tarixçilərin,  coğrafiyaşünasların,  xəritəşünas-

ların nəzərindən gizlin saxlanmışdır? Buna səbəb nə idi? 

Tarixi  mənbələrdən  məlumdur  ki,  Piri  Rəis  qədim 

sənədlərin və xəritələrin tədqiqi ilə məşğul olmaqdan ötrü, 

İmperiya  kitabxanasında  xeyli  vaxt  keçirmişdi.  Konturları 

çox hallarda dəqiq göstərilmiş xəritə türk alimlərinin ciddi 

marağına  səbəb  olur.  Çünki  tarixinə  görə  həmin  dünya 

xəritəsi  Amerika  qitəsinin  konturları  çəkilən  ən  erkən 

xəritələrdən  (Amerikanın  ilk  konturlarını  1500-cü  ildə 

Xuan de la Kosa, 1502-ci ildə isə Kantino çəkmişdilər) biri, 

dəqiqliyinə  görə  isə  ilkin  xəritə  sayılırdı.  Bundan  əlavə 

xəritədə həm Şimali Amerika, həm də Antarktida materik-

lərinin də konturları göstərilirdi.  

Başa  düşmək  olar  ki,  həqiqətən  də  “Kolumbun  itmiş 

xəritəsi”nin  izi  gedib  İstanbula  çıxır.  Bunun  üçün  Piri 

Rəisin  əl  gəzdirdiyi  xəritədəki  gəmilərin  şəkillərinə  nəzər 

salsaq bir çox müəmmalara aydınlıq gətirmək olar.  



                                                     

 

  



                                                                            

                                                    

353 

1.  Xəritənin  qərb  hissəsində  karavella,  karakka  və  nao 



növlü gəmilər çəkilibdir, halbuki Piri Rəisin donanmasında 

qalera, qaleas, füst və başqa gəmilər üstünlük təşkil edirdi. 

Deməli, o, bildirmək istəyirdi ki, həqiqətən də Şərqi Asiya 

və  Qərbi  Avropa  arasında  naməlum  bir  qitə  yerləşir  və 

həmin ərazilər avropalılar  – özü də ki, ispanlar tərəfindən 

kəşf edilibdir.  

2. Həmin gəmi şəkilləri bir daha Piri Rəisin “Kolumbun 

xəritəsindən  köçürülmə”  barəsindəki  sözlərini  təsdiqləyir. 

İş  ondadır  ki,  genuyalı  admiral  Yeni  Dünya  sahillərinə 

yollanarkən,  məhz  karavella,  karakka  və  nao  gəmilərindən 

istifadə  etmiş  və  sübut  etmişdi  ki,  uzun  okean  keçidi 

zamanı  həmin  gəmi  növlərindən  istifadə  etmək,  dənizçilər 

üçün hava-su kimi gərəklidir.  

Müəmmalı  xəritədəki  sahil  konturları  diqqəti  cəlb  edir. 

Deməli,  qədimdə  yer  səthinin  konturları  çəkilmiş  müvafiq 

xəritələr vardı. Bu yerdə bir qeyd verməliyəm.  

Həmin  zaman  aerokosmik  texnologiya  olmadığı  üçün, 

alimlərin  türk  admiralının  verdiyi  bəyanatlarına  şübhə  ilə 

yanaşmaqlarından  başqa  çarələri  qalmırdı.  Axı,  İsgəndərin 

dövründə  mövcud  olan  xəritələrin  bir  dənəsi  olsun  gəlib 

bizim zamana çıxmayıbdır? Məlumdur ki, İsgəndər Hindis-

tana  yürüş  edəndə  o,  donanmasının  (başçısı  sərkərdə 

Nearh)  köməyi  ilə  oradan  Mesopotamiyaya  qayıdır. 


                                                     

 

  



                                                                            

                                                    

354 

Maraqlıdır  ki,  həmin  səyahət  zamanı  donanma  heç  bir 



çətinliklə  üzləşməmişdi.  Düzdür,  həmin  səyahətin  yazısı 

qalmasa  da,  bu  haqda  Arrianın  və  Strabonun  əsərlərində 

rast gəlmək olur. 

İsgəndərin  bəzi  qoşun  hissələri  Yunanıstana  qayıdanda, 

Massaliyadan  olan  yunan  taciri,  səyyahı,  coğrafiyaşünası 

Pifey b.e.ə. 325-ci ildə vətənini tərk edib səyahətə çıxır. O, 

asan  olmayan  bir  marşrutla  hərəkət  edərək,  Britaniya  ada-

larına, Şimali Avropanın bəzi sahillərinə, o cümlədən, Tule 

adasına  (ada  Eratosfenin  xəritəsində  göstərilirdi)  və  Baltik 

dənizi  gedib  çıxmışdı.  Bütün  səyahət  Pifeyin  “Okean 



haqda” adlı kitabında yazılmışdı. Kitab bizim dövrə qədər 

gəlib  çıxmasa  da,  vaxtilə  Strabon  və  Böyük  Plini  həmin 

əsərə  istinad  etməklə  xeyli  məlumatlar  vermişdilər.  Mən 

qeyd etmək istəyirəm ki, yunan səyyahının əlində müvafiq 

xəritə  olmasaydı,  belə  bir  mürəkkəb  səyahətdə  asan  uğur 

qazana bilməzdi. Deməli, həqiqətən də İsgəndərin dövrün-

də  Yer  kürəsinin  bir  çox  ərazilərini  əhatə  edən  xəritələr 

vardı  və  Pifey  də  belə  bir  xəritələrdən  istifadə  etmişdi. 

Unutmaq  lazım  deyil  ki,  elə  həmin  dövrdə  mahir  dənizçi 

sayılan  finikiyalılar  Cəbəllüttariq  boğazından  çıxaraq,  ora-

dan həm şimal, həm də cənub istiqamətlərə uğurlu səyahət-

lər həyata keçirmişdilər. 



                                                     

 

  



                                                                            

                                                    

355 

1.  Hepqud  belə  bir  qeyd  vermişdi,  xəritənin  çəkilişi 



indiki  sivilizasiyaya  məlim  olmayan  bir  xalq  tərəfindən 

həyata  keçirilmiş  və  antik  dövrə  qədər  yığılan  xəritələrin 

əksəriyyəti  İsgəndəriyyə  kitabxanasında  bir  yerə  yığılaraq 

tədqiq edilmişdi.

1

  

Orta əsrlərdə belə bir materialı yaratmaq üçün naviqasi-



yanı,  sferik  triqonometriyanı,  astronomiyanı,  riyaziyyatı, 

triqonometriyanı,  coğrafiyanı,  xəritəşünaslığı  peşəkar 

səviyyədə  bilmək  lazım  idi.  Bu  qədər  sahəni  bilmək 

bacarığının  öhdəsindən  isə  heç  bir  dənizçi  və  ya  səyyah 

gələ bilməzdi.  

2.  Dünyanın  vahid  xəritəsini  yaratmaq  üçün,  bir  neçə 

xəritəni  lazımi  qaydada,  dəqiq  koordinatları  düzgün 

səviyyədə calamağı yalnız məşhur alim edə bilərdi. Həmin 

alim  həm  riyazi  triqonometriyadan,  həm  də  ki,  sferik 

triqonometriyadan sərbəst şəkildə istifadə etmək bacarığına 

malik  olmalıydı.  Dünya  alimləri  isə  yaxşı  bilirlər  ki,  həm 

riyazi  triqonometriyanın  banisi  (bəzi  alimlərin  iddia 

etdikləri  kimi  Regiomontan  yox),  həm  də  sferik  triqono-

metriyanın  mükəmməl  bilicisi  Tusidir.  Mənim  fikirimcə, 

həmin xəritənin əsl surəti, çox güman ki, Antarktida hissəsi 

daxil olmadan, Tusinin qələmindən çıxa bilərdi. 

                                                 

   1


 Ч. Хепгуд. Древние карты морских королей. 

                                                     

 

  



                                                                            

                                                    

356 

3.  Türk  admiralının  başçılıq  etdiyi  dəniz  donanması 



müəyyən  bir  dövr  Aralıq  dənizində  fəaliyyət  göstərmiş  və 

hətta  özü  İspaniyada  da  olmuşdu.  Maraqlıdır  o,  orada 

olanda Kolumbun xəritəsindən hali idi, ya yox? 

Bundan əlavə ona oxşar bir xəritəni də o, çox güman ki, 

İstanbulda  ələ  keçirə  bilərdi.  Ona  görə  ki,  yuxarıda  qeyd 

etdiyim  kimi  Marağada  Tusinin  rəhbərliyi  altında  alimlər, 

Amerika qitəsinin konturları göstərilən, bir neçə eyni surətli 

xəritə  tərtib  edə  bilərdilər.  Belə  bir  xəritənin  Nəsirəddin 

Tusi,  Müəyyidəddin  Ordi,  Qütbəddin  Şirazi  və  Çin  alimi 

Fao  Mun-Çidə  olması  mümkün  idi.  Ona  görə  ki,  onlar 

rəsədxanada mühüm vəzifələrə sahiblik edirdilər.  

Qütbəddin  Şirazi  monqolların  səfiri  kimi  Misirə  gedən-

də,  özündə  olan  nüsxəni  İsgəndəriyyə  şəhərinə  aparmışdır 

və çox güman ki, həmin xəritə sonradan türklərin vasitəsilə 

Osmanlı imperiyasının paytaxtına aparılmışdır. Bu izahdan 

məlum  olur  ki,  Kolumb  Osmanlı  Konstantinopolda  olan 

nüsxədən xəbərsiz idi və onu heç cürə ələ keçirə bilməzdi. 

Bəs,  tarixdə  “Kolumbun  itmiş  xəritəsi”  kimi  tanınan 

həmin  xəritəni  ispan  admiralı  harada  və  necə  ələ  keçirə 

bilərdi?  Şəxsi  araşdırmama  görə  bu  sualın  bir  cavabı  var: 

Marağa  rəsədxanasında  çalışan  Çin  alimi  Fao  Mun-Çi 

1267-ci  ildə  vətəninə  qayıdanda  özü  ilə  rəsədxanada  tərtib 

edilən  xəritəni  aparır.  Yuxarı  fəsillərdən  məlumdur  ki, 


                                                     

 

  



                                                                            

                                                    

357 

Marko  Polo  həmin  materialı  əldə  edərək  İtaliyaya  aparır. 



Xəritənin sonrakı aqibətindən məlum olur ki, həmin  sənəd 

İtaliyanın  Florensiyada  Toskanellinin  başçılıq  etdiyi 

kitabxanaya  düşür  və  elə  oradaca  Kolumb  həmin  material 

ilə tanış olur.  

4.  Ən  əsas  suallardan  biri  odur  ki,  hansı  üsul  ilə 

konturlar  və  dəqiq  koordinatlar  xəritəyə  çəkmişdir?  Artıq 

dəqiq  bəllidir  ki,  həmin  xəritə  bir  neçə  manuskriptlərdən 

tərtib  edilmişdir.  Lakin  həmin  xəritənin,  Anarktidadan 

şimalda göstərilən hissənin necə yaranmasına toxunacam. 

Tusinin  fəaliyyətini  öyrənərkən  aydın  olur  ki,  o,  Yaxın 

Şərqin məşhur şəhərləri və elm ocaqları ilə yanaşı, həm də 

Misirin İsgəndəriyyə şəhərində olmuş, oranın bir çox tədris, 

elm və mədəniyyət mərkəzlərində çoxsaylı maraqlı axtarış-

larla  məşğul  olmuşdur.  Həmin  ərəfəyə  qədər  İsgəndəriyyə 

kitabxanasında saxlanılan bir çox əsərlər və tarixi sənədlər, 

şəhər  səlibçilər  tərəfindən  dağıdılandan  sonra  (X  əsrdə) 

Bizans imperiyasının paytaxtı Konstantinopola aparılmışdı. 

Bundan  əlavə,  Hülaku  xan  1258-ci  ildə  Bağdad  Xilafətini 

darmadağın edəndən sonra elmi fəaliyyətini genişləndirmək 

üçün  Tusinin  qarşısında  əlverişli  qapılar  açılır.  İş  ondadır 

ki,  Abbasi  sülaləsinin  hökmranlığı  dövründə  Bağdadda 

qiymətli  əsərlərlə  zəngin  olan  möhtəşəm  bir  kitabxana 

yaradılmışdır.  Həmin  əsərlər  Xilafətin  paytaxtına  əsasən 


                                                     

 

  



                                                                            

                                                    

358 

ərəblər  tərəfindən  işğal  edilmiş  şəhərlərdən,  o  cümlədən 



İsgəndəriyyədən  gətirilmişdi.  Elə  həmin  dövrdə  Tusi  öz 

biliyini  artırmaq  üçün  elm  dünyasının  qiymətli  əsərlərilə 

tanış  olur.  Marağa  rəsədxanasının  bünövrəsi  qoyulan  ilə 

qədər  (1259)  alim,  çox  güman  ki,  Bağdad  şəhərində, 

gələcəkdə  “admiral  Piri  Rəisin  xəritəsi”  kimi  tanınacaq 

həmin  xəritənin  müəyyən  hissələri  ilə  üzləşir  və  tarixi 

materialın  tədqiqinə  başlayır.  XIII  əsrin  ortalarına  qədər 

Yer  kürəsinin  demək  olar  ki,  Avropa,  Asiya  və  Afrika 

hissəsi (əlbəttə, qismən) tədqiq edilərək, dünya ictimaiyyəti 

qarşısında ümumi anlayış yaradılır. 

Xəritəyə  dair  Çarlz  Hepqudun  sensassion  nəticəsi 

belədir:  “xəritədə  Antarktidaya  yaxın  olan  məşhur  adalar-

dan  keçən  ənənəvi  koordinatlar  torunun  tərkibində  yerləş-

dirilən  enliklər  təəccüblü  detallarla  göstərilir.  Çox  güman 

ki,  bütün  bunlar  müsir  sferik  triqonometriyadan  istifadə 

olunmuş, daha ilkin xəritədən əldə edilmişdir. İş ondadır ki, 

xəritənin  tərtibatçıları  Yerin  sferik  olmasından  agah  idilər, 

həm  də  50  mil  xətası  ilə  Yerin  çevrə  uzunluğunun  həqiqi 

ölçüsü ilə elmi tanışlıqları vardır”.  

Fikrimcə, bu işdə Tusi mühüm rol oynayıbdır. Ona görə 

ki,  təxminən  6000  il  bundan  əvvəl  tərtib  edilən  xəritələr-

dəki koordinatlar müasir koordinatlarla heç cürə uyğun gələ 

bilməzdi.  Məlumdur  ki,  Tusi  və  onun  komandası  sferik 


                                                     

 

  



                                                                            

                                                    

359 

triqonometriyadan  peşəkarcasına  istifadə  edə  bilirdi-lər. 



Çox güman ki, xəritə azərbaycanlı alimin əlinə, koordi-nat 

toru  çəkilməmiş  şəkildə  düşmüşdü.  Sferik  triqono-

metriyanın  bilicisi  kimi  Tusi  koordinat  xətlərini  çəkərək, 

xəritənin  üzərindəki  coğrafi  enlikləri  və  uzunluqları  çox 

dəqiqliklə  yerləşdirməyə  müvəffəq  olmuşdu.  Məhz  bunun 

sayəsində  hər  bir  peşəkar  dənizçi  xəritəni  diqqətlə  nəzər-

dən keçirəndən sonra, okeanda yerləşən bir obyektdən digər 

obyektə  qədər  olan  məsafənin  ölçüsünü  təxmini  olsa  da, 

əldə  edə  bilərdi.  Elə  buna  görə  də  Kolumb  birinci 

səyahətinə yola düşəndə nə qədər yol qət edəcəyini və neçə 

gün  gedəcəyini  əvvəlcədən  bilirmiş.  Bunu  bir  neçə  müasir 

alimlər də təsdiq edirlər. 

Xəritə  Kolumbun  əlinə  keçənə  qədər  dünyada  astrono-

miya,  riyaziyyat  və  coğrafiya  üzrə  Tusi  kimi  peşəkar  alim 

və  tabeliyində  güclü  alim  heyəti  yox  idi  ki,  sferik 

triqonometriyanın  köməyindən  istifadə  edərək,  koordinat 

xətlərini dəqiq şəkildə xəritənin üzərində yerləşdirə bilsin. 

Məlum  olduğu  kimi  Piri  Rəisdə  olan  xəritədə  Yer 

kürəsinin  yalnız  qərb  hissəsi  göstərilibdir.  Onu  da 

bildirməliyəm  ki,  Tusi  İspaniyadan  tutmuş,  Çinə  qədər  öz 

dövründə  məşhur  olan  256  şəhərin  coğrafi  koordinatlarını 

demək olar ki, çox dəqiqliklə göstərmişdi. Mənim fikrimcə, 

koordinatları qoyanda həmin xəritə Antarktida göstərilmə- 


                                                     

 

  



                                                                            

                                                    

360 

     


 

          

Xristofor Kolumb ikinci səyahətinə hazırlaşır 

                                                     

 

  



                                                                            

                                                    

361 

dən artıq Azərbaycan aliminin masasının üstündə idi və o, 



elə  bir  çox  şəhərlərin  özlərini  də  koordinatlarına  uyğun 

olaraq,  hazırda  olduqları  yerdə  yerləşdirir.  Artıq  bu 

ifadələrimlə göstərmək istəyirəm ki, Piri Rəisin adı ilə bağlı 

olan həmin xəritədə Asiya, Afrika, Amerika, həm də bəlkə 

Avstraliya  qitələrinin  konturları  çəkilmişdir.  Sual  verilə 

bilər  ki,  əgər  bu  belədirsə,  onda  bəs  həmin  xəritədə 

göstərilən Yer kürəsinin Şərq hissəsinin aqibəti necə olub? 

Piri Rəisi hərbi dəniz sərkərdəsi kimi fəaliyyət göstərdiyi 

məkanda  yalnız  strateji  əhəmiyyətli  obyektlər  və  coğrafi 

mövqelər maraqlandırırdı. Ola bilsin ki, vaxtı ilə Kolumbda 

olmuş həmin xəritə türk admiralının əlinə keçəndə o, tarixi 

materialı  diqqətlə  nəzərdən  keçirir  və  Osmanlı  Türkiyə 

üçün  xüsusi  əhəmiyyət  kəsb  edən  “Ədviyyat  adalarına” 

gedən  yolu  məxfi  saxlamaqdan  ötrü,  xəritənin  Şərq 

dünyasına  aid  olan  hissəni,  demək  olar  ki,  Qrinviç 

meridianı  xətti  ilə  düz  kəsir  və  həmin  hissəni,  İstanbulda 

dövlət  əhəmiyyətli  bir  binada,  məxfi  sənəd  kimi  arxivə 

təhvil  verir.  Buna  səbəb  nə  idi?  Tarixdən  məlum  olduğu 

kimi  artıq  XVI  əsrin  ilk  illərinə  kimi  Osmanlı  Türkiyəsi 

Yaxın  Şərqin  əksər  bölgələrini  işğal  edərək,  Avropadan 

Asiyaya  gedən  həm  “İpək  yolu”nu,  həm  də  “Ədviyyat 

adalarına” gedən yolu tam nəzarət altına almış və nəticədə 

Avropa  bazarlarında  ən  baha  qiymətə  satılan  ipək 



                                                     

 

  



                                                                            

                                                    

362 

parçaların  və  ədviyyat  mallarının  inhisarçısına  çevirilir. 



Belə olan təqdirdə, Avropa tacirləri Şərqi Asiya bazarlarına 

çıxmaq  üçün  başqa  yoldan  istifadə  etməliydilər.  Belə  bir 

yol  isə  həmin  xəritədə  göstərilmişdir.  Biri  hələ  Antik 

alimlərinin fikirləşdikləri uzaq yol sayılan qərb yolu, o biri 

isə  yaxın  sayılan  Afrikanı  dövrə  vurmaqla  cənub,  cənub-

şərq yolu.  

Şübhə  yox  ki,  türklər  avropalıları  həmin  yoldan 

neytrallaşdırmaq  üçün  cənub  marşrutu  göstərilən  xəritənin 

şərq  hissəsini  kəsib  ən  məxfi  bir  yerdə  gizlədirlər.  Lakin 

xəritənin  qərb  hissəsinin  aqibəti,  o  biri  hissə  kimi  olmur, 

baxmayaraq  ki,  məlum  hissə  1929-cu  ildə  İstanbulda 

təsadüf  nəticəsində  tapılır.  Həmin  dövrdə  xəritənin  qərb 

hissəsini gizlətməyə heç bir ehtiyac duyulmurdu. Ona görə 

ki, Atlantik okeanının qərb hissəsində göstərilən nəhəng bir 

ərazi – dördüncü qitə – Şərqi Asiyaya gedən qərb yolu-nun 

üstündə  “böyük  baryer”  rolunu  oynayırdı  və  türklər  çox 

yaxşı  anlayırdılar  ki,  Avropa  dənizçiləri  Asiyanın  şərq 

sahilinə  çatmaq  üçün  qərb  istiqamətində  heç  də  asan 

olmayan  labirint  xarakterli  uzun  yol  qət  etməli  olacaqlar. 

Deməli,  avropalılar  Asiyanın  gəlirli  şərq  hissəsinə  getmək 

üçün dəniz yolundan imtina edib, türklərin nəzarət etdikləri 

quru  yola  üstünlük  verəcəklər.  Məhz  bu  səbəbdən  uzaq-



                                                     

 

  



                                                                            

                                                    

363 

görən diplomat olan admiral Piri Rəis xəritənin şərq hissə-



sini, hətta alimlərin özləri üçün əlçatmaz bir yerdə gizlədir. 

Bu  barədə  başqa  bir  hepoteza  da  söyləmək  olar.  Ola 

bilsin  ki,  adı  çəkilən  xəritə  Piri  Rəisin  əlinə  keçməmişdən 

əvvəl,  artıq  iki  hissəyə  bölünmüşdür.  Onda  bu  iş  üçün 

Kolumbun  özü  böyük  bir  səy  göstərmişdir.  Xəritənin 

ölçüsündən bilinir ki, o çox böyük olmuşdur. Həmin xəritə-

ni adam öz yanında gəzdirəndə, onun bağlaması bir çoxları-

nın  diqqətini  özünə  cəlb  edəcəkdi.  Bu  səbəbdən  dəniz 

səyyahı özünə lazım olmayan hissəni kəsib kənara qoyur və 

yaxud  da  həmin  ərazilər  dünya  ictimaiyyətinə  bəlli 

olduğundan  o,  həmin  hissəni  sadəcə  olaraq  İtaliyanın 

hansısa  bir  şəhərində  gizlədir.  Kolumb  özündə  olan  hissə-

dən səmərəli istifadə edəndən sonra Yeni Dünyadan özü ilə 

birlikdə İspaniyaya gətirir. Sonradan isə naməlum səbəblər-

dən xəritə Piri Rəisin əlinə keçir.    

Mənə  elə  gəlir,  Kolumb  səyahətdən  qayıdan  kimi, 

xəritəni  ən  etibarlı  bir  qasidi  ilə  İtaliyaya,  doğma  şəhəri 

Genuyaya  və  yaxud  Florensiyanın  ictimai  kitabxanasına 

göndərir.  Xəritə  isə  öz  ünvanına  çatmır.  İş  ondadır  ki, 

həmin  dövrdə  Piri  Rəis  Aralıq  dənizinin  böyük  hissəsinə 

nəzarət  etmiş  və  başçılıq  etdiyi  donanma  ilə  müntəzəm 

olaraq, İspaniyanın, Portuqaliyanın, Fransanın,  Genuyanın, 

Venetsiyanın və Vatikanın gəmilərinə hücum edərək, orada 


                                                     

 

  



                                                                            

                                                    

364 

olan  bütün  əmlakı  mənimsəmişdi.  Yuxarıda  göstərildiyi 



kimi xəritə 1505-ci ildə Vatikanın iki qalerasında İtaliyaya 

göndərilərkən  yolda  türklərin  əlinə  keçir.  Bir  sözlə,  xəritə 

isə öz ünvanına çatmır. 

Bu  hepotezanın  üstündə  dayanaraq,  mən  bildirmək 

istəyirəm  ki,  yalnız  bu  halda  Kolumbun  birinci  səyahət 

zamanı istifadə etdiyi xəritəni türk admiralı ələ keçirmişdi. 

Qəribə  paradoks  yaranır,  İsgəndəriyyənin  kitabxanası 

saxlanıldığı  Musseyon  və  Serapis  məbədləri  yandırılandan 

sonra  Qərbdə  tanınmış  alimlərin  sayı  nəzərə  çarpacaq 

dərəcədə  azalır.  İş  ondadır  ki,  nə  qədər  həmin  kitabxana 

fəaliyyət göstərmişdisə, həmin dövrə qədər Qərb dünyasın-

da  xeyli  ad-sanlı  alimlər  yetişmişdi.  Bəlkə,  orada  bütün 

elmləri əhatə edən, əlavə mənbə materialları olub ki, alim-

lər onlardan səmərəli istifadə etməyi imkan tapıblar. Yəni, 

Makedoniyalı  İsgəndərin  dövrünə  qədər  gəlib  çıxmışdır. 

Belə bir hepotizaya inanmaq heç də çətin deyil. 

Coğrafiya  elminin  inkişaf  etdirilməsində  böyük  səy 

göstərmiş  Eratosfen,  Yerin  öyrənilməsinə  dair,  böyük  əsər 

qoyub getmişdir. 

Unutmamalıyıq  ki,  alim  Musseyonda  baş  kitabxanaçı 

olmuş və əbəs yerə onu baş elmin korifeyi adlandırmamış-

dılar.  Eratosfen  həm  riyaziyyatçı,  filosof,  ədəbiyyatşünas, 

astronom, coğrafiyaşünas, həm də epik poemaları yazan bir 


                                                     

 

  



                                                                            

                                                    

365 

alim  idi.  Maraqlısı  odur  ki,  o,  Yerin  çevrə  uzunluğunun 



ölçüsünü demək olar ki, 75 km. xətası ilə təyin etmişdi.

1

 



Piri Rəisin müəllifliyi kimi göstərilən xəritədən bəlli olur 

ki,  bu  və  buna  oxşar  xəritələr,  İsgəndərin  dövründən  hələ 

xeyli qabaq məlum imiş. Amma maraqlıdır görəsən həmin 

xəritələrdən,  tarixi  əhəmiyyət  kəsb  edən  coğrafi  kəşflərlə 

nəticələnən səyahətlərdə istifadə olunub, ya yox? 

Dünyada  həyata  keçirilən  səyahətləri  nəzərdən  keçirən-

də, Misir fironu II Nexonun, b.e. əvvəl 597-ci ildə Qırmızı 

dəniz  ilə  Afrikanın  cənubuna  göndərdiyi  ekspedisiya 

diqqətimi  cəlb  etdi.  Həmin  dövrdə  heç  bir  dənizçi  uzaq 

səyahətə  yola  düşməyə  cürət  etmirdi.  Qəribəsi  də  odur  ki, 

yola  salınan  ekspedisiya  ekvator  xəttini  keçib,  səyahətin 

müəyyən  bir  hissəsini  Cənub  yarımkürəsində  davam 

etdirməliydi.  O  vaxtki  təsəvvürə  görə  isə  ekvator  xəttini 

kim  keçsə  cəhənnəm  odu  ilə  üzləşəcək,  ya  da  başıaşağı 

dərin  bir  dərəyə  yuvarlanıb  düşəcək.  Həmin  dövrün 

rəvayətinə görə heç kim həmin istiqamətdə üzməmiş, üzsə 

də heç vaxt həmin  yerdən qayıtmamışdır. Lakin dənizçilər 

həmin  ağır  səyahətə  yollanmağa  öz  razılıqlarını  verir  və 

qəribəsi  odur  ki,  onlar  üç  il  müddətinə  Afrikanı  dövrə 

vuraraq,  Aralıq  dənizi  ilə  geri  qayıtmış  və  Nil  çayı  ilə 

                                                 

       


1

  Н.  А.  Ионина,  автор-составитель.  Сто  великих  чудес  света. 

Москва, «Вече», 2000. стр. 148 


                                                     

 

  



                                                                            

                                                    

366 

Misirə  daxil  olmuşdular.  Mənə  elə  gəlir  ki,  onların  əlində 



münasib  xəritələr  olduğundan  ekspedisiya  uğurla  başa 

çatmışdır.  Deməli,  Piri  Rəisdə  olan  xəritənin  oxşar  surəti, 

finikiyalılarda olmuş və onlar həmin materialın köməyi ilə 

hər  hansı  bir  səyahətin  öhdəsindən  müvəffəqiyyətlə 

gəlirdilər.  Unutmaq  lazım  deyil  ki,  finikiyalılar  Atlantik 

okeanında  yerləşən  Madeyra,  Azor  və  Kanar  adalarına 

sərbəst şəkildə gedib-gələ bilirdilər. 

Ç.  Hepqud  müəyyən  etmişdir  ki,  həmin  xəritə  bir  neçə 

qədim  konturların  sayəsində  dünya  xəritəsi  kimi  tərtib 

olunmuşdur. Yəni, Yer kürəsinin mövcud olan qitələri ayrı-

ayrı  hissələrdə  göstərilirdi,  sonradan  həmin  hissələr 

cəmləşdirilərək,  vahid  şəkildə  böyük  bir  perqament 

üzərində  çəkilmişdir.  Bu  cür  zərgər  dəqiqliyi  tələb  olunan 

işin öhdəsindən yalnız Tusi kimi peşəkar alim gələ bilərdi. 

Qitələrin  yerləşməsi,  onların  müəyyən  hissələrdə  düzgün 

göstərilməsi, koordinatların dəqiqliklə  bölünməsi və kəsiş-

məsi  bəzi  xətaları  nəzərə  almasaq,  çox  yüksək  səviyydə 

işlənmişdir.  Ona  görə  ki,  bu  işdə  sferik  triqonometriyadan 

lazımi  bir  vəsait  kimi  istifadə  olunmuşdur.  Sferik  triqono-

metriyanın  əsl  bilicisi  isə  məhz  Marağa  rəsədxanasının 

banisi idi.  

 

 

 


                                                     

 

  



                                                                            

                                                    

367 

                İnsanı inkişaf etdirən və tərbiyələndirən onun   

                 yaşadığı cəmiyyət və mühitdir. İnsan bir fərd  

                 olaraq, yaşadığı cəmiyyətin övladıdır. 

                                                           Gi de Mopassan 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin